Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.

səhifə41/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
1   ...   37   38   39   40   41   42   43   44   ...   84

88 
 
olunur, yəni bu zaman hüquq və vəzifələr tam həcmdə yeni təşkil edilmiş hüquqi 
şəxsə keçir. 
Hüquqi  şəxsin  ləğvi  onun  mövcudluğuna  və  fəaliyyətinə  hüquq  və 
vəzifələri  hüquq  varisliyi  qaydasında  başqa  şəxslərə  keçmədən  xitam  verilməsi 
deməkdir. 
Hüquq  ədəbiyyatında  hüquqi  şəxslərin  sərəncam,  könüllü  və  məcburi 
qaydada  xitam  edilmələri  göstərilir.  Sərəncam  qaydasında  bir  qayda  olaraq 
dövlət  hüquqi  şəxsləri  xitam  edilirlər.  Bu,  onları  təşkil  edən  dövlət  orqanlarının 
qərarı  ilə  həyata  keçirilir.  Məcburi  və  könüllü  qaydada  isə  kooperativlər,  ictimai 
təşkilatlar  və  s.  xitam  edilirlər.  Könüllü  qaydada  hüquqi  şəxsin  ləğvi  həmin 
təşkilatın  ümumi  iclasının  qərarı  ilə,  məcburi  qaydada  hüquqi  şəxsin  ləğvi  isə 
buna səlahiyyəti olan dövlət orqanlarının qərarı ilə həyata keçirilir. Hüquqi şəxsin 
mövcudolma  müddəti  qurtardıqda,  o,  fəaliyyət  həddini  aşdıqda,  dövlətin 
mənafelərinə  zidd  olaraq  fəaliyyət  göstərdikdə  və  s.  hallarda  qanun  həmin 
hüquqi şəxsin ləğv olunması haqqında məcburedici tədbirlər nəzərdə tutur. 
Hüquq  ədəbiyyatında  hüquqi  şəxslər  bir  sıra  əsaslara  görə  növlərə 
bölünürlər. 
Mülkiyyət formasından asılı olaraq hüquqi şəxslər dövlət və xüsusi (qeyri-
dövlət) hüquqi şəxslərə bölünür. 
Fəaliyyət  məqsədlərindən  asılı  olaraq  kommersiya  və  qeyri-kommersiya 
təşkilatları fərqləndirilir. 
Təşkiletmə qaydasına görə hüquqi şəxslər könüllü (təsisçilərin iradəsi ilə) 
və sərəncam qaydası ilə (mülkiyyətçinin və ya idarəetmə orqanının qərarı üzrə) 
yaradılan hüquqi şəxslərə bölünürlər. 
Hüquqi  vəziyyətinə  görə  hüquqi  şəxslər  milli  və  xarici  hüquqi  şəxslərə 
bölünürlər.  Ölkə  daxilindəki  hüquqi  şəxslər  milli  qanunvericiliyə  uyğun  olaraq 
yaradılır  və  fəaliyyət  göstərirlər.  Xarici  hüquqi  şəxslər  isə,  xarici  ölkələrin 
qanunvericiliyinə  əsasən,  yaradılırlar.  Lakin  onlar  öz  fəaliyyətlərini  milli 
qanunvericiliyə əsasən, həyata keçirirlər. 
Mülki  Məcəllənin  43-cü  maddəsinin  3-cü  və  4-cü  bəndlərinə  əsasən, 
Azərbaycan  Respublikası  və  bələdiyyələr  mülki  hüquq  münasibətlərində  eynilə 
digər  hüquqi  şəxslər  kimi  iştirak  edirlər.  Bu  hallarda  onların  səlahiyyətlərini 
onların hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. 
Dövlət  mülki  hüquq  münasibətlərinin  iştirakçısı  kimi  hüquq  subyektliyinə, 
yəni  hüquq  və  fəaliyyət  qabiliyyətinə  malikdir.  Lakin  digər  subyektlərdən  fərqli 
olaraq  bu  hüquq  qabiliyyətinin  özünəməxsus  xüsusiyyətləri  vardır.  Bu,  onunla 
izah  olunur  ki,  dövlət  ümumi  hüququn  əsas  subyekti  olmaqla  hakimiyyətin 
daşıyıcısıdır. Bu xüsusiyyət dövlətin mövcud suverenliyində ifadə olunur. 
Suverenlik  daxili  və  xarici  ifadəyə  malikdir.  Öz  ərazisi  hüdudlarıda  dövlət 
ən ali hakimiyyəti təcəssüm etdirir. Heç kəs dövlətin daxili işlərinə qarışa bilməz. 
Dövlətin  suverenlik  xüsusiyyəti  onu  mülki  hüququn  xüsusi  subyektinə 
çevirir. Bu mənada: 
-  dövlət özü mülki hüququn digər  bütün  subyektləri üçün məcburi olan 
qanunlar qəbul edir; 
-  dövlət  digər  tərəfin  iradəsindən  asılı  olmayaraq  mülki  hüquq 
münasibətləri əmələ gətirən inzibati aktlar qəbul edir; 
-  dövlət  bərabərlik  əsasında  qurulan  mülki  hüquq  münasibətlərində 
iştirak etdikdə belə, hakimiyyət funksiyasını saxlayır; 
-  dövlət immunitetdən istifadə edir. 


89 
 
Mülki  hüquq  münasibətlərinin  obyektləri.  Mülki  hüquq münasibətlərinin 
mühüm  ünsürlərindən  biri  də  bu  münasibətlərin  obyektləridir.  Mülki  hüquq 
münasibətlərinin  obyektləri  dedikdə,  bu  hüquq  münasibətlərinin  nəyə  qarşı 
yönəldiyini  başa  düşmək  lazımdır.  Mülki  hüquq  subyektlərinin  öz  aralarında 
hüquq  münasibətlərinə  daxil  olmalarına  səbəb  olan  maddi  və  mənəvi  nemətlər 
mülki  hüquq  münasibətlərinin  obyektləri  adlanır.  Belə  nemətlərin  (obyektlərin) 
dairəsi  olduqca  geniş  və  müxtəlifdir.  Mülki  Məcəllənin  4-cü  maddəsinə  uyğun 
olaraq  əmlak  və  ya  qeyri-əmlak  dəyəri  olan,  qanunvericiliklə  mülki  dövriyyədən 
çıxarılmamış  maddi  və  ya  qeyri-maddi  nemətlər  mülki  hüquq  münasibətlərinin 
obyektləri ola bilərlər. 
Mülki hüquq münasibətlərinin obyektlərinə aşağıdakılar daxildir: 
1)  əşyalar; 
2)  yaradıcılıq fəaliyyətinin nəticələri; 
3)  işlər və xidmətlər; 
4)  qeyri-maddi nemətlər. 
Mülki hüquq münasibətlərinin obyektləri içərisində əşyalar xüsusi yer tutur. 
Bu,  mülki  dövriyyədə  onların  daha  çox  yayılması  və  mülkiyyət  hüquq 
münasibətlərinin əmələ gəlməsinə səbəb olması ilə əlaqədardır. 
Əşyalar  insanlar  arasındakı  münasibətlərə  görə  müəyyən  edilən  zahiri 
maddi  predmetlərdir.  Mülki  Məcəllənin  135.1-ci  maddəsinə,  əsasən  yalnız  fiziki 
obyektlər  əşya  sayılırlar.  Əşyalar  maddi  və mənəvi  mədəniyyətin  predmeti  kimi 
insan  əməyinin  məhsulu,  yaxud  da  təbiətin  özü  tərəfindən  yaradılmış  və 
insanların  öz  həyat  fəaliyyəti  üçün  istifadə  etdiyi  -  torpaq,  faydalı  qazıntılar, 
bitkilər və s-dən ibarətdir. Mülki hüquq münasibətlərinin obyekti kimi əşyaların ən 
mühüm  əlaməti  insanların  bu  və  ya  digər  tələbatlarının  ödənilməsində  özünü 
göstərir. 
Hüquq  ədəbiyyatlarında  əşyalar  öz  təyinatına,  iqtisadi  xarakterinə  və 
əlamətlərinə görə aşağıdakı kimi təsnifləşdirilir: 
1)  istehsal vasitələri və istehlak predmetləri; 
2)  daşınar və daşınmaz əşyalar; 
3)  dövriyyədən 
çıxarılmamış, 
dövriyyəsi 
məhdudlaşdırılmış 
və 
dövriyyədən çıxarılmış əşyalar; 
4)  istehlak edilən və istehlak edilməyən əşyalar; 
5)  fərdən və cinsən müəyyən edilən əşyalar; 
6)  bölünər və bölünməz əşyalar; 
7)  əsas və yardımçı əşyalar; 
8)  cüt və tək əşyalar; 
9)  bəhər, gəlir və məhsul. 
Mülki hüquq ədəbiyyatlarında əşyaların canlı və cansız əşyalara bölünməsi 
qəbul  edilsə  də  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  135.3-cü 
maddəsində  göstərilir  ki,  bitkilər  və  heyvanlar  əşya  deyildir.  Onların  hüquqi 
vəziyyəti  xüsusi  qanunlarla  müəyyənləşdirilir.  Əgər  qanunvericilikdə  ayrı  qayda 
müəyyənləşdirilməyibsə,  əşyaların  hüquqi  vəziyyəti  bitkilərə  və  heyvanlara 
şamil edilir. 
Ümumiyyətlə, əşyaların təsnifatı aparılarkən hər bir əşyanın özünəməxsus 
hüquqi  vəziyyəti  müəyyən  olunur.  Əşyaların  hüquqi  vəziyyəti  dedikdə,  mülki 
hüquq münasibətlərinin obyekti kimi əşyaların əldə olunmasını, onlardan istifadə 
edilməsini  və  onlar  üzərində  sərəncam  verilməsini  tənzim  edən  hüquq 
normalarının məcmusu başa düşülür. 




Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   84


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə