Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə112/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   108   109   110   111   112   113   114   115   ...   119

 

375


–  “Anan  hara  gedib?”  –  “Biri  iki  etməyə”.  c)  –  “Sən  nə  edirsən?”  – 

“İkini  bir  edirəm”.  Daha  sonra  verdiyi  cavabların  mənasını  izah  edir. 

Qeydə  alınmış  varantda  qız  atasının  qamaqal  kəsməyə,  anasının  isə 

borcunu  qaytarmağa  getdiyini  deyir.  Məlum  olur  ki,  atası  söz-söhbət 

olmasın deyə qonşu ilə öz həyəti arasında çəpər çəkir, anası isə qonşuda 

rəhmətə gedən olur, onun yasında iştirak edir. 

Qarabağ, II kitab, s.377-378, kont.875*; V kitab, s.231-232 

921C** Köpəyin münəccimliyi.  

Qarabağ, VIII kitab, s.169-171 



921F  =  AT  921F*  Qaz  göndərsəm  yola  bilərsənmi?  Qoca  Şah 

Abbasın suallarına cavab verir: – “Vaxtında niyə əkib-biçmədin?” – “Ək-

dim-biçdim, yellər apardı”. – “Üçü doqquza niyə vurmadın?” – “Üçü doq-

quza vurdum, otuz ikidən artıra bilmədim”. – “İkidəsən, üçdə?” – “Üçdə”. 

–  “Qaz  göndərsəm  yollarsanmı?”  –  “Tükünü  də  tozlaram”.  Şah  Abbas 

qoca ilə danışığının mənasını öyrənmək üçün vəziri onun yanına göndərir. 

Qoca vəzirin pulunu alıb verdiyi cavabın mənasını ona izah edir. 

Qarabağ, I kitab, s.248-251 



[922  Çoban  vəzirin  yerinə  padşahın  suallarına  cavab  verir]. 

Padşah verdiyi sualların cavabını tapmaq üçün mollaya 40 gün möhlət 

verir;  çoban  mollanın  qiyafəsində  padşahın  suallarına  cavab  verir.  a) 

Padşahın bədənində nə qədər qan var? Qəhrəman şahın bir dolça qədər 

qanı  olduğunu  deyir.  Əgər  şah  şübhə  edirsə,  onun  qanını  bir  dolçaya 

yığıb yoxlamalarını təklif edir. b) Padşahın dərisi neçəyə gedər? Qəh-

rəman  padşahın  dərisinə  bir  abbası  qiymət  qoyur.  Əgər  inanmırlarsa, 

onu bazara çıxarıb satmalarını təklif edir. c) Padşahın ağlı nə qədərdir? 

Qəhrəman padşahın ağlının kol bitdiyanı qədər olduğunu deyir, çünkü 

qarşısındakının  molla  və  ya  çoban  olduğunu  bilmir.  Padşah  onun 

sözünü təsdiqləyir.  

Qarabağ, II kitab, s.359-362; V kitab, 231-232, kont.921 



922A* Allah haradadır? Kasıb bostanının məhsulundan padşa-

ha  nübar  aparır,  əvəzində  padşah  onu  qızılla  mükafatlandırır  və  bir 

kəndin  kəndxudalığını  ona  tapşırır.  Kasıb  qızılları  ondan  almaq  istə-

yən vəzirin suallarına cavab verir: a) – “Allah haradadır?” – “Allah hər 

kəsin  qəlbindədir”;  b)    –  Allah  nə  yeyir?  –  “Allah  səbr  yeyir”;  c)  – 



 

376


“Allah nə iş görür?” Kasıb vəziri yerlərini dəyişməyə razı salır. Vəzirin 

atına minəndən sonra deyir: – “Birini ata mindirir, birini atdan endirir”.  

Qarabağ, I kitab, s.236-242, kont.1667*; II kitab, s.322-327; IV 

kitab, s.270-274, kont.1667*  



922E*  Çobanın  mənasız  sözü.  Çoban  elə  söz  deməlidir  ki,  o 

söz  padşah  üçün  mənasız  olsun.  Çoban  deyir:  “De  görüm  sən  dütdək 

çala  bilirsən?”  Padşah  bu  sözün  onun  üçün  mənasız  olduğunu  etiraf 

edir.  


Qarabağ, II kitab, s.382-383  

922F* Çoban özünü Şah Abbasdan zəngin sayır: Çünki onun 

bu dünyadan aparacağı bez padşahın aparacağı bezdən daha çox olacaq.  

Qarabağ, III kitab, s.259-265, kont.800*A; IV kitab, s.255-259, 

kont. 996**** 



922G*  Düynada  ən  murdar  şey.  Padşah  vəzirdən  onun  üçün 

murdarın  murdarını  tapmasını  tələb  edir.  Vəzir  çobanın  işıq  saçan 

daşını  əldə  etmək  üçün  itlərlə  eyni  qabdan  yal  yeməyə  razı  olur. 

Ondan sonra başa düşür ki, dünyada ən murdar şey nəfsdir. 

Qarabağ, III kitab, s.273-276 

922**  Toğlunu  qurda  göstərmək.  Vəzir  toğlunu  elə  bəsləmə-

lidir  ki,  onun  çəkisi  nə  artmalı,  nə  də  azalmalıdır.  Vəzir  toğlunu 

yedizdirdikdən sonra onu qurda göstərir, heyvan aldığı əti tökür.  

Qarabağ,  II  kitab,  s.338-344,  kont.911;  VIII  kitab,  s.109-122; 

s.122-129 

[924*  İşarələrlə  danışmaq]:  Bir  padşah  başqa  bir  padşahı 

müharibə  ilə  hədələyir. Onun göndərdiyi elçi  yerə dairə çəkir, Bəhlul 

dairəni  ortadan  yarı  bölür.  Elçi  yerə  darı  tökür,  Bəhlul  darını  toyuğa 

dənlədir.  Elçi  cibindən  çıxartdığı  soğanı  ortalığa  qoyur,  Bəhlul  soğa-

nın yanına qoz qoyur. Daha sonra elçi ilə danışıqlarının mənasını izah 

edir.  Bərdə  rayonundan  qeydə  alınmış  variantda  isə  padşahın  ağıllı 

vəziri elçinin suallarını cavablandırır.  

Qarabağ,  II  kitab,  s.338-344,  kont.922**+911;  VI  kitab,  s.250-

252, 

925*B  İnsan  sərrafı.  Hər  il  imamların  təziyəsini  saxlayan  kişi 

növbəti  dəfə  təziyə  saxlamağa  imkanı  olmadığından  oğlunu  satır. 

Oğlan padşaha hədiyyə edilən atın suya girəndə yatdığını, ləlin saxta, 



 

377


padşahın  isə  aşbaz  oğlu  olduğunu  söyləyir.  Padşah  yoxlatdırır, 

deyilənlərin həqiqət olduğu üzə çıxır.  

Qarabağ, IV kitab, s.259-262 

926  Uşağın  əsl  valideyinin  müəyyənləşdirilməsi.  İki  qadın 

eyni uşağa iddia edir. Süleyman peyğəmbər (qazı) onun yarı bölünmə-

sini təklif edir, uşağın əsl anası buna razı olmur.  

Qarabağ, I kitab, s.222-223; II kitab, s.372-377, kont.930 



[926A*  Müəllimlə  çoban  qız  üstündə  mübahisə  edir].  Qazı 

qıza  yun  əyirməyi,  kitabları  rəfə  düzməyi  tapşırır.  Qız  birinci  işi 

bacarmır,  amma  hər  müəllifin  kitabını  sırası  ilə  rəfə  düzür.  Bunun 

sayəsində qazı onun müəllimin qızı olduğunu müəyyən edir. 

Qarabağ,  II  kitab,  s.383-385,  kont.926*B+926*A;  V  kitab, 

s.208-211, kont.920**+926B* 



[926B*  Uşağın  əsl  valideyinin  müəyyənləşdirilməsi].  Qadın 

yeni  doğulmuş  oğlunun  qonşunun  qızı  ilə  dəyişdirildiyini  iddia  edir. 

Peyğəmbər qadının və onun qonşusunun südünü üsküyə sağdırıb çəkir, 

oğlu dəyişdirilən qadının südü o birindən daha ağır gəlir. Südün çəki-

sinə görə qadının haqlı olduğunu müəyyən edir.  

Qarabağ, V kitab, s.208-211, kont.920**+926A* 



926C*** Kar, kor, şil qız

Qarabağ, VIII kitab, s.166-169, knt.934G* 



926*B Korun şəri. Atın tərkinə alınmış kor atın və arvadın ona 

məxsus  olduğunu  iddia  edir.  At  sahibi  qazıya  şikayət  edir.  Qazı  a) 

onların  hər  ikisini ata göstərir, at qocanı görəndə fınxırıb geri çəkilir; 

yaxud  b)  onları  ayrı-ayrı  otağa  salıb  danışıqlarına  qulaq  asır.  Bunun 

sayəsində atın əsl sahibinin kim olduğunu müəyyən edir.  

Qarabağ,  II  kitab,  s.383-385,  kont.926*A+926A*;  VI  kitab, 

s.267-268 

927** Xan nökər olmaq istəyən şəxsləri sınayır. Şah iki nökə-

rin  ayağına  daş  bağlayıb  uzaq  səfərə  göndərir.  Nökərlərdən  biri  daşı 

yolda  açıb  atır,  o  biri  ayağında  daş  səfəri  başa  vurub  qayıdır.  Şah 

birincini  özünə  nökər  götürür,  çünki  canının  qədrini  bilməyən  onun 

malının da qədrini bilməz.  

Qarabağ, V kitab, s.243-244 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə