~ 73 ~
Monohibrid çarpazlaşdırmaya aid izahlı məsələlər
1.
Pomidor bitkisinin meyvəsi yumru və armudvari formada
olur. Yumru formanın geni armudvari forma üzərində dominantlıq
edir.
a)
Əgər nəsildə yumru və armudvari meyvələrin miqdarı
bərabər olmuşdursa, onda valideynlərin genotipi necə olacaqdır?
b)
Tərəvəzçilik sovxozunun parniklərində hibrid toxumlardan
yetişdirilmiş şitillər əkilmişdir. Bu şitillərdən inkişaf edən kollardan
31750-sindən armudvari formalı meyvələr, 95250 koldan isə yumru
formalı meyvələr alınmışdır.Onlardan neçə kol heteroziqot olmuşdur?
Həlli:
Məsələnin həlli başqa xarakter daşıyır, daha doğrusu nəsillərin
fenotipini analiz etməklə valideynlərin genotipini müəyyənləşdirmək lazım
gəlir. Məsələnin şərtini aydınlaşdırmaq məqsədilə cədvəl quraq:
Əlamət
Əlaməti müəyyən edən gen
Meyvələrin yumru forması
A
Meyvələrin armudvari
forması
a
Məsələnin şərtində bizə yalnız nəsillərin fenotiplərinin nisbəti
verilmişdir. Bu tipli məsələlərin həlli məqsədilə genotipləri çarpazlaşdıran
zaman müəyyən fenotiplərin nisbətinin mümkünlüyünü yadda saxlamaq
üçün monohibrid çarpazlaşmanın müxtəlif variantları zamanı nəsillərin
nisbətlərini göstərən cədvəli əl altında saxlamaq lazımdır
Çarpazlaşdırılan
fərdlərin
genotipləri
Nəsillərin
genotiplərinin mümkün
olan variantları
Nəsildə
fenotiplərin
nisbəti
AA x AA
AA
AA x Aa
1AA:1Aa
AA x aa
Aa
aa x aa
aa
Aa x Aa
1AA:2Aa:1aa
3:1
Aa x aa
1Aa:1aa
1:1
Məsələnin şərtinin “
a” bəndinə görə nəsildə fenotiplərin
parçalanması 1:1 nisbətində baş vermişdir. Beləliklə, heteroziqot bitkilərlə
(
aa) çarpazlaşdırılmışdır: alınan nəsillərin yarısı yumru və yarısı isə
armudvari formalı bitkilərdir.
~ 74 ~
P
Aa
x
aa
Qametlər A a
a
F
1
Aa
aa
Məsələnin şərtinin “b” bəndində fenotiplərin sayca nisbəti
verilmişdir. Bu nisbətə görə müəyyən etmək olar ki, nəsildə armudvari
meyvələri olan 1 bitkiyə qarşı yumru meyvələri olan 3 bitki düşür
(31750/95250).daha doğrusu 1:3 nisbətində. Deməli, aydın olur ki, hibrid
bitkilər çarpazlaşdırılmışdır. Çarpazlaşma aşağıdakı qaydada aparılmışdır.
F
2
-ni analiz etdikdə məlum olur ki, genotiplər 1
AA:2
Aa:1
aa
nisbətində alınır. 95250 yumru meyvəli bitkilər 1/3
AA genotipli, 2/3 hissə
isə
Aa genotipli heteroziqot bitkilərə aid olmuşdur. Bu 2/3 hissə
heteroziqot bitkilər 63500 təşkil etmişdir (95250-31750=63500).
P
Aa
x
Aa
Qametlər
A a
A a
F
2
AA Aa Aa aa
2.
Buğda bitkisində karliklik (cırtdanboyluluq) geni normal
boyluluq üzərində dominantlıq edir. Əgər nəsildə alınan bitkilərin ¾
hissəsi cırtdanboylu olmuşdursa, onda valideyn formaların genotipi
necə olmuşdur?
Həlli:
Əlamət
Əlaməti müəyyən edən gen
Bitkinin cırtdan boyu
A
Bitkinin normal boyu
a
Məsələnin şərtindən məlumdur ki, nəsildə alınan bitkilərin ¾ hissəsi
cırtdanboylu olmuşdur. Bu baxımdan valideynlərin hər ikisinin heteroziqot
olduğunu müəyyən etmək olar. Onda çarpazlaşmanı aşağıdakı kimi
yazmaq olar:
P
Aa
x
Aa
Qametlər A a
A a
F
2
AA Aa Aa aa