Mö GİRİŞ. Kursun ümumi MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/47
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18673
1   ...   39   40   41   42   43   44   45   46   47

Buna görə də platformanın hündürlüyünü anbar döşəməsinin hündürlüyünə bərabər
qəbul   edirlər.   Qeyd   etmək   yerinə   düşər   ki,   bu   zaman   məhsulların   vaqonlara
verilməsi  üçün   avtoyükləyicilər  və   elektroyükləyicilərdən,  və  yaxud  da  hərəkət
edən lövhəli transportyorlardan istifadə etmək lazımdır.
Anbarların yükləmə normalları 2 – ci (30) cədvəldə göstərilir.
                                                                      Cədvəl 2 (30)
Məhsul növü
Ölçü 
vahidi
Anbarın 1 m
2
 sa-
həsinin yüklənmə
norması
Dondurulmuş balıq
qalaqlanmış halda   .   .   .   .   
çəlləklərdə   .   .   .   .   .   .  . 
yeşiklərdə   .   .   .   .   .   .   .
səbətlərdə   .   .   .   .   .   .   . 
Soyudulmuş balıq
yeşiklərdə buzla   .   .   .   .  .   
qalaqlanmış halda   .   .   .   . 
Balıq konservləri
bankalarda, 3 m hündürlüklü 
ştabellərdə   .   .   .   .   .   .   . 
yeşik və ya karton qutularda,
4 m hündürlüklü ştabellərdə . 
Duzlanmış balıq
çəlləklərdə   .   .   .   .   .   .   .
yeşiklərdə   .   .   .   .   .   .   .
Soyuq halda hislənmiş balıq
yeşiklərdə   .   .   .   .   .   .   .  .
Yem unu
kağız kisələrdə   .   .   .   .   .  .
kq
kq
kq
kq
kq
kq
m. ş. b.
m. ş. b.
kq
kq
kq
kq
1100
1350
1230
960
350 – 345
250 – 550
3,5
3,0
150 – 550
550 – 600
450 – 500
1200
10


Material   anbarı.  Material   anbarı   təsərrüfat   materiallarının,   ehtiyat
hissələrinin   və   inventarların,   ehtiyat   avadanlıqların   saxlanması   üçün   nəzərdə
tutulur. Bundan başqa material anbarında şəkər, tomat məhsulları, ədviyyat, un və
digər qida məhsulları, sarğılıq kağız, filtrləyici parça və bu kimi digər müxtəlif
məhsullar   da   saxlanılır.   Qida   məhsullarını   saxlamaq   üçün   sahə,   anbarın   digər
hissələrindən ayrı olmalıdır. 
Anbarın   sahəsini   zavodun   məhsuldarlığını,   buraxılan   məhsulun   çeşidini,
müəssisənin   materiallarla   təchizat   şərtini   nəzərə   almaqla   təyin   edirlər.   Kiçik
məhsuldarlığa malik balıq emalı müəssisələri üçün anbar sahəsini 80 – 100 m
2
 – ə,
orta   məhsuldarlıqlı   müəssisələr   üçün   150   –   400   m
2
  –   ə,   böyük   məhsuldarlıqlı
müəssisələr üçün isə 500 m
2
 – ə bərabər və daha böyük ölçülərdə qəbul edirlər. 
Balıq   konservləri   istehsal   edən   müəssisələrdə   bitki   yağlarını,   yağ   –   un
zavodlarında isə həllediciləri və digər analoji materialları saxlamaq üçün sisternlər
quraşdırırlar. 
Material  anbarını zavod  ərazisinin  nisbətən  uzaq  sahələrində,  dəmir  yolu
qolunun   uzunluğu   boyunca,   bəzi   hallarda   isə   hazır   məhsulları   saxlamaq   üçün
nəzərdə tutulan anbarla eyni korpusda yerləşdirirlər. Zavodun material anbarından,
materialların qısa müddətli saxlanması üçün nəzərdə tutulan sex anbarına qısa və
rahat nəqliyyat əlaqəsi (elektrokarlar üçün asfaltlaşdırılmış yol) olmalıdır. 
Şüşə   tara  anbarı.  Şüşə   tara   anbarı  qida   və  tibbi  piy,  yağda  A  vitamini
konsentratı, banka preservləri, kulinar və kombinə olunmuş konservlər (balıq, ət və
tərəvəzlərdən) istehsalı zamanı layihələndirilir. 
Şüşə taraları (banka, butulka və balonlar) balıq emalı müəssisələrinə xüsusi
zavodlardan, daha tez – tez digər şəhərlərdən gətirirlər. Daşınmahı dəmir yolu və
ya su nəqliyyatı vasitəsi ilə həyata keçirirlər. İş zamanı fasilələrin yaranmaması
məqsədi ilə anbarlar ümumi şüşə tara tələbatının 30 % ehtiyatı nəzərə alınmaqla
hesablanır. 
Şüşə   taraları   talvar   altında,   qoruyucu   taranın   daxilində   (karton   qutular,
səbətlər, yeşiklər, qəfəslər), habelə tarasız 2 metr hündürlüklü üfüqi ştabellərdə,
talvar altında və ya açıq meydançalarda saxlayırlar. 
11


Baş planda şüşə tara anbarını dəmir yolu qolunun yaxınlığında və tara daxil
olan   körpünün   yanında   yerləşdirirlər.   Bununla   yanaşı   anbar,   taranın   yuyulması
üçün   nəzərdə   tutulan   şöbənin   yaxınlığında   yerləşdirilməli   və   bu   şöbə   ilə   rahat
əlaqəyə malik olmalıdır. Açıq meydançalarda şüşə taralar saxlanılarkən onları his,
tüstü və s. xoşagəlməz maddələr ayıran obyektlərdən nisbətən uzaqda, külək tutan
hissədə yerləşdirmək lazımdır. 
12.1.3. Zavod laboratoriyası 
Balıq   emalı   müəssisələrində   profilindən   asılı   olaraq   zavod   və   sex
laboratoriyaları qururlar. Laboratoriyaların tərkibi, ümumi sahəsi, ştat cədvəlləri,
yerləşdirilməsi və planlaşdırılması laboratoriyanın təyinatı və istehsalın həcmi ilə
müəyyənləşdirilir. 
Zavodun   tərkibində   zavod   laboratoriyası   mövcud   olduqda   sex
laboratoriyaları   texnoloji   proseslərə   nəzarət   və   sadə   analizlərlə   (duzluluğun,
turşuluğun   və   s.   təyini)   məşğul   olur,   mürəkkəb   analizləri   və   hazır   məhsulların
dequstasiyasını isə zavod laboratoriyasında yerinə yetirirlər. 
Çoxlu   ştat   cədvəli   ilə   daha   böyük   laboratoriyaları   konserv   zavodlarında
layihələndirirlər. 3 – 4 nəfərlik ştata malik kiçik laboratoriyalar orta hesabla 36 m
2
,
5 – 7 nəfərlik ştata malik orta böyüklükdə laboratoriyalar 72 m
2
 və 8 – 10 nəfərlik
ştata malik böyük laboratoriyalar isə 96 – 108 m
2
 sahəyə malik olur. 
Konserv zavodlarında laboratoriyalar texnoloji şöbəyə, dequstasiya otağına,
kimya şöbəsinə, boksa, anbara, laboratoriya müdirinin kabinetinə malik olur. 
Sex laboratoriyaları bir otaqda yerləşdirilmiş kimyəvi, texnoloji şöbələrə və
tərəzi   sahəsinə   malik   olur.  Yuma   şöbəsi   ayrıca   ola  bilər  və   ya  ümumi   şöbədə
yerləşdirilə bilər. 
Laboratoriya   otaqlarını   yerləşdirdikdə   anbar   otağından   başqa   bütün
şöbələrin   yaxşı   işıqlanmasını   təmin   etməklə,   dəhliz   sistemini   tətbiq   etmək
məqsədəuyğun hesab edilir. Laboratoriya müdirinin kabineti və dequstasiya otağını
laboratoriyanın   girişində,   digərlərini   isə   nisbətən   daxili   sahələrdə   yerləşdirmək
lazımdır. 
12


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə