16
elementi qrup deyil, fərd olur; insanların yaşadığı və işlədiyi
birliklər mənşəyə yox, seçkilərə əsaslanır; həyat tərzini və
məqsədlərini fərdin özü qrup tərəfindən müəyyən edildiyi, yaxud
təsdiq edildiyi ənənəvi cəmiyyətidən fərqli olaraq seçir; iş ailədən,
yaşayış yerindən ayrılmışdır və bürokratik struktrurlardan asılı
deyil və i.a. Siyasi inkişaf problemi siyasi prosesin qlobal mənada
analizi ilə sıx bağlıdır. Siyasi inkişaf anlayışı elmi dövriyyəyə XX
əsrin ikinci yarısında siyasi həyatın dinamikasını, onun dəyişməsi
proseslərini qeyd etmək üçün daxil edilmişdir. Siyasi inkişaf
iqtisadi, sosial və digər ictimai proseslərdən bir çox parametrlərinə
görə fərqlənir. Birincisi, siyasi inkişaf dönməz deyil. İkincisi,
siyasi inkişaf özünün müstəqil meyarları göstəriciləri ilə
xarakterizə olunur. Üçüncüsü, ümumi meyarlar olduğu hallarda
siyasi inkişaf prosesi müxtəlif ictimai sistemlərdə eyni ola
bilməz.
1
Siyasət anlayışı əsasən dövlətə aiddir, dövlətin daxili və xarici
fəaliyyətini ifadə edir. Dövlətdaxili siyasət dedikdə, hakimiyyətlə
vətəndaşlar arasında münasibətləri tənzimləmə aktı başa
düşülməlidir. Siyasəti əsasən dövlət rəhbəri və dövlət hakimiyyəti
həyata keçirir. “Politologiya” izahlı lüğətində siyasət anlayışına
aşağıdakı şəkildə izahat verilir: Siyasət (yun. politike dövlətin
idarə
olunması
məharəti)
–
politologiyanın
mərkəzi
anlayışlarından biri. Bu termin Aristotelin dövlət, idarəetmə və
hökumət haqqında “Siyasət” (“Politika”) adlandırdığı traktatın
təsiri altında yayılmışdır. Siyasət üç qarşılıqlı əlaqədə olan
aspektlərin vəhdətində çıxış edir: 1) ictimai həyat sahəsi; 2) sosial
subyektlərin fəallığının bir növü; 3) sosial münasibətlərin (fərdlər,
kiçik qruplar və s. arasında ) tipi. Polity anlayışında siyasətin
konstitusiya ilə, hüquqla, ənənələrlə, parlamentlər, hökumətlər,
məhkəmələr və s. formasında müəyyən olunmuş institusional
ölçüsü ifadə olunur. Policy anlayışı siyasətin siyasi tələbatlar və
1
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası. Politologiya. Izahlı lüğət. Bakı, “Şərq-Qərb”, 2007, 352 səh.
səh. 286.
17
maraqlar, siyasi dəyərlər və məqsədlər, siyasi proqram və
doktrinalar kimi normativ əsasları ilə bağlıdır. Politics anlayışı
siyasətçinin prosesual şərhini nəzərdə tutur ki, bu zaman söhbət
intellektual, iradi, qiymətverici və sosial-psixoloji formaları olan
siyasi iradə ifadə etməkdən gedir
1
.
Siyasətdə siyasi qruplar, siyasi tərəflər iştirak edir və hərəkət
edirlər, fəaliyyət göstərirlər. Siyasət cəmiyyəti əhatə edir və buna
görə də cəmiyyətin inkişafına xidmət edən və hakimiyyət
tərəfindən həyata keçirilən bir akdır. Siyasətdə dövlət quruluşu,
dövləti idarəetmə forması əsas prinsip və məzmundur. Dövlət
siyasəti cəmiyyətin bütün sahələrində həyata keçirilir. Siyasət
həyata keçirildikcə yeni-yeni siyasət sahələri, vasitələri, bu
baxımdan da obyekt və subyektləri yaranır. Siyasət iqtisadiyyat,
hərbi sahələr, təhlükəsizlik sahələri, sosial sahələr, elm, təhsil və
mədəniyyət sahələri və digər sahələrdə həyata keçirilir və bu
sahələr siyasətin həyata keçirilmə istiqamətləri və vasitələrin
hərəkət istiqamətləri kimi qəbul edilir.
Siyasət bir-birilə çox qarşılıqlı səbəbiyyət əlaqəsində olan
müxtəlif hadisələrdən və proseslərdən ibarətdir. Siyasi əlaqələr
müxtəlif səviyyələrdə təzahür edirlər. Onların nisbətən sadə
forması siyasi münasibətlərdir. Onlar siyasi fəaliyyət prosesində
subyektlərin bir-birinə münasibətdə vəziyyətini əks etdirir.
Mənafelərin bir-birinə uyğun gəlməsi, yaxud gəlməməsindən asılı
olaraq, insanların bir-birinə münasibəti müxtəlif olur, yəni onlar
müxtəlif mövqelər tutur. Buna uyğun olaraq, insanlar arasında
yaranan münasibətləri siyasi əməkdaşlıq və ya siyasi rəqabət
münasibətlərinə ayırmaq olar.
2
Siyasət dövlət tərəfindən həm dövlətin sərhədləri daxilində
(daxili siyasət), həm də sərhədlər kənarında (xarici siyasət) həyata
keçirilir. Siyasət həyata keçirildikcə yeni-yeni sahələrdə
1
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası. Politologiya. Izahlı lüğət. Bakı, “Şərq-Qərb”, 2007, 352 səh.,
səh. 274.
2
Həsən Şirəliyev, Əli Əhmədov. Politologiya. Ali məktəblər üçün dərslik.
“Təbib” 1997, 416 səh., səh.68.
18
vasitələrin sayı çoxalır, istiqamətlərin sayı artır və sferası
genişlənir. Bununla yanaşı, siyasi hərəkətlər zamanı istiqamətlərin
sayı azala da bilir. Bu prosesin forma və məzmunu hər şeydən
öncə siyasət həyata keçirilərkən, siyasəti həyata keçirənlərin
maraqlarından asılıdır. Həmçinin təbii şərait də siyasətin
sferasının daralmasına və ya genişlənməsinə xidmət edir. Bu
baxımdan siyasi hərəkətlər həm genişlənmə, həm də daralma
xüsusiyyətlərinə malikdir. Siyasi hərəkətlər zamanı siyasətin əhatə
olunduğu sahələr adətən inkişaf edir. İqtisadiyyat, sosial, hərbi,
mədəniyyət, elm, təhsil və digər sahələr inkişafa məruz qalır. Bu
sahələr inkişaf etdikcə cəmiyyətin ümumilikdə inkişafı baş verir.
Cəmiyyətin ümumi inkişafı öz növbəsində ümumi siyasi inkişafı
əmələ gətirir, dövlətin tərəf olaraq vətəndaşlarla münasibətləri
inkişaf edir, təkmilləşir. Cəmiyyətdə baş verən inkişaf cəmiyyətdə
həyata
keçirilən
siyasətin
xüsusiyyətlərindən
asılı
olur.
İqtisadiyyat, sosial sahələr və digər sahələrdə həyata keçirilən
siyasət nəticəsində bu sahələr inkişaf etdikcə, siyasət də
təkmilləşir və yeni şərait daha da təkmil siyasətin həyata
keçirilməsini tələb edir. Cəmiyyətin bütün sahələrində siyasət
yolu ilə meydana gələn inkişafı siyasi inkişaf kimi qeyd etmək
olar. Siyasi inkişaf ilk növbədə iqtisadi inkişaf üzərində olan bir
vəziyyətdir və hər iki vəziyyət qarşılıqlı olaraq bir-birinə təsir
edir. İqtisadiyyatın inkişafı tələb edir ki, digər sahələrdə də sürətlə
cavabverici siyasət həyata keçirilsin. Nəzərə almaq lazımdır ki,
iqtisadiyyatın inkişafı bir nəticədir. Nəticələrdən yeni nəticələrin
alınması (şaxəli sahələr üzrə) məqsədilə cavabverici siyasət həyata
keçirilir. İqtisadiyyat inkişaf etdikcə digər sahələr inkişaf edir.
Dövlət hakimiyyəti fəallaşır. Bunun nəticəsində dövlət siyasəti
güclənir və sahələrdə intensiv şəkildə tətbiq edilir. Siyasi inkişafa
nail olunur. Siyasi inkişaf bütün sahələrdə mövcud olan inkişaf
göstəricisinin şkalalar (cədvəllər, tablolar) üzrə yuxarı həddidir.
Siyasi inkişaf ümumi siyasi mühitin, siyasi müstəvinin inkişaf
vəziyyətidir. Siyasi inkişaf həm də siyasi hərəkətlər məhsulu
olaraq, bütün sahələrdə mövcud olan nəticələrin təsirindən
yaranan və ümumi əhəmiyyət kəsb edən üst qat vəziyyətidir.
Dostları ilə paylaş: |