Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   82

 
~ 50 ~ 
tsiklində diploid faza haploid faza üzərində üstünlük təşkil edir. 
 
Meyoz  bölünmə  fazalarının xarakteristikası 
 
Bitki  və  heyvan  orqanizmlərinin  cinsi  hüceyrələrinin  yetişmə 
prosesində  xromosom  sayının  azalımasına  səbəb  olan  hüceyrə  nüvəsində 
mürəkkəb  dəyişikliklər  gedir.  Meyoz  nəticəsində  ilk  cinsi  hüceyrələr 
yetişmə  dövrünə  daxil  olduqdan  sonra  ardıcıl  gedən  iki  meyoz  bölünmə 
prosesinə  məruz  qalır  və  beləliklə  də,  diploid  hüceyrələrdən  –  haploid 
qametlər yaranır. 
Bu ardıcıl gedən bölünmələri meyoz I və meyoz II ilə işarə edirlər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Meyoz  I  başlanmamışdan  qabaq  qametogenezin  böyümə  mərhə- 
ləsində  olan  və  bölünməyə  başlayan  interfaza  hüceyrə  nüvəsində  mürək- 
kəb dəyişikliklər baş verir – DNT molekulunun reduplikasiyası ilə xromo- 
som  materialı  ikiqat  artır.  Belə  ki,  adətən  meyotik  bölünməyə  başlayan 
hüceyrələrdə diploid (2 n) xromosom dəsti və ona müvafiq miqdarda DNT 
(2 c) olur. 
Hüceyrənin  meyoza  hazırlıq  prosesində  interfaza  xromosomlarının 
sayı ikiqat artmadan DNT molekulları ikiqat artır (4 c). Beləliklə, böyümə 
dövrünü  keçirən  spermatozoidlər  və  I  dərəcəli  ovositlərdə  diploid  sayda 
xromosom (2 n) və ikiqat miqdarda DNT (4 c) olur. 
Birinci  meyotik,  yaxud  reduksion  bölünmə  nüvənin  I  profazadan  I 
telofazayadək  olan  tsiklini  əhatə  edir.  Haploid  saylı  xromosom  dəstinə 
malik qız hüceyrələrin yaranması ilə başa çatır. 
Meyoz bölünmənin I profazası ən mürəkkəb dəyişikliklərin getməsi 


 
~ 51 ~ 
ilə  əlaqədardır.  I  profaza  beş  ardıcıl  mərhələyə  bölünür:  Leptotena, 
ziqotena, paxitena, diplotena və diakinez. 
Leptotena  –  nazik  tellər  mərhələsidir.  Bu  zaman  interfazada  DNT-
nin  ikiləşməsi  hesabına  nüvə  böyüyür.  Nüvənin  interfaza  üçün  xas  olan 
torlu strukturu  ayrı-ayrı tellər halına keçir.  Leptotenada xromosomlar çox 
nazikdir,  lakin  DNT  molekulu  reduplikasiyanın  nəticəsi  olaraq  ikiqat 
xromosom  tellərinə  xromonemlərə  malikdir.  Lakin  kifayət  qədər 
spirallaşmadıqlarına görə qız xromotidlər bir-birinə kip yapışmaqda davam 
edir  və  bu  səbəbdən  də  xromosomların  ikili  təbiəti  işıq  mikroskopunda 
aydın görünmür. Onu yalnız elektron mikroskopunda görmək mümkündür. 
Beləliklə, leptotenada diploid sayda xromosom (2 n) və ikiqat artmış sayda 
(4 c) DNT olur. Profaza I-in bu dövründə xromosomlarda DNT ilə zəngin 
sahələr – xromomerlər meydana gəlir. 
Ziqotena  –  ikiləşmiş  homoloji  xromosomların  konyuqasiyası  ilə 
xarakterizə  olunur.  Konyuqasiya  homoloji  xromosomların  bütün  sahələri 
boyunca  bir-birinə  sıx  sarınmışdır.  Konyuqasiya  zamanı  həmin  homoloji 
xromosomlar  bir-birinə  yanaşaraq  cüt  birləşmələr  –  bivalentlər  əmələ 
gətirir.  Bu  bivalentlər  dörd  xromatiddən  ibarət  olur.  Konyuqasiya,  yaxud 
sinapsis  prosesində  homoloji  xromosomların  identik  sahələri  bir-birinə 
yaxınlaşır. 
Çox  vaxt  konyuqasiya  edən  xromosomlar  sentrometr  və  telomer 
sahələrində sıx yaxınlaşır, sonra bu proses xromosomun bütün uzunu boyu 
yayılır. Homoloji xromosomlar hələ leptotenanın sonunda hər homoloqun 
səthində  formalaşan  sinoptonemal  kompleks  homoloji  xromosomların 
uzunu boyu onların sıx birləşməsinə şərait yaradır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 17. Hüceyrənin meyoz bölünməsinin sxemi. 
 


 
~ 52 ~ 
Cinsi yolla çoxalmaq qabiliyyəti olan bütün eukariot orqanizmlərdə 
sinaptonemal  kompleks  olur.  Bu  cür  formalaşmış  sinantonemal  kompleks 
olur.  Bu  cür  formalaşmış  sinantonemal  kompleks  I  profazanın  sonrakı 
mərhələlərində saxlanılır. 
Paxitena  –  yoğun  tellər  mərhələsidir.  Bu  mərhələdə  homoloji 
xromosomlar  tam  konyuqasiya  edir,  onların  sonrakı  spirallaşması 
xromosomların  qısalmasına  və  qalınlaşmasına  səbəb  olur.  Bundan  başqa, 
həmin  mərhələdə  xromosomlar  iki  xromatidə  ayrılmağa  başlayır.  Bu 
xromatidləri bir yerdə bir sentromer saxlayır. Nəticədə konyuqasiya edən 
homoloji  xromosom  cütü  bivalent  təşkil  edir.  Bivalent  dörd  qız 
xromotiddən ibarət olub, tetrada fiquru yaradır. 
Paxitena  mərhələsində  konyuqasiya  edən  xromosomların  bir-birinə 
çox sarılması nəticəsində ancaq  meyoz üçün səciyyəvi olan  krossinqover 
hadisəsi  baş  verir.  Krossinqover  nəticəsində  homoloji  xromosomların 
identik  sahələrinin  qarşılıqlı  mübadiləsi  gedir.  Bu,  genlərin 
rekombinasiyasına  səbəb  olur.  Ilişikli  genlər  bir  xromosomda  yerləşirsə, 
heteroziqotlarda  isə  rekombinasiya  müşahidə  olunursa,  onda  meyoz 
prosesində  konyuqasiya  zamanı  hamoloji  xromosomların  identik 
sahələrinin  mübadiləsi  baş  verir.  Homoloji  xromosomların  identik 
sahələrinin belə mübadiləsinə krossinqover deyilir. 
Diplotena  –  ikiqat  tellər  mərhələsi  prosesində  homoloji  xromo- 
somlar  bir-birini  qarşılıqlı  surətdə  dəf  edir,  bu  tez-tez  mərkəzi  sahədə 
başlayır. 
Diplotena mərhələsində xromosomların kondensasiyası ilə əlaqədar 
olaraq  onların  xromonem  strukturu  aşkar  olur.  Bu  zaman  krossinqover 
prosesində  yalnız  iki  xromotid,  yəni  hər  homoloji  xromosomdan  bir 
xromatidin iştirakı xiazm zonasında aydın görünür. 
Diakinez  mərhələsində  ikiqat  tellər  xromosomların  maksimum 
spirallaşması  hesabına  kəskin  surətdə  qısalır  və  yoğunlaşır.  Bu  dövrdə 
bivalentlər  daha  kompakt  olur.  Bu  zaman  onları  saymaq  belə  mümkün 
olur.  Diakinezdə  bivalentlərin  sayı  xromosomların  haploid  yığımına 
bərabərdir.  Bundan  başqa,  xiazmlar  xromosomların  uclarına  doğru 
yönəldiklərindən  onların  sayı  azalır,  nüvəciklər  və  nüvə  membranı  itir. 
Hüceyrələrin bölünməsinə keçid olan birinci meyoz bölünmənin profazası 
diakinezlə qurtarır. 
Metafaza  I.  Bivalentlər  bölünmə  iyinin  ekvatoru  boyu  düzülərək 
metafaza  lövhəsi  əmələ  gəlir.  Mitozun  metafazasından  fərqli  olaraq 
homoloji  cütün  hər  bir  xromosomunun  sentromerləri  iy  teli  vasitəsi  ilə 
birləşir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə