Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   82

 
~ 56 ~ 
yenə əvvəlki kimi iki yerə bölünür. Nəticədə I dərəcəli oositdən dörd ədəd 
hüceyrə  əmələ  gəlir,  lakin  bunlardan  ancaq  biri  mayalanmağa  qabil  olan 
yumurta  hüceyrəyə  çevrilir,  qalan  üçü  isə  qütb  cisimciyi  adlanır,  az 
miqdarda sitoplazmaya malik olur və mayalanmada iştirak etmir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 19. 
 
Mayalanma 
 
Çoxhüceyrəli  orqanizmlərdə  mayalanma  prosesinin  mahiyyəti  hər 
valideynin genetik informasiyasını daşıyan dişi və erkək cinsi hüceyrələrin 
bir  yeni  hüceyrədə  -  ziqotda  birləşməsidir.  Haploid  xromosom  saylı 
spermatozoid  yumurta  hüceyrəsinə  daxil  olur.  Erkək  pronukleos  dişi 
pronukleosa doğru hərəkət  edir və onların  arasında  mayalanma gedir.  Bu 
qayda  üzrə  meydana  gələn  ziqotda  ata  və  ana  xromosomları  qovuşur  və 
sabit  diploid  xromosom  sayı  bərpa  olunur.  Ata  və  ana  orqanizmləri  irsi 
informasiyalarını  öz  xromosomları  ilə  ziqotaya  –  lk  rüşeymə  köçürmüş 
olur. 
Ziqotanın  mitoz  yolu  ilə  bölünərək  çoxalması  sayəsində  rüşeym 
 


 
~ 57 ~ 
inkişafa başlayır. Rüşeymin bütün gələcək hüceyrələrində xromosom sayı 
diploid olur. Hər homoloji xromosomlardan biri ata, digəri isə ana tərəfdən 
verilmiş olur. 
 
Bitkilərdə cinsiyyətli çoxalma 
 
Ali  bitkilərdə  tozcuqlar  bitkinin  tozluqlarında  əmələ  gəlir. 
Tozluqlarda  tozcuq  verən  çoxlu  mikroskopik  ana  hüceyrələr  olur. 
Bunlarda meyoz gedir və tetradalar, yəni dörd haploid hüceyrə qrupundan 
ibarət  mikrospor  əmələ  gəlir.  Sonra  bu  hüceyrələr  bir-birindən  ayrılır  və 
yetkin  tozcuq  dənəsini  əmələ  gətirir.  Bunlardan  biri  vegetativ,  digəri 
generativ  hüceyrə  adlanır.  Vegetativ  hüceyrənin  nüvəsi  tozcuq  dənəsinin 
mərkəzində  yerləşir  və  artıq  bölünmür;  generativ  nüvə  isə  bir  daha 
bölünərək iki spermanın nüvəsinə başlanğıc verir. Bunlardan hər biri ayrı – 
ayrı  hüceyrələrdə  yerləşir.  Bu  cür  tozcuq  dtənələri  artıq  yetişmiş  olur  və 
mayalanmağa qabildir. 
Rüşeym kisəsi bitki toxumluğunda meqosporun (makrosporun) ana 
hüceyrələrindən  əmələ  gəlir.  Belə  hüceyrələr  meyoz  nəticəsində 
xromosom sayı azalmış dörd meqospora başlanğıc verir. Bunlardan ancaq 
biri inkişaf edib rüşeym kisəsini əmələ gətirir, üçü isə degenerasiya etmiş 
olur. 
Rüşeym  kisəsinin  əmələ  gəlməsində  bir-birinin  ardınca  üç  dəfə 
mitoz  bölünmə  gedir  və  rüşeym  kisəsində  8  nüvə  əmələ  gəlmiş  olur. 
Bunlardan üçü rüşeym kisəsinin ön ucunda yerləşir. Bunlarda biri yumurta 
hüceyrəsinə çevrilir, qalan ikisi isə sinergid adlanır. Qalan 5 nüvədən üçü 
antipod hüceyrələri adlanır və onlar rüşeym kisəsinin dal ucunda yerləşir, 
qalmış iki palyar (qütb) nüvələr isə rüşeym kisəsinin dal ucunda yerləşir. 
Mərkəzdə  olan  bu  iki  nüvə  bir-biri  ilə  qarışıb  bir  mərkəzi  nüvə  əmələ 
gətirir.  Buna  görə  də  başqa  nüvələrə  nisbətən  bu  nüvə  diploid  sayda 
xromosoma malik olur. 
Beləliklə  bitkilərdə  qametogenez  prosesi  başa  çatır,  mayalanmağa 
qabil olan tozcuq və yumurta hüceyrələri inkişaf etmiş olur. 
Bitkilərdə  mayalanma.  Çiçəkli  bitkilərdə  tozlanma  zamanı  erkəkciklərin 
tozluğunda  yetişmiş  tozcuq  dənələri  rüşeym  kisəsinin  dişiciyinin 
ağızcığına düşür və sonra ora da cücərərək tozcuq borusu əmələ gətirir. 
Tozcuq  borusunda  olan  sperma  nüvəsindən  biri  haploid  yumurta 
hüceyrəsini mayalandırır, digəri isə mərkəzi hüceyrənin diploid nüvəsi ilə 
qarışır  və  triploid  nüvəni  əmələ  gəlir.  Bu  tripoid  nüvə  isə  endospermə 
başlanğıc verir Bitkilərdə də bu cür mayalanma ikiqat mayalanma adlanır. 


 
~ 58 ~ 
Bu cür ikiqat mayalanmadan sonra ardıcıl mitoz bölünmə gedərək rüşeym 
meydana gəlir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 20. 
 
Cinsiyyətli çoxalmanın qeyri-müntəzəm tipləri 
 
Normal  və  müntəzəm  gedən  cinsiyyətli  çoxalmadan  başqa 
portenogenez, androgenez, kinogenez, apomiksis və s. kimi çoxalma tipləri 
vardır. 
Partenogenez. 
Spermatozoidlərin  iştirakı  olmadan  yumurta 
hüceyrəsinin  bölünərək  inkişaf  etməsi  və  bu  qayda  üzrə  nəsil  alınmasına 
partenogenez  və  ya  qız  çoxalma  deyilir.  Partenogenez  təbii  və  süni  olur. 
Təbii  partenogenezdə  yumurta  hüceyrəsi  daxili  və  ya  xarici  faktorların 
təsirindən bölünür və spermatozoidin iştirakı olmadan rüşeym inkişaf edir. 
Təbii  partenogenez  bəzi  canlılar  üçün  məsələn,  ibtidai 
xərçəngkimilər,  rotatorilər,  zərqanadlılar  və  s.  üçün  xarakterikdir.  Bəzi 
heyvanlarda partenogenezdə mayalanmamış yumurtadan ancaq dişi əmələ 


 
~ 59 ~ 
gəlir.  Erkəklər  isə  mayalanmış  yumurtadan  inkişaf  edir.  Bəzi  ibtidai 
xərçəngkimilərdə, məsələn dafniyalarda partenogenez normal çoxalma ilə 
növbələşir.  Bunlar  əlverişli  şəraitdə  partenogenez  yol  ilə  çoxalır,  ilkin 
yumurtada meyoz getmədən ancaq dişi cinsiyyət əmələ gəlir. Ona görə də 
dafniyada  dişi  cinsiyyət  diploid  xromosoma  malikdir.  Qeyri-əlverişli 
şəraitdə temperaturun  aşağı düşməsi və qida çatışmaması dişi orqanizmin 
yumurta qoymasına səbəb olur.  Bu haploid yumurta partenogenez  yol ilə 
çoxalır və haploid xromosoma malik erkək fərdlər törəyir. 
Süni partenogenez eksperimental yolla alınan partenogenezə deyilir. 
İlk dəfə A.A.Tixomirov 1885-ci ildətut ipəkqurdunun yumurtalarında süni 
partenogenez əldə etmişdir. 
Bəzi  canlılarda  süni  partenogenez  yolu  ilə  istənilən  cinsiyyətin 
alınması məsələsini həll etməyə çalışırlar. 
Androgenez–partenogenezin  bir  növüdür.  Bu  zaman  yumurtanın 
nüvəsi bu və ya başqa bir səbəbdən məhv olur. Erkək cinsiyyət hüceyrəsi 
yumurtaya  daxil  olur,  lakin  yumurtanın  sitoplazmasına  daxil  olan 
spermatozoidin  nüvəsindən  başlayır.  Lakin  əmələ  gələn  haploid 
xromosoma  malik  rüşeym  ya  inkişaf  etmir  ya  da  çox  zəif  olur.  Nüvəsi 
ölmüş yumurtaya bir neçə spermatozoid daxil olduqda, yəni polispermiya 
baş verdikdə iki ata nüvə birləşərək rüşeymə başlanğıc verir. Androgenez 
tut ipəkqurdunda və vəhşi arılarda (eşşək arısı) müşahidə edilir. Bitkilərdə 
də (tütün, qarğıdalı) androgenez çoxalma müşahidə olunur. 
Kinogenez–androgenezin 
əksinə 
olaraq 
rüşeymin 
inkişafı 
mayalanmamış  yumurtadan  başlayır.  Bu  zaman  spermatozoid  ancaq 
aktivləşdirici  rol  oynayır,  mayalanmada  isə  iştirak  etmir.  Buna  yalançı 
mayalanma  –  psevdoqamiya  deyilir.  Belə  çoxalmaya  hermofrodit  yumru 
qurdlarda, diri bala doğan balıqlarda, gümüş daban balıqda rast gəlinir. 
Apomiksis–qız  çoxalmaya  deyilir  və  heyvanlarda,  eləcə  də 
bitkilərdə rast gəlininr. Lakin apomiksis bitkilərdə daha geniş yayılmışdır. 
Apomiksis  iki  cür  olur:  müntəzəm  apomiksis  və  qeyri-müntəzəm 
apomiksis.  Qeyri-müntəzəm  apomiksisdə  normal  meqasporogenez  baş 
verir və normal diploid xromosom sayına malik rüşeym kisəsi əmələ gəlir. 
Belə  hallarda  rüşeym  sperma  ilə  mayalanmamış  haploid  yumurtanın 
inkişafı sayəsində əmələ gəlir. Bu halda toxum almaq üçün psevdoqamiya 
–  rüşeym  kisəsini  tozcuq  borusu  ilə  aktivləşdirmək  lazım  gəlir.  Tozcuq 
borusundakı spermilərdən biri  rüşeym kisəsinə çatdıqda dağılır, digəri isə 
mərkəzi nüvə ilə birləşərək endospermin əmələ gəlməsinə səbəb olur. Bu 
zaman rüşeymin və bitkinin əlamətləri ana xətti ilə nəslə keçir, endosperm 
isə  ana  və  ata  əlamətlərini  saxlaya  bilir.  Rüşeym  kisəsinin  başqa  haploid 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə