65
bazarın əsas indiqatoru kimi baxa bilərik. Qiymətlərin qalxıb-enməsi trend
təhlilinin əsasını təşkil edir və bütün texniki təhlilin təməli kimi hesab olunur.
Trend qiymətlərin yuxarı və yaxud aşağı hərəkət etməsinin müəyyən
edilməsidir.
Üç növ trend vardır:
• «öküz» trendi – qiymətlər yuxarı hərəkət edir;
• «ayı» trendi – qiymətlər aşağı düşür;
• «köndələn» – qiymətlər nə yuxarı, nə də aşağı hərəkət edir, bu hə-
rəkəti «flat» (flat, daha doğrusu «whipsaw») adlandırılar. Əminliklə söyləmək
olar ki, uzun «flat» bazarda qiymət fırtınasının müjdəçisinə çevrilir.
Bir qayda olaraq qiymətlər xətti olaraq yuxarı və ya aşağı hərəkət edir.
«Öküz» trendində qiymətlər sürətlə artır, «ayı» trendində isə sürətlə azalır.
Trend xətlər (trend lines) – bu bazarın uzunmüddətli maksimum və mini-
mumlarını birləşdirən düzxətlərdir. Trend xəttinin yuxarı və aşağı təmayülü
artım və ya azalma tendensiyasını göstərir. Trend xətti bazar dəyişiklikləri za-
manı texniki təhlilin əsas aləti hesab olunur.
Trendin hərəkət müddətləri vardır. Trendlər qısamüddətli, ortamüddətli
və uzunmüddətli olur. Uzunmüddətli trend bir ildən çox davam edir. Uzun-
müddətli trend 2-2,5 il davam edir. Ortamüddətli trend 3 aydan 6 aya qədər, bə-
zən isə 1 ilə qədər davam edir. Qısamüddətli trend isə 1 gündən 3 aya qədər
olan trendlər adlandırılır.
Trendin həyat müddətini trendin mövcud olan həyat silsiləsi ilə müəyyən
etmək olar. Bu zaman silsilənin uzunluğunu və amplitudunu müəyyən etmək
lazımdır. Trendin başlanğıcı silsilənin ümumi uzunluğunun üçdə birini əhatə
edir. Trendin həyat silsiləsinin ilk dövründə qiymətlər orta hesabla ümumi enib-
qalxmanın dörddə biri ilə üçdə biri arasında və müvafiq olaraq beşdə biri ilə
dörddə biri arasında dəyişir.
Trendin həyat silsiləsinin ortalarında bazarın ilk «yorğunluq» əlamətləri
meydana gəlir. Qismən aktivliyin azalması da baş verir ki, amma bu bir qayda
olaraq əvvəlki kotirovkalara qayıtmaqla nəticələnmir. Artıq deyildiyi kimi
silsilənin ortalarında trendin həyat silsiləsinin başlanğıcı ilə müqayisədə çox
vaxt kəskin qiymət fərqləri olur. Trendin həyat silsiləsinin ortalarında bazarı
«həddindən artıq qızdırmaqla» burada o, başlanğıcından fərqli olaraq daha əhə-
miyyətli olur. Bu da ikinci mərhələnin sonunda kotirovkaların aşağı düşməsinə
gətirib çıxarır. Bir qayda olaraq kotirovkalar ikinci mərhələdə ümumi dəyişmə
məbləğinin bir ilə ¾ arasında dəyişir, daha sonra müvafiq olaraq enməsi ¾ ilə
½ arasında olur
Trendin həyat silsiləsinin sonuncu üçüncü mərhələsində azad spekulyativ
kapitalın məbləği enməyə başlayır. Müvafiq olaraq sövdələşmələrin sayı da
azalmağa başlayır. Qiymətlərin kəskin enib-qalxması praktiki olaraq baş verir.
Qiymətlər öz ekstremumuna (maksimum və ya minimuma) çatdıqda cüzi
olaraq və kiçik bir vaxt ərzində bu səviyyədə qalır və sonuncu enib-qalxma
66
maksimumun yanında baş verir. Trendin həyat silsiləsinin sonuncu mərhələsi-
nin axırında yeni trendə hazırlıqla bağlı bazarda əsəbilik artır.
Trend təhlili çox diqqətlə aparılmalıdır, əks halda bu acınacaqlı nəticələrə
gətirib çıxara bilər.
Trend təhlilinin məqsədləri aşağıdakılardır:
1. Qiymət dinamikasının istiqamətlərinin qiymətləndirilməsində mümkün
variantlar:
• yuxarı hərəkət;
• aşağı hərəkət;
• «flat».
2. Məlum istiqamətin hərəkətinin müddət və vaxtının qiymətləndirilmə-
sində:
• qısamüddətli hərəkətin trendi;
• uzunmüddətli hərəkətin trendi;
• trendin başlanğıcı;
• trendin yetkinliyi;
• trendin başa çatması.
3. Fəaliyyət göstərən istiqamətdə qiymətin qalxıb-enmə amplitudunun
qiymətləndirilməsində:
• kursun zəif dəyişməsi;
• kursun güclü dəyişməsi.
Bu üç qiymət dinamikasını müəyyən etdikdən sonra əminliklə araşdırdı-
ğ
ımız aksiyanı ala və ya sata bilərik.
Qrafiklərin tipi və onların qurulma qaydasını bilən investor üçün qrafik
məlumatları təhlil etmək daha asandır.
Treyderlər tərəfindən istifadə olunan əsas qrafik növləri aşağıdakı qra-
fiklərdə göstərilmişdir. Treyderlər arasında ən populyar xətti qrafik hesab edilir.
Məsələn, amerikalılar öz işlərində «xaçlar-sıfırlar» qrafikindən, yapon trey-
derləri «yapon şamları» qrafiklərindən istifadə edirlər.
Hər bir treyder qrafiki aşağıdakı konsepsiyalar əsasında qurur:
• qiymətlərin trend dinamikasının müəyyən edilməsi;
• qiymətin qeyri-trend hərəkəti;
• ticarət həcminin dəyişilmə dinamikası;
• qiymətin dəyişmə qrafiki.
Sözsüz ki, klassik texniki təhlil də təminat verə bilməz. Texniki təhlil nə
qədər yaxşı olsa da birja qiymətlərinin hərəkəti barədə dəqiq məlumat verə
bilməz. Bunu hətta professional ekspertlər də söyləyə bilməzlər. Əgər qiymətlə-
rin hərəkətini hesablamaq mümkün olsaydı, onda hər bir iri investor öz müvafiq
hesabat proqramını işləyib hazırlayardı. Dünyada heç kəs kursların hərəkətini
yaxın üç ay ərzində 100% düzgün proqnozlaşdıra bilməz.
Bazar iqtisadiyyatında investisiya qoyuluşunun müxtəlif imkanları
mövcuddur. Hüquqi və fiziki şəxslərin kapital qoyuluşunun seçilməsi zamanı
ə
n əsas kriterilərdən biri investisiya riskinin qiymətləndirilməsidir. Qiymətli