131
sifariş verir, onların daşınmasını və saxlanmasını təmin edir; pul nişanlarının
ehtiyatlarını yaradır və həmin ehtiyatlara sərəncam verir; Мərkəzi Bank və
kredit təşkilatları tərəfindən nağd pulun saxlanması və inkassasiyası qaydalarını
müəyyən edir; Мərkəzi Bank və kredit təşkilatlarında kassa əməliyyatlarının
aparılması qaydalarını müəyyənləşdirir; tədavülə yararsız olan pul nişanlarının
ə
lamətlərini və onların dəyişdirilməsi qaydalarını müəyyən edir.
Yeni nümunəli pul nişanlarının tədavülə buraxılması haqqında qərarı
Мə
rkəzi Bankın darə Heyəti qəbul edir. Мərkəzi Bankın tədavülə buraxdığı
pulların nominallarını, ölçüsünü, tərtibatını, mühafizə elementlərini, habelə
digər bədii və texniki xüsusiyyətlərini müəyyən edir. Мərkəzi Bank müəyyən
etdiyi qaydada və qiymətlərlə buraxdığı yubiley və xatirə pul nişanlarının
satışını təşkil edir. Мərkəzi Bank qiymətlər miqyasının dəyişdirilməsi (deno-
minasiya) ilə əlaqədar yeni pul nişanlarının tədavülə buraxılması haqqında
qərarı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla qəbul edir. Deno-
minasiya halları istisna olmaqla, Мərkəzi Bank tədavüldə olan kağız və metal
pulun yeni nümunəli pul nişanlarına dəyişdirilməsi haqqında qərar qəbul edir.
Мə
rkəzi Bank tədavüldə olan pul nişanlarının dəyişdirilməsi haqqında qərarını,
habelə yeni pul nişanlarının təsvirini və pulların dəyişdirilməsi qaydaları haq-
qında məlumatı kütləvi informasiya vasitələrində dərc etdirir. Yeni pul nişan-
larının tədavülə buraxılması ilə əlaqədar pulların dəyidirilməsi zamanı dəyiş-
dirilmənin məbləğləri, yaxud subyektləri üzrə hər hansı məhdudiyyətə yol
verilmir. Dəyişdirilməli olan pul nişanları Мərkəzi Bankın müəyyən etdiyi
müddətdə, lakin bir ildən az olmamaq şərti ilə qanuni ödəniş vasitəsi sayılır.
Həmin müddətdən sonra pul nişanları Мərkəzi Bank tərəfindən müddətsiz
olaraq dəyişdirilir.
Мə
rkəzi Bank manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini
mütəmadi müəyyən edir və elan edir. Valyuta bazarında məzənnənin 2 funk-
siyası var: daxili iqtisadi şərtləri və xarici iqtisadi şərtləri dəyərləndirərək, ikisi
arasında tarazlığı qurmaqdır və valyuta məzənnəsi də qiymət qəbul edildiyinə
görə, o zaman valyuta təklif və tələbini gerçək səviyyə tarazlığında tutmaq
lazımdır. Beləlikə, məzənnə daxili qiymətlə xarici qiymət arasında əlaqəni
yaradan yeganə vasitədir və ən önəmli makroiqtisadi göstəricilərindən biridir.
Məzənnə valyuta istehsal edən sektorlarla valyuta isteklak edən sektor
arasında tarazlığı qoruyur və beləliklə, eyni qayda ilə ixrac sektorı və idxal sek-
torları arasında stimullaşdırma və qorumaçılıq siyasəti həyata keçirir.
Məzənnə siyasəti – ölkənin ixracat potensialına və investiya mühitinə
təsir edən ən önəmli formalaşdırma tədbirlər məcmusudur (məsələn, tədiyyə
balansının tənzimlənməsi, ölkənin qızıl-valyuta ehtiyatları). Valyuta məzənnə-
sinə təsir edən amillər: daxili və xarici qiymət səviyyəsi (SGP nəzəriyyəsi);
xarici ticarət balansına aid statistik göstəricilər;beynəlxalq kapital hərəkətində
dəyişikliklər (məsələn, ölkə daxilində faiz dərəcələrinin artımı: öz növbəsində
milli pul vahidinin dəyərini artırır); tədiyyə balansının ayrı-ayrı maddələrində
132
dəyişiklik (ixracat artımı, milli valyutanın güclənməsinə, bu isə, öz növbəsində
ölkənin beynəlxalq aləmdə rəqabətqabiliyyətliyinə mənfi təsir göstərir). Dövlət
büdcəsinə aid göstəricilər; xarici borc və faiz ödəmələri; dövlət budcəsinə aid
göstəricilər, xarici borc və faiz ödəmələri; pul miqdarındakı dəyişmələr;
Mərkəzi Bankın qızıl-valyuta ehtiyatlarının həcmi; beynəlxalq qurumların ölkə
iqtisadiyyatına bağlı dəyərləndirmə notları və s.
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın sabitliyini təmin etmək
məqsədi ilə xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar aparmaqla valyuta
bazarına müdaxilə edə və satış məzənnəsinin alış məzənnəsindən kənarlaş-
masına hədd qoya bilər.
Mərkəzi Bank dövlətin pul siyasətinin həyata keçirilməsi, ölkənin bey-
nəlxalq öhdəlikləri üzrə hesablaşmaların vaxtında aparılması üçün beynəlxalq
qızıl-valyuta ehtiyatlarını
darə Heyətinin müəyyən etdiyi strategiya
çərçivəsində saxlayır və idarə edir. Mərkəzi Bank darə Heyətinin müəyyən et-
diyi strategiya və qaydalar çərçivəsində aşağıdakı aktivlərdən ibarət beynəlxalq
qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir: qızıl, digər qiymətli metallar və
qiymətli daşlar; kağız və metal pul formasında sərbəst dönərli xarici valyuta;
xarici dövlətlərin mərkəzi banklarının və ya digər maliyyə idarələrinin hesab-
larında Mərkəzi Bankın sərbəst dönərli xarici valyutada saxladığı vəsaitlər;
Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları və Beynəlxalq
Valyuta Fondunda ehtiyat mövqeyi; xarici dövlətlərin, mərkəzi bankların və ya
beynəlxalq maliyyə təşkilatlarının buraxdığı, yaxud təminat verdiyi qiymətli
borc kağızları; beynəlxalq aləmdə qəbul olunmuş digər ehtiyat aktivləri.
Mərkəzi Bank beynəlxalq qızıl-valyuta ehtiyatlarının idarə edilməsində
bu sahədə ixtisaslaşmış maliyyə təsisatlarının xidmətlərindən darə Heyətinin
müəyyən etdiyi strategiya çərçivəsində istifadə edə bilər. Beynəlxalq qızıl-
valyuta ehtiyatları dövlətin pul siyasətinin həyata keçirilməsi, ölkənin
beynəlxalq öhdəlikləri üzrə hesablaşmaların vaxtında aparılması üçün Mərkəzi
Bankın mülahizəsinə görə təhlükəli səviyyəyədək azaldıqda və ya azalması
qorxusu olduqda, Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanına ehtiyatların
belə azalmasına gətirib çıxarmış və ya gətirib çıxara biləcək səbəbləri qabaq-
cadan göstərməklə, beynəlxalq qızıl-valyuta ehtiyatı mövqeyi haqqında hesabat
və əsaslandırılmış təkliflər təqdim edir. Mərkəzi Bank beynəlxalq qızıl-valyuta
ehtiyatlarının ümumi miqdarı barədə rübdə bir dəfədən az olmayaraq, kütləvi
informasiya vasitələrində məlumat dərc etdirir.
Mərkəzi Bank qanunvericiliyə uyğun olaraq hesabat tədiyyə balansını
(ölkənin tədiyyə balansı başqa ölkələrdən daxil olan pulun ümumi məbləği ilə
digər ölkələrə ödənilən pulların məbləği arasındakı nisbətdir) tərtib edir və
ölkənin proqnoz tədiyyə balansının hazırlanmasında iştirak edir. Tədiyyə
balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı
iqtisadi əməliyyatların məcmusunu əks etdirən statistik hesabat sistemidir.
nstitusional vahidin rezidentlik statusu onun hər hansı bir ölkənin iqtisadi