Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   82

 
~ 53 ~ 
Anafaza  I.  İki  xromatiddən  ibarət  olan  homoloji  xromosomlardan 
hər biri bölünmə iyinin qütblərinə doğru hərəkət etməyə başlayır. Bu son 
nəticədə hər bir bölünmə qütbündə haploid xromosom dəsti əmələ gətirir. 
Beləliklə,  birinci  meyoz  bölünməsinin  bu  fazası  mitoz 
anafazasından  onunla  fərqlənir  ki,  bölünmə  iyi  qütblərinə  doğru  qız 
xromosomlar  gedir.  Nəticədə  hər  qütbə  çəkilmiş  xromosom  dəsti  sayına 
görə haploid (n), DNT-nin miqdarına görə 2 c-dir. Çünki bütün homoloji 
xromosomlar iki xromatiddən ibarətdir. 
Telofaza  I  –  Meyoz  I-in  ən  qısa  fazasıdır,  tərkibində  haploid 
xromosom yığını (n) və 2c DNT olan iki qız hüceyrənin əmələ gəlməsi ilə 
nəticələnir. Bu dövrdə bir nüvədə iki haploid nüvə əmələ gəlməsinə səbəb 
olur. 
Telofaza  I-dən  sonra  xromosomlar  qısa  interfaza  dövrü  keçir 
(burada  o,  interkinez  adlanır).  Lakin  onun  interfazadan  fərqi  ondadır  ki, 
burada  DNT  ikiləşmir.  Çünki,  artıq  I  meyotik  bölünmədə  xromosomlar 
ikiləşmiş  xromatidlərdən  ibarət  olur.  Bundan  sonra,  ikinci  meyotik 
bölünmə başlayır. 
Profaza  II.  Bu  fazada  gedən  proseslər  mitoz  bölünmənin 
profazasından  demək  olar  ki,  (xromosomların  spirallaşması,  nüvəciyin 
itməsi, nüvə  membranının dağılması, bölünmə iyinin formalaşması  və s.) 
fərqlənmir. 
Metafaza  II.  Xromosomlar  bölünmə  iyinin  ekvatoru  boyu 
yerləşərək  metafaza  lövhəsi,  yaxud  ekvatorial  lövhə  əmələ  gətirir. 
Xromatidlər  bir-birindən  ayrılır  və  onların  ayrılması  nəticəsində  arasında 
nazik sahə sentromerlərlə birləşən sahə aydın görünür. 
Anafaza II. Sentromerlər bölünür və qız xromatidlər (xromosomlar) 
bölünmə  iyi  qütblərinə  tərəf  çəkilir.  Nəticədə  qütblərdə  “c”  miqdarda 
DNT-yə malik haploid xromosom yığını formalaşır. 
Telofaza II. Qız xromosomların bölünmə iyi qütblərinə çatması ilə 
başlayır. 
 
 
 
 
 
 
 
 
 


 
~ 54 ~ 
Beləliklə,  birinci  meyoz  bölünmə  nəticəsində  iki  hüceyrə  yaranır. 
Hüceyrələrin  hərəsində  bir  haploid  xromosom  yığını  (n),  lakin  ikiqat 
miqdarda  (2  c)  DNT  olur.  Buna  görə  də  I  meyoz  bölünmə  -  reduksion 
adlanır. İkinci meyoz bölünmə prosesində “n” haploid xromosom yığını və 
“c”  miqdarda  DNT  olur.  Həmin  səbəbdən  II  meyoz  bölünmə  -  ekvasion 
adlanır. 
 
Cinsi  çoxalma.  Qametogenez  
 
İnsanların  və  heyvanların  embrionlarında  rüşeym  halında  olan, 
indifferent ilkin cinsi hüceyrələr – qonadalar bir sıra təkrar bölünmələrdən 
sonra  –  qonidi  adlanan  hüceyrələrə  çevrilir.  Əvvəlcə  hər  iki  cinsdə  bu 
hüceyrələr eyni olur, lakin sonralar differensasiya baş verdikdə erkəklərdə 
spermatonilər,  dişilərdə  isə  -  ooqonilər  əmələ  gəlir.  Bir  sıra  mitotik 
bölünmələrdən  sonra  xromosomlarını  diploid  sayda  saxlamaqla  bu 
hüceyrələr  kiçilir  və  bölünmə  prosesi  dayanır.  Bundan  sonra  həmin 
hüceyrələr boy atma, böyümə mərhələsinə keçir və həcmcəsi böyüyür. Bu 
dövrdə xromosomları diploid sayda olan yetişməmiş erkək cinsi hüceyrələr 
birinci dərəcəli spermatosit (spermatosit I), dişi cinsi hüceyrələr isə birinci 
dərəcəli oosit (oosit I) adlanır. Bundan sonra erkək və dişi cinsi hüceyrələr 
yetişmə  mərhələsinə  daxil  olur.  Bu  mərhələdə  meyoz  bölünməyə  məruz 
qalırlar.  Dişi  və  erkək  cinsi  hüceyrələrin  yetişmə  prosesləri  arasında  fərq 
olduğu üçün ayrılıqda nəzərdən keçirək. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 18.  I – çoxalma; II – böyümə; III – yetişmə; IV – formalaşma. 


 
~ 55 ~ 
Cinsi hüceyrələrin yetişməsi və formalaşması prosesi qamefonegez 
adlanır. 
Əksər  çoxhüceyrəli  heyvanlarda  qametlər  qonada  adlanan  xüsusi 
vəzlərdə - erkəklərdə toxumluqda, dişilərdə isə yumurtalıqda əmələ gəlir. 
Cinsi  hüceyrələrin  yaranması,  inkişaf  prosesi  erkəklərdə  spermatogenez, 
dişilərdə  isə  ovogenez  adlanır.  Həm  dişilərdə,  həm  də  erkəklərdə  cinsi 
hüceyrələrin  yetişməsi,  formalaşması  prosesi  bir  neçə  mərhələdə  gedir: 
çoxalma, böyümə, yetişmə, formalaşma (şəkil 18). 
Spermatogenez.  Yuxarıda  qeyd  etdik  ki,  erkək  orqanizmlərin 
toxumluğunda  başlanğıc  erkək  cinsiyyət  hüceyrələri  spermatoqonilər 
mitoz yolla çoxalaraq I dərəcəli spermatositlərə çevrilir. Sonra spermatosit 
I meyoz prosesinə daxil olur. 
Birinci  dərəcəli  spermatositlərdə  (spermatosit  I)  hələ  böyümə 
zamanı  meyozun  profaza  I  mərhələsinə  xas  olan  dəyişmələr  baş  verir. 
Meyoz  I-dən  sonra  II  dərəcəli  spermatositlər  (spermatosit  II)  əmələ  gəlir. 
Onlarda  xromosomların  sayı  haploid  olur.  Meyoz  II-dən  sonra  hər  bir 
spermatosit  II-dən  iki  hüceyrə  əmələ  gəlir.  Bu  hüceyrələr  spermatid 
adlanır.  Beləliklə  xromosomları  diploid  sayda  olan  bir  hüceyrə  - 
spermatosit  I-dən  iki  meyotik  bölünmənin  nəticəsində  dörd  haploid 
spermatid  əmələ  gəlir.  Spermatidlərin  spermatozoidə  çevrilməsi 
formalaşma  mərhələsində  baş  verir  və  bu  proses  spermiogenez  adlanır. 
Yetişmiş  spermatozoid  baş,  boyun  və  quyruq  hissələrdən  ibarətdir. 
Spermatozoidin 
nüvəsi 
spermatozoidin 
baş 
hissəsinə 
çevrilir. 
Sitoplazmanın  orqonoidləri  modifikasiyaya  uğrayaraq  spermatozoidin 
digər orqanlarına çevrilir. Bütün bu proseslər nəticəsində toxum kanalının 
iç divarında yerləşən spermatozoidlər formalaşır. 
Ovogenez  –  dişi  cinsi  hüceyrələrin  inkişaf  prosesi  olub,  çoxalma, 
böyümə, yetişmə və formalaşma mərhələlərini keçir. Ovogenez prosesində 
dişi  cinsi  hüceyrələr  yetişir  və  formalaşır.  Bu  proses  iki  ardıcıl  meyoz 
bölünmə  nəticəsində  baş  verir  və  haploid  xromosom  dəstinə  malik  cinsi 
hüceyrələrin yaranması ilə nəticələnir. 
Məməlilərdə və insanda dişi cinsi hüceyrələrin çoxalma və böyümə 
mərhələsi yumurtalıqda, yetişmə mərhələsi isə yumurta borularında keçir. 
Yumurtalıqda  başlanğıc  cinsiyyət  hüceyrələri  ooqonilər  adlanır. 
Bunlar  I  dərəcəli  oositlərə  başlanğıc  verir.  Meyozun  I  bölünməsində  1 
dərəcəli  oositlər  bölünür,  lakin  spermatogenez  də  olduğu  kimi  bərabər 
ölçüdə  iki  hüceyrə  alınmır.  Hüceyrələrin  birinə  çox  sitoplazma  düşür, 
digəri  isə  kiçik  olur.  Kiçik  hüceyrə  qütb  cisimciyi  adlanır.  Beləliklə  II 
dərəcəli  oosit  əmələ  gəlir.  Meyozun  II  bölünməsində  II  dərəcəli  oositlər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə