Buna görə də platformanın hündürlüyünü anbar döşəməsinin hündürlüyünə bərabər
qəbul edirlər. Qeyd etmək yerinə düşər ki, bu zaman məhsulların vaqonlara
verilməsi üçün avtoyükləyicilər və elektroyükləyicilərdən, və yaxud da hərəkət
edən lövhəli transportyorlardan istifadə etmək lazımdır.
Anbarların yükləmə normalları 2 – ci (30) cədvəldə göstərilir.
Cədvəl 2 (30)
Məhsul növü
Ölçü
vahidi
Anbarın 1 m
2
sa-
həsinin
yüklənmə
norması
Dondurulmuş balıq
qalaqlanmış halda . . . .
çəlləklərdə . . . . . . .
yeşiklərdə . . . . . . .
səbətlərdə . . . . . . .
Soyudulmuş balıq
yeşiklərdə buzla . . . . .
qalaqlanmış halda . . . .
Balıq konservləri
bankalarda, 3 m hündürlüklü
ştabellərdə . . . . . . .
yeşik
və ya karton qutularda,
4 m hündürlüklü ştabellərdə .
Duzlanmış balıq
çəlləklərdə . . . . . . .
yeşiklərdə . . . . . . .
Soyuq halda hislənmiş balıq
yeşiklərdə . . . . . . . .
Yem unu
kağız kisələrdə . . . . . .
kq
kq
kq
kq
kq
kq
m. ş. b.
m. ş. b.
kq
kq
kq
kq
1100
1350
1230
960
350 – 345
250 – 550
3,5
3,0
150 – 550
550 – 600
450 – 500
1200
10
Baş planda şüşə tara anbarını dəmir yolu qolunun yaxınlığında və tara daxil
olan körpünün yanında yerləşdirirlər. Bununla yanaşı anbar, taranın yuyulması
üçün nəzərdə tutulan şöbənin yaxınlığında yerləşdirilməli və bu şöbə ilə rahat
əlaqəyə malik olmalıdır. Açıq meydançalarda şüşə taralar saxlanılarkən onları his,
tüstü və s. xoşagəlməz maddələr ayıran obyektlərdən nisbətən uzaqda, külək tutan
hissədə yerləşdirmək lazımdır.
12.1.3. Zavod laboratoriyası
Balıq emalı müəssisələrində profilindən asılı olaraq zavod və sex
laboratoriyaları qururlar. Laboratoriyaların tərkibi, ümumi sahəsi, ştat cədvəlləri,
yerləşdirilməsi və planlaşdırılması laboratoriyanın təyinatı və istehsalın həcmi ilə
müəyyənləşdirilir.
Zavodun tərkibində zavod laboratoriyası mövcud olduqda sex
laboratoriyaları texnoloji proseslərə nəzarət və sadə analizlərlə (duzluluğun,
turşuluğun və s. təyini) məşğul olur, mürəkkəb analizləri və hazır məhsulların
dequstasiyasını isə zavod laboratoriyasında yerinə yetirirlər.
Çoxlu ştat cədvəli ilə daha böyük laboratoriyaları konserv zavodlarında
layihələndirirlər. 3 – 4 nəfərlik ştata malik kiçik laboratoriyalar orta hesabla 36 m
2
,
5 – 7 nəfərlik ştata malik orta böyüklükdə laboratoriyalar 72 m
2
və 8 – 10 nəfərlik
ştata malik böyük laboratoriyalar isə 96 – 108 m
2
sahəyə malik olur.
Konserv zavodlarında laboratoriyalar texnoloji şöbəyə, dequstasiya otağına,
kimya
şöbəsinə, boksa, anbara, laboratoriya müdirinin kabinetinə malik olur.
Sex laboratoriyaları bir otaqda yerləşdirilmiş kimyəvi, texnoloji şöbələrə və
tərəzi sahəsinə malik olur. Yuma şöbəsi ayrıca ola bilər və ya ümumi şöbədə
yerləşdirilə bilər.
Laboratoriya otaqlarını yerləşdirdikdə anbar otağından başqa bütün
şöbələrin yaxşı işıqlanmasını təmin etməklə, dəhliz sistemini tətbiq etmək
məqsədəuyğun hesab edilir. Laboratoriya müdirinin kabineti və dequstasiya otağını
laboratoriyanın girişində, digərlərini isə nisbətən daxili sahələrdə yerləşdirmək
lazımdır.
12