Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   27   28   29   30   31   32   33   34   ...   84

67 
 
məhkəmələrinə hakim vəzifəsinə namizədlərin seçilməsində Naxçıvan MR Ali Məclisinin sədri 
iştirak  edir.  Azərbaycan  Respublikasında  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi 
hakimləri  15  il,  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi,  Azərbaycan  Respublikası  Iqtisad 
Məhkəməsi, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsi, Naxçıvan MR Ali Məhkəməsi 
hakimləri 10 il, digər məhkəmələrin hakimləri isə 5 il müddətinə təyin edilirlər. 
Müasir  dövrün konstitusiyalarının hakimlərin statusu ilə  bağlı nəzərdə  tutduğu  mühüm 
prinsip  hakimlərin  dəyişilməzliyidir.  Azərbaycan  Respublikası  Konstitusiyasının  127-ci  və 
«Məhkəmələr  və  hakimlər  haqqında»  qanunun  97-ci  maddəsinə  görə  hakimlər  səlahiyyət 
müddətində  dəyişilməzdirlər.  Bu  prinsipə  uyğun  olaraq  hakim  vəzifəsinə  təyin  olunmuş 
şəxslər  qanunla  nəzərdə  tutulmuş  əsaslar  istisna  olmaqla  özlərinin  razılığı  olmadan 
vəzifədən kənarlaşdırıla, daha yüksək və ya daha aşağı vəzifəyə təyin oluna bilməzlər. 
Azərbaycan  Respublikası  Konstitusiyasının  127-ci  və  «Məhkəmələr  və  hakimlər 
haqqında»  qanunun  100-cü  maddəsinə  görə  hakimlər  müstəqildirlər  və  yalnız  Azərbaycan 
Respublikası  Konstitusiyasına  və  qanunlarına  tabedirlər.  Qanunun  100-cü  maddəsinə  görə 
hakimlərin  müstəqilliyi  onların  səlahiyyəti  dövründə  siyasətsizləşdirilməsi,  dəyişilməzliyi  və 
toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, səlahiyyətlərinə 
xitam  verilməsinin  və  vəzifədən  kənarlaşdırılmasının  məhdudlaşdırılması  ilə,  məhkəmə 
hakimiyyətinin  müstəqil  fəaliyyət  göstərməsi  və  ədalət  mühakiməsinin  qanunda  nəzərdə 
tutulmuş  qaydada  həyata  keçirilməsi  ilə  məhkəmə  icraatına  hər  hansı  şəxs  tərəfindən 
məhdudiyyət  qoyulmasının  və  müdaxilə  edilməsinin  yolverilməzliyi  ilə,  hakimlərin  şəxsi 
təhlükəsizliyinin  təmin  edilməsi  yolu  ilə  həyata  keçirilir  və  onlara  vəzifələrinə  uyğun  sosial 
təminatlar verilir. 
Hakimlərin  statusunu  müəyyən  edən  mühüm  prinsiplərdən  biri  hakim  vəzifəsi  ilə  bir 
araya  sığmayan  fəaliyyətlə  məşğul  olmamaq  hesab  olunur.  Azərbaycan  Respublikası 
Konstitusiyasının 126-cı maddəsinə görə hakimlər heç bir başqa seçkili və təyinatlı vəzifə tuta 
bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya 
və  digər  ödənişli  fəaliyyətlə  məşğul  ola  bilməzlər,  siyasi  fəaliyyətlə  məşğul  ola  bilməz  və 
siyasi  partiyalara  üzv  ola  bilməzlər,  vəzifə  maaşından,  habelə  elmi,  pedaqoji  və  yaradıcılıq 
fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər. 
Konstitusiyada  hakimlərin  statusunu  müəyyən  edən  digər  mühüm  prinsip  məhkəmə 
immunitetidir.  Məhkəmə  immuniteti  dedikdə,  məhkəmə  hakimiyyətini  həyata  keçirən  vəzifəli 
şəxslərin  -  hakimlərin  toxunulmazlığı  və  məsuliyyətə  cəlb  edilməsinin  qanunla  nəzərdə 
tutulmuş xüsusi qaydada həyata keçirilməsi başa düşülür. 
Azərbaycan  Respublikası  Konstitusiyasının  128-ci  və  «Məhkəmələr  və  hakimlər 
haqqında»  qanunun  101-ci  maddəsinə  görə  hakimlər  toxunulmazdır.  Hakimlərin 
toxunulmazlığı  həmçinin,  onların  mənzillərinə,  xidməti  otaqlarına,  nəqliyyat  və  rabitə 


68 
 
vasitələrinə, poçt, teleqraf yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil olunur. 
Hakim  cinayət  məsuliyyətinə  cəlb  oluna,  tutula,  həbs  edilə  bilməz,  onların  barəsində 
məhkəmə  qaydasında  inzibati  tənbeh  tədbirləri  tətbiq  edilə  bilməz,  onlar  axtarışa,  şəxsi 
müayinəyə  və  gətirilməyə  məruz  qala  bilməzlər.  Cinayət  törətməkdə  şübhə  edilən  şəxs 
qismində saxlanılmış hakim şəxsiyyəti müəyyənləşdirildikdən sonra dərhal azad edilməli, bu 
barədə  Azərbaycan  Respublikası  Baş  prokuroruna  dərhal  yazılı  məlumat  verilməlidir.  Əgər 
hakimlərin  əməllərində  cinayət  tərkibinin  əlamətləri  varsa,  onlar  vəzifədən  kənarlaşdırıla 
bilərlər.  Hakimlərin  vəzifədən  kənarlaşdırılması  təşəbbüsü  ilə  Azərbaycan  Respublikası 
Prezidenti  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  rəyi  əsasında  Azərbaycan 
Respublikası  Milli  Məclisi  qarşısında  məsələ  qaldıra  bilər.  Hakimlər  vəzifədən 
kənarlaşdırıldıqdan  sonra  Ali  Məhkəmənin  razılığı  və  Azərbaycan  Respublikası  Baş 
prokurorunun qərarına əsasən, cinayət məsuliyyətinə cəlb edilə və həbs oluna bilər. 
 
7. Azərbaycan Respublikasının məhkəmə sistemi: məhkəmə müdafiə hüququ və 
məhkəmə üsulunun formaları 
Konstitusiya hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. 
Azərbaycan  Respublikası  Konstitusiyasının  60-cı  maddəsinin  II  hissəsinə  əsasən  hər  kəs 
dövlət  orqanlarının,  siyasi  partiyaların,  həmkarlar  ittifaqlarının  və  digər  ictimai  birliklərin, 
vəzifəli  şəxslərin  qərar  və  hərəkətlərindən  (yaxud  hərəkətsizliyindən)  məhkəməyə  şikayət 
edə  bilər.  Hər  kəsin  onun  işinə  qanunla  müəyyən  edilmiş  məhkəmədə  baxılması  hüququ 
vardır (Azərbaycan Respublikası Konstitusiyası, maddə 62). 
Hal-hazırda Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə hüquq islahatları 
vətəndaşların  məhkəmə  müdafiə  hüququnun  genişlənməsinə  səbəb  oldu.  Bu  islahatların 
mühüm  cəhətlərindən  biri  də  xalq  iclasçıları  (şeffenlər)  institutunun  ləğv  edilməsi  və  andlı 
iclasçılar institutunun qanunvericiliyə gətirilməsi oldu. 
Vətəndaşların  ədalət  mühakiməsinin  həyata  keçirilməsində  iştirakının  andlı  iclasçılar 
forması  şeffenlər  formasından  daha  çox  demokratikliyi  ilə  fərqlənir.  Belə  ki,  şeffenlər 
sistemində xalq iclasçıları cinayət və mülki işlərin bütün məsələlərini andlılar məhkəmələrində 
olduğu kimi müstəqil deyil, peşəkar hakimlərlə bir kollegiyada həll edirdilər. Bununla da onlar 
peşəkar hakimlərin təsirilə öz müstəqilliklərini itirir, faktiki olaraq dekorativ rol oynayırdılar. 
Azərbaycan  Respublikası  Cinayət  Prosessual  Məcəlləsinin  359-cu  maddəsi  konkret 
işlərə  hansı  hallarda  andlılar  məhkəmələrində  baxılmasını  müəyyən  edir.  Həmin  maddəyə 
görə hakim aşağıdakı hallarda andlı iclasçıların iştirakı ilə məhkəmə baxışını təyin edir: 
1.  Təqsirləndirilən  şəxsin  məhkəməyə  verildiyi  cinayətə  görə  cinayət  qanununun 
norması ilə ömürlük azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi imkanı nəzərdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə