Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə105/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   101   102   103   104   105   106   107   108   ...   119

 

354


437 Ölüyə qismət olan qız. Qız qırx gün-qırx gecə ölünün mil-

çəyini qovur. Sonuncu gün keçəl qız  onu əvəz edir və görülən işləri öz 

adına çıxıb oğlanla evlənir. Əsl gəlin başına gələn əhvalatı səbr daşı və 

qın bıçağına danışır. Onun sayəsində həqiqət üzə çıxır və yalançı gəlin 

cəzalandırılır: onu qatıra bağlayıb qaratikanlığa buraxırlar. 

Qarabağ, VI kitab, s.228-229 



449  Gül  və  Sənavər.  Padşah  arvadının  ona  xəyanət  etdiyini 

öyrənib onu qatıra döndərir. 

Qarabağ, II kitab, s.202-206, kont.514*+449+976*B 

451B*  Yeddi  qardaş  bir  bacı.  Qardaşların  hər  dəfə  yeməkdən 

əvvəl almanı iyləyərək ondan bacılarının iyini alması motivinə ilk dəfə 

bu variantda rast gəlinir.  

Qarabağ, II kitab, s.217-226 



460A Bəxtin axtarılması. Kasıb bəxtini axtarmağa gedir. Yolda 

müxtəlif  dərdə  düçar  olmuş  şəxslərlə  qarşılaşır:  canavar  bədənində 

tükün olmamasından əziyyət çəkir, cütcü əkdiyi sahədən məhsul götürə 

bilmir, padşah bütün döyüşlərdə meydanı məğlub tərk edir. Kasıb onla-

rın da şikayətini  çatdırır. Ona edilən təkliflərdən  imtina etdiyinə görə 

canavar  onu  parçalayır.  Laçın  rayonundan  qeydə  alınmış  nağıl  isə 

digər variantlardan fərqlənir. Həmin variantda kasıb dibindən su axdığı 

halda qupquru quruyan palıd ağacının, başının ağrısı kəsməyən balığın 

şikayətini  Allaha  çatdırır.  Axırda  kasıb  balığın  başağrısına  səbəb  olan 

lələ,  palıdın  qurumasına  səbəb  olan  ləl-cəvahirata  sahib  çıxır  və  onun 

hesabına varlanır.  

Qarabağ, I kitab, s.188-192; III kitab, s.201-203; IV kitab, s.252-

254; IX kitab, s.200-202. 

460B Günəşdən xəbər gətirmək. Bu süjetin bölgədən üç variantı 

qeydə  alınıb.  Süjet  tale  yazan  mələyin  Süleyman  peyğəmbərin  qızı 

Duxu xanımı Qara qula yazması, peyğəmbərin yazını pozmaq istəmə-

sindən  bəhs  olunur.  Füzuli  variantında  peyğəmbər  qulu  günçıxanla 

günbatanın  arasını  öyrənməyə,  Kəlbəcər  variantda  isə  Gündən  xəbər 

gətirməyə  göndərir.  Hər  iki  variantda  Qara  qul  mələyin  nişan  verdiyi 

bulaqda çimib gözəlləşir və Süleyman peyğəmbərin qızı ilə evlənir.  

Qarabağ,  V  kitab,  s.191-193;  VI  kitab,  s.239-241;  VIII  kitab, 

s.139-148 



 

355


[460C* Bəxtini  oyatdıqdan  sonra  kasıbın  şansı  gətirir]:  Quru 

ağacın dibindən tapdığı qızıl küpü hesabına varlanır.  

Qarabağ, II kitab, s.281-282 

[460*  Qaraçuxası  yatmış  şəxs].  Bu  süjetin  indiyə  qədər  Bərdə 

rayonundan  qeydə  alınmış  iki  variantı  məlumdur.  Seyid  Yusifli  kən-

dindən  yazıya  alınmış  variantda  deyilir  ki,  varlı  qaraçuxasını  qumun 

üstündə təpik döyənlərin arasından çıxardıb kölgədə yatanların arasına 

qoşur.  Onu  padşahın  yaxın  adamını  öldürməkdə  günahlandırıb  dara 

çəkmək  istəyirlər.  Padşahdan  möhlət  alan  varlı  qaraçuxasını  oyadıb 

yenidən təpik döyənlərin arasına qoşur. Onun günahsız olduğu üzə çıxır 

və azad edilir. Yeni Əyricə kəndindən qeydə alınmış variantda Qaraçu-

xası yatan şəxs odunçudur. Onun bazardan aldığı keçi başı insan başına 

dönür  və  onu  padşahın  qızını  öldürməkdə  günahlandırıb  həbsə  atırlar. 

Qaraçuxası durandan sonra odunçunun bəxti üzünə gülür. Onun günah-

sız olduğu üzə çıxır və həbsdən azad edilir.  

Qarabağ, II kitab, s.269-275; V kitab, s.222 

460**  Dəyirmanın  sirri.  Bu  süjetin  indiyə  qədər  yalnız  bir 

variantı  məlum  idi.  Kəlbəcərin  Zivel  kəndindən  qeydə  alınmış  bu 

variant həm süjetin  yayılma arealının  müəyyənləşdirilməsində, həm də 

onun başa düşülməsində böyük əhəmiyyət kəsb edir.  

Qarabağ, VIII kitab, s.180-182, kont.875H* 

465C O dünyadan  xəbər gətirmək. 

Qarabağ, II kitab, s.226-237, kont.807*B 



509*  =  TR  285B**  İnsanın  mədəsində  gizlənmiş  ilan.  Kişi 

təqibdən  qaçan  ilanı  mədəsində  gizləyir,  təhlükə  keçəndən  sonra  ilan 

onun  qarnından  çıxmaq  istəmir.  Kişi  qocanın  verdiyi  suyu  içdikdən 

sonra ilan onun bədənindən çıxır.  

Qarabağ, IV kitab, s.286-287 

[514*  Tilsimə  düşmüş  padşahın  oğlu  qıza  çevrilir].  Tilsimli 

quyudan  su  götürmək  istəyəndə  qıza  çevrilir.  Evlənir,  bir



 

oğlu  olur. 

Axırda tilsimdən çıxaraq yenidən əvvəlki şəklinə qayıdır.  

Qarabağ, II kitab, s.202-206, kont.1406A*+449+976*B 



517  Quş  dili  bilən  İsgəndər:  Quşlar  İsgəndərin  padşah  olaca-

ğını,  analığının  onun  əlinə  su  tökəcəyini  xəbər  verir.  Analığı  bundan 

xəbər tutub onu evdən qovur. Vəzirin oğlu ilə siğə qardaşı olur. Arvadı 



 

356


onu ayı şəklinə salır, özünə də güclü aclıq verir. İsgəndər siğə qardaşı-

nın  köməyi  ilə  əvvəlki  şəklinə  qayıdır,  arvadını  öldürüb  onun  yerinə 

taxta çıxır. Nağıl quşların verdiyi proqnozun gerçəkləşməsi ilə tamam-

lanır 


Qarabağ, II c., s.173-182 

545B Tülküynən Tozdu bəyin nağılı. Tülkü dəyirmançını varlı 

adam kimi qələmə verib padşahın qızını ona alır. 

Qarabağ, I kitab, s.184-187 

550  Mürği-xəndan  quşu.  Gedər-gəlməz  qaladakı  quş  padşahın 

başı üstündə oxuyarsa, onun gözünün açılacağını  söyləyirlər. Qardaş-

lar  quşu  gətirməyə  gedirlər.  Kiçik  qardaş  qarı,  əjdaha  cildinə  girmiş 

pəri  qızlarla  güləşib  onların  əşyalarını  ələ  keçirir.  Onların  köməyi  ilə 

gedər-gəlməz qaladakı quşu əldə edib atasının gözlərini sağaldır.  

Qarabağ, V kitab, s.161-168 



[552C* Kürəkən şir]. Kasıb peyğəmbərin xahişi ilə öz qızını şirə 

ərə  verir.  Daha  sonra  qızına  baş  çəkməyə  gedir  və  kürəkəninin  şir 

donuna girmiş bir mələk olduğunu öyrənir. 

Qarabağ, I kitab, s.217-218, kont.807**

 

554 Xeyirxah heyvanlar. Qəhrəman ayının qarnını doyuzdurur, 

qarışqalara arxı keçməyə kömək edir, susuzluqdan əziyyət çəkən divə 

su verir. Onların köməyi ilə padşahın nikah tapşırıqlarını yerinə yetirir: 

dörd qazan aşı bir oturuma yeyir, arpanı buğdadan ayırır, suyu stəkan-

dan tökmədən ağaca çıxıb düşür və padşahın qızı ilə evlənir. 

Qarabağ, III kitab, s.163-182, kont.316*+302 



[557*  Cavanlıq  alması].  Qəhrəman  öküzün  belindəki  cavanlıq 

almasını gətirmək üçün o dünyaya gedir. Yolda dilindən asılmış quşa, 

quyruğundan asılmış ata rast gəlir və onları xilas edir. Cavanlıq alma-

sını  əldə  edib  həmin  heyvanların  köməyi  ilə  yenidən  işıqlı  dünyaya 

qayıdır. 

Qarabağ, III kitab, s.196-198 



558*  Göydən  canavar  yağır.  Padşah  yuxu  görür:  göydən  a) 

canavar  yağır,  b)  qılınc  yağır,  c)  qoyun  yağır.  Füzuli  rayonundan 

qeydə  alınmış  variantda  isə,  padşah  yuxuda  sarayın  dördbir  tərəfinin 

canavar, b) tülkü və c) gül-çiçək olduğunu görür. Kasıb ilanın köməyi 

ilə  padşahın  yuxusunu  yozur,  əvəzində  aldığı  qızılları  onunla  yarı 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə