Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   82

 
~ 41 ~ 
oynayır. 
Plastidlər 1976-cı ildə A.Levenhuk tərəfindən müşahidə edilmişdir. 
Bitki  hüceyrələrinə  xas  olan  ümumi  orqanoiddir.  Funksiyasından  və 
rəngindən  asılı  olaraq  bitki  hüceyrələrində  üç  əsas  plastid  mövcuddur: 
xloroplastlar,  leykoplastlar,  xromoplastlar.  Plastidlərin  funksiyası 
hüceyrədə  nişastanın,  piqmentlərin,  habelə  lipidlərin  sintezi  və  əsasən 
fotosintez prosesini həyata keçirməkdir. 
Nüvə. Nüvə bütün enkariot hüceyrələrin əsas tərkib hissəsidir. Nüvə 
ilk dəfə 1831-ci ildə R.Praun tərəfindən aşkar edilmişdir. Nüvə irsiyyətin 
ötürülməsində əsas rol oynayır. 
Hüceyrədə  adətən  bir  nüvə  olur,  bəzi  hüceyrələrdə  isə  2-3  ədəd, 
bəzən isə 100 və daha çox olur. Məsələn, sümük iliyi hüceyrələrində, eninə 
zolaqlı  əzələ  hüceyrələrində,  qara  ciyər  hüceyrələrində  və  s.  Nüvənin 
forması  müxtəlif  olur  və  bu  hüceyrənin  formasından,  yaş 
xüsusiyyətlərindən, hüceyrəətrafı mühitin təsirindən asılıdır. 
Quruluşuna  görə  nüvə  xaricdən  nüvə  membranı  (nukleolemma, 
kariolemma)  ilə  nüvə  şirəsi  (karioplazma,  nukleoplazma)  sitoplazmadan 
ayrılmışdır. Nüvə şirəsində xromatin dənələri, nüvəcik və ribosomlar olur. 
Nüvənin  iki  müxtəlif  halı  ayırd  edilir:  interfaza  nüvəsi  və 
bölünmədə olan hüceyrə nüvəsi. 
İnterfaza nüvəsi hüceyrə bölünmələri arasındakı dövrdə olan nüvəyə 
deyilir. İnterfaza nüvəsinin komponentlərindən biri xromatin yığımlarıdır. 
Onlar  müxtəlif  ölçülü  dənələr  və  yığımlar  formasında  və  nadir  hallarda 
şapabənzər  törəmələr  şəklində  olur.  Xromatin  dənələrindən  hüceyrə 
bölünən  zaman  xromosomlar  formalaşır.  Xromatin  zülal  və  DNT-dən 
əmələ gəlir. 
Nüvəcik.  Nüvənin  əsas  komponentlərindən  biri  də  nüvəciklərdir. 
Onların sayı bir neçə ədəd olur. Nüvəciklərin forması adətən sferik, nadir 
hallarda 
qeyri-düzgündür. 
Elektron 
mikroskopu 
vasitəsi 
ilə 
müəyyənləşdirilmişdir  ki,  nüvəciklərin  sıxlığı  kariolimfanın  saxlığından 
artıqdır  və  ondan  qılıfla  ayrılmamışdır.  Nüvəcik  ribosom  RNT-sinin 
sintezində,  nukleoproteidlərin  əmələ  gəlməsində,  mitoz  prosesində, 
nüvənin və sitoplazmanın qarşılıqlı əlaqəsində iştirak edir. 
 
Xromosomların  sayı  və  quruluşu 
 
Hər  bir  hüceyrənin  fərdi  inkişafının  müəyyən  dövründə  xromatin 
maddəsindən xromosomlar formalaşır. Bütün birhüceyrəli və çoxhüceyrəli 
orqanizmlərin  hüceyrələri  sabit  xromosom  yığımına  malikdir.  Normada 


 
~ 42 ~ 
eukariot  hüceyrələrində  xromosomlar  cütdür,  hər  bir  xromosomun  öz 
homoloqu vardır və xromosom yığımı diploid (2 n) adlanır.Yalnız yetişmiş 
cinsi hüceyrələrdə haploid (n) sayda xromosom olur. 
Müxtəlif  orqanizmlərdə  xromosomların  sayı  çox  müxtəlifdir.  Hər 
bir  bitki  və  heyvan  növü  üçün  xromosomların  sayı  sabitdir  və  növün 
əlamətlərindən biridir. 
Ən az diploidli  xromosom  sayı  malyariya plazmodisində olub  – 2, 
insan askaridində – 4, adi ağcaqanadda – 6, durna balığında – 18, şirin su 
hidrasında  –  32,  salamandrada  –  34,  pişikdə  –  38,  adadovşanında  –  44, 
insanda – 46, şimpanzedə – 48, qoyunda – 54, atda – 66, ev toyuğunda – 
78, çəki balığında – 104, çay xərçəngində – 196 xromosom vardır. 
Bitkilərdən  bəzi  mürəkkəbçiçəklilərdə  –  4,  soğanda  –  16,  qarğı- 
dalıda – 20, müxtəlif buğdalarda – 14, 28, 42, bağ çiyələyində – 56 və s. 
sayda olur. 
Ən  çox  diploid  xromosom  sayı  1000-1500-ə  çatan  sarkodinlər 
sinfindən  radiolyarilərin  bəzi  nümayəndələrindədir.  Bitkilər  arasında  bu 
baxımdan bir növ, rekordçu ilandilli qıjısı (500 ədəd), tut ağacı (308 ədəd) 
və s.-dir. 
Xromosomların  biokimyəvi  analizi  onlarda  dörd  makromolekul 
tipinin  olduğunu  göstərmişdir:  DNT,  RNT,  aşağı  molekullu  əsasi  zülal  – 
histon,  turş  zülal  –  qalıq  zülal.  Bundan  başqa,  xromosomlarda  az  miqdar 
lipidlər,  kalsium,  maqnezium,  dəmir  və  DNT-polimeraza  fermentinin  də 
olduğu aşkar edilmişdir. 
DNT  molekulu  histonla  qarşılıqlı  əlaqəyə  girərək  nukleoproteid 
kompleksi  əmələ  gətirir.  Nukleoproteid  kompleksi  arginin  və  lizin 
aminturşusuna malik histonlarla daha zəngindir. 
Xromosomun əsas struktur vahidi DNT molekuludur. Xromosomda 
aşkar  edilən  RNT  isə  onun  əsas  struktur  vahidi  sayılmır,  çünki  RNT 
sitoplazmaya keçir və zülalın biosintezində iştirak edir. RNT molekulu ilə 
əlaqədar  olan  qalıq  zülalın  rolu hələlik  aydın  deyildir.  Belə  hesab  edirlər 
ki, qalıq zülal DNT-histon kompleksini əlaqələndirən zülaldır. 
Xromosomların quruluşunun  morfoloji xüsusiyyətləri  metafaza, 
yaxud  erkən  anafaza  mərhələsində  özünü  aydın  höstərir.  Bu  zaman 
xromosomlar  ekvatorial  müstəvidə  yerləşir  və  yüksək  dərəcədə 
spirallaşdığına  görə  daha  qısa  olur.  Mitotik  bölünmənin  həmin 
mərhələlərində  xromosomların  forma  və  ölçü  fərqini  yaxşı  görmək 
mümkündür (şəkil 13). 
Xromosomların  forması  onu  iki  çiyinə  bölən  ilkin  daralmaların, 
yaxud  sentromerlərin  tutduğu  mövqe  ilə  müəyyənləşir.  Sentromerlərin 


 
~ 43 ~ 
yerləşmə yerindən asılı olaraq dörd xromosom tipi ayırd edilir. 
1.  Metasentrik  xromosom  –  bərabər,  yaxud  demək  olar  ki,  bərabər 
uzunluqda çiyinlərə malik
2. Submetasentrik – qeyri-bərabər uzunluqda çiyinlərə malik; 
3.  Akrosentrik  –  çox  qısa,  əslində  görünməyən  ikinci  çiyinə  malik 
çöpşəkilli xromosomlar; 
4.  Telosentrik-sentromerləri  proksimal  və  ya  ucda  yerləşən 
çöpşəkilli xromosomlar. 
 
 
 
 
 
 
 
 
 
Şəkil 13. Xromosomların formaları. A – metasentrik; B – submetasentrik;  
V – akrosentrik; Q – telosentrik; I – mikroskopik görünüşü; II – sxematik görünüşü. 
 
Sentromer  (kinetoxoz)  xromosomun  kiçik  dənəli  açıq  zonasıdır. 
Mitoz  bölünmə  zamanı  həmin  zonaya  hüceyrə  mərkəzinin  axromatin 
bölünmə  iyi  tellərinin  formalaşmasında  iştirak  edən  mikroborucuqlar 
yaxınlaşır ki, nəticədə xromosomlarla bölünmə iyi arasında əlaqə yaranır. 
Bu  əlaqə  xromatidlərin  bölünən  hüceyrələrin  qütblərinə  hərəkətini  təmin 
edir. 
Xromosomlarda  əsasən  bir  sentromer  olur  ki,  onlar  monosentrik 
xromosomlar adlanır. Lakin iki sentromerli disentrik xromosomlara da rast 
gəlinir. 
Xromosomların  submikroskopik  tədqiqi  göstərdi  ki,  onların 
tərkibində zülalla (histon) birləşmiş, qalınlığı 40-100A
0
 olan, xromosomun 
əsasını  təşkil  edən  DNT  molekulu,  xromofibril  adlanan  elementar  sapın 
bütün  uzunu  boyu  yerləşir.  Bu  elementar  saplar  nukleoproteiddir  və  bu 
saplar xromosomların əsas quruluş vahididir. Xromosomun tərkibinə daxil 
olan elementar sapların spirallaşması nəticəsində onlar qısalır, yoğunlaşır. 
Hüceyrə bölünən zaman isə maksimum spirallaşmış vəziyyətdə olurlar. 
İlk  dəfə  1880-ci  ildə  O.V.Barenetski  tradeskansiya  tozcuqlarının 
hüceyrələrində  xroçosomun  nazik  və  qıvrım  tellərdən  ibarət  struktura 
malik  olmasını  göstərmişdir.  1912-ci  ildə  F.Veydovski  həmin  ayrı-ayrı 






Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə