9
Təbii ki, A.Dağlının ədəbi irsinin tədqiqi sahəsində
hazırkı vəziyyət qənaətbəxş sayıla bilməz. A.Dağlının mü-
hacirət dövrü yaradıcılığının nisbətən ətraflı araşdırılması
yönyndə ilk təşəbbüs olaraq ədəbi-elmi ictimaiyyətin diq-
qətinə təqdim edilən bu monoqrafiya da məhz həmin boş-
luğu müəyyən qədər aradan qaldırmaq məqsədi izləyir.
Monoqrafiyada mühacir yazıçının ədəbi irsi beş prob-
lem ətrafında qruplaşdırılaraq araşdırılmışdır:
1.
Sənətkar və zaman problemi
2.
Anadolu istiqlal savaşının inikası
3.
Totalitar sovet rejiminin ifşası
4.
Milli-mənəvi dəyərlər problemi
5.
Quzey Kıbrıs olaylarının əksi.
10
SƏNƏTKAR VƏ ZAMAN PROBLEMĠ
Dünya, o cümlədən Azərbaycan ədəbiyyatı görkəmli
tarixi şəxsiyyətlərin həyat və mübarizəsini bədii tədqiqatın
predmetinə çevirməklə, aktual ictimai-siyasi və mənəvi-
əxlaqi problemlər qaldıran əsərlərlə zəngindir. Qüdrətli
ədəbi simaların bədii obrazlarının yaradılması yönündə isə
milli dramaturgiyamızın bir əsrə yaxınlaşan ənənə və
təcrübəsi vardır. Ə.Haqverdiyevin 1911-ci ildə qələmə al-
dığı «Xəyalat» pyesində M.F.Axundzadənin obrazını
yaratması ilə əsası qoyulan bu ənənə sonralar H.Cavidin
«Xəyyam», S.Vurğunun «Vaqif», M.Hüseynin «Nizami»,
İ.Əfəndiyevin «Xurşidbanu Natəvan», N.Xəzrinin «Mirzə
Şəfi Vazeh», Anarın «Sizi deyib gəlmişəm» kimi dram
əsərləri ilə davam və inkişaf etdirilmişdir.
Klassiklərin həyatına müraciətlə yazılmış bədii-estetik
cəhətdən dəyərli pyeslərdə sənətkarın ideya, arzu və
düşüncələri dramatik hərəkətin mənbəyini təşkil edərək,
konfliktin xarakterini müəyyənləşdirən əsas amilə çevrilir,
dövrün aparıcı, mütərəqqi meyllərinin ifadəsi kimi məna-
landırılır. Həmin tarixi dramlarda, görkəmli ədəbiyyat-
şünas-alim Y.Qarayevin ifadəsi ilə desək, «sənətkarın ya-
şadığı daxili dramın güzgüsündə dövrü, epoxanı təhlil
etmək, fərdi bədii yaddaşın və mənəvi vicdanın aynasında
xalqın tarixini və xalqın taleyini əks etdirmək» (6, s.164-
165) – başlıca ideya-estetik qayəni təşkil edir. Bununla da,
həmin əsərlər sadəcə bədii bioqrafiya olmayıb, sənətkar və
xalq, ədəbiyyat və siyasət, yaradıcı şəxsiyyət və zaman
kimi mühüm problemlərə müasir fəlsəfi-estetik baxışı
11
ifadə edirlər.
Azərbaycan mühacirət ədəbiyyatında sənətkar və
zaman probleminə toxunan dram əsərinə hələlik yalnız
Abay Dağlının yaradıcılığında rast gəlirik. «Böyüklərimizi
yalnız elmi əsərlərlə tanıtmaq kafi gəlməz. Onları birər
örnək şəxsiyyət olaraq ədəbi əsərlərlə də canlandırmaq
gərək» (21, s.7) – qənaətində bulunan dramaturqun 3 pər-
də 9 şəkildən ibarət mənzum «Füzuli» pyesinin ilk
variantı 1961-ci ildə kiçik tirajla Ankarada işıq üzü gör-
müş, təkmilləşdirilmiş ikinci variantı isə 1968-ci ildə
görkəmli türk füzulişünası, professor, doktor Əli Nihad
Tərlanın müqəddiməsi ilə İstanbulda nəşr edilmişdir.
Pyesin lap başlanğıcında Füzulinin dilindən onun məş-
hur:
Dust bipərva, fələk birəhm, dövran bisükun,
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun –
beyti səslənir və bu misralar yalnız qəhrəmanın mənəvi-
psixoloji vəziyyətini deyil, bütövlükdə əsərin ruhunu,
dramatik konfliktin xarakterini təyin edir. Hadisələrin
sonrakı inkişafından aydın olur ki, pyesin konflikti, heç də
ilk baxışda göründüyü kimi, Füzuli ilə ona qarşı ideoloji
müxalifət təşkil edən şəxslər arasında deyil, şəxsiyyətlə
mühitin, insanla zamanın qarşıdurmasında aranmalıdır.
Bir qədər də konkretləşdirsək, bu əsərdə dramatik konflik-
tin əsasını, bir tərəfdən, Füzulinin dünyagörüşü, ideya və
arzuları ilə yaşadığı mühitin idraksızlığından yaranan
ziddiyyətlər, digər tərəfdən isə, onun bir şəxsiyyət kimi
12
özünün daxili ziddiyyətləri təşkil edir.
Əsərdə Füzuli istisna olmaqla, demək olar ki, digər
heç bir surət xarakter səviyyəsinə yüksələ bilmir. Hətta
ona müxalif olan surətlər də epizodik səciyyə daşıyırlar.
Prof. Ə.N.Tərlan əsərin dramaturji baxımdan qüsurlu olan
bu cəhətinə sanki haqq qazandırmaq məqsədilə yazır:
«…Bu tip əsərlərdə böyük səhnə intriqaları aranmaz,
çünki qayə bir sənətkarı teatro yoluyla anlatmaqdır. Əlbət-
tə, bir şairin hər cəbhəsi ayrı-ayrı bir səhnə əsəri mövzusu
ola bilir. Bunlardan bir tanəsini mərkəz mövzu olaraq alıb,
digərlərini ikinci planda işləmək də mümkün. Bu növ teatr
əsərlərində tarixi hadisələr də müəllifin təsəvvüründə
buluna bilir və bunlarda icab edən dəyişikliklərə cevaz
verilir. Əl verir ki, sənətkarın ən hakim cəbhəsi layiqiylə
təbarüz etdirilə bilsin. Müəllif bu əsərində Füzulinin xalq
arasında ən çox sevilən vəchəsini, yəni lirizmiylə simvolik
eşqini mümkün olduğu qədər hər kəsin anlaya biləcəyi bir
dildə anlatmağa çalışmışdır. Səhnədəki digər şəxslər
bəlirli bir şəxsiyyət göstərməmişlər, silik qalmışlardır»
(21, s.4-5).
Hər hansı bir «sənətkarı teatr yoluyla tanıtmaq» məq-
sədilə yazılan əsərlərdə böyük səhnə intriqaları aramağın
bir o qədər də gərəkli olmadığı barədə görkəmli füzuli-
şünas-alimin qənaətləri təbii ki, dram nəzəriyyəsi və teatr
təcrübəsi baxımından özünü doğrultmur. Əksinə, məhz
dramatik toqquşmalar, situasiya və konfliktlər obrazın
qüvvətli alınmasına, şəxsiyyətin xarakterinin açılmasına
və bununla da böyük sənətkarın (konkret halda Füzulinin)
teatr səhnəsi vasitəsilə daha yaxşı tanıdılmasına xadmət
Dostları ilə paylaş: |