Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   22   23   24   25   26   27   28   29   ...   84

54 
 
Respublikası Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur və 
onlar  tərəfindən  qanunvericilik  təşəbbüsü  qaydasında  Azərbaycan  Respublikası  Milli 
Məclisinin  müzakirəsinə  verdiyi  qanun  və  ya  qərar  layihələri  müzakirəyə  təqdim  olunmuş 
şəkildə çıxarılır və iki ay ərzində səsə qoyulur. 
Qanunvericilik 
təşəbbüsü 
hüququna 
malik 
olanlar 
sistemində 
Azərbaycan 
Respublikasının  Milli  Məclisinin  deputatları  xüsusi  yer  tutur.  Belə  ki,  deputat  mandatını 
qazanmış  hər  bir  şəxs  xalqın  adından  danışır  və  səs  verir,  xalqın  hakimiyyətini  ifadə  edir. 
Lakin  bir  şeyi  də  nəzərdən  qaçırmaq  olmaz  ki,  hakimiyyətin  digər  budaqları  -  icra  və 
məhkəmə  hakimiyyəti  də  xalqın  içərisindən,  xalqın  iradəsi  əsasında  təşkil  edilir.  Prezident 
istər  seçki  vasitəsilə,  istər  sadə  parlament  tərəfindən  seçilsin,  fərqi  yoxdur.  Çünki  o,  hər  iki 
halda  xalqın  nümayəndəsidir.  Lakin  subyektiv  olaraq  parlamentarilərin  qanunvericilik 
təşəbbüsü  hüququnu  digərlərindən  daha  önəmli  hesab  edirik.  Çünki  digər  hakimiyyət 
orqanları parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında fəaliyyət göstərir. Lakin bu icra 
hakimiyyətinin qanunvericilik prosesində rolunu azaltmır. 
Digər  dövlətlərdə  isə  qanunvericilik  təşəbbüsü  hüququna  əsasən  hökumət  və 
parlament  malikdir.  Amerika  Birləşmiş  Ştatlarında  qanunvericilik  təşəbbüsü  hüququna  yalnız 
parlamentin  üzvləri  malikdir;  təkcə  büdcənin  layihəsini  prezident  təqdim  edir.  Bir  çox 
dövlətlərdə  bu  hüquqa  -  ali  dövlət  orqanları,  mərkəzi  dövlət  təsisatları,  parlamentdaxili 
orqanlar, parlamentin orqan və təsisatları, seçki qrupları malikdir. 
Qeyd  etdiyimiz  kimi  Azərbaycan  Respublikası  Konstitusiyasının  96-cı,  «Azərbaycan 
Respublikasının  Milli  Məclisi  deputatlarının  statusu  haqqında»  qanunun  4-cü  və  9-cu 
maddələrinə  əsasən  deputatın  qanunvericilik  təşəbbüsü  hüququ  vardır.  «Azərbaycan 
Respublikası Milli Məclisi deputatlarının statusu haqqında» qanunun 9-cu maddəsinə əsasən 
deputat qanunvericilik təşəbbüsü hüququnu aşağıdakı formalarda həyata keçirir: 

yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər; 

qüvvədə olan qanuna və ya qərara dəyişikliklər və əlavələr edilməsi haqqında 
layihə təklif edə bilər; 

qüvvədə olan qanunun və ya qərarın qüvvədən düşməsi haqqında layihə təklif edə 
bilər. 
Qanunvericilik  prosesinin  digər  mərhələsi  qanunların  müzakirəsi  mərhələsidir. 
Qanunların müzakirəsi mərhələsi qanunvericilik prosesinin sistemində çox  mühüm yer tutur. 
Qanunvericilik  təşəbbüsü  hüququ  ilə  daxil  olmuş  qanun  layihəsi  parlament  tərəfindən 
müzakirəyə  çıxarılır.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  qanunların  müzakirəsi  mərhələsi 
qanunvericilik  prosesinin  ən  geniş  mərhələsidir.  Bu  prosesdə  parlament  iclaslarında  və 
komissiyalarında  qanun  layihəsi  üzərində  işlənilir.  Palataların  plenar  iclasları  və  komitələri 


55 
 
(komissiyalar)  müxtəlif  qanun  layihəsini  müzakirə  etməyə  borcludur.  Palataların  plenar 
iclaslarında  qanun  layihəsinin  müzakirəsi,  çox  vaxt  layihənin  oxunması  adlanır.  Qanunun 
oxunması termini bir çox parlamentlərdə saxlanılır. Bu zaman layihə üç oxunuşdan keçir. Hər 
bir ölkədə  bu  mərhələnin  öz  xüsusiyyətləri  vardır,  ümumiyyətlə,  o,  aşağıdakı  mərhələlərdən 
ibarətdir. 
İlk  oxunuşda  məqsəd,  ümumiyyətlə,  belə  qanunun  qəbul  edilməsinə  ehtiyacın  olub-
olmaması məsələsi həll edilir. Parlament, adətən qanun layihəsini təqdim edənin məruzəsini 
dinləyir,  layihəyə  konseptuallıq  baxımından  qiymət  verilir:  qanun  layihəsinin  predmetinin 
varlığına  qanunvericilikdə  ehtiyac  varmı?  Bu  mənada  qanun  layihəsinin  əsas  ideyasına 
qiymət  verilir;  mövcud  problemləri  müvəffəqiyyətlə  həll  edib-etməməsi  məsələsinə  baxılır. 
Əgər  parlament  üzvlərinin  böyük  əksəriyyəti,  ikisindən  biri  müəyyən  suallara  rədd  cavabı 
verirsə,  qanun  layihəsi  növbəti  oxunuşa  verilmir.  Əgər  suallara  qənaətbəxş  cavab  verilirsə, 
qanun layihəsi birinci oxunuşda qəbul olunur və növbəti mərhələyə hazırlanır. Layihənin ikinci 
oxunuşa  hazırlanması  üçün  parlamentin  və  ya  palatanın  sədri  onu  müvafiq  komissiyaya 
göndərir və ya bununla bağlı xüsusi komissiya yaradır. 
Qanun  layihəsi  ilk  oxunuşda  qəbul  olunana  qədər  layihənin  təşəbbüskarı  tərəfindən 
layihə geri götürülə bilər. 
İkinci  oxunuşda  layihə  mahiyyəti  üzrə  bütün  detallarına  qədər  müzakirə  edilir. 
Parlament layihə ilə işləyən komissiyanın hesabatını dinləyir. 
Beynəlxalq  praktikada  olan  qaydalar  Azərbaycan  Respublikasında  da  qanunvericilikdə 
nəzərdə  tutulmuşdur.  Azərbaycan  Respublikasının  Milli  Məclisinin  Daxili  nizamnaməsində 
müəyyən olunub ki, qanun layihəsi üç oxunuşdan keçməlidir. Milli Məclisin sədrinin qərarı ilə 
və  ya  Milli  Məclisin  protokol  qaydasında  qəbul  etdiyi  qərarla  qanun layihəsinə  bir oxunuşda 
baxıla bilər (maddə 16). 
Qanun  layihəsinə  birinci  oxunuşda  baxılması  nəticəsində  Milli  Məclis  aşağıdakı 
qərarlardan birini qəbul edir: 

layihə  birinci  oxunuşda  qəbul  edilsin  və  söylənilmiş  təkliflər  və  iradlar  nəzərə 
alınmaqla  onun  üzərində  iş  davam  etdirilsin  (bu  qərar  protokol  qaydasında  qəbul 
olunur); 

layihə qəbul edilməsin; 

qanun qəbul edilsin. 
Birinci  oxunuşda  qəbul edilmiş qanun layihəsinə dair  təklifləri  və iradları aparıcı daimi 
komissiya  öyrənir  və  ümumiləşdirir.  Layihənin  ayrı-ayn  maddələri  üzrə  qruplaşdırılmış 
dəyişikliklərə aparıcı daimi komissiyanın iclasında baxılır və daimi komissiya bu dəyişikliklərlə 
razı  olduqda  onları  layihənin  mətninə  daxil  edir.  Yenidən  işlənilmiş  qanun  layihəsi  ikinci 
oxunuşda  baxılmaq  məqsədilə  Milli  Məclisin  iclaslarının  gündəliyinə  salınmaq  üçün  Milli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə