147
Qlobal maliyyə böhranının təsiri Azərbaycan maliyyə sisteminə daha çox
psixoloji xarakterli olmuş və maliyyə institutlarını inkişaf strategiyalarını ye-
nidən nəzərdən keçirməyə sövq etmişdir. Əlverişsiz xarici mühitə baxmayaraq
Azərbaycan bank sistemi reallaşan risklərə davamlılıq nümayiş etdirmişdir.
Beləliklə, qlobal maliyyə böhranın yayılma kontekstində Azərbaycanda
maliyyə sabitliyi qorunub saxlanılması ilə səciyyələnmış, bank sistemində sa-
bitlik və artım dinamikası təmin olunmuşdur.
Beləliklə, qlobal maliyyə və iqtisadi böhran şəraitində makroiqtisadi sa-
bitliyin qorunub saxlanılması, dövriyyədə pul kütləsinin artmasına nəzarətin
gücləndirilməsi və maliyyə intizamının sərtləşdirilməsi, uğurla həyata keçirilən
neft strategiyası nəticəsində ölkənin getdikcə artan maliyyə ehtiyatlarından
istifadənin səmərəliliyinin artırılması, istehlak bazarına nəzarətin güclən-
dirilməsi, iqtisadiyyatda sağlam rəqabət mühitinin formalaşması ilə bağlı bir
sıra vacib tədbirlərin, infrastruktur layihələrin və digər sosial və iqtisadi
proqramların icra olunması və həyata keçirilməsi Azərbaycan iqtisadiyyatına
müsbət təsir göstərəcəkdir. Bu tədbirlərin həyata keçirilməsi Azərbaycan vətən-
daşlarının rifahının yaxşılaşmasına və gəlirlərinin sabitləşməsinə əhəmiyyətli
dərəcədə təsir edəcəkdir.
Mərkəzi Bank 2009-cu il üçün bəyan etdiyi pul siyasətinin əsas istiqa-
mətlərinə uyğun olaraq hesabat dövründə makroiqtisadi tarazlığın və
dayanıqlığın təmin olunmasına, habelə bank sistemində maliyyə sabitliyinin
qorunmasına yönəldilmiş pul və məzənnə siyasəti yeritmişdir. Rüb ərzində
ə
sasən qonşu ölkələrdə gedən devalvasiyanın psixoloji təsiri ilə valyuta
bazarında dollara tələbat artmışdır. Bazarın vaxtında tənzimlənməsi sayəsində
manatın məzənnəsi sabit qalmış və nəticədə ilin əvvəlindən bəri manat ABŞ
dollarına qarşı cəmi 0.2% ucuzlaşmışdır. Tədiyyə balansının tarazlığı manatın
məzənnəsinin sabit qalmasının əsas faktoru olmuşdur. Manatın sabit qalması
dövr ərzində inflyasiyanın artmamasına, iqtisadi subyektlərin maliyyə itki-
lərindən qorunmasına imkan vermişdir.
Beləliklə, qlobal maliyyə böhranının (2008) yayıldığı kontekstində Azər-
baycanda maliyyə sabitliyi qorunub saxlanılması ilə səciyyələnmış, bank siste-
mində sabitlik və artım dinamikası təmin olunmuşdur. Özəlliklə, Azərbaycan
Mərkəzi Bankın məzənnə siyasəti makroiqtisadi sabitliyin qorunmasında təqdi-
rəlayiq yerə sahibdir.
Nəzərə alsaq ki, 2009-cu ilin I rübundə rus rublunun devalvasiya səviyyəsi
12%, Türk lirəsi 10%, Qazax təngəsi 20%, Ukrayna qrivnası 54%, Belarus rublu
34% və Erməni dramı 20% təşkil etdiyi halda, Azərbaycan manatının isə ABŞ
dollarına qarşı məzənnəsi il ərzində 5,2 % möhkəmlənmişdir.
Ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal
məzənnələrin dəyişməsinin ticarət xüsusi çəkiləri nəzərə alınmaqla həndəsi
ortasını əks etdirən manatın nominal effektiv məzənnəsi 2009-cu ilin I rübündə
ümumi ticarət dövriyyəsi üzrə 7.9% bahalaşmışdır ki, bu da orta illik
148
inflyasiyanın birrəqəmli səviyyəyə düşməsinə müsbət təsir göstərmişdir. Real
effektiv məzənnə isə bu dövrdə 4.2% möhkəmlənmişdir. Partnyor ölkələrin
ə
ksəriyyətində inflyasiya getdiyi halda Azərbaycanda deflyasiyanın baş
verməsi real effektiv məzənnəyə azaldıcı təsir göstərmişdir. Qlobal böhranın
ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün 2008-ci ilin sonlarından
başlanan pul siyasətinin yumşaldılması 2009-cu ilin I rübündə də davam
etdirilmişdir. Ölkədə inflyasiya gözləntilərinin azalmasını nəzərə alaraq və
işgüzar aktivliyin yüksəldilməsi məqsədilə hesabat dövrü ərzində uçot dərəcəsi
8%-dən 3%-ə, faiz dəhlizinin yuxarı həddi isə 13%-dən 8%-ə endirilmişdir.
Məcburi ehtiyat normaları 6%-dən 0.5%-ə salınmışdır. Beləliklə, rüb ərzində
Mərkəzi Bank tərəfindən likvidliyin verilməsi əməliyyatları aktivləşdirilmiş,
likvidliyin cəlb olunması alətləri isə məhdudlaşdırılmışdır. Rüb ərzində
Mərkəzi Bankın təkrar maliyyələşdirmə əməliyyatlarının həcmi 10% artmışdır.
Həm manat, həm də xarici valyuta ilə məcburi ehtiyat normasının azaldılması
hesabına isə I rüb ərzində bank sisteminə 247 mln manat likvidlik verilmişdir.
Nəticədə son illər ərzində ilk dəfə olaraq likvidliyin verilməsi alətlərinin (yeni-
dənmaliyyələşdirmə, tərs REPO, SVOP) həcmi ilə likvidliyin cəlb olunması
alətlərinin (not portfeli, REPO, məcburi ehtiyatlar) fərqini xarakterizə edən
likvidlik saldosu pozitiv zonaya keçmişdir.
Bütün bunlar bankların likvid vəsaitlərinin artması ilə müşayiət olunmuş
və pul təklifinin əhəmiyyətli azalmasının qarşısını almışdır. Rübün sonuna ötən
ilin müvafiq dövrü ilə müqayisədə manatla pul bazasının artım tempi 14%,
manatla geniş pul kütləsinin artımı isə 7.1% təşkil etmişdir. Pul kütləsinin
qeyri-neft Ümumi Daxili Məhsula nisbəti 31%-ə çatmışdır. Mərkəzi Bankın
makroiqtisadi sabitliyə yönəldilmiş pul və məzənnə siyasəti ölkədə maliyyə
sabitliyinin qorunmasına yardım etmişdir.
Mərkəzi Bankın yenidənmaliyyələşdirmə əməliyyatları aktivləşdirilmiş
və 2009-cu ilin 7 ayında AMB-nin kredit portfeli 3.5 dəfə artmışdır. Azər-
baycan Respublikasının Prezidentinin 9 iyul 2009-cu il tarixli Fərmanı ilə
Mərkəzi Bankın pul siyasəti və bank sisteminin tənzimlənməsi sahəsindəki
siyasətinin çevikliyini artıran “Azərbaycan Respublikasının Milli Bankı
haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr
qüvvəyə minmişdir. Dəyişikliklərə görə Mərkəzi Bank artıq daha uzun müd-
dətə və müxtəlif valyutalarda banklara kreditlər, o cümlədən subordinasiya
kreditləri verə bilər. Eyni zamanda Mərkəzi Bank real sektorun dəstəklənməsi
məqsədilə dövlət zəmanəti əsasında bankları kreditləşdirmək hüququna
malikdir. Yeni qanunverici bazanı əsas götürərək AMB-də 28 iyul 2009-cu il
tarixdə “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kre-
ditlərin verilməsi qaydaları” təsdiq olunmuşdur. Bu sənəddə pul siyasətinin
həyata keçirilməsi, maliyyə sabitliyinin təmin olunması, kapital adekvatlığı
probleminin tənzimlənməsi, habelə dövlət əhəmiyyətli layihələrin maliy-
yələşdirilməsi məqsədilə müxtəlif müddətlərə kreditlərin verilməsi qaydaları öz