Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə108/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   104   105   106   107   108   109   110   111   ...   119

 

363


xəbəri  eşidən  hər  ailə  üzvü  “Allaha  pənah”  deyir.  Hər  Allaha  pənah 

kəlməsinə  görə  Allah  darğanın  ömründən  on  il  kəsir,  o,  dünyasını 

dəyişir.   

Qarabağ,  II  kitab,  s.307-308;  VI  kitab,  s.238-239;  VIII  kitab, 

s.171-172 

776**B  Gündə  üç  dəfə  çubuqlanan  şəxslər.  Bu  zülümdən  nə 

vaxt  qurtaracaqlarını  bilmək  istəyirlər.  Musa  peyğəmbər  onların 

xahişini  Allaha  çatdırır,  amma  müsbət  cavab  ala  bilmir.  Bu  xəbəri 

eşidən həmin şəxslərin hər biri “Allaha pənah” deyir. Həmin kəlməyə 

görə Allah onları çubuqlayan şəxsin ömrünü tamamlayır.  

Qarabağ, III kitab, s.233-234 



776**C Allah sürüsünün sayının artmasını istəyən kasıbın arzu-

sunu  yerinə  yetirir,  amma  ona  üç  gün  ömür  verir.  Bunu  eşidən  kasıb 

Allaha pənah deyir. Həmin sözə görə Allah onun ömrünü uzadır.  

Qarabağ, V kitab, s.178-179 



777** Bacı həsrəti. Əcəli tamam olmuş şəxs bacısına baş çəkmək 

üçün Əzrayıldan üç gün möhlət alır. Bacısına baş çəkməyə gedəndə ölən 

şəxsin namazına durur, Qurana qulaq asır. Tutduğu hər savab işə görə 

Allah onun ömrünə on il də əlavə edir.  

Qarabağ, II kitab, s.295-297 

780D*  Xənçərin  şahidliyi.  Əmioğlu  əmioğlunu  qız  üstündə 

öldürür.  Ölən  şəxsin  atası  Həzrət  Əlidən  oğlunun  qatilini  tapmasını 

xahiş  edir.  Həzrət  Əlinin  icazəsi  ilə  xəncər  şahidlik  edir  və  cinayəti 

törədənin kim olduğunu deyir.  

Qarabağ, I kitab, s.200-201; III kitab, s.221-223; s.223-224 

782  İsgəndərin  buynuzu.  İsgəndər  sirrinin  yayılmaması  üçün 

başını  qırxan  dəlləkləri  öldürtdürür.  Axırıncı  dəllək  İsgəndərin  başını 

qırxanda tükü yerə düşməyə qoymur, hamısını yeyir. İsgəndər fikirləşir 

ki,  onun  tükünü  yeyən  sirrini  də  batırar,  ona  görə  də  onu  öldürmür. 

Dəllək sirri saxlaya bilmir və quyuya danışır, oradan çıxan qamış onu 

yayır. 


Qarabağ, V kitab, s.194 

782**  İsgəndər  dilini  bilmədiyi  adamı  evləndirir,  ondan  olan 

uşağın  köməyi  ilə  onu  danışdırır.  Həmin  adamdan  yer  üzündə  ondan 

da böyük hökmdarların olduğunu öyrənir.   



 

364


Qarabağ,  IX  kitab,  s.150-165,  kont.875D+888A+798*+806* 

+831C 


783*  Əsli  hu.  Kasıb  cənab  Cəbrayılın  padşaha  qonaq  olacağını 

deyib  ondan  ənam  alır.  Onu  aldatdığı  üçün  padşah  kasıbı  öldürmək 

istəyir. Vəzir kasıbı şaqqalamağı, vəkil dərisinə saman təpməyi, nökər 

isə  bağışlamağı  məsləhət  görür.  Məlum  olur  ki,  vəzirin  atası  qəssab, 

vəkilin  atası  aşbaz,  nökər  isə  əsilzadə  nəslindəndir.  Onların  verdiyi 

məsləhət də öz peşələrinə uyğundur.   

Qarabağ, IX kitab, s.215-218 

798*  Dünya  qarısı.  Gah  cavanlaşır,  gah  da  qarıya  çevrilir.  Sü-

leyman  peyğəmbər  onunla  əhd-peyman  bağlayır,  həqiqəti  biləndən 

sonra  üzüyünü  geri  istəyir.  Mücrüdəki  bütün  üzüklərin  üstünə  Süley-

man yazılmış olur. Üzüklərin içərisində biri atılıb düşür, həmin əlamətə 

görə  Süleyman  peyğəmbər  onun  öz  üzüyü  olduğunu  müəyyən  edir. 

Füzlu  rayonundan  qeydə  alınmış  variantda  isə,  qeyd  olunur  ki,  nə 

qədər ki üzük Süleyman peyğəmbərin barmağındadı, allah onun canını 

almayacaq.  Süleyman  peyğəmbər  üzüyü  aşiq  olduğu  qıza  verdikdən 

sonra Allah onun canını alır.  

Qarabağ,  I  kitab,  s.206-208,  kont.763;  s.208-209;  III  kitab, 

s.243-244; V kitab, s.193-194; VIII kitab, s.161-162; IX kitab, s.150-

165, kont.782**+875D+888A+806*+831C 



[798**A  Bayquşun  şahidi  olduğu  möcüzə]:  Yayın  istisində 

gecə elə bir qar yağır ki, onun hündürlüyü çinar ağacının başına çatır, 

ardınca yağış yağıb qarı əridir. Bayquşdan başqa kimsə bu möcüzənin 

şahidi olmur.  

Qarabağ, I kitab, s.209-210, kont.983* 

798**B Bayquş elə bir şəhərə gəlir ki, orda bütün tikililər qızıl-

dan olur, ona böyük hörmət göstərirlər. Bir müddətdən sonra yenidən 

həmin şəhərə baş çəkdikdə həmin tikililərdən əsər-əlamət qalmır, insanlar 

azğınlaşmış olur, torpaq daxmalarda yaşayırlar. 

Qarabağ, VI kitab, s.254-255, 

800*A  Padşah  cənnətdə.  Padşah  Bəhlulla  qardaş  olmaq  istəyir. 

Onun  istəyi  ilə  arvadını  boşayır,  xəzinəni  camaata  paylayıb  Bəhlulla 

yola  çıxır.  Cənnətə  gəlir,  pəri  qızla  evlənir.  Allahın  işinə  qarışdığına 

görə oradan qovulur.  




 

365


Qarabağ, III kitab, s.259-265, kont.922F* 

806*  İsgəndər  o  dünyada.  İskəndər  dirilik  suyu  əldə  etmək 

üçün zülmət dünyasına gedir, amma sudan içmək ona qismət olmur. 

Qarabağ,  I  kitab,  s.192-194,  kont.981+831C;  IX  kitab,  s.150-

165, kont.782**+875D+888A+798*+831C 



807*A  =  AT  461A  Qəhrəman  atasının  gizlətdiyi  qızılları  ax-

tarır.  Qəhrəman  atasının  gizlətdiyi  qızılların  yerini  öyrənmək  üçün  o 

dünyaya  gedir  və  yolda  əməllərinə  görə  əzab  çəkən  insanlarla  qarşı-

laşır. Atası onun qarşısına yarı insan, yarı heyvan şəklində çıxır. Ondan 

qalan sərvətin bir hissəsini kasıblara paylayıb onu əzabdan qurtarır. 

Qarabağ, III kitab, s.208-212, kont.760B*; V kitab, s.186-187 

807*B  Qəhrəman  o  dünyada.  Oğlan  onu  ələ  salmış  qocanın 

aqibətini  görmək  üçün  o  dünyaya  gedir,  və  yaxud  kişi  insanların  bu 

dünyada tutduqları əməlin cəzasını o dünyada necə çəkdiklərini öyrən-

mək  üçün  o  dünyaya  gedir.  Ağcabədi  variantda  isə  kiçik  qardaş  haki-

miyyət rəmzi olan üzüyü anasından almaq üçün o dünyaya gedir. Yolda 

törətdiyi  əməllərə görə əcir əkən  insanlarla qarşılaşır. Onların çəkdiyi 

əcirin səbəbini öyrənib geri qayıdır. 

Qarabağ,  II  kitab,  s.226-237,  kont.465C;  s.330-332;  IV  kitab, 

s.284-285 

807**  Gələcək  nəsil.  Kişi  gəlin  köçürdüyü  qızına  baş  çəkməyə 

gedir.  Yolda  qeyri-adi  hadisələrlə  qarşılaşır:  a)  itin  qarnındakı  küçüklər 

zingildəyir,  b)  qarğa  leşdən  yeyib  Yasin  surəsini  oxuyur,  c)  bostandakı 

yemişin iyi ətrafı bürüyüb, amma hamısının içi çürükdür və s. Peyğəmbər 

yolda  gördüyü  şeylərin  mənasını  ona  izah  edir.  Məlum  olur  ki,  bunlar 

hamısı  gələcək  zamanın  əlamətləridir.  Elə  bir  zaman  gələcək  ki,  böyük 

duran  yerdə  kiçiklər  danışacaq,  pis  yola  düşən,  qumarbazlıq  edən  gəlib 

mollalıq  edəcək.  Bostandakı  yemişlər  isə  paxıllığın  əlamətidir:  insanlar 

üzdə bir-birinə xoş davranıb arxada bir-birinin ayağını çəkəcəklər.   

Qarabağ, I kitab, s.217-218, kont.552C* 



810*  =  Bax:  AT  332A*  Ana  övladını  Əzrayıldan  qaçırır. 

Övladını Əzrayıldan qaçıran ana təsadüfən ona qonaq olur. Yuxa  yayır, 

yuxanı  zay  etdiyi  üçün  oğlunu  oxlovla  vurur,  uşaq  dünyasını  dəyişir. 

Ana oğlunun ölümündə özünü günahkar sayır. 

Qarabağ, II kitab, s.318-320; V kitab, s.184-185 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə