61
mını, xaricdən alınan və xaricə ödənilən kapital və əmək xidmətindən daxil
olan gəlirləri əks etdirir.
Kapital əməliyyatlarının hesabı isə kapital transferti əməliyyatlarını əks
etdirir. Maliyyə hesabı rezidentlərin qeyri-rezidentlərə maliyyə tələbi əməliy-
yatları və rezidentlərin qeyri-rezidentlər qarşısında olan öhdəlikləridir. Aktivlər
və öhdəliklər 4 qrup üzrə təsnif edilir: birbaşa investisiya, portfel investisiyası,
müxtəlif investisiyalar və ehtiyat aktivlər.
nvestisiya təhlilinin həyata keçirilməsində ilk öncə tədiyyə balansının
aşağıdakı mövqeləri maraq kəsb edir: cari əməliyyatların saldosu, xalis in-
vestisiya gəliri, ölkədə və ya xaricdə olan birbaşa və ya portfel investisiya,
həmçinin digər investisiyaların strukturu və dinamikası. Bir şeyi də qeyd etmək
lazımdır ki, xarici investisiya yalnız onun səmərəli istifadə olunan zaman tə-
diyyə balansına müsbət təsir göstərir. Səmərəli istifadə yalnız əmtəə və xidmət
sahəsində ixrac artıb, idxal isə azalmağa doğru gedəndə olur. Belə ki, portfel
investisiyası köhnə borcların yenidən maliyyələşdirilməsi üçün istifadə
edildiyindən onların artırılması gec-tez maliyyə iflasına gətirib çıxarır.
Pul sferası və
pul kredit siyasə
ti. Pul sferasının vəziyyəti şübhəsiz
olaraq investisiya abı-havasına öz təsirini göstərir. Bu, ilk öncə onun nominal
faiz tarifinə təsir etməsi ilə bağlıdır. Yüksək faiz dərəcələri uzunmüddətli
investisiya layihələrinə mənfi təsir göstərir.
Makroiqtisadi fundamental təhlil zamanı pul sferasının göstəriciləri
arasında aşağıdakılara diqqət yetirmək lazımdır:
• pul kütləsi, pul aqreqatları haqqında məlumat;
• iqtisadiyyatın pulla dolğunluğu (monetizasiya);
• qızıl valyuta ehtiyatının vəziyyəti və onun pul bazası ilə qarşılıqlı
münasibəti;
• valyuta məzənnəsi.
Maliyyə siyasəti, büdcə və vergi. nvestisiya təhlili zamanı investor,
həmçinin büdcə göstəricilərinin investisiya mühitinin göstəricilərinə təsir
ölçülərini də araşdırmalıdır:
• ÜDM-in faizində büdcə kəsiri;
• dövlət borclarının ödənilməsi ilə büdcə gəlirlərinin münasibəti;
• keçənilki dövr ilə müqayisədə vergi ödənişlərindəki artım tempi;
• istehsalçılarla əhalinin ödədiyi vergi arasındakı qarşılıqlı münasibət.
Fond bazarı. Belə ki, maliyyə investorlarının fəaliyyəti, adətən, fond
bazarlarında gedir, məhz elə çox hallarda da bu bazarda reallaşdırılır. Fond
bazarının həcmi bilavasitə olaraq maliyyə aktivlərinin dəyərinə təsir göstərir.
Bazar vəziyyətini təhlil etdikdə fond indeksləri barədə olan məlumatlardan
istifadə etmək olar.
Sahəvi təhlil. Sahəvi fundamental təhlil sahələr investisiya cazibədar-
lığını qiymətləndirir. nvestisiya cazibədarlığını bir sıra parametrlərlə xarakte-
rizə etmək olar ki, bunlardan da ən vacibi aşağıdakılardır:
62
• istehsal həcmi tempinin artırılması;
• sahələrdə istifadə olunan istehsal faktura qiymətlərinin artım tempi;
• istehsalın və aktivlərin gəlirliyi;
• kapital dövriyyəsinin sürəti;
• istehsal və maliyyə vasitələrinin səviyyəsi.
stehsal həcminin artım tempinin təhlili məhsulun alışı və bazarın
genişlənmə perspektivlərinin başa düşülməsində mühüm əhəmiyyət kəsb edir.
Bir şeyi də qeyd etmək lazımdır ki, həmişə makroiqtisadi təhlil sahəvi təhlildən
ə
vvəl aparılmalıdır.
Belə ki, yuxarıda söylənənlərdən başqa elə dövri sahələr də vardır ki,
onlar ümumi iqtisadi konyunktura ilə inkişaf edir.
Dövri sahələrə aşğıdakılar aid edilir və onlar:
• Avtomobil sənayesi – iqtisadi konyunkturun inkişafını qabaqlayır.
Onun inkişafı əsasən faizlərin hərəkətindən, alıcılıq qabiliyyətinin dinamikasın-
dan və dolların kursundan asılı olur;
• kimya sənayesi – burada silsilə demək olar ki, konyunktur ilə paralel
hərəkət edir. Bu sahədə, nəinki milli valyuta kursu, həmçinin dollar kursunun
güclü ixrac meyilləri də mühüm rol oynayır;
• enerji sənayesi – bu sahə azacıq olaraq iqtisadi silsilədən geri qaldı-
ğ
ından daha aşağı silsilə amplituduna malikdir. Əsasən ona innovasiya və
bazarın inkişafı təsir göstərir;
• maşınqayırma sənayesi–ümumi iqtisadi inkişafın ardından inkişaf
edən sahədir və əsasən də valyuta və investisiyaya təsir edən faiz dərəcələrin-
dən asılıdır;
• tikinti sənayesi – geri qalan sahədir ki, əsasən də faiz dərəcələrinin
hərəkətinə və dövlət hakimiyyət orqanlarının investisiya siyasətinə reaksiya verir;
• əmtəə malları sənayesi və toxuculuq sənayesi – öncül sahələrdir. Bu
sahələr daha çox fərdlərin tələbatından asılı olduğundan, əhalinin gəlirləri
onların səviyyəsinə mühüm təsir göstərir. Bundan başqa, burada həmçinin,
xammalın qiyməti və inflyasiyanın səviyyəsi də mühüm rol oynayır;
• banklar və sığorta firmaları – bu maliyyə sahəsi ümumi konyunkturu
qabaqlamağına baxmayaraq faiz dərəcələrinin hərəkətindən asılı olur.
Beləliklə də, sahələr konyunkturdan asılı olaraq qabaqlama, paralel və
yaxud geri qalmalarla inkişaf edir ki, bu da onların aksiya kurslarının hərəkəti-
nə təsir göstərir. Birja kurslarının hərəkət etməsi üçün sahəvi gəlirdən başqa iki
göstəricidən ( sahəvi sifarişlərin daxil olması və sənaye istehsalının həcmi)
istifadə edilir ki, bunlar da öz növbəsində investora qabaqcadan investisiya
mövzusunda qərar verməyə imkan verir. Onlar gözlənilən əmtəə dövriyyəsinin
dinamikasını və müvafiq sahələrin gəlirliyini özündə əks etdirir.
Gəlir dinamikası aksiya kurslarının hərəkətinə təsir göstərən ən mühüm
faktorlardan biridir. Göstərilən indikatorlardan başqa valyuta kurslarının,