25
formada fəaliyyət göstərmədikdə vergi islahatı əsasən məhsuldar qüvvələrin inkişaf
səviyyəsindən və maliyyə axınının istiqamət və həcmindən asılı olaraq həyata keçirilir. Bu
cür dəyişiklik qüvvədə olan vergi qaydalarının təkmilləşdirilməsini, bir sözlə yeni vergi
konsepsiyasının işlənib hazırlanmasını və tətbiq edilməsini tələb edir. Onu da qeyd edək
ki, vergi konsepsiyaları bir neçə variantda hazırlana bilər. Onlar bir qayda olaraq ölkənin
vergi bazasının dəyişilməsinə gətirib çıxarır. Hökumətin müzakirəsinə verilən belə
konsepsiyalar ekspert qrupu tərəfindən qiymətləndirilir və onlardan daha optimal variant
seçilir. Seçilən konsepsiya bir il təcrübədən keçirilir və yenidən ekspertlər tərəfindən qiy-
mətləndirilir.
Vergi islahatının vaxtında aparılmamasından asılı olan problemləri beş qrupda
birləşdirmək olar:
1.
Vergi siyasətində aparılması zəruri olan dəyişikliklərin vaxtında dərk edilmə-
məsi;
2.
Vergi konsepsiyalarının təcrübədə tətbiq edilməsindəki gecikmələr;
3.
Vergi təcrübələrinin fəaliyyət istiqamətinin və onların məzmununun düzgün
seçilməməsi;
4.
Vergi islahatından alınan səmərənin və onun vaxtının düzgün
qiymətləndirilməməsi;
5.
Vergi təcrübələrindən alına bilən müsbət nəticələrə vaxtından əvvəl inam
yaratmaq və mövcud reallığının lazımi səviyyədə qiymətləndirilməməsi.
Vergi qanunlarının fəaliyyətində təzahür edən mənfi halların hökumətin vaxtında
dərk etməsi bir neçə amillərdən asılıdır ki, bunlardan əsasən ikisinin nəzərə alınması
mütləq lazımdır. Birincisi, islahatçıların peşəkarlıq və etik hazırlığı, ikincisi onların
iqtisadiyyatda həyata keçirilməsi zəruri olan dəyişikliyin qəbul etməsinə hazır olması.
Bununla yanaşı vergi qanunvericiliyində həyata keçirilən dəyişikliklərə iqtisadiyyatın necə
reaksiya verməsi probleminin aşkara çıxarılması da mürəkkəb vəzifələrdən biri hesab
olunur. Bir-birini inkar edən iki variant mümkündür. Birinci variantda, iqtisadiyyat ona
təqdim edilən vergi stimullarını və qadağanedici sanksiyaları qəbul edir. Onun investisiya
imkanları və istehlak tələbatı artır, habelə kapital sferalar arasında öz yerini dəyişməyə
başlayır. Digər variantda isə təsərrüfat subyektləri vergidən yayınmanın digər yeni
26
üsullarının tapılmasına cəhd göstərəcəkdir. Bu mümkün iki haldan birinin tam həlli heç bir
dövlətə və hökumətə nəsib olmur. Vergi islahatının müvəffəqiyyəti onun aparılmasına
çəkilən xərcin həcmi və yeni vergi qanunu qəbul edilərkən qarşıya qoyulmuş məqsədə nə
dərəcədə yaxınlaşması ilə qiymətləndirilir. Ona görə də hər bir yeni vergi islahatı daha
təkmilləşmiş vergi sisteminə yaxınlaşmanın başlanğıcı deməkdir. Bazar iqtisadiyyatına
keçid dövrünü yaşayan ölkələr, o cümlədən Azərbaycan Respublikası bu sahədə daha
böyük çətinliklərlə üzləşir. Belə ölkələrdə vergi islahatı problemini yalnız dövlət üçün
zəruri olan maliyyə resurslarının səfərbər olunma üsullarının axtarışı ilə bağlamaq olmaz.
Hal-hazırda Azərbaycanda vergi problemi nəinki iqtisadi, həmçinin sosial-siyasi
problemləri də üstələmişdir. Vergi metodu ilə səfərbərliyə alınan dövlət gəlirlərinin maddi
bazası əsasən istehsal sferasında formalaşır. qtisadiyyatın digər sferalarından (qeyri-
istehsal) daxil olan ödəmələr büdcə gəlirlərinin cüzi hissəsini təşkil edir. Ona görə də
dövlət vergi dərəcələrini artırmadan istehsal sahələrində investisiya fəallığını yüksəltmək
üçün maliyyə vəsaiti axtarışı problemi ilə qarşılaşır.
Azərbaycanda vergi sisteminin islahatı mühüm sosial-iqtisadi dəyişikliklər
şə
raitində baş verir.
Ölkədə bazar iqtisadiyyatının tələblərinə uyğun çevik vergi sistemini, o cümlədən
büdcə gəlirlərinin optimal nisbətini, büdcə xərclərinin səmərəli istiqamətlərini
formalaşdırmaq üçün Hökumət əsaslandırılmış büdcə-vergi siyasəti həyata keçirir.
Təcrübə göstərir ki, vergi islahatının düzgün taktika və strategiyada həyata
keçirilməsinin ən mühüm şərtlərindən biri onun prinsiplərinin dəqiq müəyyən edilməsidir.
Vergi islahatının prinsipləri iki istiqamətdə qruplaşdırılır. Birinci istiqamət adətən
vergi sistemində edilən dəyişikliklərin beynəlxalq qaydalara uyğunluğunu əks etdirir. Bu
klassik prinsipə riayət edilməsi vergi islahatını ölkənin sosial-iqtisadi inkişafının mühüm
amilinə çevirir. kinci istiqamətə hər bir ölkənin sosial iqtisadi xüsusiyyətlərini nəzərə
alaraq vergi islahatı həyata keçirilən zaman müəyyən edilən prinsiplər daxildir. Lakin bu
qrupa daxil olan prinsiplər öz məzmununa görə eyni olmur. Bütün bu prinsiplərin
məzmununu açmaq üçün bir sıra dünya ölkələrinin təcrübəsinə nəzər yetirək. Belə ki,
ABŞ, Almaniya və ngiltərə kimi ölkələr vergi islahatını həyata keçirərkən əsasən
aşağıdakı ilkin prinsiplər əsas götürülür :
27
1.
Vergi islahatının aparılması dövrünün məqsədəuyğunluğu. Bəzən vergi qanunve-
riciliyindəki dəyişikliklər maliyyə ilinə təsadüf edir ki, bu da sahibkarların təsərrüfat-
maliyyə fəaliyyətinə xeyli mənfi təsir göstərir. Ona görə ki, bu dövrdə onlar artıq öz
kapitalını iqtisadiyyatın müxtəlif sektorlarında yerləşdirmiş olur, habelə müəyyən maliyyə
müqavilələri və ticarət sazişləri bağlamış olurlar. Belə vergi dəyişikliklərindən irəli gələn
itkilər yalnız biznes baxımından deyil, həm də büdcəyə daxil olan vergi məbləğində də
özünü göstərir.
2.
Vergi qanunvericiliyində edilən istənilən dəyişikliklər hər bir vergi ödəyicisinə
aydın olmalıdır. Deməli, vergi islahatının ən mühüm prinsiplərindən biri də onun aşkarlığı
və vergi ödəyiciləri arasında geniş aydınlaşdırıcı metodiki işlərin aparılmasıdır.
3.
Təcrübə göstərir ki, vergi dərəcələrinin son hədd səviyyəsində aşağı salınması
vergidən yayınma hallarının azalması ilə nəticələnir. Bu prinsipə riayət edilməsi digər
tərəfdən də ölkədə investisiya üçün əlverişli şəraitin yaradılmasına və gəlirlərin
leqallaşdırılmasına səy göstərilməsinə səbəb ola bilər.
4.
Vergi islahatı aparılarkən onun digər sosial-iqtisadi siyasət tədbirləri (pul-kredit,
xarici iqtisadi əlaqələr və s.) ilə uzlaşdırılması da mühüm prinsiplərdəndir.
5.
Növbəti vergi düzəlişlərinə başlamazdan əvvəl onların yaxın müddətdə verəcəyi
səmərəni dəqiq müəyyənləşdirmək lazımdır. stənilən vergi islahatının həyata keçirilməsi
ölkənin vergi sisteminin konseptual əsaslarına uyğun olmalı, iqtisadiyyatın səmərəli
inkişafını, habelə bütün təsərrüfat subyektlərinin və bütövlükdə əhalinin sosial-iqtisadi
maraqlarını nəzərə almalı və təmin etməlidir.
Vergi dəyişikliyi apararkən prinsipial məsələlərdən biri də dövlət xərclərinin
maliyyələşdirilməsidir. Xüsusi ilə bu yerli vergiqoyma sisteminə aiddir.
Vergi islahatlarının həyata keçirilməsi zamanı qarşıya çıxan mühüm problemlərdən
biri də dövlət büdcəsi ilə yerli büdcələr arasındakı optimal əlaqənin formalaşdırılmasıdır.
nkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da aparılan islahatların və vergi
sisteminin təkmilləşdirilməsinin əsas prinsipi vergi yığımının sivil üsullarla aparılmasıdır.
Deməli, vergi islahatının keçirilməsi prinsiplərinin seçilməsi yalnız vergiqoymanın
optimallaşdırılması məqsədindən deyil, həm də ölkədə islahatların sosial və iqtisadi
Dostları ilə paylaş: |