28
II Fə sil
qtisadiyyatın inkiş afında bankların rolunun tə hlili
2.1.Bank fə aliyyə tinin hüquqi ə sasları
Azərbaycanda bank sisteminin hüquqi əsasını Azərbaycan Respublikasının
Konstitusiyası, Azərbaycan Respublikası Prezitentinin sərəncam və fərmanları,
Nazirlər Kabinetinin qərarları, “Azərbaycan Respublikasının Mərkəzi Bankı
haqqında”,“Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında”,
“Azərbaycan Respublikasının banklar haqqında” qanunları və digər normativ-hüquqi
aktlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdıgı beynəlxalq müqavilələr
təşkil edir.
Konstitusiya qanununa uyğun olaraq “Azərbaycan Respublikası Mərkəzi
Bankının yaradılması haqqında” Azərbaycan Respublikası Prezisentinin 1992-ci il
11 fevral tarixli Fərmanı ilə Dövlət Bankının keçmiş SSSR-i Sənaye-Tikinti
Bankının, SSSR-i Aqrar-Sənaye Bankının Azərbayacan respublikası bankları
bazasında Azərbaycan Respublikasının Mərkəzi Bankı yaradılmışdır. Mərkəzi
Bankın kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət
münasibətlərini yenidən, bütövlükdə bank sisteminin fəaliyyətini tənzimləyən və
ehtiyyat bank funksiyasını icra edən ali emissiya idarəsi elan edilmişdir.
1992-ci il 7 avqust tarixində “Azərbaycan Respublikası Qanunu” ilə yanaşı
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Qanun” da qəbul
olunmuşdur. Həmin ayın 15-də Azərbaycan respublikasının milli valyutası – manat
tədavülə buraxılmışdır. 1992-ci il 1 dekabr tarixində isə Azərbaycan Respublikasının
Milli Məclisi “Azərbaycan Respublikasının Mərkəzi Bankının Nizamnaməsinin
təsdiq edilməsi haqqında” qərar qəbul etmişdir. Həmin qanunda Mərkəzi Banka bank
sistemi üzərində tənzimləyici və nəzarətedici səlahiyyətlər verilmişdir.
1996-ci il 30 iyun tarixində “Azərbaycan Respublikasının Mərkəzi Bankı
haqqında”, 14 iyun tarixində isə “Azərbaycan Respublikasında banklar və bank
fəaliyyəti haqqında” Qanunlar yeni redaksiyada qəbul edildi. Yeni bank qanunları
respublikanın bank sisteminin qabaqcıl dünya bank təcrübəsinə yaxınlaşmasına və
etibarlı təşkilatlarının yaradılmasına imkan yaratdı.
29
“Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” sonuncu qanun 2004-cü
il 12 dekabrda qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikası Mərkəzi
Bankının hüquqi statusunu, onun məqsəd, funksiya və səlahiyyətlərini, habelə
idarəetmə və təşkilati strukturunu müəyyən edir, dövlətin mərkəzi bankı kimi dövlət
hakimiyyət orqanları ilə və digər şəxslərlə münasibətlərini tənzimləyir.
“Azərbaycan Respublikasının banklar haqqında” qanunu isə 2004-cü il 16
yanvar tarixində qəbul edilmişdir.Bu Qanun Azərbaycanda bank sisteminin hüquqi
bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, iqtisadiyyatda bank
xidmətlərinin rolunun artırılması, bank əmanətçilərinin və kreditorlarının
müdafiəsinin gücləndirilməsi və bütövlükdə bank sisteminin stabil və təhlükəsiz
fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarəedilməsi,
fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını
müəyyən edir.
“Azərbaycan Respublikasının banklar haqqında” qanununun 2-ci maddəsinə
ə
sasən Azərbaycan Respublikasının bank sistemi Azərbaycan Respublikasının
Mərkəzi Bankından və kredit təşkilatlarından ibarətdir. Mərkəzi Bank dövlət bankıdır
və onun fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, “Azərbaycan
Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu,
Azərbaycan Respublikasının Mülki Məcəlləsi, banklar haqqında Azərbaycan
Respublikasının qanunu və bunlara müvafiq olaraq qəbul edilmiş digər normativ
hüquqi aktlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdıgı beynəlxalq
müqavilələrlə tənzimlənir.
Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan
Respublikasının Konstitusiyası, banklar haqqında Azərbaycan Respublikasının
qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Azərbaycan Respublikasının
Mərkəzi Bankı haqqında” və “Kredit ttifaqları haqqında” Azərbaycan Respublikası
qanunları, Mərkəzi Bankın bunlara müvafiq olaraq qəbul edilmiş normativ aktları,
Azərbaycan Respublikasının digər normativ hüquqi aktları,habelə Azərbaycan
Respublikasının tərəfdar çıxdıgı beynəlxalq müqavilələrlə tənzimlənir.
30
Cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən kredit təşkilatları dövlət
hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyildir və onlar kredit təşkilatlarının
fəaliyyətinə qarışa bilməz. Kredit təşkilatları qanunla onların fəaliyyət növlərinə aid
edilməyən fəaliyyəti həyata keçirməyə məcbur edilə bilməz.
Kredit təşkilatlarının və dövlətin müvafiq öhdəlik götürdüyü hallardan başqa
bütün digər hallarda kredit təşkilatları dövlətin, dövlət isə kredit təşkilatlarının
öhdəlikləri üçün məsuliyyət daşımır.
Banklar haqqında qanunun 3-cü maddəsinə əsasən bank fəaliyyətinin həyata
keçirilməsinə dair ümumi qaydalar aşağıdakı kimidir:
3.1.Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit
təşkilatları bank fəaliyyətinı Mərkəzi Bankın verdiyi xüsusi razılıq (lisenziya)
ə
sasında həyata keçirilə bilər.
3.2. Depozit əməliyyatları yalnız banklar tərəfindən həyata keçirilə bilər.
3.3. Bu Qanunun 3.4-cü maddəsi istisna olmaqla digər müddəaları ”Kredit
ttifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericiliyə
müvafiq olaraq lisenziyalaşdırılan və tənzimlənən kredit ittifaqlarına və başqa bank
olmayan kredit təşkilatlarına şamil olunmur.
3.4. Bu Qanunun 3.3-cü maddəsində göstətilən bank olmayan kredit
təşkilatlarının bank fəaliyyətinin lisenziyalaşdırılması və tənzimlənməsi qüvvədə olan
qanunvericilik və Mərkəzi Bankın normativ xarakterli aktları ilə həyata keçirilir.
Bank olmayan kredit təşkilatlarına rəhbərlik edən işçilərin peşə ixtisasına və
təcrübəsinə dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir.
3.5. Mərkəzi Bank hər hansı şəxsin lisenziyası olmadan bu Qanunun 3.1-ci
maddəsində göstərilən fəaliyyətlə məşğul olduğunu müəyyən etdikdə, həmin şəxsə bu
fəaliyyətinə xitam verilməsi haqqında tələb göndərir və müvafiq dövlət orqanlarına
bu barədə məlumat verir.
Bank fəaliyyəti ilə məşğul olmaq istəyən bütün qurumlar Mərkəzi Bankın
lisenziyasına malik olmalıdır. Bank ən azı üç hüquqi və ya fiziki şəxs tərəfindən açıq
səhmdar cəmiyyəti formasında yaradılır. Bank fəaliyyətinin lisenziyalaşdırılması
qaydası “Banklar haqqında” qanununa əsasən həyata keçirilir. Azərbaycan Dövlət
Dostları ilə paylaş: |