Microsoft Word Qarabag-folklor-da-tarixdir-9


*  İnəyin  qarnındakı  buzov



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə113/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   109   110   111   112   113   114   115   116   ...   119

 

378


928*  İnəyin  qarnındakı  buzov.  Padşah  inəyin  qarnındakı 

buzovun  dişi  və  alnı  təpəl  olduğunu  söyləyir.  Keçəl  onun  səhvini 

düzəldir:  buzovun  quyruğunun  ucu  qatlanıb  alnında  durduğu  üçün 

təpəl göründüyünü deyir. Heyvanı kəsirlər, keçəlin dediyi düz çıxır. 

Qarabağ, I kitab, s.259-260 

929*  Dilimi  mehribançılığa  öyrədirəm.  Uşaq  yıxılan  eşşəyin 

başını dizi üstünə alıb onu əzizləyir. Padşah ondan bu hərəkətinin  sə-

bəbini soruşduqda dilini mehribançılığa və ya yaxşı danışmağa öyrət-

diyini  deyir.  Padşah  onu  mükafatlandırır.  Qoca  da  uşağı  yamsılayır, 

padşah ona yüz çubuq vurdurur. 

Qarabağ, I kitab, s.282-285, kont.910K; IV kitab, s.296-297 



929*** Evə əliboş gəlmək olmaz. Gəlinin tapşırığı ilə hər kəsə 

evə gələndə özü ilə  bir şey gətirməlidir. Böyük qayın gətirdiyi ölmüş 

ilanı  dama  atır.  Quş  çaynağında  apardığı  şah  qızının  zinət  əşyalarını 

yerə atıb ilanı çaynağına alır. Gəlinin ailəsi tapdıqları zinət əşyalarının 

hesabına varlanır. 

Qarabağ, III kitab, s.296-298; IX kitab, s.218-221 



930  Yazıya  pozu  yoxdur.  Olduqca  geniş  yayılmış  süjetdir, 

demək  olar  ki,  bölgəyə  daxil  olan  əksər  rayonlardan  onun  variantı 

qeydə  alınıb.  Süjetin  qısa  məzmunu  belədir:  Qızının  kasıb  bir  ailənin 

oğluna  yazıldığını  öyrənən  padşah  uşağı  özü  ağırlığında  qızıla  vali-

deynlərindən satın alıb dağdan atır. Allah Cəbrayıla əmr eləyir, Cəbra-

yıl uşağı qanadları arasına alır və onun yerə düşməsinə qoymur. Uşaq 

maralın  və  ya  keçinin  himayəsində  böyüyür,  yaxud  ziyarətdən  gələn 

şəxs qarağan kolunun dibindən uşağı tapıb onu böyüdür. Həmin oğlan 

axırda padşahın qızı ilə evlənir. 

Qarabağ,  II  kitab,  s.372-377,  kont.926;  III  kitab,  s.244-249; 

s.249-254;  s.254-259;  V  kitab,  s.181-183;  VI  kitab,  s.242-248;  VIII 

kitab, s.176-180; IX kitab, s.232-235 



930A Təyin olunmuş arvad. Naxırçının qızının ona yazıldığını 

öyrənən  gənc  qızı  xəncərlə  vurur,  özü  ilə  götürdüyü  qızılları  onun 

döşəyinin  altına  qoyub  evi  tərk  edir.  Qız  həmin  yaradan  şəfa  tapır. 

Yastığının  altına  qoyulan  qızılların  hesabına  şəhərdən  həyət  evi  alır. 

Şahzadə eyvanda gəzən qızı görüb ona aşiq olur, onunla evlənir. Sinəsin-

dəki yaradan onun naxırçının qızı olduğu məlum olur. 




 

379


Qarabağ, III kitab, s.266-269, kont.934B 

930K*  Süleyman  və  Zümrüd  quşu.  Gündoğanda  doğulan  oğ-

lanla günbatanda doğulan qız bir-birinə yazılmış olur. Allahın qədərinə 

inanmayan  Zümrüd  quşu  yazını  pozmağın  mümkün  olduğunu  iddia 

edir  və  qızı  caynağına  alıb  kimsəsiz  bir  adaya  aparır.  Amma  yazını 

poza bilmir.  

Qarabağ, VI kitab, s.241-242 



930L*  İki  sünbülün  söhbəti.  Sünbüllərdən  biri  onu  məğrub 

padşahının  oğlu,  o  biri  isə  məşruq  padşahının  oğlu  yeyəcəyini  deyir. 

Yazını pozmağa çalışan zəmiçi həmin sünbülləri qırıb aşa qatır. Həmin 

aşdan axşam  ona  qonaq olan  iki  şəxsə də  verir.  Məlum  olur  ki,  həmin 

şəxslərin biri məşruq padşahının, o biri isə məğrub padşahının oğludur. 

Qarabağ, II kitab, s.327-328 



934  Bıçaqla  gələn  ölüm.  Yuxuda  oğlunun  öləcəyini  görən  ana 

onu bir otağa salıb çölə çıxmağa qoymur. Rəfdəki ütü oğlanın  başına 

düşür, orada da canını tapşırır.  

Qarabağ, V kitab, s.184 



934A  Üç  ölüm.  Münəccimlər  padşahın  oğlu  olacağını  xəbər 

verir.  Biri  onu  ilan  çalacağını,  o  biri  ağacdan  yıxılacağını,  üçüncü  isə 

suda boğulacağını deyir. Hər üç münəccimin dediyi doğru çıxır.   

Qarabağ, IX kitab, s.190-193 



934E  =  AT  931E*

 

Rüsvay  olmuş  qız.  Mələk  padşahın  yeni 

doğulmuş  qızının  küçələrə  düşüb  rüsvay  olacağını  xəbər  verir.  Qız 

yazını pozmaq üçün özünü öldürür, torpaq onu qəbul etmir. 

Qarabağ, VI kitab, s.248-249 



934H*  =  AT  934A*  Əcəli  suda  tamam  olan  şəxs.  Peyğəmbər 

bir evə qonaq olur  və ev sahibinin  yeni doğulan  uşağını toy günü sel 

aparacağını  öyrənir.  Yazını  pozmağa  çalışır,  amma  mümkün  olmur. 

Füzuli  rayonundan  qeydə  alınmış  variantda  isə,  oğlan  suya  düşəndə 

Həzrət Əlini köməyə çağırır. Həzrət Əli onu sudan çıxardır, amma hər 

dəfə də qucağındakının balıq olduğunu görüb onu suya buraxır. Ondan 

sonra başa düşür ki, Allahın yazdığını poza bilməz.  

Qarabağ,  III  kitab,  s.270-271;  s.271-272;  IV  kitab,  s.282-283;  V 

kitab, s.183-184 



 

380


934G* İlanla gələn əcəl. Oğlan onunla yol yoldaşı olan Əzrayıl-

dan nikah gecəsi əcəli tamam olacağını öyrənir. Nikah gecəsi Əzrayıl 

ilana  çevrilib  balıncın  altında  gizlənir  və  oğlanı  sancmaq  üçün  fürsət 

gözləyir.  a)  Gəlin  özüylə  gətirdiyi  xonçanı  sailə  verir,  bu  yaxşılığın 

qarşılığında  Allah  oğlanın  ömrünü  uzadır;  yaxud  b)  oğlan  kəsdikləri 

duz-çörəyə and verir, Əzrayıl duz-çörəkdən keçə bilmir.  

Qarabağ,  I  kitab,  s.227;  s.228-229;  II  kitab,  s.287-293,  kont. 

750K*; VI kitab, s.239; VIII kitab, s.166-169, kont.926C***; IX kitab, 

s.235-237, kont.811* 

934G***  Yuxuya  qalmış  ilan.  İlan  sevgilisini  öldürdüyünə  və 

ya quyruğunu qopartdığına görə nikah gecəsi oğlanı çalmalıdır, amma 

yatıb  yuxuya  qalır.  Həqiqəti  öyrənən  peyğəmbər  ilanı  sevgilisinə 

qovuşdurur. 

Qarabağ, I kitab, s.229-230; s.231-232 

936 = AT 936* Qızıl dağ. Tacir tutduğu nökəri otuz doqquz gün 

yeydirib-içirdir, qırxıncı gün onu özü  ilə dağa  aparır. Qəhrəman  hey-

van cəmdəyinin  içində gizlənir, quş onu caynağına alıb dağa qaldırır. 

Oradakı  qiymətli  daşları  tacirə  atır.  Tacir  onu  dağın  başında  qoyub 

gedir. Qəhrəman tülkünün köməyi ilə dağdan enir və tacirdən qisas alır. 

Qarabağ, III kitab, s.281-289, kont.986 



938  Ailə  üzvlərinin  itirilməsi.  Taxt-tacı  itirən  padşah  şəhəri 

tərk  etməli  olur.  Yolda  arvadı  qaçırdılır,  bir  oğlu  çaya  düşür,  o  bir 

oğlunu  canavar  aparır.  Başqa  bir  şəhərdə  yenidən  padşah  seçilir. 

Təsadüf nəticəsində oğurlanmış arvadını və övladlarını tapır. 

Qarabağ, I kitab, s.254-257 

938D* Hatəm cənnəti qazanır. Bu süjetin bölgədən iki variantı 

qeydə alınıb. Bərdədən toplanmış  variantda qeyd  olunur ki,  Allahdan 

bu  dünyasını  istəyən  Hatəm  şumdan  tapdığı  qızıl  hesabına  varlanır. 

Yeddi yolayrıcında imarət tikdirib gəlib-gedəni yeməyə qonaq edir və 

səxavəti  sayəsində  o  dünyasını  da  qazanır.  Füzuli  rayonundan  qeydə 

alınmış variantda isə, Allah kasıba cənnəti təklif edir, amma kasıb arva-

dının  tələbi  ilə  bu  dünyasını  istəyir.  Özgəsinin  qapısını  belləyəndə 

yerdən  tapdığı  qızıl  küpü  hesabına  varlanır.  Çayın  üzərindən  körpü 

salıb savab iş tutduğu üçün Allah onun o dünyasını da verir.  

Qarabağ, II kitab, s.300-302; V kitab, s.179-180 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə