Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   34   35   36   37   38   39   40   41   ...   84

82 
 
iştirakçıların  qarşılıqlı  əlaqələri,  onların  malik  olduqları  subyektiv  hüquqlara  və 
daşıdıqları vəzifələrə uyğun olaraq həyata keçirilir. Belə ki, alqı-satqı müqaviləsi 
üzrə hüquq münasibətlərində satıcı satdığı əşyanı müqavilə ilə müəyyən edilmiş 
şərtlərlə  və  müddətdə  alıcının  mülkiyyətinə  verir,  alıcı  isə  müqavilədə  nəzərdə 
tutulmuş müddətdə müəyyən pul məbləğini satıcıya ödəyir. 
Mülki  hüququn  predmetinə  daxil  olan  ictimai  münasibətlər  hüquqi 
nizamasalınma  nəticəsində  yoxa  çıxmırlar,  əksinə,  hüquqi  forma  əldə  edirlər. 
Buna  görə  də  mülki  hüquq  münasibətlərinin  məzmunu  onların  iştirakçılarının 
subyektiv  hüquq  və  vəzifələrinə  uyğun  olaraq  həyata  keçirilən  qarşılıqlı 
əlaqələrini əmələ gətirir. 
Mülki  hüquq  münasibətlərinin  iştirakçılarına  aid  olan  subyektiv  hüquq  və 
vəzifələr onun hüquqi formasını təşkil edir. Subyektiv hüquq dedikdə, səlahiyyətli 
şəxsin  mümkün  davranışının  hüquqi  təminat  ölçüsü  başa  düşülür.  Subyektiv 
vəzifə  isə  mülki  hüquq  münasibətlərində  vəzifəli  şəxsin  lazımi  davranışının 
hüquqi cəhətdən şərtləndirilmiş ölçüsüdür. Subyektiv mülki hüquq və vəzifələrin 
xüsusiyyətləri onların əmlak və şəxsi qeyri-əmlak xarakterli olmasından ibarətdir. 
Belə  ki,  mülkiyyət  hüququ,  mülkiyyətçinin  öz  əşyasına  sahiblik,  istifadə  və 
sərəncamvermə  kimi  hüquqi  təminat  imkanlarını  müəyyən  edən  əmlak 
hüququdur. Şərəf, ləyaqət və işgüzar  nüfuzun müdafiə hüququ isə, səlahiyyətli 
şəxsin,  onun  şərəf,  ləyaqət  və  işgüzar  nüfuzunu  ləkələyən  məlumatların  təkzib 
edilməsi  tələbinin  hüquqi  təminat  imkanlarını  müəyyən  edən  şəxsi  qeyri-əmlak 
hüququdur. 
 
3. Mülki hüquq münasibətlərinin subyektləri və obyektləri 
Mülki  hüquq    münasibətlərinin    subyektləri.    Fiziki  şəxslər.  Mülki 
hüquq münasibətlərinin iştirakçılarına bu münasibətlərin subyektləri deyilir, Mülki 
hüquq  münasibətlərinin  subyektlərinə  fiziki  şəxslər,  hüquqi  şəxslər,  dövlət  və 
inzibati-ərazi  qurumları  daxildir.  İstənilən  ictimai  münasibət  kimi  mülki  hüquq 
münasibətləri  də  insanlar  arasında  əmələ  gəlir.  İnsanlar  bu  hüquq 
münasibətlərində həm ayrıca fərd, həm də mütəşəkkil kollektivlər şəklində çıxış 
edirlər. Mülki qanunvericilikdə bu ayrıca fərdlər fiziki şəxs adlandırılır. 
Hüquq  subyektliyi  -  şəxsin  (subyektin)  hüquq  münasibətlərinin  iştirakçısı 
olması  üçün  onun  sosial-hüquqi  imkanını  əks  etdirir.  Hüquq  subyektliyinin 
yaranması, dəyişməsi və xitamı təkcə insanın anadan olması, inkişafı və ölümü 
faktı ilə deyil, həm də sosial şəraitin müəyyən kompleksi ilə əlaqədardır. Şəxsin 
hüquq subyektliyinə malik olması üçün maddi və hüquqi təminat lazımdır. 
Hüquq 
subyektliyi, 
hüquq 
qabiliyyəti 
və 
fəaliyyət 
qabiliyyətinin 
məcmusunu  təşkil  edir.  Hüquq  qabiliyyəti  dedikdə,  subyektin  mülki  hüquqlara 
malik  olmaq  və  mülki  hüquq  vəzifələri  daşımaq  qabiliyyəti  başa  düşülür. 
Fəaliyyət  qabiliyyəti  isə  subyektin  öz  hərəkətləri  ilə  mülki  hüquqlar  əldə  etmək 
və  həyata  keçirmək,  özü  üçün  mülki  vəzifələr  yaratmaq  və  icra  etmək 
qabiliyyətidir.  Mülki  hüquq  subyektliyi  mülki  hüquq  münasibətlərinin  müxtəlif 
iştirakçıları  üçün  eyni  deyildir.  Vətəndaşlarda  bu  ümumi,  hüquqi  şəxslərdə 
xüsusi, dövlət üçün isə universal xarakter daşıyır. 
Hüquq  subyektliyini  subyektiv  hüquqla  eyniləşdirmək  olmaz.  Onun 
mahiyyəti  «hüquqda»  deyil,  qabiliyyətdə  əks  olunur.  Hüquq  subyektliyi  ilə 
subyektiv mülki hüquq arasında fərq ondan ibarətdir ki, əgər birincisi subyektin 
hüquq  əldə  etmək  qabiliyyətini  göstərirsə,  ikincisi  subyektin  qanunla  müəyyən 


83 
 
olunmuş davranış ölçüsüdür. 
Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  24  -  42-ci  maddələrində 
mülki  hüquq  münasibətlərinin  subyektlərindən  biri  olan  fiziki  şəxslərdən  bəhs 
edilir.  Fiziki  şəxslər  dedikdə,  təkcə  respublika  vətəndaşları  deyil,  həm  də 
Azərbaycan  Respublikasının  ərazisində  daimi  yaşayan  və  ya  müvəqqəti  qalan 
əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  də  başa  düşülür.  Respublikamızda 
mülki  hüquq  qabiliyyətinin  xarakterik  cəhəti  ondan  ibarətdir  ki,  bu  hüquq 
qabiliyyəti bütün fiziki şəxslər üçün eyni dərəcədə tanınır və real surətdə təmin 
edilir. 
Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə 
xətm  edilir.  Bəzi  normalar  hələ  doğulmamış  uşağın  hüquqlarının  qorunduğunu 
nəzərdə  tutur.  Belə  ki,  Mülki  Məcəllənin  25.3-cü  maddəsinə  əsasən,  vərəsə 
olmaq  hüququ  maya  bağlandığı  andan  əmələ  gəlir,  bu  hüququn  həyata 
keçirilməsi isə yalnız doğumdan sonra mümkündür. Fiziki şəxslərin mülki hüquq 
qabiliyyətinin məzmununa xüsusi mülkiyyətdə əmlaka malik olmaq, yaşayış yeri 
seçmək, 
elm, 
ədəbiyyat, 
incəsənət 
əsərlərinin, 
kəşflərin, 
ixtiraların, 
səmərələşdirici  təkliflərin  müəllifi  olmaq,  ümumiyyətlə  respublika  ərazisində 
istədiyi kimi hərəkət etmək və s. hallar daxildir. 
Respublika  qanunvericiliyinə  uyğun  olaraq  fiziki  şəxslərin  hüquq 
qabiliyyətindən məhrum edilməsi yolverilməzdir. 
Fiziki  şəxslərin  mülki  hüququn  subyekti  sifətində  çıxış  etməsi  üçün  mülki 
hüquq  qabiliyyəti  ilə  yanaşı,  fəaliyyət  qabiliyyətinə  də  malik  olması  vacibdir. 
Fəaliyyət  qabiliyyətinin  olub-olmaması  hüquq  qabiliyyətinin  məzmununa  təsir 
göstərmir.  Məsələn,  fəaliyyət  qabiliyyəti  olmayan  sayılmış  fiziki  şəxs  hüquq 
qabiliyyətini tam saxlayır. 
Bütün  vətəndaşlar  eyni  ölçüdə  fəaliyyət  qabiliyyətinə  malik  deyil.  Qanun 
insanın  intellektual,  iradəvi  və  yetkinlik  səviyyəsini,  onun  öz  hərəkətlərini  başa 
düşmək  və  onlara  rəhbərlik  etmək  qabiliyyətini  nəzərə  alaraq  fəaliyyət 
qabiliyyətinin  müxtəlif  dərəcələrini  müəyyən  edir.  Fiziki  şəxsin  fəaliyyət 
qabiliyyətindəki  fərq  qanunvericilik  tərəfindən  yaş  və  tibbi  əsaslara  görə 
müəyyən olunur. 
Fiziki  şəxsin  mülki  hüquqi  fəaliyyət  qabiliyyəti,  o,  yetkinlik  yaşına,  yəni  on 
səkkiz  yaşına  çatdıqda  tam  həcmdə  əmələ  gəlir.  Bu  cür  şəxslər  hüquqlar  əldə 
etməkdə və həyata keçirməkdə, öz üzərinə müvafiq vəzifələr qoymaq və onları 
icra  etməkdə,  habelə  öz  hərəkətlərinə  görə  məsuliyyət  daşımaqda  müstəqildir. 
Şəxsin  tam  fəaliyyət  qabiliyyətinə  malik  olması  bir  sıra  sosial  və  psixoloji 
hallardan asılıdır. 
7  yaşınadək  olan  yetkinlik  yaşına  çatmayanların  (azyaşlıların)  fəaliyyət 
qabiliyyəti  yoxdur. 7  yaşından 18  yaşınadək olan yetkinlik yaşına çatmayanların 
məhdud  fəaliyyət  qabiliyyəti  vardır.  Mülki  qanunvericilik  bu  yaşda  olan  şəxslərin 
də aşağıdakı qruplarını fərqləndirir: 
1)  7 yaşından 14 yaşınadək olan məhdud fəaliyyət qabiliyyətli şəxslər; 
2)  14 yaşından 18 yaşınadək olan məhdud fəaliyyət qabiliyyətli şəxslər. 
Mülki  Məcəllənin  29-cu  maddəsinə  əsasən  xırda  məişət  xarakterli  əqdlər 
istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə 
əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar 
bağlaya bilərlər. 
14  yaşı  tamam  olmamış  yetkinlik  yaşına  çatmayanın  vurduğu  ziyana  görə 
onun valideynləri, övladlığa götürənlər və ya qəyyumları məsuliyyət daşıyırlar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə