100
Şək.32
Qeyd edək ki, lügətin və lüğət bazasının yaradılması Servis
(Сервис) menyusunun Lüğətlər...(Словари...) əmrini yerinə
yetirməklə təmin olunur. Belə ki, yeni lüğət yaratmaq
Lüğətlər... əmrini yerinə yetirdikdə açılan
Lüğətlər
pəncərəsinin (şək.33) Yaratmaq (Создать) düyməsini sıxmaq
və açılan növbəti pəncərədə lüğətin adını, informasiyanın
tipini, yaradılacаq lüğətə müvafiq sahəni və ya alt sahəni
seçib Yaratmaq düyməsni sıxmaq lazımdır(şək.34). Yeni
yaradılmış lüğət Lüğətlər pəncərəsinin lüğətlər siyahsına
əlavə olunacaq. Lüğətlər pəncərəsinin Ləğv etmək (Удалить)
düyməsi qeyd edilmiş lüğəti ləğv edir, Əlavə etməklə
yaratmaq (Построить) və
Yenidən yaratmaq (Перестроить)
düymələri isə müvafiq olaraq qeyd edilmiş lüğətə cari
verilənlər bazasındakı biblioqrafik yazılar əsasında lüğət
bazasına yeni elementlər əlavə edir və lüğət bazasını
yeniləşdirir.
101
Şək.33
Şək.34
Biblioqrafik yazıların redaktəsi Redaktə (Правка)
menyusunun əmrləri vasitəsi ilə təmin olunur. Belə ki,
menyunun Sahəni redaktə etmək (Редактировать поле)
102
əmri cari sahənin və yalt sahənin redaktəsini,
Sahə əlavə
etmək (Добавить поле) əmri təkrarlanan sahə və ya alt
sahə əlavə edilməsini və informasiya daxil edilməsini,
İndikator əmri isə cari sahəyə uyğun indikatorların
müəyyən
edilməsini
təmin
edir,
Sahəni
ləğv
etmək(Удалить поле) və
Ləğv etmədən imtina (Отменить
удаление) əmrləri müvafiq olaraq cari sahəni və ya alt
sahəni ləğv edir və ləğv edilmiş sahəni və ya alt sahəni
yenidən bərpa edir. Qeyd edək ki, biblioqrfik yazılar
redaktə
üçün
verilənlər
bazasından
cağrıldıqda
informasiyaya malik olmayan sahələr və ya alt sahələr
Sənədin redaktə panelində əks olunmur. Əgər biblioqrafik
yazıya bu və ya digər yazı ünsürü əlavə etmək tələb
olunarsa, Şablondan əlavə etmək (Дополнить из
шаблона) əmrini yerinə yetirmək lazımdır. Qrup halında
redaktə(Групповая корректировка) əmri isə qeyd edilmiş
biblioqrafik yazıların redaktəsini təmin edir.
Servis menyusunun
Çap (Печать) əmri vasitəsi cari
biblioqrafik yazını çap etmək olar. Lakin, yaxşı olardı ki.
çap
etməzdən
öncə
Səhifəyə
ilkin
baxış
(Предварительный просмотр) əmrini yerinə yetirməklə
onun çapdan əvvəl görnüşünə baxılsın. Servis menyusunun
MARC formata uyğun ixrac (Экспорт в MARC формат)
və Mətn faylı kimi ixrac (Выгрузка в текстовый файл)
əmrləri müvafiq olaraq, cari, qeyd edilmiş və ya bütün
biblioqrafik yazıları MARC formatlarında ‐ UNIMARC,
RUSMARC USMARC formatlarında mübadilə üçün ayrıca
fayl və mətn sənədi kimi yaddaşda saxlanmasını təmin
edir
11
. MARC formatından idxal (Импорт из MARC
формата) əmri isə əksinə, digər sistemlərdə yaradılmış
11
Əmri yerinə yetirdikdə faylın ünvanını göstərmək lazımdır.
103
biblioqrafik yazıları biblioqrafik verilənlər bazasına idxal
etməyi təmin edir. Bunun üçün əmri yrinə yetirdikdə açılan
pəncərədə faylın ünvanını seçmək lazımdır.
Görünüş menyusu. Görünüş menyusu proqram
pəncərəsinin ümumi görünüşünü və Kataloqlaşdırıcı AİY
alt sisteminin bir sıra iş rejimini tənzimləyir, Belə ki,
menyununun Alətlər paneli (Панель инструментов) və
Cari vəziyyət sətri (Сторка состояния) əmrləri digər
Windows (məs. MS WORD) əlavələrində olduğu kimi
alətlər paneli və cari vəziyyət sətrinin proqram
pəncərəsində, Sahənəin kodunu göstərmək(Показывать
код поля) və Sahənin adını göstərmək (Показывать имя
поля) əmrləri isə müvafiq olaraq Sənədin redaktə panelində
sahələrin
kodlarının
və
adlarının
əks
olunmasını
tənzimləyir. Əgər cari sənəddə 900 a‐Makroobyektlər
sahəsi
12
istifadə olunmuşsa Makroobyekti açmaq (Открыть
макрообъект) əmrini yrinə yetirməklə makrobyektə baxa
bilərik. Ekran formaları (Экранные формы) əmri işçi
sahəninin yuxarı və aşağı panellərinin görünüşünü
istifadəçinin təlabatına görə tənzimləyir. Əmri yerinə
yetirdikdə açılan dialoq pəncərəsində (şək.35) tələb olunan
ekran formasını müəyyən etmək olar.
12
Adətən 900 a‐Makroobyektlər sahəsi təsvir olunan materialin
elektron formasının (məsələn kitabsa, elektron mətnini, not
materialıdırsa musiqi faylını və s.) və ya materialın məzmununu
daha geniş açmaq üçün istifadə olunan mətn,qrafiki, səs və s.
fayllarınının ünvanını bildirir.