Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə110/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   106   107   108   109   110   111   112   113   ...   119

 

369


840*B Üç quyu. Böyük qardaşların quyusu duru su ilə doludur, 

kiçik qardaşın quyusunu  isə kol-kos basıb. Ona görə böyük qardaşlar 

çalışır, evə qazanc gətirir, amma kiçik qardaş bütün günü yatır. 

Qarabağ, II kitab, s.282-283 



[841*  Çörək  verən  Allahdır].  Şah  Abbas  pinəçinin  bu  sözünə 

acığı  tutub  onu  zindana  atdırır  və  ona  yemək  verməmələrini  tapşırır. 

Zindanban  yanlışlıqla  başqasına  verməli  olduğu  yeməyi pinəçiyə  verir, 

nəticədə pinəçi sağ qalır, o biri şəxs ölür. 

Qarabağ, I kitab, s.235-236  

841A* Allah verməyəni bəndə verə bilməz. Şah ondan istəyən 

dilənçiyə öz qızını verir. Dilənçi yolda dünyasını dəyişir, qız Allahdan 

istəyən dilənçiyə qismət olur. 

Qarabağ, III kitab, s.309-311; VI kitab, s.236-237 



842  Padşah  kasıbı  varlandırmaq  istəyir.  Varlı  qardaş  körpü-

nün üstünə pul qoyur ki, kasıb qardaş oradan keçəndə pulu götürsün; 

kasıb körpüdən göyə baxa-baxa keçir. 

Qarabağ, V kitab, s.216-217; VI kitab, s.266 



[845A*  Gənc  özünə  ölüm  arzulayır].  Kasıbçılıqdan  bezən  gənc 

Əzrayılı çağırır ki, onun canını  alsın. Əzrayıl gəldikdə qaçıb  xilas ol-

mağa  çalışır:  əvvəl  bəhməz  küpündə,  sonra  yastığın  içində,  buxarıda 

gizlənir. Gənc buxarıdan çıxanda içəri girən Əzrayılla qarşılaşır, Əzra-

yıl ondan qorxub qaçır.  

Qarabağ, II kitab, s.316-317 



846* = AT 650A

1

 Bərəkət surfası. Həzrət Əli xaçpərəstə borcu 

olan  kişiyə  kömək  etmək  üçün  özünün  qul  adıyla  bazarda  satılmasına 

razı  olur.  Padşahın  çətin  tapşırıqlarını  yerinə  yetirir:  a)  çayın  qabağını 

kəsmiş  əjdahanı  öldürür  (300),  b)  vəhşi  heyvanların  yaşadığı  meşədən 

odun  gətirir,  c)  dağı  yarıb  çayın  qabağını  açır.  Padşahı  öldürüb  şəhər 

əhlini islam dininə dəvət edir. 

Qarabağ,  I  kitab,  s.219-222;  III  kitab,  s.218-221;  VIII  kitab, 

s.151-154 



847*  Kəsik  baş.  Məhəmməd  peyğəmbər,  Salmani-Farsi  və 

Həzrət  Əli  su  çıxartmaq üçün  növbə  ilə quyuya düşürlər. Peyğəmbərlə, 

Salmani  Farsi  “yandım”  deyə  qışqırır,  onları  çəkib  çıxarırlar.  Həzrət 

Əli  isə quyunun dibinə enib qırx gün-qırx gecə Cinni Cəfərin qoşunu 




 

370


ilə  vuruşur.  a)  Cinni  Cəfərin  arzusunu  yerinə  yetirir  və övladı  olması 

üçün  ona  alma  verir;  yaxud  b)  onun  suallarına  cavab  verir:  Dünyanın 

ortası haradır? Dünyada arvad çoxdur, yoxsa kişi? Bir variantda divlər 

Həzrət  Əlinin  möcüzəsini  görüb  islam  dinini  qəbul  edirlər,  digər 

variantda isə Əli divləri qırır, o vaxtdan da  yer üzündən onların kökü 

kəsilir. Müqayisə et: 301 

Qarabağ, I kitab, s.223-225; III kitab, s.216-218 

849* = TR 2505*B Musa və Firon. Falçılar Nuşirəvan şaha yeni 

doğulacaq  oğlan  uşağının  onu  öldürəcəyini  xəbər  verirlər.  Ana  oğlunu 

Nuşirəvan şahın əlinə keçməməsi üçün kahaya atır. Uşağın baş barma-

ğından  iki  göz  açılır,  birindən  su,  o  birindən  süd  gəlir.  Uşaq  onunla 

qidalanır.  Qəhrəman  məbədə  qarovulçu  düzəlir.  Gecə  taxtadan  düzəl-

dilmiş allahları qırır, baltanı da baş allahın çiyninə qoyur ki, elə təsəv-

vür eləsinlər allahları o qırıb. Daha sonra Fironu öldürüb onun yerinə 

taxta çıxır. 

Qarabağ, I kitab, s.245-247; VI kitab, s.234-236 

 

NOVELLİSTİK NAĞILLAR 

 

868*  «Dünya kor bir eşşəkdir, quyruğundan necə tutsan, elə 

də gedər». Şah Abbas qarpıza iki  manat verməyə qıymır, amma cavan 

bir  oğlan  həmin  qiymətə  qarpızı  alıb  yeyir.  Bu  hadisənin  şahidi  olan 

Şah  Abbas  bir kağıza  “dünyanı  nətər tutsan, elə də gedər”  yazıb oğlana 

verir.  Oğlan  özünü  Şah  Abbasın  oğlu  kimi  qələmə  verir  və  şəhər 

böyüyünün qızı  ilə evlənir. Axırda yazdığı kağızı  Şah Abbasa göstərib 

öz əməlinə haqq qazandırır. 

Qarabağ, II kitab, s.366-370; IV kitab, s.287-288; V kitab, s.202-

203 


875D Yola nərdivan salaq. Peyğəmbər onunla yol yoldaşı olan 

qocaya suallar verir: yola nərdivan salaq, çaya körpü ataq, bu zəminin 

sahibi görəsən yeyibdi, ya yeyəcəkdi? Qoca qızının köməyi ilə onların 

mənasını öyrənir. Şah Abbas onun qızı ilə evlənir. 

Qarabağ,  V  kitab,  s.223-224;  VI  kitab,  s.259-261;  IX  kitab, 

s.150-165,  kont.782**+888A+798*+806*+831C 




 

371


875*  Dünyada  ən  yüyrək  şey  nədir?  Canlılar  arasında  ən 

qüvvəlisi  hansıdır?  Həyatda  ən  şirin  şey  nədir?  Padşah  vəzirdən 

dünyada  ən  iyli,  ən  güclü  və  şirin  şeyin  nə  olduğunu  tapmasını  tələb 

edir. Çobanın qızı suallara düzgün cavab verir: ən yüyrək şey fikirdir, 

ən qüvvəli canlı atdır, ən şirin şey ağır zəhmətdən sonra gələn yuxudur. 

Padşah onunla evlənir.  

AT kataloqunda 875 nömrəli süjetin tərkibində verilib. 

Qarabağ, II kitab, s.377-378, kont.921 

875H* Padşah çəpgöz qıza aşiq olur.  

Qarabağ, VIII kitab, s.180-182, kont.460** 



[875İ*  Tərli  bədən  və  soyuq  su].  Tacir  tərli  olduğundan  qız 

onun üçün gətirdiyi suyu  yerə tökür. Bununla  vaxt qazanmağa çalışır 

ki, tacirin təri soyusun. Qızın zəkasına heyran qalan tacir onu öz oğlu-

na alır.  

Qarabağ, II kitab, s.237-246, kont.882 

878*B Kiçik qız Şah Abbasın onun hamam boxçasını götür-

məsini  arzu  edir.  Nağıl  kiçik  bacının  arzusunun  gerçəkləşməsi  ilə 

tamamlanır.  

Qarabağ, I kitab, s.233-235; II kitab, s.275-281, kont.432 

878**  Mum  adam.  Oğlan  kiminlə  evlənirsə,  səfərdə  olanda 

arvadı yalnızlığa dözməyib atası evinə qayıdır. Axırıncı qadın xəmirdən 

adam fiquru düzəldib onunla dərdləşir və bu yolla yalnızlığını unudur.  

Qarabağ, V kitab, s.228-229 



880 Arvad ərini xilas edir. Padşah tacirlə mərc gəlir: əgər pişik 

səhərə  kimi  quyruğu  üstündə  yeddi  çırağı  saxlasa,  tacirin  var-dövləti 

ona  çatır.  Mərci  udan  padşah  tacirin  var-dövlətini  əlindən  alır,  özünü 

isə  zindana  atdırır.  Arvad  kişi  paltarında  ərinin  olduğu  şəhərə  gəlir. 

Otağa siçan buraxmaqla padşahı udur və ərini xilas edir. 

Qarabağ, V kitab, s.188-191, kont.983*+895 



882  Qadının  sədaqətliliyi  üstündə  mərc.  Qəhrəman  arvadının 

ona sədaqətli olmasına dair qırxlotu başı ilə iddiaya girir. Lotu başçısı 

sandıqda arvadın yataq otağına daxil olub onun alt paltarını ələ keçirir. 

Arvad kişi geyimində onu təqib edib özünün günahsız olduğunu sübut 

edir.  

Qarabağ, II kitab, s.237-246, kont.875İ*; VIII kitab. s.182-190 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə