Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   82

 
~ 47 ~ 
olunur. 
 
Mİtoz  bolünmə 
 
Hüceyrənin mitoz bölünməsini ilk dəfə 1874-cü ildə İ.D.Çistyakov 
plaun sporlarında müşahidə etmişdir. O gedən proseslərin ardıcıllığını bir o 
qədər  aydınlaşdıra  bilməmişdir.  1875-ci  ildə  Strasburger  bitki  və  heyvan 
hüceyrələrində mitozun daha müfəssəl təsvirini verə bilmişdir. 
1879-cu  ildə  V.Şleyxerin  və  V.Flemminqin  daha  müfəssəl 
tədqiqatları  mitoz  bölünmənin  ümumi  gedişini  müəyyən  etməyə  imkan 
vermişdir. V.Flemminq mitozun ümumi qanunauyğunluqlarını təsvir etmiş 
və bölünmə ilə əlaqədar olan əsas terminləri vermişdir, həmin terminlər bu 
günə qədər qüvvədə qalır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 16. Hüceyrənin mitoz bölünməsinin sxemi. 
 
Mitoz  bölünmə  bir-birinin  ardınca  gedən  dörd  fazadan  ibarətdir: 
profaza, metafaza, anafaza, telofaza. 
Profaza  –  xromosomlar  spirallaşır,  qısalıb  qalınlaşır.  Profazanın 
ortasında xromosomlar biri digərinə sarınmış iki xromatiddən ibarət olur. 
Eyni  vaxtda  nüvəcik  kiçilir,  profazanın  sonunda  tamamilə  itib  gedir. 
Bundan sonra nüvə membranı itir. Profazada baş verən çox mühüm hadisə 
bölünmə iyinin əmələ gəlməsidir. Sentriollar aralandıqca onların arasında 
setrodesmal  tellər  formalaşır.  Sonralar  xromosomlar  özlərinin  sentriol 
hissələri ilə bu  tellərlə birləşir. Profaza nüvə  membranının tam dağılması 
ilə başa çatır. Nəticədə nüvə möhtəviyyatı sitoplazma ilə qarışır. 


 
~ 48 ~ 
Metafazada  –  xromosomların  spirallaşması  davam  edir  və 
xromosomların daha da qalınlaşmasına və qısalmasına səbəb olur. 
Metafazanın  ortasında  ekvatorial  lövhə,  yaxud  metofaza  lövhəsi 
əmələ  gəlir.  Bu  zaman  xromosomlar  bölünmə  ekvatori  üzrə,  yəni  iy 
tellərinə perpendikulyar və qütblərdən eyni məsafədə düzülür. 
Metafazanın  sonunda  xromatidlər  bir-birindən  tamamilə  ayrılır, 
onların çiyinləri paralel yerləşir. 
Anafaza  –  sürətlə  gedir.  Əvvəlcə  xromotidləri  birləşdirən 
sentromerlər bölünür, sonra sentromerlər aralanır və xromotidlər qütəblərə 
doğru  çəkilir.  Anafazada  xromosomların  hərəkəti  iki  cür  olur:                    
1)  Sentromerlərə  birləşən  iy  tellərinin  qısalması;  2)  Mitotik  iyin  mərkəzi 
(dayaq)  tellərinin  uzanması.  Nəticədə  onlar  arasında  məsafə  artır  və  qız 
xromosomların aralanmasına səbəb olur. Lakin ümumiyyətlə götürüldükdə 
xromosomların aralanma mexanizmi hələlik tam müəyyən olunmamışdır. 
Telofaza – qız xromosomlar bölünmə iyinin qütblərinə çatan andan 
başlayır.  Telofazanın  əvvəlində  qız  xromosomlar  V-vari  formada  olur, 
sonra  despirallaşır,  yəni  interfaza  vəziyyətinə  qayıtmağa  başlayır,  nüvə 
membranı formalaşır, nüvə membranı qapanandan sonra nüvəciklər əmələ 
gəlir. 
Telofazada  gedən  bu  proseslərlə  yanaşı,  hüceyrənin  sitoplazması 
bölünməyə başlayır – sitogenez gedir. 
Yuxarıda  təsvir  edilən  kario  və  sitokinetik  proseslərdən  başqa, 
telofazada digər dəyişiliklər də baş verir: 
– sitoplazmanın özlülüyü meta və anafazadakına nisbətən azalır. 
– sentriollar öz fəallığını itirir və astrosfer zəif görünür. 
–  Holci  aparatı  və  mitoxondrilər  qız  hüceyrələri  arasında  nisbətən 
bərabər paylanır. 
Telofaza  başa  çatanda  təzə  meydana  gəlmiş  iki  cavan  hüceyrə 
interfazaya keçir, bununla da özünün həyat tsiklinə başlayır. 
Mitoz  bölünmə  nüvənin  bölünməsi  (kariokinez)  və  sitoplazmanın 
bölünməsi  (sitokinez)  proseslərindən  ibarətdir,  bu  proseslər  zamanı  ana 
hüceyrədəki  irsiyyət  maddəsi  iki  qız  hüceyrə  arasında  tam  bərabər 
paylanır. 
 
Hüceyrənin  meyoz  bölünməsi,  mahiyyət  və tipləri 
 
Meyoz – cinsi hüceyrələrin bölünmə üsuludur. Bölünmə nəticəsində 
xromosomlar  reduksiya  olunur,  yaxud  sayca  azalır  və  hüceyrələr  diploid 
haldan  haploid  hala  keçir.  Meyoz  hadisəni  ilk  dəfə  1882-ci  ildə 


 
~ 49 ~ 
V.Flemminq  heyvan  hüceyrəsində  kəşf  etmişdir.  1888-ci  ildə 
E.Strasburger  bitki  hüceyrələrində  xromosomların  əmələ  gəlməsini 
müəyyənləşdirmişdir.  Yeni  qametlərin  əmələ  gəlməsinə  başlanma 
baxımından  asılı  olaraq  üç:  ziqot,  qamet  və  aralıq  meyoz  bölünmə  tipi 
məlumdur. 
Ziqot  –  yaxud  ilkin  meyoz  tipi  askomisetlər  (kisəli  göbələklər) 
bazidiomisetlər,  bəzi  yosunlar,  sporlular  və  digər  orqanizmlərə  xasdır. 
Bunların  həyat  tsiklində  haploid  faza  üstünlük  təşkil  edir.  Həmin 
orqanizmlərdə  meyotik bölünmə bilavasitə  mayalanmadan sonra başlayır. 
Belə  orqanizmlərin  həyat  tsiklində  qeyri-cinsi  çoxalmanın  (haplofaza, 
yaxud qametofit fazası) cinsi çoxalma (diplofaza, yaxud sporofit fazası) ilə 
növbələşməsi  müşahidə  edilir.  Həm  də  haplofaza  həyat  tsiklində 
diplofazaya nisbətən daha çox vaxt aparır. 
Qamet tipli meyoz birhüceyrəli orqanizmlər, bəzi ibtidat bitkilər və 
çoxhüceyrəli  heyvanlar  üçün  səciyyəvidir.  Onların  həyat  tsiklində 
diplofazanın  üstünlük  təşkil  etməsi  müşahidə  olunur.  Məsələn,  yaşıl 
kodium  yosunu  ancaq  cinsi  çoxalma  yolu  ilə  inkişaf  edir.  Bu  zaman 
haploid  erkək  və  dişi  qametləri  meydana  gəlməsi  ilə  nəticələnir.  Sonrakı 
qametogenez  prosesində  reduksion  bölünmə  gedir  və  haploid  xromosom 
dəstinə malik cinsi hüceyələr yaranır. 
Qamet  tipli  meyoz  məməlilər  və  insan  üçün  səciyyəvidir.  Onların 
erkən  embrional  inkişaf  mərhələsində  rüşeym  qonadasının  əsasının 
qoyulması  və  inkişaf  prosesləri  gedir.  Sonralar  ilkin  cinsi  hüceyrələr 
qametogenez  prosesində  reduksion  bölünməyə  məruz  qalır,  bunun  da 
nəticəsində  haploid  qametlər  yaranır.  Məlumdur  ki,  mayalanmanın  son 
nəticəsi diploid ziqotun əmələ gəlməsidir. Diploid ziqot bölünmə prosesinə 
məruz qalaraq, formalaşan orqanizmin bütün diploid hüceyrələrinin əmələ 
gəlməsinə səbəb olur. 
Aralıq, yaxud sportipli meyoz ancaq ali bitkilərdə müşahidə olunur 
və  diploid  bitkilərin  çoxalma  orqanlarında  dişi  (meqasporlar)  və  erkək 
cinsi  hüceyrələr  (mikrosporlar)  yaranır.  Erkək  cinsi  hüceyrələr  reduksion 
bölünməyə  məruz  qalaraq  haploid  xromosom  dəstinə  malik  dörd 
hüceyrədən ibarət tetrada yaranmasına səbəb olur. Əvvəlki meyoz tipindən 
fərqi  budur  ki,  əmələ  gələn  haploid  hüceyrələr  reduksiyaya  uğramış 
haplofazanın  gedişində  yenə  də  bir  neçə  dəfə  bölünür  (mitotik  yolla), 
onlardan  qametogenezin  tipinə  görə  ya  toz  dənələri  və  ya  rüşeym  kisəsi 
əmələ  gəlir.  Bunlardan  birincisində  spermilər,  ikincisində  isə  yumurta 
hüceyrə və ikinci hüceyrə olur. 
Beləliklə,  aralıq  yaxud  sportipli  meyozda  orqanizmlərin  həyat 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə