Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   29   30   31   32   33   34   35   36   ...   84

71 
 
1995-ci  ildə  Azərbaycan  Respublikası  Konstitusiyası  qəbul  edilərkən  Konstitusiyaya 
prokurorluğun  məhkəmə  hakimiyyəti  sistemində  statusunu  müəyyən  edən  bir  maddə  daxil 
edildi  (maddə  133).  Həmin  maddəyə  əsasən,  Azərbaycan  Respublikası  Prokurorluğu 
qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət 
edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə 
dövlət  ittihamını  müdafiə  edir,  məhkəmədə  iddia  qaldırır,  məhkəmə  qərarlarından  protest 
verir.  
1999-cu  il  7  dekabrda  qəbul  edilmiş  «Prokurorluq  haqqında»  Azərbaycan 
Respublikası  Qanununa  əsasən  sosializm  dövründən  qalmış  nəzarətini  əlindən  alaraq, 
prokurorluğun  nəzarət  funksiyasını  yalnız  təhqiqat  və  əməliyyat-axtarış  orqanlarının 
fəaliyyətində  qanunların  icra  və  tətbiq  olunmasına  nəzarətlə  məhdudlaşdırdı.  Beləliklə, 
prokurorluğun «nəzarət hakimiyyətinə» son qoyuldu. 
Qanunun  2-ci  maddəsinə  əsasən  Azərbaycan  Respublikasının  Prokurorluğu 
məhkəmə  hakimiyyəti  sisteminə  daxil  olmaqla  ərazi  və  ixtisaslaşdırılmış  prokurorluqların 
Azərbaycan  Respublikası  Baş  prokurorun  tabeliyinə  əsaslanan  vahid  mərkəzləşdirilmiş 
orqandır. 
Azərbaycan Respublikasının Prokurorluğu sisteminə daxildir: 

Azərbaycan Respublikasının Baş Prokurorluğu; 

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu; 

Naxçıvan Muxtar Respublikasının Prokurorluğu; 

rayon (şəhər) prokurorluqları; 

hərbi və nəqliyyat ixtisaslaşdırılmış prokurorluqları; 

tədris-elm  müəssisələri,  mətbuat  orqanları,  mətbəə,  sosial  məişət,  təsərrüfat 
təyinatlı digər qurumlar. 
Prokurorluq qanunda nəzərdə tutulmuş hallarda və qaydada: 

cinayət işi başlayır və ibtidai istintaq aparır; 

ibtidai istintaqa prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir; 

təhqiqat  və  əməliyyat-axtarış  orqanlarının  fəaliyyətində  qanunların  icra  və  tətbiq 
olunmasına nəzarət edir; 

məhkəmədə  iddia  qaldırır  (ərizə  verir),  mülki  və  iqtisadi  mübahisələrə  dair  işlərə 
baxılmasında iddiaçı kimi iştirak edir; 

məhkəmədə  cinayət  işlərinə  baxılmasında  tərəf  kimi  iştirak  edir,  dövlət ittihamını 
müdafiə edir; 

məhkəmə qərarlarından protest verir; 

məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak 


72 
 
edir. 
«Prokurorluq haqqında» qanunun 5-ci maddəsinə görə, prokurorluğun fəaliyyətinin əsas 
prinsipləri  aşağıdakılardır:  qanunçuluq;  hər  kəsin  qanun  qarşısında  hüquq  bərabərliyi;  fiziki 
şəxslərin  hüquq  və  azadlıqlarına,  hüquqi  şəxslərin  hüquqlarına  əməl  və  hörmət  edilməsi; 
obyektivlik,  qərəzsizlik  və  faktlara  əsaslanma;  vahidlik  və  mərkəzləşdirmə,  ərazi  və 
ixtisaslaşdırılmış  prokurorların  Azərbaycan  Respublikasının  Baş  prokuroruna  tabe  olması; 
siyasi bitərəflik. 
Azərbaycan Respublikası Prokurorluğu qanunvericiliklə müəyyən edilmiş qaydada  xarici 
ölkələrin  müvafiq  orqanları  və  beynəlxalq  təşkilatlarla  əlaqə  yaradır  və  öz  səlahiyyətləri 
çərçivəsində  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdən  irəli 
gələn  məsələlərin  həllində  iştirak  edir.  Hər  hansı  şəxs  tərəfindən,  hər  hansı  səbəbdən 
bilavasitə,  yaxud  dolayı  yolla  prokurorluğun  qanuni  fəaliyyətinə  məhdudiyyət  qoyulması,  təsir, 
hədə,  qanunsuz  müdaxilə  edilməsi,  habelə  prokurorluğa  hörmətsizlik  göstərilməsi 
yolverilməzdir  və  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş 
məsuliyyətə səbəb olur. 
 
 
 
 
 
 
 
 


73 
 
MÖVZU 4.      MÜLKİ HÜQUQUN  PREDMETİ VƏ 
MÜLKİ HÜQUQ MÜNASİBƏTLƏRİ. 
P L A N 
1. Mülki hüququn anlayışı və sistemi. Mülki qanunvericilik. 
2. Mülki hüquq münasibətlərinin anlayışı, növləri və məzmunu. 
3. Mülki hüquq münasibətlərinin subyektləri və obyektləri. 
4. Əqdlər. 
5. İddia müddəti. 
 
1. Mülki hüququn anlayışı və sistemi. Mülki qanunvericilik. 
Mülki hüququn anlayışı və sistemi. Mülki hüquq - milli hüququn mühüm 
bir  sahəsi  olub,  əmtəə-pul  və  digər  əmlak  münasibətlərini,  habelə  bunlarla 
əlaqədar  olan  şəxsi  qeyri-əmlak  münasibətlərini  tənzim  edir.  Bu  münasibətlər 
mülki-hüquqi tənzimetmənin predmetini təşkil edir. 
Mülki  hüququn  tətbiqi  sferası  çox  genişdir.  O,  yalnız  əmtəə-pul 
münasibətlərini deyil, həm də mülkiyyət münasibətlərini, dövriyyə iştirakçılarının 
alqı-satqı, əmlak kirayəsi, borc, podrat, habelə komissiya, tapşırıq, saxlama və s. 
bu kimi müqavilə münasibətlərini nizama salır. Bura, həmçinin, vurulmuş zərərin 
əvəzinin 
ödənilməsi, 
əsassız 
varlanma 
nəticəsində 
əldə 
edilənlərin 
qaytarılması,  əqli  mülkiyyət,  vərəsəliklə  bağlı  münasibətlər  də  aiddir.  Bütün 
bunlar  indiki  dövrdə  -  bazar  iqtisadiyyatına  keçid  dövründə  mülki  hüququn 
rolunun daha da artmasına səbəb olur. 
Göstərilən  ictimai  münasibətlərin  mülki-hüquqi  tənziminin  özünəməxsus 
metodu  var.  Hüquq  nəzəriyyəsindən  məlum  olduğu  kimi  hüququn  ictimai 
münasibətlərə təsiri üsulları və vasitələri hüquqi tənzimetmənin metodu adlanır. 
Bu  və  ya  digər  hüquq  sahəsinin  metodu  həmin  sahə  ilə  tənzimlənən  ictimai 
münasibətlərin xarakterindən, cəmiyyətdəki sosial-iqtisadi və siyasi vəziyyətdən, 
müvafiq  ictimai  münasibətlərin  iştirakçılarının  vəziyyətindən  asılıdır.  Hüquqi 
tənzimləmə  məqsədlərinə  uyğun  olaraq  subyektlərin  lazımi  davranışını  təmin 
edən  bu  vasitələrin  məcmusu  bu  və  ya  başqa  hüquq  sahəsinin  metodunu 
səciyyələndirir.  Mülki  hüququn  metodu  -  ictimai  münasibətləri  mülki-hüquqi 
tənzimetmə metodudur. 
İctimai  münasibətləri  mülki-hüquqi  tənzimetmə  metodu  dedikdə,  mülki 
münasibətləri tənzim edən normalarda nəzərdə tutulan forma, üsul və fəndlərin 
məcmusu başa düşülür. Mülki hüququn (predmeti də daxil olmaqla) digər hüquq 
sahələrindən  fərqləndirilməsi  məhz  bu  metodun  aşağıdakı  xüsusiyyətləri  ilə 
səciyyələnir: 
1)  Tərəflərin bərabərliyi; 
2)  Tərəflərin münasibətin məzmununu müəyyən edən sərbəstliyi 
(dispozitivliyi); 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə