Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   82

 
~ 72 ~ 
Həmçinin  gecə  gözəli  (Mirabilis  jaiapa)  adlanan  bitkinin  qırmızı 
çiçəkli sortu ilə ağ çiçəkli sortu çarpazlaşdırıldıqda birinci nəsildə çəhrayı 
rəngli  olan  meyvələr  meydana  çıxır.  Çəhrayı  bitkiləri  çarpazlaşdırdıqda 
ikinci nəsildə 1 pay qırmızı - AA, 2 pay çəhrayı – Aa və 1 pay – aa çiçəkli 
bitkilər alınır. Deməli, A geni ilə a geninin qarşılıqlı təsiri sayəsində F
1
-də 
qırmızı deyil, çəhrayı – Aa rəngli çiçəkləri olan bitkilər meydana gəlir.  
Genlərin  kodominantlığı  da  müəyyən  edilmişdir.  Bu  zaman  birinci 
nəsil hibridlərdə valideynlərin əlamətləri biri digərindən asılı olmadan eyni 
dərəcədə  üzə  çıxır.  Kodominantlıqla  heyvanlarda  və  insanlarda  qan 
qrupları,  zülalların  quruluş  fərqliliyi,  məs.,  hemeqlobin  və  ya  transferrin, 
fermentlər və s. nəslə ötürülür. Başqa misal, Şorthorn cinsindən olan ağ və 
qırmızı  heyvanları  cütləşdirdikdə  F
1
-də  çal  heyvanlar  alınır  (ağla  qırmızı 
rəngin qarışığı). Heteroziqot formalar fenotipinə görə asanlıqla fərqlənir. 
 
   
 
Şəkil 24. “Gecə gözəli” bitkisinin tac hissəsinin rəngi misalında 
natamam  dominantlığın irsən keçməsi. 
 
Bu  misallarda  Mendelin  parçalanma  qanunu  fenotipik  olaraq  özünü 
doğrultmasa  da,  genotipik  olaraq  tam  doğruldur.  Deməli,  Mendelin 
parçalanma qanunu bu qanundan kənarlanmanın da mexanizmini izah edir. 
Beləliklə,  parçalanma  zamanı  fenotipik  və  genotipik  nisbətlər  statistik 
xarakter daşıyır. Elə ona görə də Mendel valideynlərin hər bir əlamətinin 
nəsildə  parçalanmasını  izah  etməkdə  kəmiyyət  analizi  üsulundan  istifadə 
etmişdir. 
 
 
 


 
~ 73 ~ 
Monohibrid çarpazlaşdırmaya aid izahlı məsələlər 
 
1.
 
Pomidor  bitkisinin  meyvəsi  yumru  və  armudvari  formada 
olur.  Yumru  formanın  geni  armudvari  forma  üzərində  dominantlıq 
edir. 
a)
 
Əgər  nəsildə  yumru  və  armudvari  meyvələrin  miqdarı 
bərabər olmuşdursa, onda valideynlərin genotipi necə olacaqdır? 
b)
 
Tərəvəzçilik  sovxozunun  parniklərində  hibrid  toxumlardan 
yetişdirilmiş  şitillər  əkilmişdir.  Bu  şitillərdən  inkişaf  edən  kollardan 
31750-sindən  armudvari  formalı  meyvələr,  95250  koldan  isə  yumru 
formalı meyvələr alınmışdır.Onlardan neçə kol heteroziqot olmuşdur? 
Həlli: 
Məsələnin  həlli  başqa  xarakter  daşıyır,  daha  doğrusu  nəsillərin 
fenotipini analiz etməklə valideynlərin genotipini müəyyənləşdirmək lazım 
gəlir. Məsələnin şərtini aydınlaşdırmaq məqsədilə cədvəl quraq: 
 
Əlamət 
Əlaməti müəyyən edən gen 
Meyvələrin yumru forması 

Meyvələrin armudvari 
forması 

 
Məsələnin  şərtində  bizə  yalnız  nəsillərin  fenotiplərinin  nisbəti 
verilmişdir. Bu tipli məsələlərin həlli məqsədilə genotipləri çarpazlaşdıran 
zaman  müəyyən  fenotiplərin  nisbətinin  mümkünlüyünü  yadda  saxlamaq 
üçün  monohibrid  çarpazlaşmanın  müxtəlif  variantları  zamanı  nəsillərin 
nisbətlərini göstərən cədvəli əl altında saxlamaq lazımdır 
 
Çarpazlaşdırılan 
fərdlərin 
genotipləri 
Nəsillərin 
genotiplərinin mümkün 
olan variantları 
Nəsildə 
fenotiplərin 
nisbəti 
AA x AA 
AA 
 
AA x Aa 
1AA:1Aa 
 
AA x aa 
Aa 
 
aa x aa 
aa 
 
Aa x Aa 
1AA:2Aa:1aa 
3:1 
Aa x aa 
1Aa:1aa 
1:1 
 
Məsələnin  şərtinin  “a”  bəndinə  görə  nəsildə  fenotiplərin 
parçalanması 1:1 nisbətində baş vermişdir. Beləliklə, heteroziqot bitkilərlə 
(aa)  çarpazlaşdırılmışdır:  alınan  nəsillərin  yarısı  yumru  və  yarısı  isə 
armudvari formalı bitkilərdir. 


 
~ 74 ~ 
 
 
 
 
 
 
P  
Aa 
  x  
 aa 
 
 
                 Qametlər         A       a 
 
  a 
 
 
 
 
 
F
1
 
Aa 
 
 aa 
Məsələnin  şərtinin  “b”  bəndində  fenotiplərin  sayca  nisbəti 
verilmişdir.  Bu  nisbətə  görə  müəyyən  etmək  olar  ki,  nəsildə  armudvari 
meyvələri  olan  1  bitkiyə  qarşı  yumru  meyvələri  olan  3  bitki  düşür 
(31750/95250).daha  doğrusu  1:3  nisbətində.  Deməli,  aydın  olur  ki,  hibrid 
bitkilər çarpazlaşdırılmışdır. Çarpazlaşma aşağıdakı qaydada aparılmışdır. 
F
2
-ni  analiz  etdikdə  məlum  olur  ki,  genotiplər  1AA:2Aa:1aa 
nisbətində alınır. 95250 yumru meyvəli bitkilər 1/3 AA genotipli, 2/3 hissə 
isə  Aa  genotipli  heteroziqot  bitkilərə  aid  olmuşdur.  Bu  2/3  hissə 
heteroziqot bitkilər 63500 təşkil etmişdir (95250-31750=63500). 
 
     
 
 
  

 Aa 
    x 
    Aa 
     
        Qametlər 
          A      a   
 A     a 
     
 
       F
2
       AA         Aa         Aa        aa 
2.
 
Buğda  bitkisində  karliklik  (cırtdanboyluluq)  geni  normal 
boyluluq  üzərində  dominantlıq  edir.  Əgər  nəsildə  alınan  bitkilərin  ¾ 
hissəsi  cırtdanboylu  olmuşdursa,  onda  valideyn  formaların  genotipi 
necə olmuşdur? 
Həlli: 
Əlamət 
Əlaməti müəyyən edən gen 
Bitkinin cırtdan boyu 

Bitkinin normal boyu 

 
Məsələnin şərtindən məlumdur ki, nəsildə alınan bitkilərin ¾ hissəsi 
cırtdanboylu olmuşdur. Bu baxımdan valideynlərin hər ikisinin heteroziqot 
olduğunu  müəyyən  etmək  olar.  Onda  çarpazlaşmanı  aşağıdakı  kimi 
yazmaq olar: 
 
     
 
 

 Aa 
    x 
    Aa 
     
         Qametlər          A      a  
 A     a 
     
 
      F
2
       AA          Aa         Aa       aa 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə