21
sanlarının çox bir hissəsini düz yola, ədalətə, saflığa, paklığa,
yüksək mənəviyyata yönəltmiş və onların belə yaşamasını təmin
etmiş müqəddəs bir dindir. İslam dini bəşər tarixində misilsiz
xidmətlər göstərmiş, insanların, müsəlmanların yüksək mənəvi-
əxlaqi dəyərlərə nail olmasını təmin etmiş və bu dinə itaət edən
insanları dünyanın bütün əzab-əziyyətlərindən, keşməkeşlərin-
dən keçirib onların yaşayışını təmin etmiş, onları yaşatmışdır.
Biz fəxr edə bilərik ki, islam dini kimi yüksək mənəvi-əxlaqi
dəyərlərə mənsub olan dinimiz var, müsəlmanları yaşamaq,
yaratmaq, mübarizə aparmaq, öz həyatını qurmaq, azadlığını
təmin etmək, torpağını qorumaq yolları ilə məhz İslam dini
aparıbdır, onun qanunları, tövsiyələri, Qurani-şərifin ayələri,
surələri, kəlamları aparıbdır”.
Böyük və ciddi məsələlərdən biri də ölkədə sektant
qrupların, missionerlərin, özünü əsl müsəlman kimi qələmə
verən qeyri-ənənəvi təriqətlərin sürətlə artmasıdır. Bütün bunlar
gənclərə böyük təsir göstərir, onları milli-etnik kökdən ayırıb,
özgə dünyagörüşünün, yad mənəviyyatın və dinin quluna
çevirir.
Kitabxanaçılar vaxtaşırı İslam dininin və adət-ənənələrinin
təbliğini kütləvi tədbirlər vasitəsilə gənclərimizə, cəmiyyətimizə
çatdırmalıdırlar. Bu məqsədlə kitabxanada “İslam dini
haqqında hamının bilməsi lazım olan qaydalar” adlı söhbət
keçirmək olar. Söhbətlər - kütləvi-şifahi işin ən təsirli və geniş
yayılmış metodu olub, öz çevikliyi və operativliyi ilə seçilir.
Kiçik qrup ilə (qruplar üzrə) və ayrı-ayrı şəxslərlə (fərdi) keçi-
rilir və onu hər bir şəraitdə, işdən asudə vaxtda da keçirməyə
imkan verir. Söhbətin əsas məqsədi oxucuların mürəkkəb, bəzən
qarışıq və ziddiyətli hadisələrdən ibarət olan müasir ictimai-
siyasi həyatdan müstəqil baş çıxarmasına kömək etməkdir.
Söhbətə hazırlıq metodikası onun məqsədinin müəyyən edilmə-
sindən, mövzunun seçilməsindən, planın işlənməsindən, mate-
rialın seçilib öyrənilməsindən, əyani materiaların toplanmasın-
dan ibarətdir. Söhbəti qəzet və ya jurnal məqaləsinin oxunuşun-
dan, kiçik söhbətdən, hər hansı bir sualın qoyuluşundan başla-
22
maq olar. Mövzunun müzakirəsinə daha çox dinləyici cəlb
etmək üçün oxuculara veriləcək suallar çox diqqətlə düşünül-
məlidir. Müzakirənin vaxtında yekunlaşdırılmasının, çıxış
edənlərin hamısına diqqətlə yanaşılmasının, meydana çıxan
suallar üzrə tədbir görülməsinin söhbətin müsbət nəticəsi üçün
böyük əhəmiyyəti vardır. Mühazirə və söhbətlər texniki
vasitələrlə müşayiət olunmalıdır. Bu zaman video çəkilişlərdən,
sənədli filmlərdən və digər audiovizual materiallardan istifadə
etmək məqsədəuyğundur.
İslamın mübarək Qurban bayramı insanları mərhəmətə,
həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır
.
Bu əziz gündə müsəlmanlar Allah və din yolunda, xeyirxah
əməllər uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş
etdirir, xalqımız öz milli mənəvi dəyərlərinə və ənənələrinə
həmişə ehtiramla yanaşır. Bütün dini mərasimlər, o cümlədən
Qurban bayramı hər il böyük təntənə ilə qeyd olunur. Ölkəmizin
hər yerində Allahın adına qurbanlar kəsilir, xalqımızın və
dövlətimizin əmin-amanlığı və firavanlığı üçün dualar edilir,
şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Bayram
ərəfəsində kitabxanada biblioqrafik icmalın bir növü olan mövzu
icmalından istifadə etmək olar. Keçiriləcək icmalda İslam dini,
Qurban bayramı haqqında son illərdə nəşr olunmuş müxtəlif
tipli kitablar seçilir. Mövzu icmalı keçirilərkən hər kitaba geniş
xarakteristika verilməlidir. Ona görə də nəzərdən keçirmək üçün
icmala yalnız mövzu ilə bilavasitə əlaqəsi olan bir neçə kitab
daxil edilir. İcmalın əvvəlində mövzunun adı, sonra məqsədi
bildirilir. Bu prosesdə nəinki yalnız biblioqrafik təsvir və müəllif
haqqında məlumat nəzərdə tutulur, həm də kitabın məzmunu,
onun keyfiyyətləri və nöqsanlarından yığcam danışılır. Mövzu
icmallarının ətraflı planını, mətnini işçilər və kitabxana işinə
cəlb edilmiş fəallarla əvvəlcədən müzakirə etmək məqsədə-
uyğundur.
Milli-mənəvi dəyərlərimizdən biri olan adət-ənənələr uzun
əsrlər boyu xalqımızın milli ruhunu, estetik duyumunu, sənət-
karlıq qüdrətini özündə hifz edib saxlamışdır. Zəngin folklor
23
nümünələrimiz məhz adət-ənənələrimiz hesabına itib batmamış,
müasir dövrümüzə qədər gəlib çatmışdır. Xalqımızın unudulmuş
adət və ənənələrinin bədii-estetik mahiyyətinə diqqət yetirmək,
yeni dövrün tələblərinə uyğun olaraq bu folklor nümünələrimizi,
zəngin mədəni irsimizi təbliğ etmək kitabxanaçının borcudur.
Kitabxanaçılar bu məqsədlə kitabxanada “Adət və
ənənələr mənəvi əxlaqi dəyərlər kimi” adlı tematik (mövzu)
gecə təşkil edə bilərlər. Mövzu müəyyən edildikdən sonra
kitabxanaçı mövzu ilə yaxından tanış olmalı, sənədli materiallar,
maraqlı faktlar əsasında tədbirin ssenarisini tərtib etməlidir.
İştirakçıların yaş həddi nəzərə alınmalı, onların dünyagörüşünün
formalaşmasına, ölkəmizin tarixi keçmişinə yaxından bələd
olmasına, milli mənəvi dəyərlərimizə hörmət hisslərinin
aşılanmasına diqqət yetirilməlidir.
Adətən belə gecələr kiçik məruzə və mühazirə ilə başlayır.
Gecə, tədbirdə iştirak edən ziyalı fəalların çıxışları ilə başa çatır.
Tədbir keçirilən bina gecənin əsas mövzusunu əks etdirən xüsusi
şüarlar, plakatlar, fotomontajlar ilə bəzədilir. Fotomontaj
fotoşəklin lazımlı hissəsini kəsib başqa şəkillərlə əlaqələndirmək
imkanı verir. Fotomontaj hər hansı şəklin ilk variantı ilə sonrakı
variantı arasında müqayisə aparmağa imkan yaradır.
Çox vaxt gecələr üçün sərgilər, kitab vitrinləri hazırlayır,
məsləhət görülən ədəbiyyatın siyahısını asırlar.
Tematik gecə milli dəyərlərin təbliği mövzusunda təşkil
edilmiş sənədli, elmi-kütləvi, bədii filmlərin göstərilməsi ilə və
ya bədii özfəaliyyət dərnəklərinin konserti ilə başa çatır.
Azərbaycan xalqının tarixin qədim qatlarında yaratdığı
zəngin folklorunu özündə yaşadan Novruz bayramı da Azərbay-
cançılıq ideyasını, xalqımızın milli-mənəvi irsini özündə təcəs-
süm etdirir. 2010-cu il 23 fevral tarixində martın 21-i BMT Baş
Assambleyası tərəfindən Beynəlxalq Novruz Günü elan
edilmişdir. Novruz beynəlxalq bayram statusu əldə etməklə
bütün ölkələrin və xalqların birləşməsinə, mədəniyyətlərarası
dialoqa və anlayışa təşviq edilməsinə, dünyada sülhün və əmin-
amanlığın gücləndirilməsinə səbəb olmuşdur.
Dostları ilə paylaş: |