Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   82

 
~ 32 ~ 
polipeptidlərdən  ibarətdir.  Yaşlı  insanın  qanında  hemoqlobinin  böyük 
hissəsi tetramer 
2
2


 (Hb-A) təşkil edir. 
İnsan  genomunda  hemoqlobin  genləri  iki  klasterdə  16-cı 
xromosomda  bütün 

-bənzər  genlər,  11-ci  xromosomda  isə  bütün 

-
bənzər genlər yerləşmişdir. Hər bir klasterdə psevdogenlər vardır. 
Maraqlıdır  ki,  genlərin  xromosomlarda  bu  cür  yerləşməsinə 
baxmayaraq,  onlar  hansı  ardıcıllıqla  ontogenezin  gedişində  işə  düşürlər. 
Bu  genlər  ayrı-ayrı  toxumalarda  və  ontogenezin  müxtəlif  mərhələlərində 
fəaliyyətə başlayır. Bu fakt isə bu genlərin ekspressiyasına sərbəst nəzarət 
olunduğunu göstərir. Bütün bu deyilənlər eukariotlarda operon prinsipi ilə 
ümumi nəzarətin olmadığını göstərir. 
Drozofildə nRNT genləri hər birində 1-2 gen olmaqla xromosomun 
müxtəlif  sahələrində  yerləşir.  Yalnız  sahələrdən  birində  16  gen  50  n.c. 
uzunluğunda kiçik bir sahəni tutur, baxmayaraq ki, onların transkripsiyası 
eyni promotorla nəzarət olunur. 
Transkripsiya  olunan  sahələr  DNT-nin  transkripsiya  olunmayan 
speyserlər  adlanan  sahələri  ilə  ayrılır.  Bu  sahələrin  uzunluğu  məs.,  1750 
n.c. maya göbələyində, 3750-6450 n.c. drozofildə və s. 
Transkripsiya olunmayan sahələr, təkrarlanır və hər bir təkrar vahidi 
digərindən asılı olmadan fəaliyyət göstərir. 
 
Genin  quruluş  və  tənzimləyici  hissəsi 
 
Hər bir gen quruluş və tənzimləyici hissələrdən ibarətdir. 
Tənzimləyici  hissə  transkripsiya  başlayan  sahədən  promotordan 
transkripsiya  qurtaran  sahəyə  –  terminasiya  sahəsinə  qədər  əhatə  edir. 
DNT-nin  ikiqat  spiralı  promotor  sahəsində  promotorlara  RNT-
polimerazanın təsiri ilə denaturasiya olunur, eukariotlarda isə transkripsiya 
kompleksi  əmələ  gəlir.  Promotorlar  RNT-polimerazanı  tanıyan  nukleotid 
ardıcıllığına malikdir. 
Transkripsiya RNT-polimeraza fermenti terminasiya sahəsinə və ya 
terminatora  çatanda  başa  çatır.  Terminasiya  ardıcıllığının  iki  tipi  vardır. 
Bit  tip  ardıcıllıq  RNT-polimerazanı  birbaşa  tanıyır,  digər  tip  isə  RNT-
polimerazanı 

-faktorla assosiasiyada tanıyır. 
 
 
 
 
 


 
~ 33 ~ 
Molekulyar genetikaya aid izahlı məsələlər: 
1.
 
Asparagin  –  qlisin  –  fenilalanin  –  prolin  –  tronin  polipeptid 
zəncirin ardıcıllığını təşkil edən amin turşularıdır. Verilmiş polipeptid 
zənciri kodlaşdıran DNT sahəsinin quruluşunu təyin edin. 
Həlli: 
Məsələnin şərtində polipeptid zəncirdə amin turşularının  ardıcıllığı 
verilmişdir. Buna əsasən verilmiş polipeptid sintezini idarə edən məlumat 
RNT-nin  quruluşunu  müəyyən  etmək  çətin  deyildir.  Təqdim  edilmiş  kod 
cədvəlinə  əsasən  asparagin  (AAU)  üçün,  sonra  qlisin  (QQU),  fenilalanin 
(UUU),  prolin  (SSU)  və  treonin  (ASU)  üçün  tripletlərin  quruluşunu 
tapırıq. Kodlaşdırıcı tripletləri müəyyən etdikdən sonra verilmiş polipeptid 
üçün məlumat RNT-ni tərtib edirik: 
 
 
 
A A U Q Q U U U U S S U A S U  
Bu  göstərilən  məlumat  RNT-nin  zəncirinə  görə,  onun  sintez 
olunduğu  DNT  telini  bərpa  etmək  olar.  Onda,  bizi  maraqlandıran  DNT 
telinin sahəsi aşağıda verilmiş quruluşa malik olacaqdır: 
 
 
 
T T A S S A A A A Q Q A T Q A 
DNT molekulunun iki teldən ibarət olduğu bizə məlumdur. Odur ki, 
DNT molekulunun bir telinin quruluşunu bildikdən sonra komplementarlıq 
prinsipinə  əsasən  onun  ikinci  telini  tərtib  edə  bilərik.  Beləliklə,  verilmiş 
polipeptidi  kodlaşdıran  DNT-nin  sahəsi  bütövlükdə  aşağıdakı  quruluşa 
malik olacaqdır. 
 
 
 
T T A  S  S  A  A   A  A Q Q  A T   S  A  
 
 
 
 |   |   |   |   |    |    |     |    |   |   |   |    |    |    | 
 
 
 
A A T Q Q  T  T    T  T  S  S  T  A  Q T 
 
2.
 
Mədəaltı  vəzinin  ribonukleaza  zənccirlərində  polipeptid 
zəncirlərindən  birində  amin  turşuları  aşağıdakı  ardıcıllığa  malikdir: 
lizin-asparagin  turşusu  –  qlisin  –  treonin  –  asparagin  turşusu  – 
qlutamin  turşusu  –  sistein.  Göstərilən  polipeptid  zəncirin  sintezini 
idarə edən məlumat RNT-ni təyin edin. 
Həlli: 
Məsələnin  şərtində  mədəaltı  vəzinin  ribonukleaza  zəncirlərində, 
polipeptid  zəncirlərindən  birində  amin  turşularının  ardıcıllığı  verilmişdir. 
Bu verilmiş amin turşu ardıcıllığına görə polipeptid zəncirin sintezini idarə 
edən  məlumat  RNT-nin  təyin  edilməsi  tələb  olunur.  Bunun  üçün  kod 
cədvəlindən istifadə edərək verilmiş amin turşularını kodlaşdıran tripletləri 
müəyyən etdikdən sonra, göstərilən polipeptid zəncirin sintezini idarə edən 
məlumat  RNT-ni  təyin  edirik.  Beləliklə,  məlumat  RNT-nin  quruluşunu 
müəyyən edən tripletlər ardıcıllığı aşağıdakı kimi olacaqdır: 


 
~ 34 ~ 
 
 
 
A A A A A U Q Q U A S U A A U U Q U 
3.
 
Mədəaltı vəzi ribonukleazası zəncirlərindən biri aşağıdakı 14 
amin  turşusundan  ibarətdir:  qlutamin-  qlisin-  asparagin  turşusu- 
prolin-  tirozin-  valin-  histidin-  fenilalanin-  asparagin-  alanin-  serin- 
valin. Ribonukleaza zəncirinin bu sahəsini kodlaşdıran DNT molekulu 
sahəsinin quruluşunu təyin edin. 
Həlli: 
Məsələnin  şərtində  mədəaltı  vəzi  ribonukleazası  zəncirlərindən 
birinin  14  aminturşu  ardıcıllığına  malik  olduğu  göstərəlmişdir.  Bununla 
əlaqədar  olaraq  ribonukleaza  zəncirinin  bu  sahəsini  kodlaşdıran  DNT 
molekulu  sahəsinin  quruluşunu  təyin  etmək  tələb  olunur.  Buna  əsasən 
verilmiş  polipeptidin  sintezini  idarə  edən  məlumat  RNT-nin  quruluşunu 
müəyyən  etmək  çətin  deyildir.  Kod  cədvəlinə  əsasən  verilmiş  amin 
turşularını kodlaşdıran tripletlərin ardıcıllığını müəyyən etmək olar: 
SAAQQUAAUSSUUAUQUUSSUQUUSAUUUUQAUQSUUSUQUU 
İndi  məlumat  RNT-nin  zəncirinə  görə  onun  sintez  olunduğu  DNT 
molekulunun bir telini bərpa etmək mümkündür: 
QTTSSATTAQQAATASAAQQASAAQTAAAASTASQAAQASAA 
DNTmolekulunun iki teldən təşkil oolunduğu bizə məlumdur. Odur 
ki,  DNT  molekulunun  bir  telinin  quruluşunu  bildikdən  sonra 
komplementarlıq  prinsipinə  əsasən  onun  ikinci  telini  tərtib  edə  bilərik. 
Beləliklə, ribonukleaza zəncirinin bu sahəsini kodlaşdıran DNT  molekulu 
sahəsinin quruluşu aşağıdakı kimi olacaqdır: 
QTTSSA TT AQQAATASAAQQASAAQTAAAASTA SQAAQASAA 
|  | | | | |  |   |  |   | |  |  |  |   |  |  |  |  |  |  | |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |  |     
SAAQQUAAUSS UUAUQUUSSUQUUSAUUUUQAUQSUUSUQUU 
4.
 
Polipeptid  zəncirinin  bir  hissəsini  kodlaşdıran  DNT 
molekulunun müvafiq sahəsi aşağıdakı quruluşa malikdir: 
A S S A T T Q A S S A T Q A A  
Polipeptid zəncirində amin turşularının ardıcıllığını təyin edin. 
Həlli: 
Məsələnin şərtində polipeptid zəncirin bir hissəsini kodlaşdıran DNT 
molekulunun  müvafiq  sahəsi-  tripletlər  ardıcıllığı  verilmişdir.  Bunlara 
əsasən polipeptid zəncirdə amin turşularının ardıcıllığını təyin etmək tələb 
olunur. Deməli, məlumat RNT-nin sintez olunduğu DNT-nin yalnız bir teli 
verilmişdir.  Odur  ki,  məsələnin  şərtinə  əsasən  məlumat  RNT-ni  tərtib 
edirik: 
 
 
 
      UQQUAASUQQUASUU 
Bundan sonra bunları tripletlərə ayırmaq lazımdır: 
 
 
 
UQQ, UAA, SUQ, QUA, SUU. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə