Microsoft Word Qarabag-folklor-da-tarixdir-9


*  Ağıl  vardan  üstündür



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə114/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   111   112   113   114   115   116   117   118   119

 

381


945*  Ağıl  vardan  üstündür.  Kəlbəcər  variantında  ana  oğlunu 

evləndirmək  üçün  Allahdan  borc  pul  alır,  amma  aldığı  pulu  geri 

qaytara bilmir. Borcun əvəzində Allah  onun ya ağlını, ya da var-döv-

lətini  əlindən  almalıdır.  Ağlı  var-dövlətdən  üstün  tutduğu  üçün  Allah 

verdiyi borcu ona halal edir. Qubadlı variantında isə, Allah ondan var-

dövlət  istəyən  kasıbın  arzusunu  yerinə  yetirir,  amma  otuz  ildən  sonra 

onu geri alacağını deyir. Kasıb gəlinin məsləhəti ilə var-dövlətinin əlin-

dən alınmasına razı olur, amma aralarındakı  mehribançılığa dəyməmə-

sini  xahiş edir. Mehribançılığı  var-dövlətdən üstün tutduğu üçün Allah 

onun var-dövlətinə dəymir.  

Qarabağ, I kitab, s.260-261; IV kitab, s.293-295; V kitab, s.195-

196; VI kitab, s.252-253 



946*  Haqq  tərəzisi.  Bu  süjetin  bizə  məlum  variantında  kasıb 

qızla  evlənən  varlı  gənc  nikah  gecəsi  evi  tərk  edir.  Yuxuda  görür  ki, 

mələklər  onu  tərəzinin  bir  gözünə,  evləndiyi  qızı  isə  o  biri  gözünə 

qoyur və tərəzinin hər iki gözü bərabər gəlir. Ondan sonra geri qayıdır. 

Zəngilandan qeydə alınmış  variantda  isə gözəl oğlanla evlənən çirkin 

qız  evi  tərk  edir.  Öz  baxtı  ilə  qarşılaşan  qız  ərinin  gözündə  özünün 

hamıdan gözəl olduğunu öyrənir. 

Qarabağ, IV c., s.275-276; V kitab, s.224 



950 Usta və şəyirdi. Padşahın xəzinəsinə oğurluğa gedən böyük 

qardaş  bal  doldurulmuş  çəlləyə  düşür.  Kiçik  qardaş  izi  itirmək  üçün 

onun başını kəsir. Padşah nə qədər fəndə əl atırsa, oğrunu tapa bilmir.  

Qarabağ,  I  kitab,  s.274-281,  kont.1525G;  II  kitab,  s.344-353, 

kont.1525G 

951A = AT 951A* Şah Abbas və üç oğru. Oğrulardan biri itin 

dilini  bilir,  o  biri  bağlı  qıfılı  açır,  üçüncü  isə  gündüz  gördüyü  adamı 

qaranlıqda  da  tanıyır.  Şah  Abbasın  xəzinəsini  yarırlar.  Ələ  keçirlər, 

Şah Abbas onları azad edir. 

Qarabağ, I kitab, s.232-233; III kitab, s.311-313; IV kitab, s.295-

296 


[956*C Şah Abbas taxtı pinəçiyə təhvil verir]. Hər gecə şəhər 

talanır,  amma  oğruları  tutan  olmur.  Şah  Abbas  sifətdən  ona  oxşayan 

pinəçini  öz  yerinə  qoyub  oğruları  tutmaq  üçün  şəhərə  çıxır.  Dərvişlə 

bir  mağazanın  yanında  gecələyir.  Mağazanı  yarmağa  gələn  oğrular  – 




 

382


milis işçiləri Şah Abbasla dərvişi tutub zindana atırlar ki, səhər onları 

şəhəri  talayan  şəxslər  kimi  padşaha  təqdim  etsinlər.  Dərvişin  köməyi 

ilə Şah Abbas zindandan xilas olur və taxta çıxıb oğruları asdırır. 

Qarabağ, I kitab, s.243-245 



960A*  Haqq  var,  divan  yox. İki qonşu qazanc dalınca qürbətə 

üz tutur. Geri qayıdanda qonşulardan biri digərini öldürüb onun puluna 

sahib  çıxır.  Ölən  şəxsin  vəsiyyətinə  uyğun  olaraq  onun  yeni  doğulan 

oğlunun  adını  Haqq  var,  divan  yox  qoyurlar.  Həmin  adın  sayəsində 

cinayət üzə çıxır, qatil cəzalandırılır.  

Qarabağ, IX kitab, s.222-223 



970  Eyni  qəbrdə  dəfn  olunmuş  gənclər.  Allah  qəhrəmanın 

istəyi  ilə  onun  qolundakı  gücü  alır.  Səfərə  çıxan  qəhrəman  dağın 

döşündə  çadırda  yaşayan  qıza  rast  gəlir.  Qızın  qardaşının  başqa  bir 

padşahla  müharibə  etdiyini  öyrənib  ona  kömək  edir:  özünü  qoca 

görkəminə  salır,  nəzarətçilərə  bihuşdarı  qatılmış  halva  verib  oğlanın 

sevdiyi qızı qaçırdır. Qızın atası onları təqib edir, qızını və onu istəyən 

oğlanın başını kəsib onları bir qəbirdə dəfn edir. Sonradan bu hadisəni 

peyğəmbərə danışır və həmin gənclərin yenidən dirilməsinə nail olur: 

Peyğəmbər ağzının tüpürcəyindən gənclərin boynuna çəkməklə onları 

dirildir.  

Qarabağ, I kitab, s.179-181 

976*A  =  AT  1169  Dəyişik  düşmüş  baş.  Gəlin  sehrli  otun  kö-

məyi ilə qardaşları dirildir, amma tələsdiyindən ərinin başını qaynının 

bədəninə qoyur. Əri ilə qaynı onun üstündə mübahisə edirlər. 

Qarabağ, II c., s.196-202 



[976*B  Tərs  düşmüş  sünnət]:  Sünnəti  qopmuş  dəllək  aftafa-

dakı  su  ilə  özünü  carlayır.  Sünnəti  bitişir,  amma  tələsdiyindən  onu 

tərsinə qoymuş olur. 

Qarabağ, II kitab, s.202-206, kont.1406A*+514*+449 



981  Qocaların  öldürülməsi.  Köhnə  adətə  görə  insanlar  qocal-

mış  valideynlərini  bir  səbətə  qoyub  dağın  başında  qurd-quşa  yem 

edirlər. Atasına düşkün bir gənc bu adətə xilaf çıxır və atasını bir ma-

ğaranın  içində  gizləyir.  Qoca  ölkəni  müharibə  ilə  hədələyən  qonşu 

padşahın  suallarına cavab  verir. Bu hadisədən sonra padşah qocaların 

öldürülməsini ləğv edir. 




 

383


Qarabağ, I kitab, s.192-194, kont.806*+831C; s.252-253 

982*** Səndən adam olmaz. 

Qarabağ, V kitab, s.242-243 



983 Bütün qadınlar eynidir. Yolçulardan biri Şah Abbasın ona 

xəzinəyə  girməyə  icazə  verməsini,  o  biri  yolçu  Şah  Abbasın  arvadını 

bir gecəliyə ona verməsini, üçüncü yolçu isə taxt-tacı bir saatlığa ona 

verməsini arzu edir. Şah Abbas birinici yolçunu soyundurub xəzinəyə 

salır.  Yolçu  bədənini  bəhməzlə  suvayıb  qızılın  içində  ağnayır,  bütün 

qızıllar bədəninə yapışır. Şah Abbasın arvadı onu arzulayan yoxsuldan 

on müxtəlif rəngə boyanmış yumurtanı yeməsini tələb edir, daha sonra 

onların  nə  cür  daddığını  soruşur.  Yolçu  yumurtaların  eyni  cür  dad-

dığını  deyir.  Dəmirçinin  arvadı  bununla  ona  demək  istəyir  ki,  bütün 

qadınlar  da  eynidir,  onlar  ancaq  görünüşlərinə  görə  bir-birindən 

fərqlənirlər. 

Qarabağ, V kitab, s.203-204 



983*  Quş  sümüyündən  ev. Süleyman peyğəmbər istədiyi qızın 

arzusu  ilə  quş  sümüyündən  ev  tikdirmək  istəyir.  Bütün  quşları  yığır, 

yalnız  bayquş  onun  çağrışına  gəlmir.  Bayquşun  dalınca  atı,  vəziri  və 

iti  göndərir,  bayquş  itlə  gəlir.  Bayquş  Süleyman  peyğəmbərin  sualla-

rına cavab verir: a) dünyanın keçmişi çoxdu, yoxsa gələcəyi?; b) dün-

yada arvad çoxdu, yoxsa kişi?; c) abadlıq çoxdu, yoxsa xarabalıq? Sü-

leyman peyğəmbər bayquşun məsləhəti ilə quşları qırmaq fikrindən daşı-

nır;  bu  yaxşılığın  qarşılığında  bayquşa  gündəlik  üç  sərçə  ruzu  təyin 

edir. 

Qarabağ,  I  kitab,  s.209-210,  kont.798**A;  s.210-212;  V  kitab, 



s.188-191, kont.895+880 

986  Tənbəl  ər.  Padşah  kiçik  qızının  “evi  arvad  tikər”  sözünə 

qəzəblənib onu kasıba (tənbələ) ərə verir. Qızın əri karvana bələdçilik 

edir.  a)  Su  quyusunda  yaşayan  divin  sualına  cavab  verir:  dünyada  ən 

gözəl  şey  nədir?  Div  ona  qeyri-adi  nar  bağışlayır;  yaxud  b)  meşədən 

tapdığı  qızıl  hesabına  varlanır.  Özünə  atasının  imarətinə  oxşar  bir 

imarət tikdirir. Qızının  bu cah-cəlalını görən padşah onun haqlı oldu-

ğunu etiraf edir.  

Qarabağ,  II  kitab,  s.332-338,  kont.910;  III  kitab,  s.281-289, 

kont.936; VIII kitab, s.192-195 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə