Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   32   33   34   35   36   37   38   39   ...   84

78 
 
2.  Şəxsi qeyri-əmlak münasibətləri.  
 
Mülki  hüquq  münasibətlərinin  əmlak  və  şəxsi  qeyri-əmlak  münasibətlərinə 
bölgüsü onunla xarakterizə olunur ki: 
1.  Əmlak  münasibətləri  iqtisadi  dəyərə  malik  olan  münasibətlərdirsə, 
şəxsi qeyri-əmlak münasibətləri maddi məzmuna, iqtisadi dəyərə malik 
olmayan münasibətlərdir; 
2.  Əmlak  münasibətlərindən  fərqli  olaraq,  şəxsi  qeyri-əmlak  münasibətləri 
vətəndaşların və ya təşkilatların qeyri-əmlak marağına xidmət edir; 
3.  Əmlak  münasibətlərində  hüquq  varisliyinə  yol  verilirsə,  şəxsi  qeyri-
əmlak münasibətlərində hüquq varisliyinə yol verilmir. 
Mülki  hüquq  münasibətləri  içərisində  ən  çox  rast  gəlinəni  əmlak 
münasibətləridir. Təşkilatların, habelə vətəndaşların mülki hüquqları və vəzifələri 
əksər hallarda əmlak xarakterli olur. 
Şəxsi qeyri-əmlak münasibətləri 3 qrupa ayrılır: 
1.  Şəxsi qeyri-əmlak xarakterli hüquq münasibətləri; 
2.  Yaradıcı fəaliyyəti özündə cəmləşdirən hüquq münasibətləri; 
3.  Təşkilati hüquq münasibətləri. 
Şəxsi  qeyri-əmlak  hüquq  münasibətləri  özündə  qeyri-əmlak  xarakterli 
cəhətləri  birləşdirir  ki,  həmin  cəhətlər  insanla  bağlıdır.  Məsələn,  ad,  şərəf, 
ləyaqət və s. 
Yaradıcı  fəaliyyəti  özündə  cəmləşdirən  hüquq  münasibətləri  bu 
münasibətlər  içərisində  mühüm  yer  tutur.  Bu  münasibətlərin  özünəməxsusluğu 
onun  məzmunu  və  obyekti  araşdırılarkən  aydın  olur.  Bu  mülki  hüquq 
münasibətlərinin  obyekti  şəxsiyyətin  mənəvi,  yaradıcı  fəaliyyətidir.  Bura  elm, 
ədəbiyyat və incəsənət əsərləri aiddir. 
Şəxsi  qeyri-əmlak  münasibətləri  içərisində  təşkilati  mülki  hüquq 
münasibətləri  mühüm  yer  tutur.  Təşkilati  hüquq  münasibətləri  əmlak  və  şəxsi 
qeyri-əmlak  münasibətləri  ilə  əlaqədardır.  Çox  zaman  onlar  arasında  hüquqi 
əlaqələrin  reallaşmasına  xidmət  edir.  Bu  cür  münasibətlərə  misal  olaraq, 
nümayəndəliyi (təmsilçiliyi) göstərmək olar. Mülki hüquq münasibətləri içərisində 
nəzarətedici  münasibətlər  də  özünəməxsus  yer  tutur.  Burada  subyektlərdən 
birinə  digərinin  fəaliyyətinə  nəzarət  etmək  hüququ  verilir.  Məsələn,  sifarişçinin 
sifarişi  qəbul  edənin  işinə  nəzarəti.  Qeyd  etdiyimiz  münasibətlərin  lazımi 
səviyyədə  reallaşması  üçün  məlumat  münasibətlərinin  də  xidməti  az  deyildir. 
Bu  cür  münasibətə  sifarişi  qəbul  edənin  sifarişçiyə  mövcud  vəziyyət  barədə 
məlumat verməsi və s. misal ola bilər. 
Subyektlərin  əlaqəsinə  görə  mülki  hüquq  münasibətləri  mütləq  və  nisbi 
hüquq münasibətlərinə bölünür. 
Mütləq  hüquq  münasibətlərində  səlahiyyətli  şəxs  qarşısında  bütün  digər 
şəxslər 
məsuliyyət 
daşıyırlar. 
Bu 
münasibətlərə 
mülkiyyət 
hüququ 
münasibətlərini  aid  etmək  olar.  Məsələn,  vətəndaş  ona  məxsus  olan  yaşayış 
evi  üzərində  mülkiyyətçiyə  xas  olan  bütün  hüquqlara  malikdir  və  digər  şəxslər 
onun bu hüquqlarmı pozmaqdan çəkinməlidirlər. 
Nisbi  hüquq  münasibətlərində  isə  səlahiyyətli  şəxs  qarşısında,  ancaq  bir 
və  ya  bir neçə konkret şəxs məsuliyyət daşıyır. Bu münasibətlərdə səlahiyyətli 
şəxsin  hüququ  nisbi  hüquq  münasibətləri  ilə  tənzim  edilir.  Məsələn,  borc 
müqaviləsinə  əsasən,  səlahiyyətli  şəxs,  yəni  kreditor  öz  borcunu  yalnız  bir 
şəxsdən, borcludan tələb edə bilər. 
Hüquqların  həyata  keçirilməsi  ilə  mülki  hüquq  münasibətləri  əşya  və 


79 
 
öhdəlik hüquq münasibətlərinə bölünür. 
Əşya  münasibətləri  bu  və  ya  digər  subyektlərin  -  təbii  obyektlər,  istehsal 
vasitələri,  əməyin  nəticələrinə  malik  olması  ilə  bağlı  olan  münasibətlərdir. 
Onların hamısı öz-özlüyündə, birinci, subyektin ona məxsus olan əşyaya, ikinci, 
onun və digər şəxslər barəsində bu əşyaya olan münasibətlərini təşkil edir. 
Əşya  münasibətlərinin  bu  cür  ikili  təbiəti  prinsipial  əhəmiyyətə  malikdir. 
Şəxsin əşyaya olan münasibəti normal istehsalı müəyyən edən şərtdir. İstehsal 
o vaxt maksimum effektli olur ki, istehsalçı əşyaya sahiblik etsin, ondan istifadə 
etsin və onun üzərində sərəncam versin. 
Əmlak münasibətlərinin hüquqi  xarakterindən danışsaq, onu  deməliyik ki, 
əşya  sahibi  əmlaka  öz  şəxsi  əmlakı  kimi  yalnız  kənar  şəxslərin  müdaxiləsinin 
qarşısı alındıqdan sonra münasibət göstərə bilər. 
Öhdəlik münasibətləri - əmlakın bir şəxsdən digərinə keçməsi ilə bağlıdır. 
Əgər səlahiyyətli şəxsin marağının təmin edilməsi üçün vəzifə daşıyan şəxslərin 
fəal  hərəkəti  tələb  olunarsa  bu  cür  hüquq  münasibətləri  öhdəlik  münasibətləri 
adlanır.  Məsələn,  satıcı,  satdığı  əşyanın  qiymətini  alıcıdan  tələb  etməyə 
haqlıdır.  Burada  alıcının  fəal  hərəkət  etməsi  tələb  olunur.  Bu  münasibətlər 
təbiətən müxtəlifdirlər. Onların  ən  böyük qrupu əmlakın sahibliyə, istifadəyə və 
sərəncama  verilməsinə  səbəb  olan  müqavilələr  əsasında,  müəyyən  bir  hissəsi 
isə  iştirakçılar  arasında  hər  hansı  razılığın  olmadığı  hallarda  yaranır.  Onlara 
ziyanvurma nəticəsində əmələ gələn öhdəliklər və s. misal ola bilər. 
Hüquqi  məzmununa  görə  mülki  hüquq  münasibətləri  sadə  və  mürəkkəb 
hüquq  münasibətlərinə  bölünür.  Əgər  bir  tərəfdə  hüquq,  digər  tərəfdə  vəzifə 
varsa,  bu  cür  hüquq  münasibətlərinə  sadə  və  yaxud  birtərəfli  hüquq 
münasibətləri deyilir. Məsələn, borc müqaviləsindən yaranan münasibətlər və s. 
hər  iki  tərəfdə  hüquq  və  vəzifələrin  olduğu  münasibətlərə  mürəkkəb  və  yaxud 
ikitərəfli  hüquq  münasibətləri  deyilir.  Alqı-satqı,  əmlak  kirayəsi  və  s. 
müqavilələrdən əmələ gələn münasibətlər buna misal ola bilər. 
Mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamının 
əsasları.  -  Mülki  hüquq  münasibətlərinin  əmələ  gəlməsi  (dəyişməsi,  xitamı) 
əsasını  hüquqi  faktlar  təşkil  edir.  Hüquqi  faktlar  dedikdə,  hüquq  normasında 
nəzərdə tutulan və hüquq münasibətlərinin əmələ gəlməsi,  dəyişməsi və  xitam 
edilməsinə  səbəb  olan  həyati  hallar  başa  düşülür.  Lakin  faktların  hamısı  deyil, 
yalnız müəyyən hüquqi nəticələrə səbəb olan hüquqi əhəmiyyətli faktlar hüquqi 
faktdır. 
Hüquqi faktlar üçün üç əsas hal xarakterikdir: 
1)  hüquqi  fakt  -  bizim  şüurumuzdan,  düşüncəmizdən  asılı  olmayan  real 
gerçəklikdir; 
2)  hüquqi  fakt  -  mülki  hüquq  normalarında  nəzərdə  tutulur.  Məhz  bu 
normalar onun hüquqi əhəmiyyət kəsb etdiyini bildirir; 
3)  hüquqi fakt - hansı faktların mülki hüquq normaları əsasında müəyyən 
nəticəyə gəlməsini müəyyən edir. 
Hüquqi  nəticəyə  səbəb  olan  hüquqi  faktlar  üç  dərəcəyə  (kateqoriyaya) 
bölünür: 
1.  Hüquq yaradan hüquqi faktlar; 
2.  Hüquq dəyişən hüquqi faktlar; 
3.  Xitamverici hüquqi faktlar. 
Hüquq  yaradan  hüquqi  faktlar  mülki  hüquq  münasibətlərinin  yaranmasına 
səbəb  olur.  Buna  alqı-satqı  müqaviləsini  misal  göstərmək  olar.  Burada,  alıcıda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə