Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
84
İyirmi doqquzuncu böyük günah.
Muhəllil və muhəlləl ləhu
*
.
İbn Məsuddan L rəvayət olunan səhih bir hədisdə
Peyğəmbər r demişdir: “Allah muhəllil və muhəlləl ləhuya
lənət eləsin”.
1
Əlidən də L Peyğəmbərin r bu cür dediyi rəvayət
olunur. Lakin bəzi məzhəblərə görə bu caiz olduğuna görə,
qadağan olmasından bixəbər olaraq kimsə bu əməli edərsə,
yəqin ki, Allah onu bağışlayar.
2
* Yəni üç dəfə boşanılmış qadınla, birinci ərinə yenidən halal olsun
deyə, sonradan boşamaq niyyəti ilə evlənən kişi və bu cür ərə gedən qadın
nəzərdə tutulur.
1
(Səhih) ən-Nəsai 6/149, ət-Tirmizi /1120/.
2
(Səhih) Əbu Davud /2076/, ət-Tirmizi /1119/.
Böyük günahlar.
85
Otuzuncu böyük günah.
Ölü heyvan, axar qan və ya
donuz əti yemək.
Uca Allah buyurur:
v u t s r q p o n m l k j i
£ ¢ ¡ • ~ } | { z y x w
§¦ ¥ ¤
“De: “Mənə gələn vəhylər içərisində ölü heyvan,
axar qan, murdar sayılan donuz əti və Allahdan başqası-
nın adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər
hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyu-
rulan bir şey görmürəm...” [əl-Ənam surəsi, 145-ci ayə].
Zərurət olmadan bunlardan birini dadan şəxs sözsüz
ki, günahkarlardan sayılır. Lakin mən hesab edirəm ki, mü-
səlman qəsdən donuz əti yeməz. Bəlkə də, bunu İslamdan
çıxmış əl-Cəbəliyyə və ət-Təyaminə firqələrinə mənsub
olanlar edərlər. Möminlərə gəldikdə isə, onların qəlbində
donuz ətini dadmaq içki içməkdən daha pisdir.
Səhih bir hədisdə Peyğəmbər r demişdir: “Haqsız
yeyilən maldan əmələ gələn ət Cənnətə girməz, Cəhənnəm
odu ona yetər”.
1
1
(Səhih) əl-Buxari /3118/.
Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
86
Müsəlmanlar nərd oynamağın haram olması məsələ-
sində icmaya gəlmişlər. Buna dəlil olaraq aşağıdakı hədis
kifayətdir:
Peyğəmbərin r belə dediyi sabitdir ki; “Nərd oynayan
kəs, əlini donuzun ətinə və ya yağına batırmış kimidir”.
1
Bundan da belə nəticəyə gəlmək olur ki, müsəlmanın
əlini donuzun əti və ya yağına vurması nərd oynamaqdan
daha böyük günahdır. Bəs onda o əti yeyib qanını içmək
necə? Allah bizi bu cür əməllərdən qorusun.
1
(Səhih) Muslim /2260/
Böyük günahlar.
87
Otuz birinci böyük günah.
Sidikdən təmizlənməmək, bu da
nəsranilərin xüsusiyyətlərindəndir.
Uca Allah buyurur:
§ ¦
“Geyimini təmiz saxla!” [əl-Müddəssir surəsi, 4-cü
ayə].
Bir dəfə Peyğəmbər r iki qəbrin yanından keçdiyi
zaman belə dedi: “Onların hər ikisi əzab çəkirlər, onlara bu
əzab çox böyük bir günaha görə verilmir. Birincisi sidikdən
təmizlənmir, ikincisi isə söz gəzdirirdi”. əl-Buxari və Mus-
limin əksər rəvayətlərində bu hədis: “O özünü sidikdən
qorumurdu” ləfzi ilədir.
1
Ənəs L Peyğəmbərin r belə dediyini rəvayət
etmişdir: “Sidikdən təmizlənin, çünki qəbir əzabının əksə-
riyyətinin səbəbi budur”.
2
Bədənini və libasını sidikdən təmizləməyənin namazı
qəbul olunmur.
1
(Səhih) əl-Buxari /216/, Muslim /292/.
2
(Səhih) əl-Dərəqutni 1/127.
Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
88
Otuz ikinci böyük günah.
İnsanların mallarının bir hissəsini
zorla almaq.
Bu cür insanlara Uca Allahın aşağıdakı ayəsi şamil
olunur:
ÅÄ Ã Â Á À ¿ ¾ ½ ¼ » º
É È Ç Æ
“Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər
və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər.
Məhz onlar üçün ağrılı-acılı əzab vardır” [əş-Şura surəsi,
42-ci ayə].
Özünü daşqalaq edilməklə təmizləyən zinakar qadı-
nın hədisində Peyğəmbər r: “O elə bir tövbə etdi ki, əgər
insanlardan zorla vergi, pul alan şəxs elə bir tövbə etsəydi
bağışlanardı və ya ondan qəbul olunardı”.
1
İnsanlardan bu yolla zorakılıqla vergi, pul alan şəxs
yolkəsənə bənzəyir. Hətta o oğrudan da pisdir. İnsanlarla
sərt davranaraq və onlardan yeni-yeni vergilər tələb edənə
gəldikdə isə, o insafla davranaraq vergi yazıb, onu əsgər-
lərdən, qocalardan və yer sahiblərindən alandan daha
zülmkar sayılır. Bu cür haqsız vergiləri yazan, toplayan və
gətirənlər haram yeməkdə və günahda həmşərikdilər.
1
(Səhih) Muslim /1696/.
Böyük günahlar.
89
Otuz üçüncü böyük günah.
Riyakarlıq, bu da nifaqdandır.
Uca Allah buyurur:
W V U T S R Q P O N
Y X
Z
“Onlar namaza durarkən könülsüz qalxar, özlərini
camaata göstərər və Allahı olduqca az yad edərlər” [ən-
Nisa surəsi, 142-ci ayə].
À ¿ ¾ ½ ¼ » º ¹ ¸ ¶ µ
ÅÄ Ã Â Á
“Sədəqələrinizi, özünü camaata göstərmək məqsə-
dilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs
kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin”
[əl-Bəqərə surəsi, 264-cü ayə].
Peyğəmbər r demişdir: “Qiyamət günü (üç sinif
insan) hamıdan öncə mühakimə olunacaq. Şəhid Allahın
hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər
haqqında xəbər verib deyəcək: “Bu nemətlərin müqabi-
lində nə etmisən?” O deyəcək: Sənin yolunda vuruşub
Dostları ilə paylaş: |