32
Yerli və regional bazarlar.
Bazarları ölkə içindəki yayğınlığına görə yerli
və regional olaraq iki qrupa ayıra bilərik. Maliyyə alətlərinin ölkə daxilindəki
alqı-satqı işləmlərinin gerçəkləşdirildiyi bazarlara "yerli bazarlar" (national
markets) adı verilir. Yerli bazarlar, sərmayənin tabana yayılmasına, əmanətlərin
aktiv hala gətirilməsinə vasitəçi olmaqla, eyni zamanda alternativ maliyyə
yönəltmələri arasında ən ucuz qaynaq nitəliyində olan fondlar ilə şirkətlərə yeni
investisiyalaragirmə, qısamüddətli fondları uzunmüddətli fondlar halına gətirə
bilmək imkanı ölkə içində, yaxud xarici şirkətlərin tanınmasına imkan yarat-
maqdadır. Ayrıca, bu bazarlar şirkətlərə aid aksiyaların təşkilatlanmış bir
bazarda, arzu edilən zamanda, təklif və tələbə görə təşkil edilən qiymətlərlə
alınıb-satılma imkanı verir.
Bir bölgənin sərhədləri içində alqı-satqı işləmlərinə davam edən bazarlara
isə "regional bazarlar" (lokal markets) deyilir.
Maliyyə alətlərinin istifadəsinə görə maliyyə bazarları: Maliyyə alətlərə
görə bazarları aksiya bazarları və istiqraz-bono və ya istiqraz törəmələri olaraq
iki qrupa ayıra bilərik. Sadəcə aksiyalar və törəmələrinin alqı-satqı işləmlərinin
gerçəkləşdiyi bazarlara "aksiya bazarları" adı verilmişdir. Birja üzv üçün
vasitəçi qurumlar arasında qiymətli kağız hərəkətini stimullaşdırıcı və in-
vestisiyaların aksiya sənədi xaricindəki istiqraz, bono və törəmələri alqı-satqı
işləmlərinin gerçəkləşdiyi bazarlara "istiqraz-bono bazarları" adı verilir.
Pul bazarında qaynaqlar müddətli və müddətsiz əmanət, kapital bazarla-
rında isə davamlılıq təklif edilən yığımlardır. Pul bazarının başlıca xüsusiyyəti
bu bazarların qısamüddətli fondlardan təşkil olunmasıdır. Pul bazarının alətləri
ticari sənədlərdən, qaynaqları isə çeşidli əmanətlərdən təşkil edilir. Pul ba-
zarında saxlanan fondlar kreditlərdir və bu kreditlər daha çox şirkətlərin
dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi üçün istifadə edilir.
Pul bazarı ilə kapital bazarı arasındakı fərqli yönlərə baxmayaraq, bu iki
bazar bir-biri ilə yaxın əlaqəlidir. Aralarındakı əlaqələri aşağıdakı kimi sıralaya
bilərik: Fond təklif edənlər bunlardan birinə və ya digərinə gedə bilərlər. Fond
təklif edənlərin hansı bazara gedəcəyi, bunların investisiya və mövcud gəlir
ə
ldəetmə imkanları ilə bağlıdır. Eyni şəkildə fondları istifadə edənlər, bunları
iki bazarın hər hansı birində saxlaya bilərlər.
Fondlar, iki bazar arasında gedib gələ bilir. Məsələn, Dövlət, müddəti ba-
ş
a çatan qısamüddətli borclarını uzunmüddətli borclarla (istiqrazlarla) dəyişdirə
bilir. Və ya hər hansı bir bank müddəti başa çatan istiqraz gəlirini bir şirkətə
qısamüddətli borc vermək surəti ilə istifadə edə bilir.
Bəzi qurumlar hər iki bazara xidmət götürə bilərlər. Məsələn, qısamüd-
dətli dövlət borclarını alıb-satan agentlər, uzunmüddətli istiqrazları də ala bilir.
Kommersiya bankları həm ortamüddətli, həm də qısamüddətli kredit verə bilir.
Qısa və uzunmüddətli bazarların gəlirləri bir-biriylə əlaqəlidir. Örnəyin kredit
sıxıntısı dolayısı ilə qısamüddətli fondların gəliri artınca uzunmüddətlilərinki də
artar. Hər nə qədər qısa və uzunmüddətli bazarlar arasında arbitraj qurmaq
33
sürəti ilə bir əlaqə qurulsa da, pul bazarı uzunmüddətli bazarlara nisbətən daha
həssasdır. Ayrıca pul bazarlarındakı kağızlar pula çox yaxındır, riskləri azdır.
Dünya iqtisadiyyatında beynəlxalq mal və xidmət axınları ilə yanaşı ka-
pital axınları da vardır. Beynəlxalq kapital hərəkətlərini üç ana başlıq altında
toplamaq olar:
1. ölkələrin iqtisadi inkişafını maliyyələşdirməyə yönəlmiş qarşılıqsız
kredit və ya kredit şəklindəki rəsmi kapital hərəkətləri (hökumətdən-hökumətə
və ya Dünya Bankı tərəfindən verilən iki və ya çoxtərəfli xarici yardımlar);
2. birbaşa xarici kapital investiyaları;
3. portfel xarakterli beynəlxalq kapital axınları.
Beynəlxalq maliyyə bazarlarından beynəlxalq kapital kommersiya şərtlə-
rilə əldə edilir. Bir ölkənin rezidentləri digər bir ölkə rezidentlərinə maliyyə
qaynağı təmin edirsə, buna beynəlxalq maliyyə işləmi deyilir. Beynəlxalq
maliyyə işləminin təməl məqsədi – fond sahiblərinin xarici bazarlarda fond-
larını istifadəyə verərək daxili bazarlara görə daha yüksək bir gəlir əldə
etməkdir. Beynəlxalq kapital ixracı bir ölkənin əlindəki fondlarının digər bir
ölkənin pul və kapital bazarlarına yatırılması deməkdir. Əslində kapital ixracı
bir ölkənin pul yığımlarının digər bir ölkənin iqtisadiyyatı üçün istifadəsidir.
Bunun nəticəsində, iqtisadiyyatda iqtisadi yüksəliş, iş yerləri artır və valyuta
məzənnəsində yüksəliş təmin olunur.
Bir ölkə sakinlərinin digər ölkə sakinlərini maliyyə qaynağı ilə təmin et-
mələri beynəlxalq kapital işləmidir və əməliyyat beynəlxalq kapital bazarla-
rında gerçəkləşir. Beynəlxalq kapital hərəkətlərinin ola bilməsi üçün hər şeydən
öncə bir maliyyə qaynağı və ya kapitalın (investisiya fondu) olması labüddür.
Maliyyə mənbəyi və ya investisiya fondu müəyyən bir gəlir qarşılığında
başqalarının yararlanmasına verilən və hər zaman istifadəyə hazır olan və
likvidliyi yüksək olan fondlardır. Maliyyə işləmləri maliyyə bazarlarında apa-
rılır. Bu bazarlar – pul bazarları və kapital bazarları olmaqla iki yerə ayrılır.
Ə
gər maliyyə mənbələri müəyyən bir faiz gəliri əldə etmək məqsədilə hərəkət
edirsə, bu əməliyyata kredit adı verilir. Beynəlxalq maliyyə axınları qısa (1
ildən az), orta (1-5 il) və uzun (5 ildən çox) müddətlidir.
Adətən, pul bazarlarında əməliyyatlar əsasən kommersiya bankları vasi-
təsilə aparılır və buradakı əməliyyatlar qısamüddətlidir. Kapital bazarında əmə-
liyyatlar isə istiqraz və səhm kimi qiymətli kağızlarla gerçəkləşdirilir. stiqraz
müəyyən bir sabit faiz gəliri gətirən borc sənədidir. stiqrazın müddəti qısadır-
sa, o zaman onun adı maliyyə bonosu olur. Səhm isə şirkətin mülkiyyətinə
ortaqlıq haqqına dayanır və mənfəət və ya zərərə qatılmaq imkanı əldə edir.
Beynəlxalq maliyyə bazarlarının strukturu beynəlxalq pul bazarı və ka-
pital hərəkətləri sisteminin birgə təsiri altında formalaşır. Beynəlxalq fond axın-
ları bir ölkədən ayrı-ayrı ölkələrə hərəkət edən pul və kapital fondlarıdır.
Ümumiyyətlə, maliyyə bazarlarında satılan fondlar istehlak edilməyib inves-
tisiyaya yönələn gəlirlərdir. Bu fondlar bir gəlir qarşılığında borc verilir. Bu