Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   82

 
~ 66 ~ 
          
 
 
 
 
 
Mendel  monohibrid  çarpazlaşmada  aldığı  nəticələri  bir  neçə  dəfə 
təkrarlamış  və  irsiyyətin  bir  neçə  qanunauyğunluğunu  kəşf  etmişdir. 
Bunlar dominantlıq qanunu və əlamətlərin parçalanması qanunudur. 
 
Mendelin dominantlıq qanunu 
 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Mendel  monohibrid  çarpazlaşdırma 
ilə  apardığı  təcrübədə  məsələn,  toxumları    sarı  və  toxumları  yaşıl  olan 
noxud bitkilərini çarpazlaşdırdıqda birinci nəsildə (F
1
-də) toxumları ancaq 
sarı rəngdə olan bitkilər əldə etmişdir.  
 
 
 
 
 
 
Sarı    yaşıl 
 
 
 
 
 
 P ♀  AA    x   aa ♂ 
 
 
 
 
 
    
               
 
           
  
qametlər      A 
   a 
 
 
 
  
    
 F
1
 
    Aa   
 
 
 
 
 
 
    sarı 
Sonra  bu  təcrübələr  bir  neçə  dəfə  təkrar  aparılmış  və  müəyyən 
olunmuşdur  ki,  çarpazlaşdırma  sayəsində  alınan  birinci  nəsildə  öyrənilən 
allellərdən  –  cüt  əlamətlərdən  ancaq  biri  inkişaf  edir,  o  biri  əlamət  isə 
inkişaf  etməyərək  nəsildə  gizli  qalır.  Burada  sarı  rəng  yaşıllıq  üzərində 
dominant  olur.  Başqa  sözlə  desək,  A  geni  ona  allel  olan  a  geninə  üstün 
gəlir.  Mendel  bir-birindən  fərqlənən  çoxlu  miqdarda  noxud  sortları 
üzərində  monohibrid  çarpazlaşdırma  apardıqda  hər  zaman  allellərdən 
birinin  digəri  üzərində  dominant  olduğunu  təsdiq  etdi.  Bu  hadisəni  o, 
dominantlıq adlandırdı. 
Beləliklə 
Mendel 
özünün 
birinci 
qanununu 
əlamətlərin 
dominantlığı qanununu kəşf etdi. 
Dominantlıq  qanunu  –  mendelin  birinci  qanunu,  həmçinin  birinci 
hibrid nəslin eyniliyi qanunu da adlandırılır. Belə ki, birinci hibrid nəslin 
hamısı eyni əlaməti daşıyır.  
Bu  qanunun  mahiyyəti  ondan  ibarətdir  ki,  bir-birindən  bir  cüt 
alternativ  əlamətlə  fərqlənən  iki  homoziqot  fərd  çarpazlaşdıqda  birinci 
nəsildə  hibridlər  həm  fenotip,  həm  də  genotipcə  eyni  olur.  Bu  zaman 
əlamətlərdən  hansının  ata,  hansının  ana  fərdə  məxsus  olmasından  asılı 


 
~ 67 ~ 
deyildir. 
Mendelin  kəşf  etdiyi  ikinci  qanun  əlamətlərin  parçalanması 
qanunudur. 
 
Əlamətlərin parçalanması qanunu 
 
Monohibrid  çarpazlaşmadan  alınan  birinci  nəsil  hibridlərin 
çarpazlaşması,  yaxud  öz-özünü  tozlandırması  zamanı  ikinci  nəsildə 
əlamətlərin  fenotipcə  3:1  nisbətində,  genotipə  görə  isə  1:2:1  nisbətində 
parçalanır. 
Mendel  yuxarıdakı  təcrübədə  aldığı  birinci  nəslin  bitkilərini 
çarpazlaşdırdıqda  daha  doğrusu  öz-özünü  tozlanma  yolu  ilə  çoxaltdıqda 
aşağıdakı sxem üzrə ikinci nəsil almışdır: 
 
 
 
 
 
     
Sarı 
 
sarı 
 
 
 
 
F
1
 
     Aa  
 
Aa 
 
 
 
qametlər
 
   A    a 
       A     a 
 
 
 
 
 
AA 
  Aa        Aa    aa 
 
           
 
 F
2
     
sarı        sarı          sarı      yaşıl 
Sxemdən  aydın  olur  ki,  birinci  nəsildə  (F
1
-də)  sarılıq  geni  (A)  və 
yaşıllıq geni (a) bir orqanizmdə birləşmiş və Aa hibridi meydana çıxmışdı. 
Bu  hibridin  toxumları  sarı  (Aa)  idisə  də  lakin  saf  deyildi,  yəni  onun 
irsiyyətində həm və həm də a allel genləri vardı. Bu cür qatışıq irsiyyətli 
sarı  rəngli  toxum  verən  bitkilərdən  nəsil  aldıqda  həm  sarı,  həm  də  yaşıl 
noxudlar meydana çıxmışdır. Birinci nəsildə gizli qalan – resessiv əlamət, 
ikinci  nəsildə  üçün  birə  -  (3:1)  nisbətilə  meydana  çıxmışdı.  F
2
-də  alınan 
noxudların çoxu, daha doğrusu, dörddə üç hissəsi sarı və dörddə bir hissəsi 
isə  yaşıl  oldu.  Nə  üçün  3  pay  sarı  və  1  pay  yaşıl  noxudlar  alınmışdı? 
Faktlar bunu göstərirdi:  F
2
-də  alınan  8023  noxuddan  6022-si  sarı,  2001-i 
yaşıl olmuşdu. Bu isə 3:1 nisbətini göstərir. Bu hadisəni izah etmək üçün 
Mendel qametlərin saflığı hipotezini irəli sürdü. 
 
Qametlərin “saflığı” 
 
Monohibrid  çarpazlaşma  zamanı  əlamətlərin  ikinci  nəsildə 
parçalanmasının  əsasını  heteroziqot  orqanizmlərdə  allellərin  qarışmaması 
təşkil edir. O, qametlərin “saflığı” hipotezi adlanır. Bu hipotezə görə, hər 
hansı  əlamətə  görə  heteroziqot  olan  fərddə  bu  əlaməti  idarə  edən  allel 
genlər  homoloji  xromosomlarda  identik  sahələrdə  yerləşir.  Meyoz 
nəticəsində hər bir qametə cüt xromosomlardan ancaq biri düşür. Belə ki, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə