Microsoft Word Qarabag-folklor-da-tarixdir-9


*  Vəzir  zurna  çalmağı  öyrənir



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə117/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   111   112   113   114   115   116   117   118   119

 

390


1625*  Vəzir  zurna  çalmağı  öyrənir.  Kasıb  vəziri  inandırır  ki, 

padşaha zurna çalmağı öyrədir. Vəzir də həmin  sənəti öyrənmək  istə-

yir. Padşah həqiqəti biləndən sonra vəziri saraydan qovur, onun yerinə 

kasıbı təyin edir. 

Qarabağ, VI kitab, s.261-265 

1645B  =  AT  1645B*  Allah,  sən  mənə  yetir. Qoca Şah Abbas-

dan dilək diləmək üçün saraya gedir. Görür ki, Şah Abbas səhər nama-

zından  sonra  üzünü  Allaha  tutub  deyir:  «Ay  Allah,  sən  mənə  yetir, 

mən  də  millətimə  verim».  Geri  qayıdıb  o  da  Allaha  yalvarır,  tapdığı 

qızıl küpü hesabına varlanır. 

Qarabağ, I kitab, s.251-252  



1651 Bahalı pişik. Qəhrəman siçanların çox olduğu ölkədə pişiyi 

baha qiymətə satır. 

Qarabağ, III kitab, s.276-281, kont.990 

1654  Keçəllə  kosa  qəbirstanlıqda.  Özlərini  ölülüyə  vururlar, 

quldurları qorxudub onların qənimətlərinə sahib olurlar. 

Qarabağ,  I  kitab,  s.303-308,  kont.1920+1892+1960D;  III  kitab, 

s.314-317, kont.1920+1960D+1892 



1667*

 

Cəsarətli  bostançı.  Bostanın  məhsulundan  Şah  Abbasa 

nübar  aparan  bostançı  yolda  onun  özü  ilə  qarşılaşır,  amma  onu  tanı-

mır.  Şah  qarpızı  götürməsə,  eşşəyi  yük  qarışıq  onun  gözünə  soxa-

cağını deyir. Həmin sözləri şahın hüzurunda da təkrarlayır, cəsarətinə 

görə şah onu mükafatlandırır. (Müqayisə et: AT 1689). 

Qarabağ,  I  kitab,  s.236-242,  kont.922A*;  IV  kitab,  s.270-274, 

kont.922A*; VI kitab, s.249-250 

1681A  Hillilim  və  Güllülüm.  Ər-arvad  qızı  evinə  qonaq  gedir. 

Qazları  qaynar  suda  çimizdirib  öldürürlər.  Qızı  onlara  şal,  yağ,  ayaq-

qabı pay qoyub evə yola salır. Şalı üşüməsin deyə sünbüllərə bağlayır-

lar, qarğanın ayağı üşüməsin deyə ayaqqabını ona verirlər, yağı torpağın 

çatına tökürlər.  

Qarabağ, V kitab, s.238-239 



1696 Döyülən axmaq. Düzgün ifadələr işlətmir. Yasda deyir: «Bi-

ri min olsun», toyda: «ölən bu olsun» və s. Hər dəfə də onu döyürlər. 

Qarabağ,  I  kitab,  s.312-314;  II  kitab,  s.387-389;  V  kitab,  s.246-

248, kont.1713 




 

391


1713* Az tökərsən bir ovuc, çox tökərsən iki ovuc. Qəhrəman 

misgərdən təzə qazan alır. Qazana az bişirəndə bir ovuc, çox bişirəndə 

iki ovuc duz tökdüklərini öyrənir. Hər ikisini sınaqdan keçirir, yemək 

duzlu alınır. 

Qarabağ, V kitab, s.246-248, kont.1713 

1716 = AT 1716* Uç qardaşın ov macərası. Hədi-hüdü, Koroğ-

lu  və  Əbülqasım  zurnaçı  ova  çıxır.  Lüləsiz  tüfəylə  dovşan  vurmaları, 

ağzıyox  bıçaqla  onu  kəsmələri  kimi  motivlər  iştirak  etmir.  Altı  deşik 

qazanda  bişirirlər.  Palanın  içindən  Quran  çıxır.  Oxuyurlar  ki,  hamısı 

yalandı.  

Qarabağ, VI kitab, s.269 



1736A  Taxtaya  dönmüş  xəncər.  Padşah  hər  gün  kef  məclisi 

düzəldən  pinəçini  saraya  cəllad  təyin  edir.  Pinəçi  xəncərin  tiyəsini 

satıb onun puluna kef  məclisi düzəldir. Padşah ona oğrunun  boynunu 

vurmağı tapşırdıqda öz ağlı sayəsində vəziyyətdən çıxmağı bacarır.    

Qarabağ, IX kitab, s.204-212; s.212-215 

1739  Qazının  uşaq  doğması.  Molla  yuxuda  ikən  arvad  yeni 

doğulmuş uşağı onun yatağına qoyur və ərini uşaq doğduğuna inandırır. 

Molla biabır olacağını görüb kəndi tərk edir. Bir müddətdən sonra yeni-

dən geri qayıtmaq istəyir, amma həmin hadisənin unudulmadığını görüb 

həmişəlik oranı tərk edir. 

Qarabağ, V kitab, s.234-236 



1862E*  Ürəyə  sarınmış  tük.  Loğman  tükü  çıxartmaq  üçün 

xəstəyə südlü aş  yedizdirir  və onu şortağ ata mindirir. Xəstə  yediyini 

sifraq edir, ürəyinə sarınmış tük çıxır. 

Qarabağ, I kitab, s.268 



1862G*  Yeddi  il  su  içməmiş  ilanın  zəhəri,  qısır  buludun 

yağışı və beş il qısır qalmış keçinin südü. Bu üç şey xəstəyə dərman 

deyilir.  Xəstə  təsadüfən  bu  şeylərin  üçünü  də  bir  arada  tapır  və  onu 

içib sağalır.  

Qarabağ, I kitab, s.265-266; II kitab, s.392-394; VI kitab, s.268-269 



1862*H Hər insana dərman onun qidasıdır. Loğman nə qədər 

dəva-dərman  edirsə,  oğlunu  sağalda  bilmir  və  biabır  olacağını  görüb 

evi tərk edir. Şəyird uşağın çobandan olduğunu öyrənib onu süd-qatıq-

la müalicə edir. 




 

392


Qarabağ, I kitab, s.266-268 

1863*A  Kim  daha  güclü  zəhər  hazırlayar?  Şəyird  loğmanın 

verdiyi zəhəri içdikdən sonra süddə çimir, zəhər ona təsir etmir. Bu dəfə 

şəyird  zəhər  hazırlayır:  həvəngdəstənin  içinə  keçə  qırığı  atıb  səhərə 

qədər  döyür.  Şəyirdin  daha  güclü  zəhər  hazırladığını  zənn  edən  Loğ-

manın qorxudan ürəyi partlayır.  

Qarabağ, I kitab, s.261-263; s.264-265, kont.1863** 



1863*D  Əl  aman.  Xəstə  Loğmanın  ağzından  çıxan  ilk  sözə 

əməl edib şəfa tapır. 

Qarabağ, II kitab, s.394; IX kitab, s.242-243 

1892 Xoruzun belində qoz ağacı bitir. 

Qarabağ, III kitab, s.314-317, kont.1920+1960D+1654  



1920 Yalan yarışı. Kosa ilə keçəl şərikli kökə bişirirlər. Şərt kə-

sirlər ki, hərə bir yalan desin, kimin yalanı böyük olsa, kökəni o yesin. 

Keçəl mərci udur. 

Qarabağ,  I  kitab,  s.303-308,  kont.1654+1892+1960D;  III  kitab, 

s.314-317, kont.1960D+1892+1654  

1960D  Nəhəng  meyvə  (kələm,  qarpız).  a)  Kələm  o  qədər  iri 

olur  ki,  adamlar  yağışdan  qorunmaq  üçün  onun  yarpağının  altında 

gizlənirlər;  b)  qarpız  o  qədər  böyük  olur  ki,  içində  yeddi  qatar  dəvə 

itir; c) nəhəng göbələk: yağışdan qorunmaq üçün onun altına sığınırlar 

Qarabağ,  I  kitab,  s.303-308,  kont.1920+1892+1654;  III  kitab, 

s.314-317, kont.1920+1892+1654 

 

KUMİLYATİV NAĞILLAR 

 

2022* Qız doğulmamış uşağının taleyi üçün ağlayır. Guya ərə 

gedəcək, qızı olacaq, qızı ağacdan tut yeyəndə yıxılıb öləcək. Bacı da, 

ana  da ona qoşulub  ağlayır,  ata  dananı  kəsib  doğulmamış  nəvəsi  üçün 

ehsan verir.  

Qarabağ, III kitab, s.327-328 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə