Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   25   26   27   28   29   30   31   32   ...   84

62 
 
ikinci bazar günü səsvermənin ikinci turu keçirilir. İkinci turda, ancaq birinci turda ən çox səs 
toplamış  iki  namizəd,  yaxud  ən  çox  səs  toplamış  və  öz  namizədliyini  geri  götürmüş 
namizədlərdən sonra gələn iki namizəd iştirak edir. İkinci turda səs çoxluğu toplayan namizəd 
prezident  seçilmiş  hesab  olunur.  Konstitusiyaya  görə,  Prezident  seçkilərinin  yekunları 
haqqında məlumatı, səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının 
Konstitusiya Məhkəməsi rəsmən elan edir. Bundan sonra 3 gün ərzində prezident and içir və 
rəsmi  olaraq  vəzifəyə  qəbul  olunur.  And  içdiyi  gündən  prezident,  səlahiyyətlərinin  icrasına 
başlayır. 
Azərbaycan 
Respublikası 
qanunvericiliyində 
müddətinə 
görə 
prezidentin 
səlahiyyətlərinin  xitamının  iki  üsulu  fərqləndirilir:  prezidentin  səlahiyyətlərinin  qanunla 
müəyyən  edilmiş  vaxtın  bitməsi  ilə  xitamı  və  vaxtından əvvəl  xitamı.  Konstitusiyaya  əsasən, 
Azərbaycan  Respublikası  Prezidentinin  səlahiyyət  müddəti  5  ildir  və  bu  müddət,  onun  and 
içdiyi  gündən  hesablanır.  Eyni  zamanda  heç  kəs  iki  dəfədən  artıq  təkrarən  Azərbaycan 
Respublikasının  Prezidenti  seçilə  bilməz.  Azərbaycan  Respublikası  Prezidentinin 
səlahiyyətləri yeni seçilmiş Prezidentin and içməsi ilə xitam olunur. 
Azərbaycan Respublikasının Konstitusiyasında Prezidentin səlahiyyətlərinin vaxtından 
əvvəl xitamı da nəzərdə tutulmuşdur. 
Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl xitamı aşağıdakı hallarda baş verir: 
a)  Prezident istefa verdikdə; 
b)  səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə; 
c)  Konstitusiya 
ilə 
nəzərdə 
tutulmuş 
hallarda 
və 
qaydada 
vəzifəsindən 
kənarlaşdırıldıqda; 
Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl xitam edilməsində üç subyekt iştirak edir: 
prezident, Milli Məclis, Konstitusiya Məhkəməsi. 
Azərbaycan  Respublikası  Konstitusiyasının  104-cü  maddəsinin  II—III  hissəsinə 
əsasən,  Azərbaycan  Respublikasının  Prezidenti  istefa  verdikdə  onun  istefa  ərizəsi 
Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinə  təqdim  olunur.  Azərbaycan 
Respublikasının  Konstitusiya  Məhkəməsi  istefa  ərizəsini  Azərbaycan  Respublikası 
Prezidentinin  özünün  verdiyinə  əmin  olduğu  təqdirdə  Azərbaycan  Respublikası  Prezidentinin 
istefasının  qəbul  olunması  haqqında  qərar  qəbul  edir.  Həmin  andan  Azərbaycan 
Respublikasının Prezidenti istefa verdiyinə görə vəzifədən getmiş sayılır. 
Azərbaycan  Respublikası  Konstitusiyasında  respublika  prezidentinin  vəzifədən 
kənarlaşdırılmasının impiçment (təqsirləndirmə - dövlətin vəzifəli şəxslərinin xəyanət və digər 
ağır  cinayətləri  üzrə  parlament  məhkəməsi  icraatı)  qaydası  təsbit  edilmişdir.  Konstitusiyanın 
107-ci 
maddəsinə 
əsasən, 
Azərbaycan 
Respublikası 
Prezidentinin 
vəzifədən 
kənarlaşdırılması  təşəbbüsü  Azərbaycan  Respublikasının  Prezidenti  ağır  cinayət  törətdikdə 


63 
 
Azərbaycan 
Respublikası 
Konstitusiya 
Məhkəməsinin 
təşəbbüsü 
ilə 
Azərbaycan 
Respublikası  Ali  Məhkəməsinin  30  gün  müddətində  verilən  rəyi  əsasında  Azərbaycan 
Respublikasının Milli Məclisi qarşısında irəli sürülə bilər. 
Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatlarının  95  səs  çoxluğu  ilə  qəbul 
olunmuş qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər. 
Bu  qərarı  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  sədri  imzalayır.  Azərbaycan 
Respublikasının  Konstitusiya  Məhkəməsi  həmin  qərarın  imzalanmasına  bir  həftə  ərzində 
tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir. 
Azərbaycan  Respublikası  Prezidentinin  vəzifədən  kənarlaşdırılması  haqqında  qərar 
Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  Azərbaycan  Respublikasının  Milli 
Məclisinə  müraciət  etdiyi  gündən  başlayaraq  2  ay  ərzində  qəbul  olunmalıdır.  Bu  müddətdə 
göstərilən  qərar  qəbul  edilməsə,  Azərbaycan  Respublikasının  Prezidentinə  qarşı  irəli 
sürülmüş ittiham rədd edilmiş sayılır. 
Azərbaycan  Respublikasının  Prezidenti  vaxtından  əvvəl  vəzifədən  getdikdə  üç  ay 
ərzində  növbədənkənar  Azərbaycan  Respublikasının  Prezidenti  seçkiləri  keçirilir.  Bu  halda 
Azərbaycan  Respublikasının  yeni  Prezidenti  seçilənədək  Azərbaycan  Respublikasının 
Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir. 
Bu  müddət  ərzində  Azərbaycan  Respublikası  Prezidentinin  səlahiyyətlərini  icra  edən 
Azərbaycan Respublikasının Baş naziri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra 
etmək qabiliyyətini, tamamilə itirdikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini 
Azərbaycan Respublikasının Milli Məclisinin sədri icra edir. 
Eyni  səbəblərə  görə  Azərbaycan  Respublikası  Prezidentinin  səlahiyyətlərini 
Azərbaycan  Respublikasının  Milli  Məclisi  sədrinin  icra  etməsi  mümkün  olmadıqda 
Azərbaycan 
Respublikasının 
Milli 
Məclisi 
Azərbaycan 
Respublikası 
Prezidentinin 
səlahiyyətlərini başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir. 
 
 
5. Məhkəmə hakimiyyəti - dövlət hakimiyyətinin müstəqil qoludur 
Hər  bir  demokratik  dövlətdə  dövlət  hakimiyyəti  hüquqi  dövlətin  əsas  prinsipi  olan 
«hakimiyyət  bölgüsü»  əsasında  təşkil  edilir.  Təsadüfi  deyildir  ki,  Azərbaycan  Respublikası 
Konstitusiyasının  7-ci  maddəsinin  3-cü  hissəsində  bu  prinsip  əks  olunmuşdur:  Azərbaycan 
Respublikasında  dövlət  hakimiyyəti  hakimiyyətlərin  bölünməsi  prinsipi  əsasında  təşkil  edilir: 
qanunvericilik  hakimiyyətini  Azərbaycan  Respublikasının  Milli  Məclisi  həyata  keçirir;  icra 
hakimiyyəti  Azərbaycan  Respublikasının  Prezidentinə  mənsubdur;  məhkəmə  hakimiyyətini 
Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə