Microsoft Word Qarabag-folklor-da-tarixdir-9


[1441B  =  AT  1441B*  Mollanın  arvadına  aşiq  olmuş  keçəl]



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə116/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   111   112   113   114   115   116   117   118   119

 

387


[1441B  =  AT  1441B*  Mollanın  arvadına  aşiq  olmuş  keçəl]. 

Mollanın arvadı ona öpüş verməsə, naxıra getməyəcəyini deyir. a) Mol-

lanın  arvadı  keçələ toyuq  hinində  görüş təyin  edir.  Mollaya  yaxalanan 

keçəl  itmiş  xoruzunun  dalınca  gəldiyini  bəhanə  etməklə  ondan  xilas 

olur. b) Mollanın arvadı keçələ təzə tikilmiş evlərində görüş təyin edir. 

Keçəl  evin  ölçüsünü  götürməyə  gəldiyini  bəhanə  etməklə  molladan 

xilas  olur.  c)  Növbəti  dəfə  mollanın  arvadı  ilə  görüşə  gedir  və  yükün 

arxasında  gizlənir.  Mollanın  arvadını  vurmaq  üçün  atdığı  odun  parçası 

buzova  dəyir,  heyvan  murdar  olmamış  molla  onun  başını  kəsir.  İşin 

böyüdüyünü  görən  keçəl  əlində  bir  tiyan  un  yükün  arxasından  çıxır, 

guya mollanın heyvan kəsdiyini  bilib ət almağa gəlib. Mollanın arvadı 

fürsət tapıb keçələ öpüş verir, keçəl ondan sonra naxıra gedir. 

Qarabağ, I kitab, s.293-296 

1525G  Oğru  Əzrayıl  qılığında. Qəhrəman özünü Əzrayıl kimi 

qələmə verib padşahı oğurlayır. 

Qarabağ, I kitab, s.274-281, kont.950; II kitab, s.344-353, kont.950 

1525N  Keçəllə  kosa  bir-birinə  hiylə  gəlirlər.  Keçəllə  kosa 

sarayda işə düzəlirlər: biri padşahın inəyini otarır, o biri isə çay payla-

yan  işləyir.  Kosa  gələn  qonağa  çay  vermək  üçün  hər  dəfə  qırx  pillə-

kəni  çıxıb-düşür,  keçəl  isə  inəyin  dalınca  bütün  günü  gəzir.  Günün 

sonunda bir-birinə öz işlərinin necə rahat olduğunu deyirlər və razıla-

şırlar  ki,  növbəti  gün  işlərini  dəyişsinlər.  Keçəl  kosaya  özü  ilə  stol 

götürməyi  məsləhət  görür.  Kosa  bütün  günü  stol  belində  inəyin  dalınca 

yüyürməli olur.  

Qarabağ, I kitab, s.296-303, kont.1525V*+1525S* 

[1525S*  Keçəllə  kosa  padşahın  inəyini  oğurlayırlar].  Kosa 

heyvanı  çəkdikdən  sonra  ipi  kəsib  keçəli  tövlənin  içində  qoymaq 

istəyir.  Keçəl  səbətin  içinə  girib  üstdən  əti  qoyur.  Kosa  səbətlə  bir-

likdə onu da çəkib tövlədən çıxarır.  

AT kataloqunda 1525N nömrəli süjetin tərkibində verilib.  

Qarabağ, I kitab, s.296-303, kont.1525V*+1525N 



1525V*  Fətir  oğrusu.  Kosayla  keçəl  dalaşır,  ev  sahibinin  başı 

onları ayırmağa qarışanda keçəl fətiri oğurlayır, amma fətir iri olduğun-

dan onu gizlədə bilmir. Kosaya üstüörtülü vəziyyəti anladır, kosa deyir: 

“Qara-pırtıx, qarnı yırtıx kopoğlu”, yəni çörəyi qırıqlayıb gizlət. Keçəl 




 

388


kosanın  məsləhətinə  əməl  edir,  fətiri  köynəyinin  altında  gizlədib 

aradan çıxırlar.  

Qarabağ, I kitab, s.296-303, kont.1525N+1525S* 

1530 Uçan qaya. Keçəl çiynini qayanın altına verir və özünü elə 

göstərir  ki,  guya  uçan  qayanı  saxlayıb.  Başqa  birini  onu  əvəz  etməyə 

razı salır və özü onun atını minib aradan çıxır. 

Qarabağ, V kitab, s.239-240, kont.1540+1541 



1531B  Arvad  ərinin  dəyişik  düşməməsi  üçün  şalvarının 

arxasına  parça  tikir. Kişi paltarını  başqasının əynində görüb özünün 

dəyişik düşdüyünü zənn edir.  

Qarabağ, IV kitab, s.276-279, kont.1381A 

1533  Qazın  bölünməsi.  Kasıb  padşaha  hədiyyə  apardığı  qazı 

onun  ailə  üzvləri  arasında  bölür:  qazın  başını  padşaha,  qanadlarını 

qızlara, ayaqlarını oğlanlara, dümbəyini arvada verir, bədənini isə özünə 

götürür.  Bölgüdən  razı  qalan  padşah  onu  mükafatlandırır.  Varlı  qonşu 

padşaha beş qaz aparır, amma onu padşahın ailə üzvləri arasında bölə 

bilmir. 


Qarabağ, V kitab, s.240-242 

1534 Bəxtsiz  adam. Verdiyi borcu geri ala bilmədiyi üçün tacir 

onu məhkəməyə aparır. Yolda eşşəyin quyruğunu qoparır, atın gözünü 

çıxardır,  hasardan  atılıb  qaçmaq  istəyir,  hamilə  qadının  üstünə  düşür, 

qadın uşaq salır. Məhkəmədə həmin əməllərinə görə də cavab vermə-

lidir. a) Qazı onun  əlindəki  bağlamanı rüşvət bilib  işi onun  xeyrinə  həll 

edir,  yaxud  b)  qəhrəman  qazını  qadınla  bir  yerdə  tutur.  Qazı  sirrini 

açmaması üçün işi onun xeyrinə həll edir.  

Qarabağ,  II  kitab,  s.389-392;  V  kitab,  s.244-245;  VI  kitab, 

s.266-267 

1535*  Ləl  qiymətinə  təzək.  a)  Gənc  satmaq  üçün  apardığı 

çörəyi (unu) dəryaya atır. Onları yemlədiyi üçün balıqlar ona qiymətli 

daş  hədiyyə  edir  (Bax.  672E*).  Qəhrəman  həmin  daşları  təzəyin 

(kötüyün)  içində  gizləyir,  bir  neçə  təzəyi  isə  boş  saxlayır.  Yaxud  b) 

qəhrəman züryətsiz  bir kişinin öz sərvətini kötüklərin  içində gizlətdi-

yini  bilir  və  dünyasını  dəyişdikdən  sonra  həmin  kötükləri  satın  alır. 

Alverdən  qayıdanda  yolda  boş  təzəkləri  (kötükləri)  yandırmaq  üçün 

tacir yoldaşlarına satır və pulunu ödəyəcəklərinə dair onların dilindən 




 

389


kağız  alır.  Daha  sonra  ləl  gizlətdiyi  təzəkləri  tacirlərə  göstərib  onlar-

dan həmin ləlin qiymətini tələb edir. 

Qarabağ, II kitab, s.363-366; III kitab, s.225-231, kont.834**;  

1537  Cansız  bədən.  Nökər  öldürdüyü  ağanı  eşşəyə  mindirib 

özgənin bostanına buraxır. Bostan sahibini atasını öldürməkdə günah-

landırıb ondan qan pulu tələb edir. 

Qarabağ, II kitab, s.259-267, kont.1000+1120+1132 



1540  O  dünyadan  gələn.  Qəhrəman  özünün  o  dünyadan  gəl-

diyini deyir. Arvad onunla ölmüş ata-anasına pul göndərir. Arvadın əri 

qonşunun atını alıb onu təqib edir. Qəhrəman onu da aldadıb atını əlin-

dən alır. 

Qarabağ, V kitab, s.239-240, kont.1541+1530 

1541 Ramazan. Arvad ərinin bayram üçün saxladığı pul ehtiya-

tını Bayram adlı adama verir. 

Qarabağ, V kitab, s.239-240, kont.1540+1530 

1542A*=  AT  1535  Təqibdən  qaçan  keçəl.  Çobanı  aldadır, 

guya  həkimlər  xəstə  padşaha  çoban  beyni  məsləhət  görüblər  və  onu 

paltarlarını dəyişməyə razı salır.  

Qarabağ, I kitab, s.319-320 



[1544*  Xəsis  kürəkən].

 

Qardaşlar  növbəylə  təzə  ərə  verdikləri 

bacılarına  baş  çəkirlər.  Kürəkən  böyük  qardaşları  ac  yola  salır,  kiçik 

qardaş isə evdəki hazır yeməkləri yeyib kürəkənin özünü ac qoyur.  

Qarabağ, VIII kitab, s.162-166

 

[1577 Yeddi kor]. Qəhrəman korun sırığının içinə yığdığı pulları 

ələ  keçirmək  istəyir.  İçində  arı  olan  küpü  saxlamaq  üçün  ona  verir. 

Kor  küpü  açanda  arılar  onun  üstünə  daraşır.  Sırığı  çıxarıb  qaçdıqda 

qəhrəman  onu  ələ  keçirir.  Daha  sonra  koru təqib  edir  və  yeddi  korun 

yaşadığı  mağaraya  gəlir.  Pullarını  harada  gizlədiklərini  öyrənib  onla-

rın da pulunu oğurlayır. 

Qarabağ, I kitab, s.308-312 

[1618* Kim uzağa tullanar]. Ev sahibi üzlü qonaqdan xilas olmaq 

üçün ölçü təyin edir. Evin ortasından xətt çəkir ki, qonaq qapıya tərəf 

tullananda onu itələyib qapıdan çıxartsın. Qonaq əks tərəfə tullanır.  

Qarabağ, I kitab, s.289-293, kont.1202 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə