Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   30   31   32   33   34   35   36   37   ...   84

74 
 
3)  Tərəflərin təşəbbüskarlığı; 
4)  Münasibətlərin bir qayda olaraq iddia qaydasında müdafiəsi; 
5)  Tərəflərin əmlak məsuliyyəti. 
Subyektlərin  hüquq  bərabərliyinə  əsaslanan,  əmlak  və  şəxsi  qeyri-əmlak 
münasibətlərini  tənzim  edən  mülki  hüquq  normaları  nizamsız  vəziyyətdə  deyil, 
müəyyən  sistemdə  düzülmüşlər.  Mülki  hüquq  institutlarının  müəyyən  məntiqi 
ardıcıllıqla  düzülüşünə  mülki  hüququn  sistemi  deyilir.  Mülki  hüquq  institutu 
dedikdə isə, eyni cinsli münasibətləri tənzim edən hüquq normalarının məcmusu 
başa  düşülür.  Məsələn,  mülkiyyət  münasibətlərini  tənzim  edən  hüquq 
normalarının məcmusu mülkiyyət hüququ institutu adlanır. 
Mülki  hüququn  sistemi  obyektiv  surətdə  formalaşmışdır  və  mülki  hüququn 
predmetinə  daxil  olan  ictimai  münasibətlərin  spesifik  xüsusiyyətlərinə  əsaslanır. 
Digər  müstəqil  hüquq  sahələri  kimi  mülki  hüququn  sistemi  də  iki  hissədən  - 
ümumi  və  xüsusi  hissələrdən  ibarətdir.  Mülki  hüququn  predmetinə  daxil  olan 
saysız-hesabsız  ictimai  münasibətlərin  ümumi  xüsusiyyətləri  onların  hüquqi 
tənzimləmə  vahidliyini,  bu  münasibətlərin  konkret  növlərinin  spesifik  əlamətləri 
isə onların hüquqi tənzimləmə differensasiyasını qabaqcadan müəyyən edir. 
Ümumi  hissəyə  elə  normalar  və  müddəalar  daxildir  ki,  onlar  ümumi 
xarakter daşıyır  və  bütün  hüquq institutları,  yaxud  onların çoxuna eyni  dərəcədə 
tətbiq  edilir.  Buraya  mülki  hüququn  predmetini,  vəzifələrini,  onun  əsas 
prinsiplərini,  mülki  hüquq  üzrə  hüquq  münasibətlərini  müəyyən  edən  bölmələr, 
habelə  şəxslər  (fiziki  və  hüquqi),  əşya  hüququ,  o  cümlədən  mülkiyyət  hüququ, 
əqdlər,  müddətlər  və  öhdəliklər  haqqında  ümumi  müddəalar  daxildir.  Mülki 
hüququn  ümumi  hissəsinin  normaları  sayəsində  fiziki  və  hüquqi  şəxslər 
arasında,  habelə  onların  öz  aralarında,  fəaliyyətin  bütün  sahələrində  -  sənaye, 
nəqliyyat,  tikinti,  ticarət,  məişət,  kənd  təsərrüfatı,  sahibkarlıq,  əqli  fəaliyyət  və 
digər sahələrdə əmlak münasibətlərinin eyni cür tənzimlənməsi həyata keçirilir. 
Mülki  hüquqla  tənzim  olunan  ictimai  münasibətlərin  ayrı-ayrı  növlərini  və 
qruplarını  nizama  salan  normalar  mülki  hüququn  xüsusi  hissəsini  təşkil  edir. 
Xüsusi hissə özündə məzmunca müxtəlif mülki hüquq normalarını birləşdirir. Bu 
normalar  mülki  hüquq  institutlarında  qruplaşdırılır.  Mülki  hüquq  institutu  özündə 
müəyyən  növ  ictimai  münasibətlərin  yalnız  bir  hissəsini  tənzim  edən  normaları 
birləşdirir. 
Xüsusi  hissəyə  müqavilələrdən  əmələ  gələn  öhdəliklər  -  alqı-satqı, 
dəyişmə,  bağışlama,  əmlak  kirayəsi,  icarə,  borc,  lizinq,  podrat,  tapşırıq,  və  s.; 
qanundan  əmələ  gələn  öhdəliklər  -  özgə  işlərini  tapşırıqsız  aparma,  əsassız 
varlanma;  mülki  hüquq  pozuntularından  (deliktlərdən)  əmələ  gələn  öhdəliklər, 
habelə  vərəsəlik  hüququnu  müəyyən  edən  bölmələr  daxildir.  Bura,  həmçinin, 
yaradıcılıq  fəaliyyətinin  nəticələrinə  olan  hüquqlar  -  müəlliflik  hüququ,  kəşf 
hüququ,  ixtira,  səmərələşdirmə  təkliflərinə  və  sənaye  nümunələrinə  olan 
hüquqları əks etdirən normalar aiddir. 
Beləliklə, mülki hüquq normalarının sistem halında qruplaşmasının, nəinki 
nəzəri,  həm  də  hüquqyaradıcı  və  hüquqtətbiqedici  orqanlar  üçün  mühüm 
praktiki əhəmiyyəti vardır. Məzmunu mülki hüquq normalarından ibarət olan yeni 
normativ aktların qəbul edilməsi zamanı onların mövcud olan hüquq normalarına 
uyğunluğunu  müəyyənləşdirmək  lazımdır.  Mülki  hüquq  normalarının  müəyyən 
sistemdə  qruplaşması  bu  işi  xeyli  asanlaşdırır.  Əks-təqdirdə,  mülki  hüquq 
normalarının  nizamsız  vəziyyətdə  olması  qəbul  edilən  qanunların  onlara 
uyğunluğunun  müəyyənləşdirilməsində  olduqca  çətinliklər  yaradardı.  Mülki 


75 
 
hüquq  normalarının  müəyyən  meyarlara  görə  sistemləşdirilməsi  bu  normaların 
konkret  hadisələrə  uyğun  olaraq  axtarılıb-tapılması  və  tətbiq  edilməsini  xeyli 
asanlaşdırır. 
Mülki  qanunvericilik  (mülki  hüququn  mənbələri).  Mülki  hüquq 
normalarının,  vahidliyi  və  differensasiyası  nəzərə  alınmaqla  qruplaşdırılması  öz 
ifadəsini  mülki  hüququn  mənbələri  hesab  edilən  müxtəlif  hüquqi  normativ 
aktlarda tapır. Özündə əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzim edən, 
mülki  hüquq  normalarmı  əks  etdirən  aktların  məcmusuna  mülki  qanunvericilik 
deyilir. 
Mülki  Məcəllənin  2-ci  maddəsinə  əsasən,  Azərbaycan  Respublikasının 
mülki  qanunvericiliyi  Azərbaycan  Respublikasının  Konstitusiyasına  əsaslanır  və 
bu  Məcəllədən,  digər  qanunlardan  və  onların  əsasında  qəbul  edilən,  mülki 
hüquq normalarını müəyyənləşdirən başqa normativ-hüquqi aktlardan ibarətdir.
 
 
Mülki  qanunvericilik  mülki  hüquq  münasibətləri  subyektlərinin  hüquqi 
vəziyyətini,  mülkiyyət  hüququnun  və  başqa  əmlak  hüquqlarının  əmələ  gəlməsi 
əsaslarını  və  həyata  keçirilməsi  qaydasını  müəyyənləşdirir,  müqavilə  və  digər 
öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan 
şəxsi  qeyri-əmlak  münasibətlərini  tənzimləyir.  Ailə,  əmək  münasibətləri,  təbii 
ehtiyatlardan  istifadə,  ətraf  mühitin  mühafizəsi,  müəlliflik  hüququ  və  əlaqəli 
hüquqlar  ilə  bağlı  münasibətlər,  əgər  ailə,  əmlak,  torpaq,  təbiəti  mühafizə, 
müəlliflik  və  digər  xüsusi  qanunvericilikdə  ayrı  qayda  nəzərdə  tutulmayıbsa, 
mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. 
Mülki  hüququn  mənbələri  içərisində  ən  mühüm  və  əsas  yeri  Azərbaycan 
Respublikasının  12  noyabr  1995-ci  il  Konstitusiyası  tutur.  Konstitusiyada 
mülkiyyət  və  onun  formaları,  vətəndaşların  mülkiyyət  və  əqli  mülkiyyət  hüququ, 
şəxsi  və  mənzil  toxunulmazlığı,  sağlamlığın  qorunması,  şərəf  və  ləyaqətin 
müdafiəsi,  azad  sahibkarlıq,  zərərin  ödənilməsini  tələb  etmək  və  s.  hüquqları, 
həmçinin,  onların  həyata  keçirilməsi  təminatlarını  müəyyən  edən  məsələlər  öz 
əksini tapmışdır. 
Konstitusiyadan  sonra  mülki  hüququn  mənbələri  içərisində  Azərbaycan 
Respublikasının  2000-ci  il  sentyabrın  1-dən  qüvvəyə  minmiş  Mülki  Məcəlləsi 
başlıca  yer  tutur.  74  fəsildən  və  1325  maddədən  ibarət  olan  bu  Məcəllənin 
ümumi  hissəsində  (1-566-cı  maddələr)  mülki  hüququn  ümumi  və  prinsipial 
müddəaları  təsbit  olunmuş,  xüsusi  hissədə  (567-1325-ci  maddələr)  isə  öhdəlik 
hüququnun  bütün  növləri  müvafiq  ardıcıllıqla  verilmiş,  vərəsəlik  hüququnun 
ümumi və xüsusi hissəsini tənzim edən normalar sistemləşdirilmişdir. 
Vəzifələri  mülki  hüquq  subyektlərinin  əmlak  və  şəxsi  qeyri-əmlak 
münasibətlərini  tənzimləməkdən,  onların  hüquqlarını  və  qanuni  mənafelərini 
müdafİə  etməkdən,  fiziki  şəxslərin  şərəfini,  ləyaqətini,  işgüzar  nüfuzunu,  şəxsi 
həyatının  və  şəxsi  toxunulmazlığının  müdafiəsi  hüququnu  qorumaqdan,  mülki 
dövriyyəni  təmin  etmək,  sahibkarlıq  fəaliyyətini  dəstəkləmək  və  sərbəst  bazar 
iqtisadiyyatının  inkişafına  şərait  yaratmaqdan  ibarət  olan  bu  Məcəllənin  əsas 
məqsədi  üçüncü  şəxslərin  hüquqlarına  xələl  gətirmədən  mülki  dövriyyənin 
azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. 
Mülki  hüququn  mənbələrinə  həm  də  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin  qərar  və  sərəncamları  da  daxildir.  Lakin  Nazirlər  Kabinetinin  qəbul 
etdiyi  bütün  aktlar  deyil,  yalnız  mülki münasibətlər  sahəsində  qəbul  etdiyi  qərar 
və  sərəncamlar  mülki  hüququn  mənbəyini  təşkil  edir.  Bu  aktlarla  əsasən, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə