71
1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyası qəbul edilərkən Konstitusiyaya
prokurorluğun məhkəmə hakimiyyəti sistemində statusunu müəyyən edən bir maddə daxil
edildi (maddə 133). Həmin maddəyə əsasən, Azərbaycan Respublikası Prokurorluğu
qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət
edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə
dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest
verir.
1999-cu il 7 dekabrda qəbul edilmiş «Prokurorluq haqqında» Azərbaycan
Respublikası Qanununa əsasən sosializm dövründən qalmış nəzarətini əlindən alaraq,
prokurorluğun nəzarət funksiyasını yalnız təhqiqat və əməliyyat-axtarış orqanlarının
fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarətlə məhdudlaşdırdı. Beləliklə,
prokurorluğun «nəzarət hakimiyyətinə» son qoyuldu.
Qanunun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prokurorluğu
məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların
Azərbaycan Respublikası Baş prokurorun tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş
orqandır.
Azərbaycan Respublikasının Prokurorluğu sisteminə daxildir:
-
Azərbaycan Respublikasının Baş Prokurorluğu;
-
Azərbaycan Respublikasının Hərbi Prokurorluğu;
-
Naxçıvan Muxtar Respublikasının Prokurorluğu;
-
rayon (şəhər) prokurorluqları;
-
hərbi və nəqliyyat ixtisaslaşdırılmış prokurorluqları;
-
tədris-elm müəssisələri, mətbuat orqanları, mətbəə, sosial məişət, təsərrüfat
təyinatlı digər qurumlar.
Prokurorluq qanunda nəzərdə tutulmuş hallarda və qaydada:
-
cinayət işi başlayır və ibtidai istintaq aparır;
-
ibtidai istintaqa prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir;
-
təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq
olunmasına nəzarət edir;
-
məhkəmədə iddia qaldırır (ərizə verir), mülki və iqtisadi mübahisələrə dair işlərə
baxılmasında iddiaçı kimi iştirak edir;
-
məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını
müdafiə edir;
-
məhkəmə qərarlarından protest verir;
-
məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak
72
edir.
«Prokurorluq haqqında» qanunun 5-ci maddəsinə görə, prokurorluğun fəaliyyətinin əsas
prinsipləri aşağıdakılardır: qanunçuluq; hər kəsin qanun qarşısında hüquq bərabərliyi; fiziki
şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi;
obyektivlik, qərəzsizlik və faktlara əsaslanma; vahidlik və mərkəzləşdirmə, ərazi və
ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının Baş prokuroruna tabe olması;
siyasi bitərəflik.
Azərbaycan Respublikası Prokurorluğu qanunvericiliklə müəyyən edilmiş qaydada xarici
ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqə yaradır və öz səlahiyyətləri
çərçivəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli
gələn məsələlərin həllində iştirak edir. Hər hansı şəxs tərəfindən, hər hansı səbəbdən
bilavasitə, yaxud dolayı yolla prokurorluğun qanuni fəaliyyətinə məhdudiyyət qoyulması, təsir,
hədə, qanunsuz müdaxilə edilməsi, habelə prokurorluğa hörmətsizlik göstərilməsi
yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş
məsuliyyətə səbəb olur.
73
MÖVZU 4. MÜLKİ HÜQUQUN PREDMETİ VƏ
MÜLKİ HÜQUQ MÜNASİBƏTLƏRİ.
P L A N
1. Mülki hüququn anlayışı və sistemi. Mülki qanunvericilik.
2. Mülki hüquq münasibətlərinin anlayışı, növləri və məzmunu.
3. Mülki hüquq münasibətlərinin subyektləri və obyektləri.
4. Əqdlər.
5. İddia müddəti.
1. Mülki hüququn anlayışı və sistemi. Mülki qanunvericilik.
Mülki hüququn anlayışı və sistemi. Mülki hüquq - milli hüququn mühüm
bir sahəsi olub, əmtəə-pul və digər əmlak münasibətlərini, habelə bunlarla
əlaqədar olan şəxsi qeyri-əmlak münasibətlərini tənzim edir. Bu münasibətlər
mülki-hüquqi tənzimetmənin predmetini təşkil edir.
Mülki hüququn tətbiqi sferası çox genişdir. O, yalnız əmtəə-pul
münasibətlərini deyil, həm də mülkiyyət münasibətlərini, dövriyyə iştirakçılarının
alqı-satqı, əmlak kirayəsi, borc, podrat, habelə komissiya, tapşırıq, saxlama və s.
bu kimi müqavilə münasibətlərini nizama salır. Bura, həmçinin, vurulmuş zərərin
əvəzinin
ödənilməsi,
əsassız
varlanma
nəticəsində
əldə
edilənlərin
qaytarılması, əqli mülkiyyət, vərəsəliklə bağlı münasibətlər də aiddir. Bütün
bunlar indiki dövrdə - bazar iqtisadiyyatına keçid dövründə mülki hüququn
rolunun daha da artmasına səbəb olur.
Göstərilən ictimai münasibətlərin mülki-hüquqi tənziminin özünəməxsus
metodu var. Hüquq nəzəriyyəsindən məlum olduğu kimi hüququn ictimai
münasibətlərə təsiri üsulları və vasitələri hüquqi tənzimetmənin metodu adlanır.
Bu və ya digər hüquq sahəsinin metodu həmin sahə ilə tənzimlənən ictimai
münasibətlərin xarakterindən, cəmiyyətdəki sosial-iqtisadi və siyasi vəziyyətdən,
müvafiq ictimai münasibətlərin iştirakçılarının vəziyyətindən asılıdır. Hüquqi
tənzimləmə məqsədlərinə uyğun olaraq subyektlərin lazımi davranışını təmin
edən bu vasitələrin məcmusu bu və ya başqa hüquq sahəsinin metodunu
səciyyələndirir. Mülki hüququn metodu - ictimai münasibətləri mülki-hüquqi
tənzimetmə metodudur.
İctimai münasibətləri mülki-hüquqi tənzimetmə metodu dedikdə, mülki
münasibətləri tənzim edən normalarda nəzərdə tutulan forma, üsul və fəndlərin
məcmusu başa düşülür. Mülki hüququn (predmeti də daxil olmaqla) digər hüquq
sahələrindən fərqləndirilməsi məhz bu metodun aşağıdakı xüsusiyyətləri ilə
səciyyələnir:
1) Tərəflərin bərabərliyi;
2) Tərəflərin münasibətin məzmununu müəyyən edən sərbəstliyi
(dispozitivliyi);
Dostları ilə paylaş: |