Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   35   36   37   38   39   40   41   42   ...   84

84 
 
14  yaşından  18  yaşınadək  olan  yetkinlik  yaşına  çatmayanların  müstəqil 
surətdə öz qazancları, təqaüdləri və digər gəlirləri barəsində sərəncam vermək; 
elm,  ədəbiyyat  və  ya  incəsənət  əsərlərinə,  ixtiralara  dair  müəllif  hüquqlarını 
həyata  keçirmək;  qanuna  uyğun  olaraq  kredit  idarələrinə  əmanət  qoymaq  və 
onlar  barəsində  sərəncam  vermək;  bir  sıra  xırda  məişət  xarakterli  əqdləri 
bağlamaq  hüququ  vardır.  Digər  hallarda  bu  şəxslər  əqdləri  yalnız  öz  qanuni 
nümayəndələrinin  -  valideynlərinin,  övladlığa  götürənlərin  və  ya  qəyyumların 
yazılı razılığı ilə bağlaya bilərlər. 
14  yaşından  18  yaşınadək  olan  şəxslər  vurduqları  ziyana  görə 
qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. 
Yetkinlik  yaşı  çatmayan  şəxslərin  fəaliyyət  qabiliyyəti  üçün  xarakterik 
cəhətlərdən  biri  də  budur  ki,  onların  fəaliyyət  qabiliyyəti  darala  və  genişlənə 
bilər.  Belə  ki,  on  səkkiz  yaşına  çatanadək  nikaha  girməyə  qanunun  yol  verdiyi 
halda, on səkkiz yaşına çatmamış fiziki şəxs nikaha girdiyi vaxtdan tam fəaliyyət 
qabiliyyəti əldə edir. 
Mülki  Məcəllənin  32-ci  maddəsinə  əsasən  spirtli  içkilərdən  və  ya  narkotik 
vasitələrdən  sui-istifadə  etməsi,  habelə  qumara  qurşanması  nəticəsində  öz 
ailəsini  ağır  maddi  vəziyyətə  salan  fiziki  şəxsin  fəaliyyət  qabiliyyəti  məhkəmə 
tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir. O, 
yalnız  himayəçisinin  razılığı  ilə  başqa  əqdlər  bağlaya  bilər,  habelə  qazanc, 
pensiya  və  digər  gəlirlər  götürə  bilər  və  bunlar  barəsində  sərəncam  verə  bilər. 
Lakin  bu  cür  fiziki  şəxs  bağladığı  əqdlər  üzrə  və  vurduğu  ziyan  üçün  müstəqil 
surətdə əmlak məsuliyyəti daşıyır. 
Fiziki  şəxsin  fəaliyyət  qabiliyyətinin  məhdudlaşdırılmasına  səbəb  olan 
əsaslar 
aradan 
qalxdıqda 
məhkəmə 
onun 
fəaliyyət 
qabiliyyətinin 
məhdudlaşdırılmasını  ləğv  edir.  Fiziki  şəxsin  üzərində  təyin  edilmiş  himayəçilik 
məhkəmənin qərarına əsasən ləğv olunur. 
Şəxsin  nəinki  yaş,  habelə  psixi  vəziyyəti  onun  fəaliyyət  qabiliyyətini 
müəyyən edə bilər. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin 
mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər 
də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. 
Şəxsin,  fəaliyyət  qabiliyyəti  olmayan  sayılması  üçün  hüquqi  və  tibbi 
kriteriya  lazımdır.  Şəxsin  öz  hərəkətlərinin  mənasını  başa  düşməməsi  və  öz 
hərəkətlərinə  rəhbərlik  edə  bilməməsi  (hüquqi  kriteriya)  ağıl  zəifliyi  və  ya  ruhi 
xəstəlik  (tibbi  kriteriya)  ilə  şərtlənir.  Bu  cür  şəxslər  üzərində  qəyyumluq 
müəyyənləşdirilir. Onların adından əqdləri həmin şəxsin qəyyumu bağlayır. 
Şəxs sağaldıqda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində 
müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. 
Mülki qanunvericilikdə fiziki şəxsin hüquqi taleyi ilə bağlı mübahisə doğuran 
məsələlərdən biri də şəxsin xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsidir. 
Ümumi qaydalara görə, bizim qanunvericilikdə şəxsin xəbərsiz itkin düşmüş elan 
edilməsi  kimi  kateqoriyanın  olması,  mülki  hüquq  münasibəti  subyektlərindən 
birinin,  məsələn,  borclunun,  ərin  (arvadın),  digər  qohumların  və  s.  olmaması ilə 
yaranan  hüquqi  qeyri-müəyyənlikləri  aradan  qaldırmaq  zəruriyyəti  ilə 
əlaqədardır. 
Mülki Məcəllənin 40.1-cı maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer 
məlum  deyildirsə  və  iki  il  ərzində  o,  yaşayış  yerində  görünməmişsə,  maraqlı 
şəxslərin  ərizəsinə  əsasən,  məhkəmə  fiziki  şəxsi  xəbərsiz  itkin  düşmüş  hesab 
edə  bilər.  Xəbərsiz  itkindüşmə  faktı  müəyyən  hüquqi  nəticələrə  səbəb  olur: 


85 
 
həmin şəxsin  qanuni  əmlakının  daimi idarə edilməsi üçün qəyyumluq müəyyən 
edilir;  bu  əmlak  hesabına  onun  borcları  ödənilir;  öhdəsində  olan  şəxslərə 
dolanacaq xərcləri verilir; əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını 
itirməyə görə pensiya almaq hüququ əmələ gəlir və s. 
Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə 
məhkəmə onun  xəbərsiz itkin düşmüş  hesab  edilməsi  haqqında qərarı, habelə 
onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. 
Əgər  şəxsin  yaşayış  yerində  onun  harada  olması  barədə  beş  il  ərzində 
məlumat  olmazsa,  habelə  o,  ölüm  təhlükəsi  törədən  və  ya  hansısa  bədbəxt 
hadisədən  həlak  olduğunu  güman  etməyə  əsas  verən  şəraitdə  xəbərsiz  itkin 
düşərsə  və  ondan  altı  ay  ərzində  xəbər  çıxmazsa,  o,  məhkəmə  qaydasında 
ölmüş elan edilə bilər. 
Mülki  Məcəllənin  41.2-ci  maddəsinə  müvafiq  olaraq  hərbi  əməliyyatlarla 
əlaqədar  xəbərsiz  itkin  düşmüş  hərbi  qulluqçu  və  ya  digər  şəxs  hərbi 
əməliyyatların  qurtardığı  gündən  azı  iki  il  keçdikdən  sonra  məhkəmə 
qaydasında  ölmüş  elan  edilə  bilər.  Ölmüş  elanetmə  halında  ölüm  günü 
məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün hesab edilir. 
Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu  yer aşkar edildikdə, 
məhkəmə  əvvəlki  qətnaməni  ləğv  edir;  ölüm  haqqında  qeydiyyat  ləğv  olunur; 
əgər yeni nikah bağlanmamışdırsa, nikah bərpa olunur. Qayıtma vaxtından asılı 
olmayaraq,  şəxs,  onun  ölmüş  elan  edilməsindən  sonra  əvəzsiz  olaraq  başqa 
şəxsə verilmiş əmlakdan qalanının  qaytarılmasını tələb edə bilər. Əvəzli əqdlər 
üzrə  əmlak  o  vaxt  qaytarılır  ki,  həmin  şəxs  əmlakı  əldə  edərkən  şəxsin  sağ 
olmasını bildiyi sübut edilsin. 
Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətə keçmiş və satılmışsa, onda 
əmlakmın satışından götürülmüş məbləğ ona qaytarılır. 
Hüquqi  şəxslər  və  dövlət  mülki  hüquq  münasibətlərinin  subyektləri 
kimi.  Mülki  hüquq  münasibətlərinin  subyekti  təkcə  fiziki  şəxslər  deyil,  həm  də 
təşkilatlar, idarə və müəssisələr ola bilər. Mülki qanunvericilikdə idarə, müəssisə 
və  təşkilatları  fiziki  şəxsdən  fərqli  olaraq,  hüquqi  şəxs  adlandırırlar.  Hüquqi 
şəxsin  anlayışı  Mülki  Məcəllənin  43.1-ci  maddəsində  verilmişdir.  Həmin 
maddəyə  əsasən,  hüquqi  şəxs,  qanunla  müəyyənləşdirilən  qaydada  dövlət 
qeydiyyatından  keçmiş,  xüsusi  yaradılmış  elə  bir  qurumdur  ki,  mülkiyyətində 
ayrıca  əmlakı  vardır,  öz  öhdəlikləri  üçün  bu  əmlakla  cavabdehdir,  öz  adından 
əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr 
daşımaq,  məhkəmədə  iddiaçı  və  ya  cavabdeh  olmaq  hüququna  malikdir. 
Göründüyü  kimi,  hər  bir  qurum  deyil,  yalnız  aşağıdakı  əlamətlərə  malik  olanlar 
hüquqi şəxs hesab olunurlar: 
1.  Təşkilati vahidlik. 
Bu  o  deməkdir  ki,  hüquqi  şəxs  tam,  vahid  təşkilat  qismində  təşkil  edilir. 
Hüquqi  şəxsin  təşkilat  vahidliyinə  malik  olması  onun  nizamnamə  və  ya 
əsasnaməsi  ilə  müəyyən  olunur.  Hüquqi  şəxsin  təsisçiləri  tərəfindən  təsdiq 
edilmiş  nizamnaməsi  hüquqi  şəxsin  təsis  sənədidir.  Nizamnamədə  hüquqi 
şəxsin  adı,  olduğu  yer,  fəaliyyətinin  idarə  edilməsi  qaydası,  habelə  onun  ləğvi 
qaydası  müəyyənləşdirilir.  Dövlət  büdcəsində  olan  idarə  və  müəssisələr, 
həmçinin, ictimai və s. təşkilatlar həmin növ təşkilatlara dair ümumi əsasnaməyə 
uyğun olaraq hərəkət edirlər. 
2.  Ayrıca əmlaka malikolma. 
Əgər  təşkilati  vahidlik  çoxlu şəxslərin vahid  bir kollektiv  halında  birləşməsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə