vaxtda olmaq istədi? Bunu mənə dərs kimi verdin, hə, tanrım? Dedin bax bu hissi də
yaŞa, amma o da Azər kimi sonda sənin olmasın...
Dərman atdım. Bir az sonra dəhŞətli sancılar baŞladı. Mənim uŞağım olacaqdı.
Azərə görə, onun bizə sahib çıxmayacağını bildiyimə görə o indi yoxdu. Evə necə
gəldim, bilmirəm. Sancı, qanaxma kəsmədi. Səhərə kimi əzab çəkdim.
Səhər Gülərlə görüŞdüm. Pis idim. Heç olmasa o bir çarə tapsın, sancı, qanaxma
dayansın. Bacısının yanına apardı məni, sistem qoydular. Sistem altında tamam
halsızlaŞmıŞdım. Sonradan Gülər məni evə gətirdi. İndi də ağrılarım var. Praktikaya
getmədim. Ağrıdan tərpənə bilmirdim. Olanlarla barıŞmaq çətindi.
İndi tamam tək qalmıŞdım... Xəyallarımda öncə 3 nəfər qoŞa idi. Mən Azər və
körpəmiz. İndisə yalnız özüm qalmıŞdım...
***
Bu gün - 20 iyun Sabirin toyudur. O evlənir. Anası tapdığı qızla. Mənə heç kim
demək istəmirdi. Məhəllədə hamı məndən gizlədirdi. Dayımın yoldaŞının ifritə
anası dedi.
Məhəllənin oğlanları toya hazırlaŞırlar.
Mənim indiki hisslərim çox qarıŞıqdı... 1 il keçmədi bizim ayrılmağımızdan, ancaq
Sabir evlənir. Mən isə pəncərə qabağında tək-tənha oturub günlüyümlə dərdləŞirəm.
Həyətdə isə səs-küy var. Hamı da məni soruŞur.
- Bəs Sabir Nərgizi sevirdi, indi Nərgiz neyləyir?
Mən hələ öz dərdimləyəm. Həyatım tamam qaralıb. Heç bir arzum yoxdu. Səhərin
açılması da məni sevindirmir.
Həyat bir gün, o da bu gün. Həyat mənimlə oynadı. XoŞbəxt günləri sadəcə göstərdi
ki, var, amma o günlərin əzablarını hələ də göstərir. Sabir... diz çöküb, yalvarıb səni
sevirəm deyən Sabir. Heç ayrılmağımızdan 1 il keçməmiŞ özünə toy eləyir. İndi
kimin sevgisinə inanmaq olar? Oğlanlar qızlar kimi deyil. Sabiri məcbur evləndirə
downloaded from KitabYurdu.org
bilməzlər ki... Deməli, özü də istəyib. Deməli, onun sevgisi də yalan imiŞ. İndi
hansısa oğlan gəlib damarlarını kəsib, «Səni sevirəm» desə, yenə də inanmaram.
Orxan, onun dostu, məhlə uŞağı mənə səhərdən zəng eləyir ki, «Səni sevirəm», mənə
bir söz de. Deyir, bax Sabir də xoŞbəxt oldu. O artıq istəsə də bizim iŞimizə qarıŞa
bilməz, gəl biz də xoŞbəxt olaq, səni dünyanın xoŞbəxti edərəm.
Cavab vermədim. FikirləŞirəm ki, xoŞbəxtlik var ki, xoŞbəxt də olum? XoŞbəxtlik
də ehtiras kimi anlıq hissdi.
Heç bir xəyalım, arzum yoxdu. Təkəm...
Gecə ağ “Mercedes”də bəylə gəlini gətirəndə nədənsə hönkürtü ilə ağladım, özümü
saxlaya bilmədim…
***
Afət mənlə danıŞmır. Məndən inciyib - onu çətin günlərində tək qoyduğum üçün.
Mən də onun üçün bir dəftər yazıram, axırıncı imtahanda verəcəm. Amma o elə bilir
ki, onu çox istəmirəm.
Məcbur qalıb ona hamilə qaldığımı dedim, daha doğrusu, özü sözlərimdən baŞa
düŞdü. Məni bağıŞlamayacaq, bilirəm. Amma yenə də baŞıma gələnləri yazıram,
ona verəcəm.
Bu gün kiçik bacımın ad günüdü. Ailədə 4 nəfərik. Hərəmiz bir yerdə...
Niyə bütün pis Şeylər üst-üstə düŞür? Gedib onu dayımgilə gətirdim. UŞaqlar ona
tort aldılar. Dayımın yoldaŞı yemək hazırladı. Heç olmasa bacımın üzünün
gülməyini istəyirəm.
Bayaq Azərə yenə zəng elədim. Bütün olanları ona danıŞacam. Axır ki, zəngimə
cavab verdi. Dedim:
- Sənlə vacib iŞim var.
Dedi:
- 2-ci gün gələ bilərsən? Gəl iŞ yerimə.
- Hardadı?
downloaded from KitabYurdu.org
- Köhnə avtovağzal tərəfində binaların arasında mağaza iŞlədirəm. Əli də gələcək.
Ona görə də tez gəl, danıŞaq.
2-ci gün gedəcəm. Hər Şeyi ona danıŞacam. Mənə konkret bir söz desin. Ya onunla,
ya onsuz...
***
Bu gün Azərin iŞ yerinə getdim. Mən sözə necə baŞlayacağımı bilmirdim. O,
özündən danıŞdı. Dayısının oğlu rəhmətə gedib. Üzü saqqallı idi. Ondan danıŞırdı.
15-20 dəqiqə keçmiŞdi ki, Əli gəldi. O da məzəli uŞaqdı. HəmiŞə də mənə
kompliment deyir. Azər əlimi tutub oturmuŞdu. Əli bizim Şəklimizi çəkdi.
- Nə gəŞəng görünürsüz. Bu anı ölümsüz eləyim.
Bizim 1-ci Şəklimiz idi. Sonra Əli ancaq bizim Şəkillərimizi çəkdi. Sonra Azər
bacısının oğlunu gətirdi. 2-3 yaŞı olardı. Ancaq uŞaqla oynadıq. İkilikdə söhbət
eləməyimizə imkan olmadı. Amma arada Azər mənə dedi:
- Səni ərə versələr, gedərsən?
- Nə demək istəyirsən ki, bizim axırımız yoxdu? Mən necə ərə gedim ki...
- Yox daa. Bax mənim dayım oğlu rəhmətə gedib. Bizdə azı 2 il toy eləmək olmaz.
Sonra mən ev saxlamağı bacarmalıyam, ya yox? Anan səni ərə vermək istəyəndə
deməyəcək ki, istədiyin varsa, qoy adamlarını qapıma göndərsin? Məni də ən azı 3-
4 il gözləməlisən. Bu necə olacaq?
Mən cəld dedim:
- Nə demək istəyirsən ee. Əgər 3-4 il gözləməyimə dəyərsə, eybi yox, mən
gözləyərəm.
- Yox gözləmərsən...
Məni yola saldı, gəldim evə. Hələ heç zəng də eləmədi ki, hardasan. Mən onu
tanıdığım kimi heç kimi tanımıram. O adamın nəfəsinin necə gedib gəldiyini də mən
yaxŞı bilirəm. İndi o məni heç axtarmayacaq.
downloaded from KitabYurdu.org
Bu görüŞ mənim sonuncu ümidlərimi də qırdı. Yüz faiz əmin oldum ki, bundan
sonrakı həyatımı Azərsiz yaŞamalı olacağam. Həmin gün az qalırdı ürəyim partlasın,
nə yaxŞı ki, Moskvadan Şad xəbər gəldi. Böyük bacımın uŞağı olmuŞdu. Mən artıq
xala idim.
23.06.09. Bu da bizim axırıncı imtahanımız. Neçə vaxtdı Afətin dəftərini yazıram.
Bura ürək eləyib yaza bilmirəm. İmtahandan çıxanda o dəftəri Gülərə verdim ki,
Afətə çatdırsın. Mən versəm, bilirəm götürməyəcək.
Görəsən, o dəftəri oxuduqca nə fikirləŞəcək?
Çox halsızam. Həyatdan yorulmuŞam.
Hər Şeyi indi baŞa düŞürəm, hamını indi tanıyıram. İndi baŞa düŞürəm ki, əbədi
olaraq təkəm. Elə pisəm ki.
BezmiŞəm! Çox bezmiŞəm...
Və sanki qeybdən ən çox sevdiyim bir mahnının ürək göynədən sözləri eŞidilir:
Mən sənə, sevgilim, heç bilmədən vuruldum,
Suallar cavabsız, düŞünməkdən yoruldum
İçimdə bir dəniz, səni görməsə daŞacaq,
Sən məni tərk etsən, inan qiyamət qopacaq
Mən səni itirsəm, dünya tərsinə dönər
Mən səni itirsəm, içimdə hər Şey ölər
Mən səni itirsəm, düŞmənlərim sevinər
Mən səni itirsəm, alovlu gecəm sönər...
***
KaŞ ki, gündəlik yazmağı heç bacarmayaydım. Çünki, yazılarımda ürəkaçan heç nə
olmur...
İkinci gündəlikdən
Bundan əvvəlki dəftərim ancaq yaŞadıqlarım idi. Bu dəftəri isə yazmağımın səbəbi
öz səhvimlə incitdiyim, həyətamın ən dəyərli dostu, can dostum Afətdir.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |