77
Müqəddəs sübh
məkdir. Çünki yer əkinçilik üçün kifayət qədər səmərəli və
bərəkətli olsun.
Yağışın enməsi təbii durumu ilə möcüzə deyil. Ancaq müd-
dət və kəmiyyəti baxımından istisnadır. Rəvayətlərin siyaqın-
dan belə aydın olur ki, möcüzəlik baxımındandır. Odur ki,
Əmirəlmömininin (əleyhissəlam) kəlamının məğzini anlayırıq:
“Cəmadi ilə Rəcəb arasında olan olduqca əcibdir (təəccüblü,
heyrətamizdir)”.
Bu yağışın müddəti barədə müxtəlif rəylər mövcuddur.
Şeyx Əli Kurani qeyd edir: “Uzaq deyil ki, Cəmadidən Rəcəbə
qədər davam edən bu yağışlar onun (əleyhissəlam) zühurun-
dan sonra baş verəcək. Belə ki, zühurun əlamətlərindən olan
bir neçəsi genişlik baxımından bu anlamda adlandırılmışdır”.
90
Lakin bunu zühurun nişanələrindən hesab edən Seyid
Muhəmməd Sadiq Sədrin nəzərini daha məqbul hesab edirəm.
O belə deyir: “Suyun və enən yağışın çoxluğunu zühurdan öncə
bilməyimiz daha üstündür. Çünki əgər zühurdan sonra baş ver-
sə, Qaib Məhdinin (əleyhissəlam) yerinə yetirmək istədiyi bir
sıra fəaliyyətlərə maneə törədər. Odur ki, onun zühurdan öncə
olması yağışın faydaları üçün qazanc əldə edir, həm də sair fay-
dalar ilə onun üçün ikiqat təsiri vardır”.
91
Bu mülahizəyə işarə etməyim gərəkdir ki, rəvayətlər bu ya-
ğışın baş verməsinin məkan və key iyyətinə dəlalət etməyib...
Lakin mühüm olan budur ki, bu yağışları zühur zamanının
yaxın olması üçün bir əlamət kimi nəzərdə tutmalıyıq. Daha
onun yağmasının yerdə qalan yağışlardan nə ilə fərqlənməsi,
miqdar və məkanın heç bir fərqi yoxdur.
90
Əl-Muməhhidun lil-Mehdi, s.40.
91
Tarixu ma bə`dəz-zuhur, s.137.
78
Müctəba Sadət
2 – Süfyaninin xüruc etməsi (Qəti əlamətlərdəndir)
Bir nəfər xüruc edəcək ki, ona Süfyani deyilər (Osman ibn
Ənbəsə Ali-Əbu Süfayndan, Yezid ibn Müaviyənin nəslindəndir).
O, Şam hüdudunda (Dəməşq dərəsində) Yabis vadisində ortaya
çıxacaq. O, yolundan çıxmış, həqiqətlə düşmənçilik edən müsəl-
man hakimlərinin rəmzi olaraq təmsil olunacaq ki, ondan son-
ra belə bir kəs görülməyəcəkdir. Onun xüruc etmə zamanı – eti-
barlı rəvayətlərə müva iq olaraq
92
– Rəcəb ayındadır və ehtimal
var ki, axır on günündə və Cümə günündə olsun. Belə ki, İmam
Məhdinin (əleyhissəlam) Məkkədə zühur etməsilə Süfyaninin
inqilab etməsi arasında yalnız altı ay fasilə vardır.
İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: “Süfyani qəti
əlamətlərdəndir və onun xürucu Rəcəb ayında olacaqdır. Beş
əraziyə yiyələndikdə doqquz ay başçılıq edəcəkdir. Onun hö-
küməti bir gün belə artıq olmayacaqdır”.
93
İmam Baqir (əleyhissəlam) buyurmuşdur: “Süfyani və Qaim
– hər ikisi bir ildədir (zühur etmələri eyni ilə təsadüf edir)”.
94
Həmçinin buyurmuşdur: “Süfyaninin, Yəmaninin, Seyid
Xorasaninin zühur etməsi eyni ildə, eyni ayda və eyni gündə-
dir. Necə ki, təsbeh dənələri bir-birinin ardınca gələr, onlar da
bir-birinin ardınca fasiləsiz olaraq zühur edəcək”.
95
İmam Baqirin (əleyhissəlam) belə buyurduğu nəql olun-
muşdur: “Əmirəlmöminin (əleyhissəlam) buyurmuşdur:
“Nizələr Şamda ixtilaf etdiyi zaman (bu ixtilaf) yalnız Allahın
əlamətlərindən bir əlamət baş verincə sona çatacaq”.
Dedilər: “Nədir o əlamət, ey möminlərin Əmiri?”
Dedi: “Şamda bir sarsıntının baş verməsi. Bu zaman yüz
mindən çox insan həlak olacaq. Allah onu möminlər üçün rəh-
92
Əs-Sufyani – Muhəmməd Fəqih, s.118.
93
Ğeybətun-Numani, s.202.
94
Ğeybətun-Numani, s.178.
95
Ğeybətun-Numani, s.171; İlamul-vəra, s.429; Biharul-ənvar, c.52, s.232.
79
Müqəddəs sübh
mət, ka irlər üçün isə əzab qərar verəcək. Bu baş verdiyi za-
man kəsik qulaqlı boz atların sahiblərini və qərb tərəfdən gəlib
Şama daxil olacaq sarı bayraqları gözləyin. Bu böyük qorxu və
qırmızı ölüm baş verdiyi zaman olacaq. Bu baş verdiyi zaman,
Dəməşqin Hərəsta adlanan kəndinin batmasını gözləyin. Bu
baş verdiyi zaman ciyəryeyən qadının oğlu (Süfyani) quru va-
didən xüruc edəcək. Ta ki, gəlib Dəməşq minbərinə əyləşəcək.
Bu baş verdiyi zaman Məhdinin (əleyhissəlam) xürucunu göz-
ləyin...”
96
Bu, Süfyaninin xürucunun başlanğıcına açıq-aydın işarədir.
Ola bilər ki, Süfyaninin fəaliyyətləri və İslam cəmiyyətinin
mübtəla olduğu müsibət və sıxıntılar barədə ən üstün təhlil və
bəyanı Əllamə Seyid Muhəmməd Sadiq Sədr özünün “Ma bə`-
dəz-zuhur” adlı kitabında (s.165-167) qeyd etmişdir ki, onun
söhbətini bir az müdaxilə etməklə burada qeyd edirik:
Dəməşq (Şam) həmin zaman daxili döyüşlərin, üç dəstə
arasında silahlı çəkişmələrin (Əbqə, Əshəb və Süfyani... və o, si-
yası və hərbi ağırlıq mərkəzini təmsil edər) səhnəsi olacaqdır.
Hər üçü haqq yoldan azacaq və hər biri taxt-tac və höküməti
özü üçün istəyəcəkdir. – Rəvayətlər onların təfəkkür və ideo-
logiyasını bizim üçün aydın etmişdir – Əbqə və qoşunları Süf-
yani ilə döyüşəcəkdir. Nəticəsi Süfyaninin qələbəsi, Əbqə və
tərəfdarlarının ölümü ilə nəticələnəcəkdir.
Süfyani ilə Əshəb arasında gedən döyüşdə də bu cür ola-
caqdır. Döyüşlərin sonuncu fatehi Süfyanidir. Bu hadisələr
bu ayənin bariz nümunəsidir: “Beləliklə onların arasından
dəstələr ixtilafa düşdülər. Buna görə də vay küfr etmiş kəs-
lərin böyük gündəki halına!”
97
Höküməti zamanı Süfyaninin qərərgahı Şam olacaqdır və
oranın əhalisi ona tabe olacaqdır. Az bir dəstədən savayı. Süf-
96
Ğeybətun-Numani, s.206; Ğeybətut-Tusi, s.277; Biharul-ənvar, c.52, s.253.
97
Məryəm, 37.
Dostları ilə paylaş: |