42
türkcəyə, özü də oğuz ləhcəsinə aid sözdür. Dön (dönmək, çev-
rilmək) sözü oğuz ləhcəsində “dün” (dünmək) kimi ifadə olu-
nur, məsələn-dünən gecə (dönən gecə). “Dünya” sözü “dönya”
yəni “sudan dönmüş”, “sudan yaranmış” mənasında açılır və
ulu babalarımızın dünyanın yaranışı haqqında nə qədər dərin
biliklərə malik olmalarını bizə əyan edir. “Bəlya” sözü türk di-
lində açıqlanaraq “suyun bilicisi” və yaxud “dənizlərin bilicisi”
mənasını verir. “Xızır” sözü isə peyğəmbərin məxsus olduğu
Xız (ğız, quz) oğuztürk tayfasının adı ilə əlaqəlidir. Bu barədə
bir qədər sonra daha ətraflı danışacağıq. Müqəddəs Quranda da,
Musa ilə Xızırın görüşü zamanı, gəmilərdən, qayıqlardan, çay-
lardan və dənizlərdən danışılır. Bəlkə də bəşər tarixində ilk dəfə
su yolu səfərinin elmi şəkildə təşkili Xızır tərəfindən həyata ke-
çirilmişdir. Su yolunun marşrutunun, müddətinin təyin edilməsi
üçün təbiət hadisələrinin müşahidəsi vacibdir. Bu su yoluna da-
xil olan çayların, körfəzlərin qışda donması, yazda buzların əri-
məsi müəyyən iqlim şəraitlərindən asılı olaraq hər il tez və ya
gec başlaya bilər. Baltik dənizinin körfəzləri oktyabr ayında
buz bağlayır, buzlar aprel ayında əriməyə başlayır. Buna
baxmayaraq bəzən Baltik dənizi hövzəsində iri sal buzların
üzməsi iyun ayında da müşahidə edilib. Baltik və Şimal dəniz-
lərində, La-Manş boğazında suyun temperaturu yay aylarında
belə 16-17
0
C-dən yüksək olmur. Belə bir təhlükəli yolda
kiçicik bir səhv o dövrün dənizçiləri üçün faciə ilə nəticələnə
bilərdi. Xəzər dənizi sahillərində bu uzaq şimalın iqlim şəraiti
ən azı üç göstəricinin – fəza cisimlərinin (əsasən günəşin) duru-
mu, Qara dənizdən Xəzər dənizi istiqamətində hava kütlələrinin
axını, Xəzər dənizinin səviyyəsi haqqında məlumatların ümu-
miləşdirilməsi nəticəsində öyrənilirdi. Bu baxımdan, tikilmə
tarixi haqqında müxtəlif məlumatlar verilən, hündürlüyü iyirmi
səkkiz metr olan Qız qalası diqqəti cəlb edir. Azərbaycan
tarixçiləri Qız qalasının tikilmə tarixini XII əsrə aid etsələr də,
bu qalanın m.ö. VI əsrdə və yaxud daha qədimdə tikilməsini də
ehtimal edirlər. Baltik dənizinin Fin körfəzində, Kotlin adasın-
43
dakı Kronştadt şəhərində 1707-ci ildən Futştok xidməti fəaliy-
yət göstərir. Xəzər dənizi Kronştadt futştokundan (dəniz
sıfırından) iyirmi səkkiz metr aşağıdadır. Ehtimal etmək olar ki,
astronomik tədqiqatların hesablamalarında hər dəfə bu fərqi
əlavə etmək problemini aradan qaldırmaq üçün Qız qalası 28 m
hündürlüyündə tikilmiş, Baltik dənizinin səviyyəsi ilə bərabər-
ləşdirilmişdir. Qala qaya üzərində tikilib. Sonradan ətrafları
qazılaraq dərinləşdirilib, dənizdən qalaya qədər kanal çəkilib.
Qalay yükü ilə dayaz sahildən aralı dayanmış gəminin yükü
kisələrlə qayıqlara boşaldılıb, qayıqlar növbə ilə qalanın düz
altına qədər rahat gəliblər. Qalay kisələri boşaldılıb. Qalanın
birinci mərtəbəsi yüz tondan artıq qalay üçün anbar kimi
istifadə edilib və məhz bu səbəbdən qalanın birinci mərtəbəsi
ilə ikinci mərtəbəsi arasında pilləkən yoxdur. Qalanın qarşısın-
dakı çıxıntı isə qayıqları, şimaldan cənuba istiqamətlənən sualtı
cərəyanın, güclü şimal küləyinin və dalğaların təsirindən ləngər
vurmaqdan qoruyub. İl ərzində Qız qalasına ərzaq ehtiyyatı
toplanıb. Qalay yükünü boşaldan qayıqlar quru ərzağı gəmiyə
daşıyıblar. Ərzaq və su ilə təchiz olunmuş gəmilər yenidən
Böyük Su yoluna çıxıblar. Sonra qalay Qız qalasından arabalar-
la Assuriyaya, Babilistana, Hetlər ölkəsinə aparılıb. Bəlkə də,
dilimizdə “qalay” adlanan kimyəvi elementin adı elə “qala”
sözü ilə əlaqəlidir. Qalanı əhatə edən kanalın divarlarında
Xəzər dənizinin səviyyəsinin dəyişməsini rahat şəkildə
müşahidə etmək olardı. Bu vacib məsələ idi, çünki Baltik
dənizi də demək olar ki, Xəzər dənizi kimi qapalı dənizdir.
Xəzər dənizinin səviyyəsi Volqa, Ural, Kür, Araz, Samur
çaylarından asılı dəyişirsə, Baltik dənizinin də səviyyəsi əsasən
Neva, Narva, Qərbi Dvin (Dauqava), Neman, Visla, Oder və
Venta çaylarından asılıdır.
Kiçik Asiyaya qalay və kəhrəba gətirən as tayfaları m.ö. III
minillikdə Anadoludan şimala doğru tədricən hərəkət edərək
(əsasən Skandinaviya yarımadasının cənubunda) məskunlaşırdı.
Azərlərin Anadolu ərazilərini tərk etmələrinin digər səbəbi
44
m.ö. II minillikdə indiki Azərbaycan ərazilərinə basqın etmiş
Çin (yəcuc-məcuc) tayfaları ilə müharibə (Hun) olmuşdur.
Azərlərin Anadoludan şərqə axın etməsindən bir qədər sonra
m.ö. XIII əsrdən başlayaraq bu ərazilərdə qərbdən (dəniz yolu
ilə) gələn yunanlar və başqa tayfalar məskunlaşmağa başladılar.
As-ərlər uzun illər davam edən döyüşlərdən sonra çin tayfaları-
nı onların yurduna – Çinə qədər qovmuşlar. Hun dövründə
Manqışlaqdan Çinə qədər ərazidə məskunlaşmış As qövmünün
böyük bir qismi (hunlar) sonralar müxtəlif adlar altında
parçalanmış və öz aralarında müharibələr etmişlər. M.ö. VII
əsrdən başlayaraq hun tayfaları dədə-baba yurdlarına qayıtmağa
başlamış və bu qayıdışı Səlcuqilər dövləti başa çatdırmışdır.
Ərəblər, farslar və başqaları azər, azərbaz və s. bu kimi
sözləri necə başa düşürlərsə bu onların özlərinə aiddir. Məsə-
lən, qədim zamanlardan oğuzlar arabaya ərəbə demişlər, indi də
deyirlər. Bu o demək deyil ki, bu sözlər eyni məna daşıyır və
yaxud arabanı ərəblər icad edib. Ərəblərdən çox-çox əvvəl
türklər at arabasından istifadə etmişlər, hetlərin, assurların
döyüş arabaları olmuşdur. Azər (as-ər), Yafəs, Bəlya sözləri
biri-biri ilə zəncir kimi bağlıdırlar. Ulu babamız Yafəsin adı –
ya (dərya, dəniz) + af (nemət) + as (birincilər, ilklər) – dənizlər-
dən nemətlənən birincilər deməkdir. Ulu peyğəmbərimiz Xızı-
rın adı Bəlya – dənizlərin, suların bilicisi, As-ər – ilk insanlar,
ilk igidlər və ya ilk dənizçilər (a-su) deməkdir.
Skandinav əfsanələrində Asların Vanlarla müharibəsindən
danışılır və bu müharibə ilk müharibə kimi qeyd edilir. Qədim
Çin əfsanələrində Van ilahəsi (sonralar bir neçə ilahə) geniş
arealda təmsil olunur. Əfsanəyə görə Van ilahələrindən biri
zülmətin (yəqin ki, qərbin) paytaxtı Suandu şəhərinə gedib
qayıtmışdır (121, s. 213). Skandinav əfsanəsinə görə Vanlar bir
cadugər qadını Asların istehkamına göndərmişlər. Adı “qızıl
hərisi” kimi açıqlanan bu cadugəri Aslar nizələri ilə öldürmüş-
lər. Əfsanəyə görə Vanlar Asların yurduna hücum etmişdilər
(121, s. 214).
Dostları ilə paylaş: |