179
anlayışlardır. Digər tərəfdən dövlət idarəetmə orqanlarının əsas və başlıca funksiyası
qanunları və digər qanunvericilik aktlarını (məsələnn, prezident fərmanlarını, Nazirlər
Kabinetinin qərarlarını və s.) icra etməkdan ibarətdir.
Dövlət idarəetmə orqanları (icra hakimiyyəti orqanları) müəyyən sistem halında
birləşməsidir. Həmin sistemə aiddir:
• prezident;
• Nazirlər Kabineti;
• mərkəzi icra hakimiyyəti orqanları;
• yerli icra hakimiyyəti orqanları.
Prezident dövlət idarəetme (icra hakimiyyəti) orqanlarına rəhbərlik edir. O, icra
hakimiyyətinin başçısıdır. İcra hakimiyyəti prezidentə mənsubdur. Prezident, icra
hakimiyyəti sahəsində vacib və mühüm səlahiyyətlərə malikdir.
Nazirlər Kabineti icra hakimiyyətini həyata keçirir, dövlət idarəetmə orqanları
sisteminə daxil olan orqanların fəaliyyətinin əlaqələndirilməsini təmin edir, həmin
orqanların fəaliyyətini birləşdirir, istiqamətləndirir və yoxlayır. Nazirlər Kabineti onun
tabeliyində olan icra hakimiyyəti orqanlarına rəhbərliyi həyata keçirir, onların
fəaliyyətinə nəzarət edir.
Azərbaycan Respublikasının Konstitusiyası iqtisadi və sosial inkişafın müxtəlif
sahələrində Nazirlər Kabinetinin əsas səlahiyyətlərini müəyyən edir.
Mərkəzi icra hakimiyyət orqanları dedikdə, nazirliklər, dövlət komitələri, baş idarələr
və digər qurumlar başa düşülür. Bu orqanlar prezidentin fərmanı ilə yaradılır, yenidən təşkil
olunur və ləğv edilir. Məsələn, prezidentin fərmanı ilə İqtisadi İnkişaf Nazirliyi, Nəqliyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və s. kimi yeni
nazirliklər yaranmışdır. Prezident mərkəzi icra hakimiyyət orqanlarının sisteminin
(strukturunun) təkmilləşdirilməsi və qaydaya salınması üçün vaxtaşırı fərmanlar verir.
Mərkəzi icra hakimiyyəti orqanları içərisində güc strukturları (nazirlikləri) xüsusi
rola malikdir. Söhbət Müdafiə Nazirliyindən, Daxili İşlər Nazirliyindən və Milli
Təhlükəsizlik Nazirliyindən gedir. Bu nazirliklər icra hakimiyyətinə xüsusi güc verir.
Mərkəzi icra hakimiyyəti orqanları özlərinin əsasnamələri əsasında fəaliyyət
göstərir. Əsasnamə onların hayata keçirdikləri fəaliyyətin hüquqi əsasını təşkil edir. Bu
180
hüquqi sənəddə mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyət və funksiyaları
göstərilir, onların hüquqi statüsü müəyyənləşdirilir.
Yerli icra hakimiyyəti orqanları icra hakimiyyəti orqanlarının (dövlət idarəetmə
orqanlarının) vahid sisteminə daxil olan odandır. Yerli icra hakimiyyəti orqanları
dedikdə, icra hakimiyyəti başçıları başa düşülür. Yerli icra hakimiyyəti başçıları yerlerdə
icra hakimiyyətini həyata keçirirlər. Onları vazifəyə prezident təyin və azad edir. Yerli
icra hakimiyyəti başçıları dövlət idarəetmesini yerlərdə həyata keçirən əsas orqandır.
Onların fəaliyyətinin hüquqi əsasını «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamə
(1999) təşkil edir.
Yerli icra hakimiyyəti başçılarının səlahiyyətlari prezident tərəfindən müəyyən
edilir. Onlar prezidentin qarşısında məsuldurlar. İcra hakimiyyət orqanlan dövlət
hakimiyyət səlahiyyetlərine malik olan orqanlardır. Onlar inzibati siyasi, sosial-mədəni və
müəyyən dərəcədə istehsal-əmək fəaliyyətinə rəhbərliyi həyata keçirirlər.
Fiziki şəxslər inzibati hüquq münasibətlərinin subyеkti kimi. İnzibati hüquq
münasibətlərində çıxış edən subyektlərdən biri fiziki şəxslərdir. Bütün fiziki şəxslərin
hamisi üçün inzibati hüquq münasibətlərində iştirak etmək üçün eyni (bərabər) hüquqi
imkan verilmişdir. Belə ki, Konstitusiyada bərabərlik hüququ təsbit olunmuşdur.
İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən ve digər amillərdən asılı
olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir
(Konstitusiyanın 25-ci maddəsi). Bu hüquq bərabərliyi bütün hüquq münasibətlərinə, o
cümlədən fiziki şəxslərin inzibati hüquq münasibətlərində iştirakına da aiddir.
Fiziki şəxslərin inzibati hüquq münasibətlərində iştirak etməsinin müxtəlif halları
vardır. Onlar dövlətin idarə olunmasında iştirak etdikdə, in zibati hüquq münasibəti
yaranır. Bu zaman fiziki şəxslər həmin münasibətin subyektinə çevrilirlər. Fiziki
şəxslərin dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır (Konstitusiyanın 55-ci
maddesi).
Fiziki şəxslar dövlət idarəetmə orqanlarına müraciət etdiyi hallarda da inzibati
hüquq münasibəti yaranır. Konstitusiya onlara dövlət orqanlarına müraciət etmək hüququ
vermişdir (Konstitusiyanın 57-ci maddesi). Məsələn, vətəndaş pensiya almaq üçün
181
müvafiq dövlət orqanına müraciət edir. Başqa misalda vətəndaş yaratdığı müəssisəni
dövlət qeydiyyatına aldırmaq üçün ərizə ilə dövlət orqanına müraciət edir və s.
Fiziki şəxslər dövlət orqanlarında qulluq etdiyi hallarda da inzibati hüquq münasibəti
yaranır və onlar belə halda həmin münasibətin subyektı olurlar. Konstitusiya vətəndaşlara
dövlət orqanlarında qulluq etmək hüququ vermışdir (Konstitusiyanın 55-ci maddasi).
Fiziki şəxslər inzibati hüquq pozuntusu (inzibati xəta) törətdiyi hallarda inzibati
məsuliyyət münasibətinin subyekti olurlar. Bu münasibət isə inzibati hüquq münasibəti
deməkdir. Məsələn, yol hərəkəti qaydalarını pozan sürücü inzibati məsuliyyət
münasibətinin subyekti olur.
İnzibati hüquq münasitbətlərində müxtəlif qurumlar iştirak edə bilər. Dövlət
müəssisə va idarələri həmin qurumlardan biridir. Onlara aiddir: sənaye müəssisələri;
rabitə müəssisələri; nəqliyyat müəssisələri; ticarət müəssisələri; mədəniyyət idarələri;
təhsil idarələri və s.
Dövlət idarə və müəssisələrini inzibati hüquq münasibətlərində müdiriyyət təmsil
edir. Müdiriyyət dövlət idarə və müəssisələrini idarə edən orqandır. O, dövlət idarə və
müəssisələrinə rəhbərlik edir. Müdiriyyət idarəçilik funksiyasını yerinə yetirir.
Müdiriyyət vəzifəli şəxslər deməkdir. Müəssisə və idarənin rəhbərləri, struktur
bölmə və hissələrinin (sexlərin, şöbələrin, briqadaların) rəis və müdirləri müdiriyyət
anlayışına daxildirlər. Müdiriyyətə direktor və ya müdir (və yaxud direktorlar şurası)
rəhbərlik edir. O, tabe olduğu idarəetme orqanı qarşısında öz fəaliyyətinə görə
məsuliyyət daşıyır.
Dövlət müəssəsə və idarələrindən başqa, inzibati hüquq münasibatlərində
kommersiya təşkilatları, içtimai birliklər və dini qurumlar da subyekt qismində çıxış edə
bilərlər.
İcra hakimiyyəti orqanları ayrı-ayrı struktur bölmələrdən (şöbələrdən, idarələrdən)
təşkil olunur. Hər bir struktur bölmə vəzifələrin məcmusudur. Bu vəzifələri tutan şəxslər
dövlət qulluqçuları adlanırlar.
Dövlət qulluqçusu dedikdə, maaşlı dövlət qulluğu vəzifəsini tutan Azərbaycan
Respublikasının vətəndaşı başa düşülür. Ona maaş yalnız dövlət büdcəsi vəsaitindən
verilir. Dövlət qulluğu vəzifəsi stat cədvəlində nəzərdə tutulan və ona uygun olan
182
struktur vahididir. Dövlət qulluqçusu məhz stat cədvəlində nəzərdə tutulan və göstərilən
vəzifəni tutur. Stat cədvəli isə dövlət orqanının normativ aktı ilə müəyyən edilir.
Dövlət qulluqçuları dövlət orqanlarının səlahiyyətlərinin həyata keçirilməsini təmin
etmək üçün peşəkar fəaliyyetlə məşgul olurlar. Bu fəaliyyətə dövlət qulluğu deyılır.
Dövlət qulluğu dedikdə, dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi
sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsi başa düşülür.
Dövlət qulluğu dövlət aparatı işçilərinin fəaliyyəti deməkdir.
Dövlət qulluğu inzibati hüququn əsas anlayışlarından biridir, icra hakimiyyəti daxili
cəhətdən dövlət qulluğu ilə xarakterizə olunur.
Dövlət vəzifəli şəxsləri dövlət qulluqçularının xüsusi qrupunu təşkil edirlər. Dövlət
vəzifəli şəxsləri odur ki, onlar siyasi və ya inzibati vəzifə tuturlar və ya hakimiyyət
səlahiyyətlərinə malik olurlar.
Vətəndaş dövlət qulluğuna daxil olarkən and içir. Andiçimə təntənəli şəraitdə
Azərbaycan Respublikasının Dövlət bayrağı altında Konstitusiyaya əl basmaqla həyata
keçirilir.
Dövlət qulluqçularının hüquqi vəziyyati ilə bağlı məsələlər, habelə dövlət qulluğu
sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətlər «Dövlət qulluğu
haqqında» qanunla tənzimlənir. Bu qanun 2001-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.
İnzibati məsuliyyət. İnzibati xəta və onun tətkibi. Hüquqi məsuliyyətin bir neçə
növü vardır ki, inzibati məsuliyyət bunlardan biridir. İnzibati məsuliyyət şəxslər
tərəfindən törədilən inzibati xətaya (inzibati hüquq pozuntusuna) görə hüquqi məsuliyyət
formasıdır. Məsələn, vətəndaş xırda oğurluq edir. Başqa bir misalda sürücü yol hərəkəti
qaydalarını pozur. Belə hallarda təqsirkar şəxs inzibati məsuliyyətə cəlb edilir və ona
müvafiq meəsuliyyət tədbirləri tətbiq olunur.
İnzibati məsuliyyət dedikdə, inzibati hüquq pozuntusu (inzibati xəta)
törətdiyinə görə təqsirkar şəxsə tətbiq edilən məcburiyyət tədbiri başa düşülür.
İnzibati məsuliyyətin yaranması üçün müəyyən əsasın olması tələb edilir. İnzibati
xəta məhz belə əsas hesab olunur. Buna inzibati məsuliyyətin faktiki əsası deyilir.
İnzibati xəta inzibati hüquq pozuntusu deməkdir. O, hüquq pozuntusunun növlərindən
183
biridir.
İnzibati xəta dedikdə, qanunla (İnzibati Xətalar Məcəlləsi ilə) qorunan ictimai
münasibətlərə qəsd edən hüquqazidd, təqsirli və inzibati məsuliyyətə səbəb olan
əməl başa düşülür.
İnzibati xətalar vətəndaşların siyasi, sosial və əmək hüquqlarına, əhalinin
sağlamlığı, ətraf muhitin qorunması, yol hərəkəti, rabitə, iqtisadi fealiyyət, ticarət,
maliyyə-sığorta, vergilərin ödənilməsi, gömrük və digər dövlət qaydalarına, ictimai
qaydaya, ictimai təhlükəsizliyə, mülkiyyətə və s. qəsd edir. İnzibati xəta cinayətdən
ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir.
İnzibati məsuliyyətin yaranması üçün təkcə faktiki əsas, yəni inzibati xətanın özü
kifayət etmir. Bunun üçün həm də hüquqi əsasın olması vacibdir. Hüquqi əsas inzibati
xəta tərkibi adlanır, inzibati məsuliyyətin yaranması üçün həm faktiki əsasın (inzibati
xətanın özü), həm də hüquqi əsasın (inzibati xəta tərkibinin) olması lazımdır.
İnzibati xəta tərkibi dedikdə, törədilmiş əməli inzibati xəta kimi xarakterizə
edən və İnzibati Xətalar Məcəlləsində göstərilən əlamətlərin məcmusu başa
düşülür.
İnzibati xəta tərkibi dörd əlamətdən ibarətdir. Həmin əlamətlərə aiddir:
• inzibati xətanın obyekti;
• inzibati xətanın obyektiv cəhəti;
• inzibati xətanın subyektiv cəhəti;
• inzibati xətanın subyekti.
İnzibati xətanın obyekti dedikdə, qəsdlərdən qorunan ictimai münasibətlər başa
düşülür. Məsələn, vətəndaş öz qonşusunun qiyməti əlli manat olan geyim şeylərini
oğurlayır (oğurlama yolu ilə xırda talama). Belə halda inzibati xəta göz qabağındadır.
Onun obyekti mülkiyyət münasibətidir.
İnzibati xətanın obyektiv cəhəti dedikdə, inzibati məsuliyyətə səbəb olan əməlin
xarici (görünən, müşahidə edilən) tərəfi başa düşülür. Həmin əməl iki formada törədilir:
hərəkət formasında (məsələn, meşə fondu sahalarində özbaşına ot biçilməsi və mal-qara
otarılması və ya xırda oğurluq və s.); hərəkətsizlik formasında (məsələn, statistik
məlumatların verilməməsi).
184
İnzibati xətanın subyektiv cəhəti dedikdə, şəxsin inzibati xətanın törədilməsi ilə
bağlı psixi fəaliyyəti başa düşülür. O, inzibati məsuliyyətə səbəb olan amalin daxili
tərəfidir. Təqsir inzibati xətanın subyektiv cəhətinin mühüm hissəsi olub, onun məzmu-
nunu əhata edir.
Təqsir dedikdə, şəxsin törətdiyi və inzibati məsuliyyətə səbəb olan əməlinə psixi
münasibəti başa düşülür. Onun iki forması vardır: qəsd (məsələn, zor tətbiq etməklə
işçini tətillərdə iştirak etməyə məcbur etmə və ya meşə fondu torpaqlamı özbaşına
tutmaq və s.); ehtiyatsızlıq.
İnzibati xətanın subyekti dedikdə, qanunla müəyyən edilən yaş həddinə çatmış
fiziki və anlaqlı şəxs, habelə hüquqi şəxs başa düşülür. Fiziki şəxslər yalnız o halda
inzibatı rnəsuliyyətə cəlb edilə bilərlər ki, inzibati xəta törədərkən onlann on altı yaşı
tamam olsun. Diğər tərəfdən yalnız anlaqlı şəxslər inzibati xətanın subyekti ola
bilərlər. İnzibati xəta törədən zaman şəxs anlaqsız vəziyyətdə olduqda, inzibati
məsuliyyətə cəlb edilmir. Anlaqsız vəziyyətdə olmaq dedikdə, xroniki psixi xəstəlik,
psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və başqa psixi xəstəlik nəticəsində
fiziki şəxsin öz əməlinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək və
ya onu idarə etmək iqtidarında olmaması başa düşülür.
Hüquqi şəxsler də inzibati xətanın subyekti ola bilər. Onlar inzibati xətalara görə
inzibati rnəsuliyyətə cəlb edilir.
İnzibati xəta tərkibinin bütün əlamətləri mövcud olduqda təqsirkar şəxsə inzibati
tənbeh tətbiq edilir.
İnzibati tənbeh və onun növləri. İnzibati tənbeh dövlət məcburiyyət tədbiri olub,
törədilmiş inzibati xətaya görə təqsirkar şəxşə tətbiq olunur. Onun iki əsas məqsədi
vardır:
xüsusi xəbərdaredici məqsəd;
umumi xəbərdaredici məqsəd.
İnzibati tənbehin xüsusi xəbərdaredici məqsədi inzibati xəta törədən şəxsi
qanunlara əməl etmək ruhunda tərbiyələndirməkdən, habelə onun tərəfindən yeni
inzibati xəta töredilməsinin qarşısını almaqdan ibarətdir.
185
İnzibati tənbehin umumi xəbərdaredici məqsədini isə cəmiyyət üzvlərinin yeni
inzibati xəta törətmələrinin qarşısını almaq təşkil edir.
Qanunda (İnzibati Xətalar Məcəlləsində) nəzərdə tutulan inzibati xəta
törətmiş şəxsi cəzalandırmaq üçün tətbiq edilən məsuliyyət tədbirinə inzibati
tənbeh deyilir.
İnzibati tenbəhin növləri İnzibati Xətalar Məcəlləsinin 23-cü maddəsində nəzərdə
tutulmuşdur. Burada onların qəti və dəqiq siyahisi verilir.
Xəbərdarlıq
inzibati tənbehin
növlərindən biridir. Hüquqazidd əməlin
yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirə xəbərdarlıq deyilir.
Xəbərdarlıq yazılı formada edilir.
İnzibati cərimə inzibati tənbehin növlərindən biri sayılır. İnzibati Xətalar
Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim və səlahiyyətli orqan (vəzifəli şəxs)
tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul
məbləğinə inzibati cərimə deyilir. İnzibati cərimə bir qayda olaraq, Azərbaycan
Respublikasının dövlət büdcəsinə mədaxil olunur.
Müsadirə təqsirkar şəxsə tətbiq edilən inzibati tənbeh növlərindən biridir.
Müsadirə dedikdə, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə
inzibati xətanın törədilməsində alət olmuş və ya inzibati xətanın bilavasitə obyekti
olmuş predmetin məcburi qaydada və əvəzsiz (ödənişsiz) dövlət mülkiyyətinə keçməsi
başa düşülür.
İnzibati həbs ən kəskin inzibati tənbeh tədbiridir. Bu tədbir ayrı-ayrı inzibati xəta
növlərinə görə (məsələn, xırda oğurluğa görə) müstəsna hallarda tətbiq olunur. İnzibati
həbs 15 günədək müəyyən edilir. Bəzi kateqoriya şəxslər üçün inzibati həbsin tətbiq
edilməsinə yol verilmir. Həmin şəxsləra aiddir: hamilə qadınlar, himayəsində azyaşlı
uşaq olan qadınlar, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup elillər,
altmış yaşına çatmış qadınlar, altmış beş yaşına çatmış kişilər.
Bunlardan başqa, təqsirkar şəxslərə digər inzibati tənbeh növləri də tətbiq edilə
bilər. İnzibati tənbehin digər növləri İnzibati Xətalar Məcəlləsində göstərilmişdir.
Xəbərdarlıq, inzibati cərima və ya inzibati həbs əsas inzibati tənbeh növləridir.
Müsadirə və diğərləri isə həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə
186
bilər.
İnzibati xətalar haqqında işlərə yalnız səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər)
baxa bilər. Həmin orqanlara (vəzifəli şəxslərə) aiddir: rayon (şəhər) məhkmələri,
yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyalar, müvafiq icra hakimiyyəti
orqanları (vəzifəli şəxslər).
Qeyd:
1.
«İnzibati» sözünün rus dilinda qarşılığı kimi «адmинисtраtивное» ifadasi işlədilir.
«адmинисtраtивная» sözü latınca «idara» manasını bildirir.
2.
Oğurlanmış əmlakın dəyəri şərtı maliyyə vahidinin otuz mislindən yuxarı
olmadıqda, bu, xırda oğurluq hesab edilir.
187
188
Dostları ilə paylaş: |