Microsoft Word Qarabag-folklor-da-tarixdir-9


* Əzrayıl hərənin canını bir üsulla alır



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə109/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   105   106   107   108   109   110   111   112   ...   119

 

366


811* Əzrayıl hərənin canını bir üsulla alır. Daha sonra bunun 

səbəbini izah edir.  

Qarabağ, IX kitab, s.235-237, kont.934G** 

821** = AT 1353 İnsanla şeytan gücünü yoxlayır. 

Qarabağ, VIII kitab, s136-139  



[821***  Özgəsinə  quyu  qazan  özü  düşər].  Şeytan  arvadını 

öldürmüş  kişiyə  məsləhət  görür  ki,  başqa  birini  də  öldürüb  günahı 

onun üstünə atsın. Kişinin öldürdüyü şəxs şeytanın öz oğlu olur. 

Qarabağ, I kitab, s.321-322 



827*  Çobanın  həcc  ziyarəti.  Uşaqlara  verməyə  yeməyi  olma-

yan ana a) onların başını aldatmaq üçün boş qazana su atıb qaynadır; 

yaxud  b)  zibillikdən  tapdığı  ölü  toyuğu  bişirib  onlara  vermək  istəyir. 

Bu hadisənin şahidi olan çoban a) fermadan qoyun oğurlayıb uşaqların 

qarnını  doydurur,  yaxud  b)  həcc  ziyarəti  üçün  yığdığı  pulları  qadına 

verir.  Allah  onu  mükafatlandırır:  a)  Həcc  ziyarəti  zamanı  bulud  onun 

başı üstündə kölgə salır;  yaxud  b) özü  həcc ziyarətinə gedə  bilməsə də, 

ziyarətə gedənlər onun əlinin Məkkənin qapısında olduğunu görürlər.  

Qarabağ,  I  kitab,  s.201-202;  II  kitab,  s.308-310;  s.310-311;  V 

kitab, s.214-216, kont.750*; VI kitab, s.256; IX kitab, s.228-229. 



828*  Cavan  qalmağın  sirri.  Böyük  qardaş  kiçiklərə  nisbətən 

daha cavan görünür. Bərdə variantında bunun səbəbini evdə də, çöldə 

də işlərinin düz getməsi ilə, Zəngilan variantda isə arvadının xoşxasiy-

yətli olması ilə izah edir.  

Qarabağ, II kitab, s.328-330, kont.770**; V kitab, s.232 

830*  Qismətdən  qaçmaq  olmaz.  Musa  peyğəmbər  qismətdən 

qaçmağın  mümkün  olduğunu  iddia  edir.  Günorta  yayma  yeyəcəyini 

öyrənən  peyğəmbər  kimsəsiz  bir  yerə  çəkilir,  amma  qismətdən  qaça 

bilmir. 


Qarabağ, III kitab, s.265-266 

831C = SUS 831C* Torpaq hərisi. İsgəndər dünyasını dəyişəndə 

gözləri  və  ya  əlləri  yumulmur.  Abidin  məsləhəti  ilə  onun  gözlərinə 

(ovcuna) torpaq tökürlər, ondan sonra yumulur. 

Qarabağ,  I  kitab,  s.192-194,  kont.  981+806*;  IX  kitab,  s.150-

165,  kont.782**+875D+888A+798*+806* 



 

367


834A  Kor  canavarın  qisməti.  Çoban  qoyunun  necə  kor  cana-

varın ayağına gəldiyini görür və o gündən çobanlıq etməyi tərgidib öz 

qismətinin ayağına gəlməsini istəyir. Çobanın arvadı meşədən bir küp 

qızıl  tapır,  amma  nə  qədər  israr  edirsə,  əri  onu  evə  gətirmək  istəmir. 

Paxıl qonşu qızılları oğurlayır, küpün ağzını açanda içindəkinin arı ol-

duğunu görür. Küpü qonşunun  həyətinə atır, onun  içindən qızıl tökü-

lür.  Şuşa  variantında  qoyunun  kor  canavarın  ayağına  gəlməsi  motivi 

iştirak  etmir.  Qızılların  yerini  kasıba  padşah  nişan  verir,  amma  kasıb 

öz  qismətinin  ayağına  gəlməsini  istədiyindən  onları  götürmür.  Qonşu 

qızıllara  yiyə  durur,  amma  küpün  içindəkinin  ilan  olduğunu  görüb 

onları bacadan kasıbın evinə tökür. İlanlar qızıla dönür.  

Qarabağ,  I  kitab,  s.271-274;  V  kitab,  s.218-220;  IX  kitab,  s.230-

231 

834B*  =  AT  745A  Ağacın  içində  gizlədilmiş  pul.  Bərdə 

rayonundan qeydə alınmış variantda qazandığı pulların dülgərə qismət 

olacağını  öyrənən  oğlan  onları  qapısında  bitən  tut  ağacının  içində, 

Laçın  variantında  isə  evin  ortasındakı  dirəyin  içidə  gizlədir.  Həcc  zi-

yarətində olanda sel onun evini-eşiyini, o cümlədən tut ağacını yuyub 

aparır.  Ağacın  içindəki  pullar  dülgərə  qismət  olur.  Dülgər  qızılın  bir 

qismini  çörəyin  arasında  sahibinə  qaytarır,  həmin  qızıllar  yenidən 

onun özünə qismət olur.  

Qarabağ,  II  kitab,  s.320-322;  IV  kitab,  s.283-284;  VIII  kitab, 

s.190-192 



834C**

 

Əli  aşiqi  qəssab.  Süleyman  peyğəmbər  qəssabın Əliyə 

olan  sevgisini  görüb  onu  cəzalandırmaq  qərarına  gəlir.  Aldığı  ətin 

pulunu  gətirənə  qədər  üzüyünü  girov  qoyur.  Qəssabın  başı  qarışanda 

üzüyü daxıldan oğurlayıb çaya atır. Füzuli rayonundan qeydə alınmış 

variantda  isə,  baş  rolun  ifaçısı  dəmirçidir.  Kim  nə  qədər  zəhməthaqq 

verirsə,  “sən  haknan  ol,  hak  sənlə  olsun”  deyir.  Şah  düzəltmək  bəha-

nəsi  ilə  dəmirçiyə  verdiyi  üzüyü  mücrüdən  oğurlayıb  çaya  atır.  Üzük 

qəssabın (dəmirçinin) satın aldığı balığın qarnından çıxır. 

Qarabağ, II kitab, s.293-295; V kitab, s.206-208 

834*  İki  şahılıq  ləl.  Kasıb  qaraçuxasının  ona  hədiyyə  etdiyi 

qozu  beşdaş  oynayan  uşaqlara  verib  onlardan  iki  daş  alır  və  həmin 

daşları  baha  qiymətə tacirə  satır.  Kasıb  həmin  daşları  padşaha  hədiyyə 



 

368


edir,  əvəzində  padşah  onu  saraya  qapıçı  götürür,  onu  ev-eşiklə  təmin 

edir.  


Qarabağ, II kitab, s.283-284 

834**  =  AT  737B*  Altı  şahılıq  ruzu.  Kasıb oğlan gündəlik qa-

zancının  altı  şahıdan  və  ya  bir  quruşdan  artıq  olmayacağını  öyrənir. 

Tacirin qızı  ilə evləndikdən sonra tale onun üzünə gülür. Sövdəgərlərə 

qoşulub ticarətə gedir, səfərdən böyük sərvətlə qayıdır. Cəbrayıl varian-

tında  isə  övladı  dünyaya  gəldikdən  sonra  qəhrəmanın  taleyi  dəyişir, 

ağac  dibi  belləyərkən  qızıl  dolu  küp  tapır.  Allahı  yalan  danışmaqda 

günahlandırır,  amma  məlum  olur,  həmin  sərvət  onun  deyil,  yeni 

doğulan uşağın qismətidir. 

Qarabağ, I kitab, s.194-197; II kitab, s.370-372; III kitab, s.225-

231, kont.1535*; s.231-233; IX kitab, s.183-190 



836F  =  836F*  Tamahkarın  aqibəti. Tacir malını quldurlardan 

xilas  edəcəyi  təqdirdə  yarısını  nökərə  verəcəyinə  söz  verir,  amma 

sözünün üstündə durmur. Nökəri öldürür, nəticədə gözləri tutulur. 

Qarabağ, I kitab, s.269-270 



839*A  Allah  görür.  Dəmirçi  ondan  buğda  istəyən  gəlinə  başbir 

olmağı  təklif  edir.  Gəlin  əvvəl  buna  razılıq  vermir,  uşaqları  acından 

öləndən  sonra razı olur, amma  bir  şərtlə: onu  elə yerə aparsın ki, orada 

onları görən olmasın. Dəmirçi onu kimsəsiz bir evə gətirir. Gəlin Allahın 

onları  gördüyünü  deyir.  Qadının  Allahı  unutmadığını  görən  dəmirçi 

tutduğu işə peşman olur. 

Qarabağ, III kitab, s.213-216 

839*B  Allah  görür.  a)  Kərbəla  sahibi  ziyarətə  gələn  üç  gənci 

sınayır; yaxud b) molla şəyirdləri sınayır: onların hərəsinə bir toyuq verib 

tapşırır  ki,  elə  yerdə  kəssinlər  onları  görən  olmasın.  Gənclərdən  ikisi 

toyuğu  kəsib  gətirir,  amma  üçüncü  gənc  belə  bir  yer  tapa  bilmir,  çünki 

hara gedirsə Allah onu görür. 

Qarabağ, I kitab, s.202-203; III kitab, s.240-241 



840*A  İnsanların  taleyi.  Kasıb  öz  təknəsinin  gözünü  genəldir 

ki,  buğdalar  sürətnən  tökülsün.  Böyük  bir  vələmir  təknənin  gözünü 

tutur, əvvəl buğda bir-bir tökülürdüsə, indi heç gəlmir.  

Qarabağ, V kitab, s.223 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə