141
sektora aid bəzi истиграз və sənədləri ilə konkret və ya keçici bir müddət üçün
alqı-satqı əməliyyatıdır.
Açıq bazar əməliyyatları, bankların likvidlərindəki və bazardakı pul
miqdarında dəyişikliyə yol açır. Bankların likvidində meydana gələn dəyiş-
mələr kredit aça bilir və fond həcminə və kredit siyasətinə təsir edə bilir.
Bundan başqa, açıq bazar əməliyyatları bazardakı faiz dərəcəsinə təsir edir. MB
qiymətli kağızları satın alarkən bazara likvid çıxdığından faiz dərəcələri aşağı
düşəcək, qiymətli kağızın qiyməti artacaqdır. Digər tərəfdən MB bazara
qiymətli kağız satarkən, bazardakı likvid azalacaq, faiz dərəcələri yüksələcək,
qiymətli kağızların qiyməti aşağı düşəcəkdir.
Pul siyasətinin həyata keçirilməsi məqsədi ilə buraxılan Mərkəzi Bankın
borc qiymətli kağızlarının buraxılışı və dövriyyəsi qaydaları qanunvericiliklə
müəyyən edilir.
Mərkəzi Bank uçot dərəcəsini və öz əməliyyatları üzrə faiz dərəcələrini
müəyyənləşdirir. Mərkəzi Bank uçot dərəcəsini müəyyənləşdirərkən ölkədəki
mövcud makroiqtisadi durumu və maliyyə bazarının vəziyyətini nəzərə alır.
Mərkəzi Bank öz əməliyyatları üzrə faiz dərəcələrini pul bazarının likvidlik və-
ziyyətini nəzərə alaraq özünün açıq bazar, yenidənmaliyyələşdirilmə və depozit
ə
məliyyatları üzrə faiz dərəcələrini təsbit etməklə və ya hərraclarda tələb və
təklif əsasında müəyyənləşdirir. Mərkəzi Bank müəyyən etdiyi uçot dərəcəsini
və öz əməliyyatları üzrə faiz dərəcələrini dərc etdirir. Mərkəzi Bank kredit
təşkilatlarına məcburi ehtiyatlar saxlamaq barədə göstəriş verə bilər. Ehtiyatlar
depozitlərin faizi nisbətində müəyyən edilir və Mərkəzi Bankda saxlanılır.
Tələb olunan ehtiyatların norması, hesablanması və saxlanması qaydası Mər-
kəzi Bankın darə Heyəti tərəfindən müəyyən edilir. Məcburi ehtiyatlar təmin
edilmədikdə Mərkəzi Bank ehtiyatı təmin etməyən kredit təşkilatına və onun
inzibatçılarına qarşı Azərbaycan Respublikasının nzibati Xətalar Məcəlləsində
nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərini tətbiq edə bilər.
Pul siyasətinin həyata keçirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən
kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi həyata keçirilir. Bu zaman ve-
rilən kreditlər dövlət qiymətli kağızları, dövlətin və digər etibarlı emitentlərin
qarantiyaları və zaminliyi, xarici valyuta, qızıl, müxtəlif formada qiymətli
metallar və digər aktivlərlə təmin olunmalıdır. Belə kreditlər 6 aydan çox
olmayan müddətə verilir və həmin müddətə uzadıla bilər. Yenidən maliy-
yələşdirilmənin forma, qayda və şərtlərini Mərkəzi Bankın darə Heyəti müəy-
yən edir. Kreditlər yalnız milli valyutada (manatla) kredit təşkilatlarının baş
idarələrinə verilir.
Mərkəzi Bank özünün müəyyən etdiyi şərtlərlə və qarşılıqlı razılaşma
ə
sasında kredit təşkilatlarından depozitlər cəlb edə bilər. Pul siyasətinin həyata
keçirilməsi məqsədilə istisna hallarda qanunvericiliyə müvafiq olaraq Mərkəzi
Bank kredit təşkilatları tərəfindən aparılan ayrı-ayrı əməliyyatları müvəqqəti
142
məhdudlaşdıra, o cümlədən onların əməliyyatları üzrə faiz dərəcələrinin aşağı
və yuxarı hədlərini müəyyənləşdirə bilər.
Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri daxilində
qiymətlərin sabitliyinin təmin edilməsini nəzərə alaraq Milli Bank monetar
amillərdən asılı olaraq dəyişən baza inflyasiya göstəricisini hədəfləyir. Baza
inflyasiya üzrə hədəf MB tərəfindən hər növbəti il üçün işlənən və ictimaiyyətə
bəyan olunan pul siyasətinin əsas istiqamətlərində öz əksini tapır. Pul siyasəti
üzrə son məqsədə nail olmaq üçün aralıq hədəflər müəyyən edilir. Baza
inflyasiya üzrə illik hədəfə nail olmaq üçün pul siyasətinin aralıq hədəfləri kimi
pul kütləsindən və Nominal Effektiv Məzənnədən (NEM) istifadə edilir. Hədəf
götürülən inflyasiya səviyyəsindən asılı olaraq tələb edilən pul kütləsinin artım
həddi və eləcə də NEM-in dəyişim trayektoriyası təyin edilir. Sonra bu
göstəricilər pul siyasətinin tətbiqi üçün istiqamət rolunu oynayır. Azərbaycanda
pul siyasətinin aralıq məqsədləri kimi pul kütləsi və NEM-dən istifadə
olunması uzunmüddətli dövrdə inflyasiyanın dinamikasının əsasən məhz bu
parametrlərdən asılı olması ilə əlaqədardır.
Pul siyasətinin aralıq hədəflərindən asılı olaraq onun əməliyyat hədəfləri
müəyyənləşdirilir. Pul siyasətinin əməliyyat hədəfləri pul bazası və manatın
ABŞ dollarına nəzərən ikitərəfli nominal məzənnəsidir. Bu göstəricilərdən
ə
məliyyat hədəfləri kimi istifadə edilməsi ölkənin maliyyə bazarlarının xüsu-
siyyətləri ilə əlaqədardır. Belə ki, sərəncamda olan pul siyasəti alətləri vasitəsilə
Mяркязи Bank pul bazasına və ikitərəfli məzənnəyə digər potensial operativ
hədəflərlə müqayisədə daha effektiv təsir göstərə bilir.
Pul siyasətinə dair gündəlik qərarlar pul bazasının və ABŞ dollarının mə-
zənnəsinin dəyişimində dərhal öz əksini tapır. Pul bazasının və manatın ABŞ
dollarına nəzərən məzənnəsinin dəyişimi isə pul kütləsinə və NEM-ə təsir
göstərir. Bu da müəyyən vaxt ərzində inflyasiya üzrə hədəfə nail olmağa imkan
verir. Operativ hədəflərdən asılı olaraq pul siyasəti alətlərinin kəmiyyət
parametrləri, o cümlədən açıq bazar əməliyyatlarının həcmi, valyuta mü-
badiləsinin məbləği və s. müəyyənləşdirilir.
Azərbaycan Mərkəzi Bankı qarşıdakı il üçün dövlətin pul siyasətinin əsas
istiqamətlərini oktyabr ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikası
Prezidentinə təqdim edir və dekabr ayının 31-dək kütləvi informasiya vasitə-
lərində ictimaiyyətə açıqlayır. Pul siyasətinin əsas istiqamətlərini açıqlayarkən,
Mərkəzi Bank cari ildə həyata keçirilən pul siyasətinin yekunlarını, habelə
qarşıdakı il üçün müəyyən etdiyi pul siyasətinin məqsəd və vəzifələrini,
Mərkəzi Bankdan asılı olan və asılı olmayan amilləri də əks etdirməklə onların
həyata keçirilməsi yollarını göstərir.
Maliyyə bazarlarının inkişaf səviyyəsini nəzərə alaraq MB 2007-ci ildən
etibarən pul siyasətinin beynəlxalq standartlara uyğunlaşdırılması çərçivəsində
«faiz dərəcələri dəhlizi» yanaşmasının tətbiqini nəzərdə tutur. Yeridilən pul si-
yasətinin reallaşması mexanizmlərinin mütərəqqi formalarından olan faiz