Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   26   27   28   29   30   31   32   33   ...   84

64 
 
Hər  bir  hakimiyyət  qolu  demokratik  cəmiyyətdə  müəyyən  rolu  yerinə  yetirir. 
Demokratik  cəmiyyətdə  məhkəmə  hakimiyyətinin  rolu  isə  müxtəlif  hüquqi  mübahisələrdə 
Konstitusiyada,  qanunlarda,  qanun  qüvvəli  aktlarda  və  beynəlxalq  müqavilələrdə  nəzərdə 
tutulmuş hüququn aliliyini təmin etməkdir. 
Beləliklə,  məhkəmə  hakimiyyəti  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarını 
müdafiə edən, hüquq qaydasını cinayət və digər hüquq-pozmalardan mühafizə edən və 
dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivədən kənara çıxmamasına nəzarət edən 
dövlət hakimiyyətinin bir qoludur. 
Dövlət  hakimiyyətinin  bir  qolu  olmaq  etibarilə  məhkəmə  hakimiyyəti  dövlət 
hakimiyyətinin  bütün  əlamətlərinə  malikdir.  Buraya  aşağıdakı  əlamətləri  aid  etmək  olar:  a) 
dövlət  hakimiyyətinin  universallığı,  yəni  qərarların  hamıya  şamil  olunması;    b)  dövlət 
hakimiyyətinin  xüsusi  aparat  vasitəsilə  həyata  keçirilməsi;        c)  dövlət  hakimiyyətinin 
cəmiyyətdə məcburiyyət monopoliyasına malik olması; ç) dövlət hakimiyyətinin suverenliyi. 
Bütün  bunlarla  yanaşı  məhkəmə  hakimiyyəti  müəyyən  spesifik  əlamətlərlə  digər 
hakimiyyət qollarından fərqlənir: 
a)  məhkəmə  hakimiyyətinin  qanunla  müəyyən  edilmiş  qaydada  yaradılmış  xüsusi 
orqan - məhkəmələr tərəfindən həyata keçirilməsi; 
b)  məhkəmə  hakimiyyətinin  məhkəmə  iclaslarında  işlərə  baxılıb  həll  edilməsi  yolu  ilə 
həyata keçirilməsi; 
c)  məhkəmə  hakimiyyətinin  qanunla  müəyyən  edilmiş  prosessual  formada  həyata 
keçirilməsi; 
ç) onun fəaliyyətinə xüsusi nəzarət sisteminin olması. 
Məhkəmə  hakimiyyətinin  spesifik  əlamətlərinə  aşağıdakıları  da  aid  edirlər:  məhkəmə 
hakimiyyətinin məqsədləri, demokratizm prinsipləri əsasında məhkəmələrin təşkili, məhkəmə 
hakimiyyətinin  qanun  əsasında  həyata  keçirilməsi,  konkret  işlərə  baxılması  nəticəsində 
məhkəmə tərəfindən dövlət məcburiyyətinin tətbiqi. 
Digər hakimiyyət qolları ilə yanaşı məhkəmə hakimiyyəti bir sıra müəyyən funksiyalar 
yerinə  yetirir.  Məhkəmə  hakimiyyətinin  əsas  və  həmişə  mövcud  olan  funksiyası  ədalət 
mühakiməsinin  həyata  keçirilməsidir.  Bu,  «Məhkəmələr  və  hakimlər  haqqında»  Azərbaycan 
Respublikasının  Qanununun  3-cü  maddəsində  də  təsbit  olunur.  Həmin  maddəyə  əsasən 
Azərbaycan  Respublikasının  məhkəmələrinin  fəaliyyəti  yalnız  ədalət  mühakiməsinin  həyata 
keçirilməsinə yönəlmişdir. 
Azərbaycan  Respublikasının  Konstitusiyasının  127-ci  maddəsinə  görə  ədalət 
mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtləri aşağıdakılardır: 
1. 
Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən, 


65 
 
və qanunamüvafiq baxırlar. 
2.  Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı 
yolla  məhkəmə  icraatına  məhdudiyyət  qoyulması,  qanuna  zidd  təsir,  hədə  və 
müdaxilə edilməsi yolverilməzdir. 
3.  Ədalət  mühakiməsi  vətəndaşların  qanun  və  məhkəmə  qarşısında  bərabərliyi 
əsasında həyata keçirilir. 
4.  Bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır. 
5.  Qanunda  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  cinayət  işlərinin  qiyabi 
məhkəmə icraatına yol verilmir. 
6.  Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. 
7.  Məhkəmə  icraatının  istənilən  mərhələsində  hər  kəsin  müdafiə  hüququ  təmin 
olunur. 
8.  Ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır. 
9.  Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət 
dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. 
Azərbaycan  Respublikasında  qəbul  edilən  yeni  qanunvericilik  aktları  -  Azərbaycan 
Respublikası  Konstitusiyası,  1997-ci  il  10  iyun  tarixli  «Məhkəmələr  və  hakimlər  haqqında» 
qanun,  «Konstitusiya  Məhkəməsi  haqqında»1997-ci  il  21  oktyabr  tarixli  və  2003-cü  il  23 
dekabr  tarixli  qanunlar  Azərbaycan  Respublikasında  məhkəmə  sisteminin  yeni  strukturunu 
müəyyən  etdi.  Hal-hazırda  Azərbaycan  Respublikasının  məhkəmə  sistemini  şərti  olaraq  iki 
qrupa bölmək olar: 
a)  konstitusiya nəzarəti funksiyasını həyata keçirən məhkəmə orqanı; 
b)  ümumi məhkəmələr. 
Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası və «Konstitusiya 
Məhkəməsi haqqında» 23 dekabr 2003-cü il qanunu ilə onun səlahiyyətinə aid edilmiş işlərə 
baxır. Bu orqan Azərbaycan Respublikasının ən yuxarı məhkəmə orqanıdır və əsas vəzifəsi 
Konstitusiyanın aliliyini təmin etməyə yönəlmişdir. 
Ümumi  məhkəmələrin  sistemi  və  səlahiyyəti  «Məhkəmələr  və  hakimlər  haqqında» 
qanunda göstərilmişdir. Qanunun 19-cu maddəsinə görə Azərbaycan Respublikasında ədalət 
mühakiməsini  Azərbaycan  Respublikasının  məhkəmə  sisteminə  daxil  olan  aşağıdakı 
məhkəmələr həyata keçirir: 

rayon (şəhər) məhkəmələri; 

ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi; 

hərbi məhkəmələr; 

ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi məhkəməsi; 

yerli iqtisad məhkəmələri; 


66 
 

beynəlxalq müqavilələrdən  irəli  gələn mübahisələrə  dair Azərbaycan 
Respublikasının İqtisad Məhkəməsi; 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi; 

Azərbaycan Respublikasının Apelyasiya Məhkəməsi; 

Azərbaycan Respublikasının İqtisad Məhkəməsi; 

Azərbaycan Respublikasının Ali Məhkəməsi. 
 
Həmin  maddəyə  müvafiq  olaraq  Azərbaycan  Respublikasının  məhkəmə  sistemi 
daxilində  qanunla  müəyyən  edilmiş  qaydada  digər  məhkəmələr  də  yaradıla  bilər.  Bütün 
demokratik  konstitusiyalar  fövqəladə  məhkəmələrin  yaradılmasını  qadağan  edir.  Təsadüfi 
deyil ki, Azərbaycan Respublikasının Konstitusiyası və «Məhkəmələr və hakimlər haqqında» 
qanuna  müvafiq  olaraq  fövqəladə  məhkəmələrin  və  qanunla  nəzərdə  tutulmayan  qaydada 
məhkəmənin yaradılması qadağandır. 
6. Hakimlərin hüquqi statusu 
Hər bir dövlətin Konstitusiyasının daha çox diqqət yetirdiyi məsələlərdən biri məhkəmə 
hakimiyyətini  həyata  keçirən  şəxslərin  -  hakimlərin  statusu  ilə  bağlıdır.  «Məhkəmələr  və 
hakimlər  haqqında»  qanunun  92-ci  maddəsinə  görə  hakimlər  ədalət  mühakiməsini  həyata 
keçirmək üçün qanunla müəyyən edilmiş səlahiyyətlərə malik şəxslərdir. 
Hakimlərin  hüquqi  statusu  Konstitusiyada  və  qanunlarda  əks  olunmuş  bir  sıra 
prinsiplərlə  müəyyən  olunur.  Bu  prinsiplər  sırasına  aşağıdakılar  daxildir:  hakimlərin  təyinatı, 
hakimlərin  dəyişilməzliyi,  hakimlərin  müstəqilliyi,  hakimliklə  bir  araya  sığmayan  fəaliyyətlə 
məşğul olmaması. 
Hal-hazırda  Azərbaycan  Respublikasında  hakimlər  təyin  olunurlar.  Lakin  bu  təyinat 
kortəbii  xarakter  daşımır  və  hakimliyə  namizədlərin  müsabiqədən  keçməsini  nəzərdə  tutur. 
Bu  müsabiqə  isə  iki  pillədə  həyata  keçirilir.  Birinci  pillədə  hakimlər  test  üsulu  ilə  yazılı 
imtahandan  keçirlər.  İkinci  pillədə  isə  Məhkəmə-Hüquq  Şurasında  hakimliyə  namizədlərlə 
fərdi müsahibə aparılır. Qaydalara görə müsabiqəyə 30 yaşı tamam olmuş, 5 il hüquq ixtisası 
üzrə  işləmiş  ali  təhsilli  hüquqşünas,  ikili  vətəndaşlığı  və  digər  dövlətlər  qarşısında  öhdəliyi 
olmayan,  heç  bir  siyasi  fəaliyyət  ilə  məşğul  olmayan,  fiziki  və  psixi  qüsurları  olmayan, 
məhkum olunmamış şəxslər buraxılırlar. 
Bundan  sonra  hakim  vəzifəsinə  müvafiq  sayda  namizəd  təyin  edilmək  üçün 
Azərbaycan Respublikası Prezidentinə təqdim edilir. Azərbaycan Respublikası Prezidenti isə 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi 
və  Azərbaycan  Respublikası  Apelyasiya  məhkəmələrinin  hakimlərini  təyin  etmək  üçün 
Azərbaycan  Respublikası  Milli  Məclisinə  təqdimat  verir.  Azərbaycan  Respublikasının  digər 
məhkəmələrinin hakimlərini isə Azərbaycan Respublikası Prezidenti təyin edir. Naxçıvan MR 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə