21
vindən uğurla istifadə edir. Övqaf idarəsindən üzüntülü və
əsəbi halda qayıtmış şairin monoloqu bütünlükdə
cəmiyyətdəki haqsızlıqlara qarşı etiraz kimi səslənir:
Vakıflara getdim, hakkımdı məncə,
Mənim də istəyim bir hak deyincə.
Adamlar qurd oldu, qələmlər qamçı,
Yox deyə bağırdı hər bir məqamçı.
Dedim ki, həqiqət! Özlə dedilər.
Qiyamət gələcək, gözlə dedilər.
Dedim ki, bu işin bir hesabı var,
Dedilər hər işin bir ərbabı var.
Dedim ki, bu işlər bir feli-xata,
Dedilər şikayət yaman bir xata.
(Bir an sükutdan sonra alaylı bir ifadə ilə)
Maşallah, hər biri zəki, mədəni,
Zəbani-hal ilə əzdilər məni.
Mötəbər bir məqam yox bu ölkədə,
Gördüm ki, o yerdə, o mərəkədə,
Laqqırtı alınır, kəlam alınmaz.
Rüşvət deyil deyə, salam alınmaz!.. (21, s.92)
Beləliklə, A.Dağlı pyesdə Füzulini yalnız saf
məhəbbətlə sevən bir aşiq kimi deyil, eyni zamanda, öz
yaradıcılığı ilə mühüm ictimai-siyasi problemlərə toxunan
mütəfəkkir – şair kimi səciyyələndirməklə onun bitkin
obrazını yaratmağa müvəffəq olur. Əsərdə Füzulinin
22
dilindən səslənən, A.Dağlının özünün də ön sözdə xüsusi
seçdirdiyi:
Gözəllik bəhanə, eşq bəhanə,
Mən ağı söylərəm qanlı cahanə – (21, s.9)
misraları da bədii-dramaturji baxımdan tamamilə doğru-
lur.
23
ANADOLU ĠSTĠQLAL SAVAġININ ĠNĠKASI
Mövzu və janr baxımından rəngarəng olan mühacirət
ədəbiyyatımızda tarixi səpkili əsərlər də az deyildir. Mü-
hacir yazarlarımız Azərbaycan tarixinin müxtəlif məqam-
larını, görkəmli tarixi şəxsiyyətlərimizin həyatını bədii
əsərlərində əks etdirməklə yanaşı, özlərinə ikinci vətən
saydıqları Türkiyənin də uzaq və yaxın keçmişinə biganə
qalmamışlar. Lakin yazıçıların tarixi hadisələrə, tarixi
şəxsiyyətlərin həyat və mübarizəsinə müraciətləri müasir
dövrün mühüm ictimai-siyasi və əxlaqi-mənəvi prob-
lemləri ilə əlaqələndirildikdə, ədəbiyyat öz estetik və
ideoloji funksiyasını effektiv yerinə yetirə bilir. Bu
baxımdan, Mirzə Abay Dağlının Türkiyənin ən yeni tarixi-
nin şanlı səhifələrindən olan Anadolu istiqlal savaşına
həsr edilmiş dram əsərləri tarixi mövzuya müasirlik
mövqeyindən yanaşmanın təzahürü kimi diqqəti cəlb edir.
A.Dağlı 1965-1974-cü illər arasında qeyd olunan möv-
zuda altı pyes yazıb çap etdirmişdir: «Sakarya», «Ata-
türk», «Sakarya çetəsi», «Malazgirtdən Sakaryaya»,
«Sakaryada 22-ci gün» və «Ata anıları». Zənnimizcə, bu
əsərlərdə əks olunan hadisələrin cərəyan etdiyi tarixi
dövrün xarakteri mövzunun dram janrında işlənməsini
şərtləndirən başlıca amil olmuşdur. Bu, həmin dövrdür ki,
Türkiyə I Dünya Müharibəsindən sonra «...məğlub bir
dövlət kimi 30 oktyabr 1918-ci ildə «Mudros müqaviləsi»
adı verilən ağır şərtli müqavilə imzalamışdı. Həmin
müqavilənin şərtlərinə görə, ölkənin bir çox ərazisi qalib
dövlətlər tərəfindən işğal edilmiş, ordu dağılmış, bütün
24
silah və cəbbəxanalar qalib dövlətlərin tabeçiliyinə
keçmişdi. Osmanlı ölkəsi tamamilə parçalandığı bir yana,
türkün ana yurdu, Anadolu da qalib dövlətlər arasında
bölüşdürülürdü. İtalyanlar Antalyanı tutmuşdu. İskən-
dərun, Adana, Mersin, Antep, Maraş, Urfa işğal edilmişdi.
Qarsda ingilislər rəhbərliyi ələ almışdı. Frakiya zəbt
olunmuşdu. Düşmən donanması İstanbul sularında lövbər
salmışdı. Çanaqqala və İstanbul boğazları tutulmuşdu.
Sultan və hökumət düşmənlərin əlində bir alət olmuş, aciz
və çaşqın bir vəziyyətdə özləri üçün asayiş və xilasolma
yolunu axtarırdılar. Anadolunun bütün şəhərlərində əcnəbi
zabitlər dolaşır, Antanta dövlətlərinin təmsilçiləri kimi
direktivlər verirdilər. Yunanlar da İzmiri işğal etmək üçün
planlar qururdular» (9, s.32-33). 10 avqust 1920-ci ildə
sultan hökumətinin imzaladığı rüsvayçı Sevr müqaviləsi
isə nəinki Osmanlı imperiyasının parçalanmasını, faktiki
olaraq əksər Anadolu ərazilərinin də müstəmləkə vəziy-
yətini hüquqi cəhətdən rəsmiləşdirirdi (29, s.95-96).
Göründüyü kimi, A.Dağlının müraciət etdiyi dövr Türkiyə
tarixinin olduqca gərgin, ziddiyyətli, dramatik bir döv-
rüdür. Vətənin, milli dövlətçiliyin taleyi sınağa çəkildiyi
bir zamanda türk xalqı Atatürkün öndərliyi ilə istiqlal
savaşına qalxmışdır. Dramaturgiya isə, elmi ədəbiyyatda
qeyd olunduğu kimi, «...öz estetik təbiətinə görə ziddiy-
yətlərin kəskinləşdiyi, ideyaların toqquşduğu məqamlarda
özünə daha çox material tapır. Müharibə həyatın özündə
dramatizmin ən çox təzahür etdiyi hadisə olduğu üçün o,
dramaturgiyanın mövzusuna çevriləndə dövrün ən böyük
ziddiyyətlərini ifadə etmiş olur» (11, s.120). A.Dağlı da