Microsoft Word zeynalov natiq dissertasiya doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix14.09.2018
ölçüsü1,06 Mb.
#68583
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

25 

investisiya,diskont,  borc-əmanət,  ipoteka,  depozit,  klirinq  və  s.  banklar),  sahə 

(aqrar,sosial  inkişaf,  tikinti,  trast,  energetika,  xarici  ticarət  və  s.  yonumlu  banklar), 

müştəri (birja, istehlak krediti, kooperativ, kommunal, sığorta və s. yonumlu banklar), 

ə

razi ixtisaslaşması (regional, regionlararası, beynəlxalq) meyarlarına söykənir.  



           Fəaliyyət  çərçivəsinə  görə  banklar: ri,Orta  və  Kiçik  banklara  ayrılırlar.  

Mülkiyyətinə görə isə:Dövlət bankları, Səhmdar banklar, Korperativ banklar, Xüsusi 

banklar və Qarışıq banklara bölünürlər. 

           qtisadi  böhranlar  zamanı  dövlətlər  banklar  üzrə  öz  nəzarətini  güclədirməyə 

çalışırlar.  Bu  zaman  dövlət  nəzarəti  təkcə  sərt  pul-kredit  siyasətinə  deyil,  həmçinin 

bank  kapitalında  dövlətin  payının  olduğu  xüsusi  kredit  institutlarının  yaranmasına 

gətirib çıxarır. Dünya bank təcrübəsində bu cür bankları inkişaf bankları adlandırırlar. 

Buna  Avropa  Yenidənqurma  və  nkişaf  Bankı(AY B),  Asiya  nkişaf  Bankı(A B), 

slam  nkişaf Bankı ( B),  Qara Dəniz Ticarət və  nkişaf Bankı (QDT B) və s. kimi 

bankları misal göstərmək olar.  

          Banklarının  fəaliyyətinin  əsas  istiqamətlərini  araşdırarkən  onların  apardıqları 

ə

məliyyatlara  nəzər  yetirmək  lazımdır.Hər  bir  ölkədə  kommersiya  banklari  mövcud 



bank  qanunvericiliyinin  icazə  verdiyi  əməliyyatları  icra  edirlər.  Ümumiyyətlə 

kommersiya bankları apardığı əməliyyatları 3 qrupa bölünür:  

1) aktiv əməliyyatlar; 2) passiv əməliyyatlar; 3)vasitəçilik əməliyyatları.  

       


Hər bir bankın məqsədi maksimum mənfəət əldə etməkdir. Bunun üçün banklar 

aktiv  əməliyyatlardan  istifadə  edir.  Aktiv  əməliyyatlar  mənfəət  əldə  etmək  üçün 

bankların  öz  xüsusi  vəsaitlərindən  və  cəlb  olunmuş  vəsaitlərdən  istifadə  etməsi 

deməkdir. Aktiv əməliyyatları həyata keçirərkən banklar sərəncamında olan xüsusi və 

cəlb  olunmuş  vəsaitlərdən  hüquqi  və  fiziki  şəxslərə  kreditlər  verir,  inestisiyalar 

həyata  keçirilər.  Bu  əməliyyatlar  faiz,  dividentlər  şəklində  gəlir  gətirir,  birgə 

müəssisələrin  mənfəətində  iştirak  imkanları  yaradır.  Bu  vasitə  ilə  müəyyən  edilmiş 

likvidlik  normativləri  təmin  edilir,  investisiyaların  səmərəli  nəticələrini  əldə  etmək 

üçün təşkilati-idarəetmə tədbirləri həyata keçirilir.  

Aktivlər  –  bankın  bütün  kreditləri,  investisiyaları,  pul  vəsaitləri  və  əmlakıdır 

(bank işində istifadə olunmayan əmlak da daxil olmaqla). Aktivlər  standart və qeyri-



26 

standart aktivlər

 qrupuna bölünürlər. Standart aktivlər qrupuna "qənaətbəxş aktivlər" 

və "nəzarət altında olan aktivlər", qeyri-standart aktivlər qrupuna isə "qeyri-qənaət-

bəxş aktivlər", "təhlükəli aktivlər" və "ümidsiz aktivlər" aiddir. 

        Kommersiya banklarının aktiv əməliyyatları dedikdə, müəyyən gəlir almaq üçün 

öz  vəsaitlərini  və  cəlb  edilmiş  vəsaitləri  kredit  formasında  istifadə  etməsi  nəzərdə 

tutulur.  Bu  əməliyyat  müştərilərə  ssuda  verərək,  müəyyən  müddətdən  sonra  faizlə 

birlikdə  geri  qaytarmaq  yolu  ilə  həyata  keçirilir.  Aktiv  əməliyyatlar  vasitəsilə 

kommersiya  bankları  cəlb  etdikləri  vəsaitləri  ehtiyacı  olanlar  arasında  yerləşdirərək 

kreditor  sifətində  çıxış  edirlər.  Kommersiya  bankları  aktiv  əməliyyatları  yerinə 

yetirməyə məcburdur. Çünki bankların mənfəəti bu əməliyyatlardan asılıdır.  

Beləliklə,  aktiv  əməliyyatların  nəticələri  bankın  balansının  aktiv  hissəsində 

ə

ks etdirilir, bu göstəricilər əsasında bankın resurslarının yerləşdirilməsi xarakteri, 



onlardan istifadənin səmərəliliyi yoxlanılır və təhlil edilir. 

        Bankların həyata keçirdikləri aktiv əməliyyatlar aşağıdakı qruplara bölünür: 



                                                                                                           

Qrafik-sxem 2.

 

                                 Mənbə:Reyhan Əsgərova:Pul-Kredit və banklar, Bakı-2007 

 

  1. Kredit əməliyyatları. Bu əməliyyatlar nəticəsində bankın kredit portfeli 

formalaşdırılır.Kredit əməliyyati pul vəsaitlərini müvəqqəti istifadə etmək üçün 

qaytarmalı və ödənilmək şərti ilə yerləşdirilməsində kreditor və debitor arasındakı 

münasibətdir.  

       2.  Kassa  əməliyyatları

.  Bu  əməliyyatlar  nəticəsində  banklar  öz  müştəriləri  ilə 

nağd pul hesablaşmalarını aparır. 

Bankların aktiv əməliyyatları 

Kredit əməliyyatları 

Kassa əməliayyatları 

Hesablaşma 

İnvestisiya Əməliyyatları 

Digər aktiv əməliyyatlar 



27 

      3. Hesablaşma əməliyyatları

. Bu əməliyyatlar nəticəsində banklar öz müştəriləri 

və  təmasda  olduqları  təşkilatlar  arasında  iqtisadiyyatda  gedən  bütün  hesablaşmaları 

icra edirlər. 



     4.  nvestisiya  əməliyyatları

.  Bu,  bankların  qiymətli  kağızlarla  apardığı  müxtəlif 

ə

məliyyatlardır. Onların nəticəsində bankların investisiya portfeli formalaşır. 



    5. Digər aktiv əməliyyatlar

. Bu əməliyyatlar bank əməliyyatlarının vaxtlı-vaxtında 

keyfiyyətlə icrasını təmin edən uyğun infrastrukturun yaradılması ilə əlqədardır. 

Bankların passiv əməliyyatlarına hüquqi və fiziki şəxslərin hesablaşma, cari və 

müddətli  hesablarına  vəsaitlərin  cəlb  edilməsi,  qiymətli  kağızlar  buraxılışı,  digər 

banklardan  borc  şəklində  vəsaitlərin  alınması  aiddir.  Bankların  passiv  əməliyyatları 

nəticəsində  onların  resursları  formalaşır.  Bir  qayda  olaraq  kommersiya  banklarının 

resursları,  yəni  onların  passivləri  iki  hissədən  şəxsi  vəsaitlər  və  cəlb  olunmuş 



vəsaitlərdə

ibarətdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə